Category: Ordu

  • Qazaxda minaya düşən DSX-nin hərbi qulluqçusunun GÖRÜNTÜLƏRİ – VİDEO

    Ötən gün Qazaxın Quşçu Ayrım kəndində minaya düşərək xəsarət alan DSX-nin hərbçisi Vüsal İsmayılovun xidmətin hospitalında müalicəsi davam etdirilir.

    Oxu.az-ın məlumatına görə, DSX-nin rəis müavini, general-leytenant Əfqan Nağıyev kiçik çavuşa baş çəkib.

    Sol baş barmağı amputasiya edilən hərbçi vəziyyətinin yaxşı olduğunu bildirib.

    Daha ətraflı Real TV-nin süjetində:

  • Vətən müharibəsində itkin düşən altı hərbçiyə şəhid statusu verilib

    “Bilirsiniz ki, Üçtərəfli Bəyanat imzalandıqdan dərhal sonra hər iki tərəfin aidiyyəti dövlət qurumları tərəfindən Rusiya sülhməramlı kontingentinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin də iştirakı ilə ərazidə çox ciddi axtarış-araşdırma işləri həyata keçirildi”.

    Bunu APA-ya Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov “Vətən müharibəsində itkin düşmüş altı hərbçinin tapılması üçün hansı işlər görülür?” sualına cavab olaraq deyib.

    O bildirib ki, hətta valideynlərin istəyi nəzərə alınaraq, onlar da axtarış-araşdırma işlərinə cəlb ediliblər. Lakin aparılan axtarışlar nəticə verməyib və həmin şəxslər itkin düşmüş şəxslər kimi Dövlət Komissiyasında qeydiyyata alınıblar:

    “Qanunvericiliyin tələblərinə əsasən, onlara artıq şəhid statusu verilib. Buna baxmayaraq, bu məsələ heç vaxt gündəlikdən düşməyib, düşməyəcək də… Həm Vətən müharibəsi dövründə itkin düşən altı nəfərin, həm Vətən müharibəsindən sonra Laçın istiqamətində itkin düşmüş iki əsgərimizin taleyinin müəyyən olunması qarşımızda duran əsas vəzifələrdən biridir”.

  • Azərbaycan hərbçiləri Türkiyədə beynəlxalq təlimdə iştirak edirlər

    Türkiyə Respublikasının İstanbul və İzmir şəhərlərində 49 ölkədən ümumilikdə 1 567 nəfərdən ibarət şəxsi heyətin iştirakı ilə “EFES – 2024” çoxmillətli təlim keçirilir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd edilib ki, kompüter dəstəkli komanda-qərargah və döyüş atışlı mərhələdən ibarət olan təlimə Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu cəlb olunub.

    “EFES – 2024” çoxmillətli beynəlxalq təlimi mayın 30-dək davam edəcək.

  • Azərbaycan hərbçiləri İtaliyada – FOTO

    Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Qeyd olunub ki, səfər çərçivəsində hərbi qulluqçularımız İtaliyanın Hərbi Dənizçilik Akademiyasının komandanlığı və Livorno şəhərinin meri ilə görüşüblər.

    “Həmçinin təmsilçilərimiz digər iştirakçı ölkələrin nümayəndələri ilə birgə parad və yarış bayraqlarının təhvil-təslim mərasimində, eləcə də yarışa hazırlıq məqsədilə keçirilən dəniz məşqlərində iştirak ediblər”, – deyə məlumatda vurğulanıb.



  • Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

    Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb.

    Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib.

    Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur.

    Hərbçinin adı açıqlanmır.

    Mənbə: Sputnik Armenia

  • Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlıları ilə bağlı göstəriş verdi – VİDEO

    Aprelin 20-də Quru Qoşunlarının qərargahında müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müşavirədə müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Hikmət Mirzəyev, Quru Qoşunlarının idarə və xidmət rəisləri, birlik, birləşmə komandirləri iştirak ediblər.

    Əvvəlcə ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqları müşavirə iştirakçılarına çatdırıb. Müşavirədə Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti, hərbi hissələrin döyüş hazırlığı üzrə tədbirlər və hərbi intizamın vəziyyəti təhlil edilib.

    Nazir hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təkmilləşdirilməsi, ayıq-sayıqlığın artırılması, eləcə də döyüş tapşırıqlarının dəqiq və vaxtında icrasına daim hazır olunması barədə müvafiq göstərişlər verib. Çətin relyefli, yüksək dağlıq ərazilərdə döyüş növbətçiliyi aparan bölmələrin maddi-texniki və mühəndis təminatı, o cümlədən şəxsi heyətin mənəvi-psixoloji hazırlığının yüksəldilməsinə xüsusi diqqət yetirilməsinin vacibliyi çatdırılıb.

    General-polkovnik Z.Həsənov Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası prosesinin effektiv həyata keçirilməsi və təhlükəsizliyin təmin edilməsi məqsədilə digər dövlət qurumları ilə qarşılıqlı əlaqədə zəruri tədbirlərin görülməsi barədə aidiyyəti şəxslər qarşısında konkret tapşırıqlar qoyub.

    Müdafiə naziri Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş hazırda isə ölkəmizi tərk edən Rusiya sülhməramlı kontingentinin şəxsi heyət, silah-sursat və döyüş texnikasının daşınmasında lazımi texniki dəstəyin göstərilməsi ilə bağlı müvafiq göstərişlər verib.

    Sonda icra edilən tədbirlərin daha keyfiyyətli yerinə yetirilməsinin diqqət mərkəzində saxlanılmasının əhəmiyyəti qeyd olunub.

  • Sülhməramlılara məxsus hərbi texnikalar qatarlarla Rusiya yolunda – VİDEO

    Azərbaycan ərazilərinə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlıları regionu tərk edirlər.

    Bu barədə özəl görüntülər “İTV Xəbər”də yayımlanıb.

    Görüntülərdə sülhməramlılara məxsus hərbi texnikaların qatarlarla Rusiya yolunda olduğunu görmək mümkündür.

    Qeyd edək ki, 2020-ci ilin sentyabrında başlayan və cəmi 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycanın qazandığı zəfər Ermənistan hakimiyyətinin kapitulyasiya aktı imzalaması ilə nəticələnib.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycan “Laçın” hücum təyyarələrini havaya qaldırdı – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına əsasən, Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Vurğulanıb ki, əvvəlcə şəxsi heyətə təhlükəsizlik qaydaları çatdırılıb. Hərbi pilotların sağlamlıq vəziyyəti yoxlanıldıqdan sonra praktiki uçuşlar yerinə yetirilib.

    Ssenariyə uyğun olaraq “Su-25ML” (“Laçın”) və “Su-25” tipli təyyarələrdən müəyyən edilmiş marşrutlar üzrə gündüz vaxtı havaya qalxma, yerə enmə, həmçinin müxtəlif hündürlüklərdə çətin pilotaj və döyüş manevrləri üzrə tapşırıqlar icra edilib.

    Hərbi pilotların döyüş hazırlığının təkmilləşdirilməsi məqsədilə keçirilən təlim-məşq uçuşları zamanı qarşıya qoyulan tapşırıqlar yüksək peşəkarlıqla yerinə yetirilib.

  • Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri – VİDEO

    Qarabağda müvəqqəti yerləşdirilən Rusiyanın sülhməramlı kontingentinin Azərbaycanı tərk etməsinin yeni görüntüləri yayılıb.

    Görüntülərdə rusiyalı hərbçilərin əvvəlcə hərbi maşınlar, daha sonra isə qatarla ərazini tərk etdiklərini əks etdirən kadrlar yer alıb.

  • Kreml sülhməramlıların Azərbaycandan çıxarıldığını TƏSDİQLƏDİ – VİDEO

    Azərbaycan ərazilərində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının çıxarılmasına başlanılıb.

    Bu barədə Kremlin sözçüsü Dmitri Peskov məlumat verib.

    Qeyd edək ki, ötən gün Rusiya sülhməramlılarının Azərbaycan ərazisini tərk etməsinə dair görüntülər yayılmışdı.