Category: Ordu

  • Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

    Aprelin 5-i saat 15:10-dan 17:35-dək Ermənistan silahlı qüvvələrinin bölmələri növbəti təxribatlarına zəmin yaratmaq məqsədilə Azərbaycan Ordusunun Tovuz rayonunun Hacalı, Ağbulaq, Ağdam, Qaralar, Köhnə Qışlaq və Gədəbəy rayonunun Qalakənd yaşayış məntəqələri istiqamətlərindəki mövqelərinin qarşısında səngərin mühəndis cəhətdən təkmilləşdirilməsi işlərini görməyə cəhd göstəriblər.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

    Bundan başqa saat 17:25 radələrində Berd rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mövqelərdən Ordumuzun Tovuz rayonunun Muncuqlu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri atıcı silahlardan atəşə tutulub.

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Ermənistan silahlı qüvvələrinin bölmələri Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, aprelin 1-də saat 22:00-dan 22:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Dəvəli rayonunun Arazdəyən, Qarakilsə rayonunun Saybalı yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad və Şahbuz rayonunun Biçənək yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.

  • Milli Müdafiə Universiteti tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elan edir

    Milli Müdafiə Universiteti cari ilin 1-30 aprel tarixlərində tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul elan edir.
    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Vətəndaş məmnunluğunun və əlçatanlığın təmin edilməsi məqsədilə respublikanın 13 şəhərində ümumi olaraq 17 sənəd qəbulu mərkəzi yaradılıb.

    Sözügedən təhsil müəssisələrinə qəbul olmaq arzusunda olan vətəndaşlar istənilən sənəd qəbulu mərkəzinə yaxınlaşaraq sənədlərini təqdim edə bilərlər:

    Heydər Əliyev adına Hərbi İnstituta 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

    Bakı və Gəncə şəhərlərində, eləcə də Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən hərbi kolleclərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

    Hərbi liseylərə 2024/2025-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları

    Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi feldşer işi ixtisası üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları

    Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinə Hərbi tibb, Stomatologiya, İctimai səhiyyə və Əczaçılıq ixtisasları üzrə 2024/2025-cü tədris ili üçün qəbul qaydaları

    Sənəd qəbulu mərkəzlərinin ünvanları aşağıdakı kimidir:
    Bakı şəhəri üzrə:
    – Heydər Əliyev adına Hərbi İnstitut (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 9)
    – Cəmşid Naxçıvanski adına Hərbi Lisey (Ünvan: Xətai rayonu, Polad Həşimov küçəsi 1)
    – Hərbi Tibb Fakültəsi (Ünvan: Nəsimi rayonu, Ceyhun Səlimov küçəsi 3)
    Sumqayıt şəhəri üzrə:
    – Sumqayıt şəhər 3 nömrəli tam orta məktəb (Ünvan: Sumqayıt şəhəri, 2-ci mirkorayon, H.Əliyev prospekti 345)
    – Abşeron rayonu üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Xırdalan şəhəri, M. Rəsulzadə küçəsi 7)
    Gəncə şəhəri üzrə:
    – Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 2)
    – Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi 79).
    Lənkəran şəhəri üzrə:
    – Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)
    Cəlilabad şəhəri üzrə:
    – Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)
    Mingəçevir şəhəri üzrə:
    – Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan: Mingəçevir şəhəri, Ərəsş küçəsi 4)
    Beyləqan şəhəri üzrə:
    – Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 12)
    Bərdə şəhəri üzrə:
    – Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 1)
    Qazax şəhəri üzrə:
    – Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev prospekti 150)
    Quba şəhəri üzrə:
    – Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi)
    Qəbələ şəhəri üzrə:
    – Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40)
    Şirvan şəhəri üzrə:
    – Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10)
    Naxçıvan MR üzrə:
    – Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 12).

    – Gəncə şəhər İsmət Qayıbov adına 1 saylı tam orta məktəb (Ünvan: Gəncə şəhəri, Nizami rayonu, İsmət Qayıbov küçəsi 2)
    – Gəncə şəhəri Samir Vəliyev adına 34 nömrəli tam orta məktəb (Gəncə şəhəri, Kəpəz rayonu, Ü. Hacıbəyov küçəsi 79).
    Lənkəran şəhəri üzrə:
    – Lənkəran şəhər 1 saylı tam orta məktəb (Ünvan: Lənkəran şəhəri, İsgəndər Səmədzadə küçəsi 6)
    Cəlilabad şəhəri üzrə:
    – Cəlilabad rayon üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Cəlilabad şəhəri, Heydər Əliyev prospekti 1)
    Mingəçevir şəhəri üzrə:
    – Mingəçevir şəhər, N. Ahangari adına 13 saylı tam orta məktəb (Ünvan: Mingəçevir şəhəri, Ərəsş küçəsi 4)
    Beyləqan şəhəri üzrə:
    – Beyləqan rayonu üzrə təhsil sektorunun inzibati binası ( Ünvan: Beyləqan şəhəri, Heydər Əliyev prospekti 12)
    Bərdə şəhəri üzrə:
    – Qarabağ Regional Təhsil İdarəsinin inzibati binası (Ünvan: Bərdə şəhəri, H.Əliyev prospekti 1)
    Qazax şəhəri üzrə:
    – Qazax şəhər, M.Hüseyn adına məktəb-lisey (Ünvan: Qazax şəhəri, H.Əliyev prospekti 150)
    Quba şəhəri üzrə:
    – Quba şəhər, Azad Məmmədov adına 2 nömrəli təbiət fənləri təmayüllü məktəb-lisey (Ünvan: Quba şəhəri, Əliqulu Nərimanov küçəsi)
    Qəbələ şəhəri üzrə:
    – Qəbələ rayon üzrə təhsil sektorunun inzibati binası (Ünvan: Qəbələ şəhəri, Heydər Əliyev prospekti 40)
    Şirvan şəhəri üzrə:
    – Şirvan şəhəri üzə təhsil sektoru inzibati binası (Ünvan: Şirvan şəhəri, İstiqlaliyyət prospekti 10)
    Naxçıvan MR üzrə:
    – Heydər Əliyev adına Hərbi Lisey (Ünvan: Naxçıvan şəhəri, Heydər Əliyev prospekti 12).//report.az

  • Müdafiə Nazirliyindən 30 yaşınadək hərbi vəzifəlilərə MÜRACİƏT – VİDEO

    Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər mart ayının 27-dən aprel ayının 26-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyalarına müraciət edə bilərlər.

    “Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar qəbul komissiyaları tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədi ilə Müdafiə Nazirliyinin müvafiq tibb müəssisələrinə göndərilir. Hərbi Həkim Komissiyalarının qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq, liderlik və qərar qəbuletmə bacarıqları, həmçinin fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər kursa qəbul edilirlər.

    Kursu müvəffəqiyyətlə başa vuran şəxslərlə bağlaşma imzalanır və onlar ixtisaslarına uyğun müvafiq vəzifələrə təyin olunur.

    Namizədlər qəbul komissiyalarına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidir:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

    – şəxsən yazılmış tərcümeyi-hal (əlyazma ilə 1 nüsxədə, çap edilmiş 2 nüsxədə);

    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

    – təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

    – doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

    – şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti (1 nüsxədə);

    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda, 1 nüsxədə);

    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surətləri (uşaq olduqda, 1 nüsxədə);

    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış (1 nüsxədə);

    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

    – qeydiyyatda olduğu poliklinikadan (dəri-zöhrəvi, vərəm, ruhi-əsəb, narkoloji və son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi barədə) arayış;

    – hərbi biletin bütün vərəqlərinin notarial qaydada təsdiq olunmuş surəti (1 nüsxədə).

    Sənədlərin qəbulu həyata keçiriləcək ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

    Müraciət etmə vaxtı: 27 mart – 26 aprel 2024-cü il hər gün (bazar günləri istisna olmaqla) saat 09:00-dan 17:00-dək.

    Qeyd: Müddətdən artıq həqiqi hərbi xidmətdən “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq ehtiyata buraxılmış hərbi qulluqçuların və məhkumluğunun ödənilməsindən asılı olmayaraq məhkum olunmuş hərbi vəzifəlilərin kursa qəbul üçün müraciət etməmələri xahiş olunur.

  • Azərbaycan Ordusunda zabit olmaq istəyənlərin NƏZƏRİNƏ – VİDEO

    Müdafiə Nazirliyinin hərbi hissələrinə psixoloq ixtisası üzrə zabitlərin həqiqi hərbi xidmətinə könüllü daxil olmaq arzusunda olan, müddətli həqiqi hərbi xidmətini başa vurmuş, ali təhsilli, 30 yaşınadək olan vətəndaşlar martın 27-dən aprelin 20-dək müvafiq sənədlərlə birlikdə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində (AO TTM) fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    “Ehtiyat zabit hazırlığı kursu”na qəbul olunmaq üçün müraciət etmiş vətəndaşlar Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyası tərəfindən hərbi xidmətə yararlılıq dərəcələrinin müəyyən edilməsi məqsədilə Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasına göndərilirlər. Komissiyanın qərarına əsasən hərbi xidmətə yararlı hesab edilmiş şəxslər qəbul imtahanlarına buraxılırlar.

    Fiziki hazırlığı, ümumi bilik səviyyəsi, düşünmə qabiliyyəti, peşə maraqları, ünsiyyət qurmaq və qərar qəbuletmə bacarıqları, fərdi-psixoloji və digər keyfiyyətlərinin öyrənilməsi məqsədilə keçirilən imtahanları müvəffəqiyyətlə vermiş namizədlər müvafiq ixtisaslar üzrə kursa qəbul edilir.

    “Ehtiyat zabit hazırlığı kursu”nu müvəffəqiyyətlə başa vuran kursantlara “leytenant” hərbi rütbəsi verilməklə zabitlərin həqiqi hərbi xidmətinə qəbul olunmaları barədə bağlaşma bağlanır və onlar ixtisaslarına uyğun vəzifələrə təyin olunurlar.

    Kursa qəbul olunmaq istəyən namizədlər AO TTM-də fəaliyyət göstərən qəbul komissiyasına müraciət edərkən aşağıdakı sənədləri təqdim etməlidirlər:

    – kursa qəbul olunmaq barədə ərizə (qəbul komissiyasının sədrinə);

    – şəxsən yazılmış tərcümeyi-hal, əlyazma ilə 1 nüsxədə və çap edilmiş 2 nüsxədə;

    – xidmət (iş və ya təhsil) yerindən xasiyyətnamə;

    – ali təhsil haqqında sənədin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

    – xarici dövlətlərdə təhsil almış namizədlər üçün, ali təhsil haqqında sənədin notarial qaydada tərcümə və təsdiq edilmiş surətilə yanaşı, həmin sənədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti;

    – doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti – 1 ədəd;

    – nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surəti (evli olduqda) – 1 ədəd;

    – uşaqların doğum haqqında şəhadətnamələrinin notarial qaydada təsdiq edilmiş surəti (uşaq olduqda) – 1 ədəd;

    – evlər idarəsindən və ya yerli icra hakimiyyəti orqanlarından ailə tərkibi və yaşayış yeri haqqında arayış – 1 ədəd;

    – 4 ədəd rəngli fotoşəkil (baş geyimsiz, anfas, 2 ədəd 3×4 sm və 2 ədəd 4,5×6 sm ölçüdə);

    – psixiatrik, nevroloji, narkoloji, vərəm və dəri-zöhrəvi dispanserlərindən (kabinetlərdən) qeydiyyatda olub-olmaması haqqında arayışlar;

    – qeydiyyatda olduğu poliklinikadan sağlamlıq haqqında arayış;

    – qeydiyyatda olduğu poliklinikadan son 5 (beş) ildə infeksion xəstəliklərlə bağlı müraciət edib-etməməsi haqqında arayış;

    – hərbi biletin surəti (notarial qaydada təsdiq olunmuş) – 1 ədəd.

    Qeyd edilib ki, məhkumluğu olan hərbi vəzifəlilərin “Ehtiyat zabit hazırlığı kursu”na qəbul üçün müraciət etməmələri xahiş olunur.

    Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Şəfayət Mehdiyev küçəsi 76, “Qızıl Şərq” hərbi şəhərciyi (Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi).

    Telefon: (012) 538-35-70.

    Müraciət etmə vaxtı: 2024-cü il mart 27-dən aprelin 20-dək hər gün saat 09:00-dan 17:00-dək.

  • Pakistanın Milli Günü münasibətilə keçirilən paradda Azərbaycan hərbçiləri iştirak ediblər

    Pakistanın Milli Günü münasibətilə keçirilən hərbi paradda Azərbaycan hərbçiləri iştirak ediblər.

    Bu bayram 1956-cı ildən bəri dünyada ilk islam respublikasının yaradılması şərəfinə keçirilir. Pakistan İslam Respublikasının yaradılması üçün əsas isə 1940-cı ildə qəbul edilmiş Lahor qətnaməsi olub.

    Əlamətdar gün münasibətilə Pakistan Silahlı Qüvvələri tərəfindən paradın keçirilməsi tədbirin ümumi hissəsindən biridir.

    Qeyd edək ki, hərbi parad bu dəqiqələrdə artıq başlayıb.

  • Azərbaycan Ordusunun zabiti özünü güllələyərək öldürdü – FOTO

    Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin zabiti Şəhriyar Nizami oğlu Musayev odlu silahdan istifadə etməklə özünü öldürüb.

    Median.Az-ın sorğusuna cavab verən Azərbaycan Respublikası Hərbi prokurorunun böyük köməkçisi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Baş ədliyyə müşaviri Firad Əliyev bildirib ki, bu barədə Füzuli Hərbi Prokurorluğuna məlumat daxil olub.

    “Daxil olmuş məlumat əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, eləcə də izahatlar alınmış və digər hərəkətlər icra edilmişdir.

    Fakt üzrə Füzuli Hərbi Prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müvafiq ekspertizalar təyin edilərək icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır” , – deyə o bildirib.

  • Erməni kəşfiyyatının qarşısı alındı, PUA zərərsizləşdirildi – RƏSMİ

    Martın 11-i saat 12:10-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əsrik yaşayış məntəqəsi istiqamətindəki mövqeləri üzərində kvadrokopter vasitəsi ilə kəşfiyyat uçuşları həyata keçirməyə cəhd göstərib.

    Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bölmələrimizin sayıqlığı nəticəsində aşkar olunan pilotsuz uçuş aparatı xüsusi texniki vasitələrlə zərərsizləşdirilib.

  • Xüsusi təyinatlılar təlimdə: Şərti düşmənin ehtiyatları pusqular qurularaq məhv edildi – VİDEO

    Əlahiddə Ümumqoşun Ordunun aidiyyəti üzrə ümumqoşun birləşmələri ilə 2024-cü tədris ilinin ilk ikitərəfli komanda-qərargah təlimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Komanda-qərargah təliminin birinci mərhələsi praktiki fəaliyyətlərə cəlb olunan bölmələrin müxtəlif vaxtlarda həyəcan siqnalı ilə qaldırılaraq təlim rayonlarına çıxarılması ilə başlayıb.

    Qoşunların səfərbərlik ehtiyatları ilə komplektləşdirilməsi üçün şəxsi heyət və texnikaların qəbulu məntəqələri açılaraq xüsusi ixtisaslar üzrə çağırılmış heyətin praktiki qəbulu həyata keçirilib. Açılmış məntəqələrdə müvafiq qeydiyyat aparıldıqdan sonra şəxsi heyət həkim müayinəsindən keçirilib, silah və digər zəruri təminat növləri ilə təmin olunub.
    Təlimdə əsas diqqət düşmənin radioelektron vasitələrinin güclü təsiri altında ümumqoşun, eləcə də tabeliyə verilən və dəstəkləyən bölmələrin qısa müddətdə gizli olaraq müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilib, düşmənin təxribat-diversiya fəaliyyətinin qarşısını alıb, qəfil fəaliyyətlərinə imkan vermədən preventiv zərbələrlə hücum əzmini qırmağa yönəldilib.

    Stasionar və səhra idarəetmə məntəqələrində təlimin rəhbərliyi tərəfindən müxtəlif müdaxilələrlə qərargahların fəaliyyəti qiymətləndirilib və hesabatların aparılma ardıcıllığına, düzgünlüyünə və real şəraiti əks etdirməsinə köməklik göstərilib.

    Təlimə cəlb olunan mexanikləşdirilmiş, tank, artilleriya, hava hücumundan müdafiə, Hərbi Hava Qüvvələri və xüsusi təyinatlı bölmələr verilmiş tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gələrək ümumqoşun bölmələrinin qarşısında duran tapşırıqların icrasına əlverişli şərait yaradıblar.

    Təlimin gedişində xüsusi təyinatlı bölmələrin vasitəsi ilə vizual müşahidə aparılıb, şərti düşmənin döyüş mövqeləri və yaxın dərinlikdəki vacib obyektləri qiymətləndirilib. Verilən döyüş tapşırığına əsasən xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində yerləşən döyüş mövqelərinə və komanda-idarəetmə məntəqəsinə basqınlar keçirilib.

    Xüsusi təyinatlı bölmələr mövqeləri və vacib obyektləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin ehtiyatlarına pusqular quraraq məhv ediblər.

    Əlahiddə Ümumqoşun Ordunun Təlim-Tədris Mərkəzinin simulyasiya mərkəzində komandir və qərargahların yaranmış şəraitə uyğun qərarları dinlənildikdən sonra ikitərəfli təlimə onlayn rejimdə start verilib.

    Yekunda aidiyyəti üzrə təlimə cəlb olunmuş bölmələr tərəfindən icra edilmiş fəaliyyətlərin təhlili aparılıb, çatışmazlıqlar qeyd olunub, mövcud problemlərin həlli istiqamətində və qazanılan təcrübələrin növbəti təlimlərdə tətbiq edilməsi barədə müvafiq tapşırıqlar verilib.

  • Ordumuzun hərbçiləri Azərbaycan xanımlarını təbrik ediblər – VİDEO

    Azərbaycan Ordusunun hərbçiləri 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə ölkə xanımlarını təbrik ediblər.

    Bu barədə videoçarx paylaşılıb.

    Həmin görüntüləri təqdim edirik: