Category: Ordu

  • Ordumuzun mövqeləri atəşə tutulub

    Aprelin 13-də saat 08:30-da Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Koxanəbi yaşayış məntəqəsi istiqamətindəki mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Ötən gün sərhəddə yaralanan baş leytenantın FOTOSU

    Ötən gün dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

    “Qafqazinfo” həmin baş leytenantın fotosunu təqdim edib:

  • Şərti sərhəddə təxribat: DSX zabiti Ermənistan tərəfdən açılan atəşdən yaralanıb

    Aprelin 10-da, saat 15:20-də Dövlət Sərhəd Xidmətinin (DSX) sərhəd qoşunlarının “Qubadlı” əlahiddə sərhəd diviziyasının Qubadlı rayonunun Cicimli yaşayış məntəqəsinin ərazisindəki sərhəd döyüş məntəqəsinin xidməti ərazisində müqabil ərazidəki Ermənistanın Nerkin Xnzoresk kəndi istiqamətindən iki nəfərin dövlət sərhədini pozaraq 200 baş mal-qaranı təxminən 300 metr Azərbaycan ərazisinə keçirməsi aşkar olunub.

    Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən “Report”a bildirilib ki, dövlət sərhədinin pozulmasının qarşısını alan sərhəd naryadımıza Ermənistan silahlı qüvvələrinin döyüş postundan atəş açılıb və nəticədə baş leytenant Rövşən Məmmədov yaralanıb.

    Hərbi qulluqçu təxirə salınmadan tibb müəssisəsinə təxliyə olunub.

    Hazırda əməliyyat şəraiti sabitdir və bölmələrimizin nəzarəti altındadır.

    Ermənistan tərəfinin bu növbəti təxribatına görə məsuliyyət tam şəkildə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

  • Xüsusi təyinatlıların təlimindən YENİ KADRLAR – VİDEO

    Xüsusi təyinatlıların təlimindən yeni kadrlar yayılıb.

    Bu barədə görüntülər AZTV-də yayımlanan “Döyüşçü” verilişində yayımlanıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulub

    Aprelin doqquzu saat 16:00-dan 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Keşişkənd rayonunun Arpa yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Cəhazir yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən bildirilib.

    Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

  • Ordumuzun mövqeləri yenidən atəşə tutulub

    Aprelin 9-u saat 10:40 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun İstisu yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Vurğulanıb ki, bölmələrimiz tərəfindən qeyd olunan istiqamətdə adekvat cavab tədbirləri görülüb.

    Xatırladaq ki, səhər saatlarında Ordumuzun Laçın istiqamətindəki mövqelərinin atəşə tutulması barədə də məlumat verilmişdi.

  • Laçında mövqelərimiz atəşə tutuldu: Ordumuz cavab tədbirləri gördü

    Aprelin 8-si saat 23:35-dən 23:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Xoznavar, Xanazax, Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Laçın rayonunun Sadınlar, Hüsülü, Malıbəyli və Cağazur yaşayış məntəqələri istiqamətlərindəki mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd olunan bütün istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

  • Azərbaycan Ermənistanın təxribatlarına necə cavab verəcək?

    Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naxçıvan Muxtar Respublikası istiqamətində yerləşdirilən bölmələri yenidən təxribat törədiblər.

    Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, aprelin 7-si saat 17:15-də Ermənistan silahlı qüvvələrinin bölmələri Paşalı rayonunun Sultanbəy yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Şahbuz rayonunun Şada yaşayış məntəqəsi istiqamətindəki mövqelərimizi atıcı silahlardan atəşə tutub.

    Qeyd olunan istiqamətdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.

    Yaxın günlərdə Ermənistanın Azərbaycanla şərti sərhədin digər istiqamətlərinə də atəş açacağı istisna deyil.

    Belə təxribatlarla üzləşən Azərbaycan müdafiə alətlərini işə salıb mövqelərinə qarşı davamlı atış nöqtələrini susdurmaq hüququna malikdir.

    Lakin indi üçün Azərbaycan onu təxribata çəkən addımlarla real ölçülü cavab tədbirlərinin sərhədlərini ayırmağı məqbul sayır.

    Bu, Azərbaycanın konkret və strateji hədəfləri miqyasındakı mövqelərini bir daha dəqiqləşdirməyə imkan verir.

    Dəqiqləşdirmələr Azərbaycanın Ermənistanla münasibətlərini normallaşdırmaq üçün səylərinin şaxələndirilmiş regional rejimini müəyyənləşdirəcək.

    Azərbaycanın, onsuz da, əlində böyük geosiyasi mexanizmləri var və bu alətlər hərbi qüdrətinin imkanları ilə daha da bərkiyir. Yəni Ermənistan sülh müqaviləsini imzalamaqdan yayınmaq üçün zamanı uzatmağa çalışsa da, yekun proses Azərbaycanın əleyhinə işləməkdən uzaqdır.

    Çünki İrəvanın təxribatları zamanı yarana biləcək mümkün genişmiqyaslı eskalasiya riski zamanı belə, Azərbaycan Ermənistan ərazisindəki hərbi hədəfləri sıradan çıxarmaq qabiliyyətini daha yüksək səviyyədə nümayiş etdirəcək.

    Buna görə də Ermənistanın onu şirnikləndirən hansısa qida mənbəsinə arxalanıb hərəkət etməsinin əhəmiyyəti yoxdur.

    Azərbaycanın risk ssenarisində potensial olaraq daha böyük hərbi və geosiyasi nəticələr ortaya qoyacağı şübhə doğura bilməz.

    Deməli, Azərbaycanla sülh müqaviləsini imzalamaqla hərbi təxribatlar törətmək arasında tərəddüd edən Ermənistan hansısa vədlərin onu qoruya bilməyəcəyini anlamalıdır. Çünki Ermənistanın baş verə biləcək hadisələrə vaxtında müdaxilə üçün müstəqil ideyası da yoxdur.

  • Ötən sutka ərzində mövqelərimiz 30 dəfə atəşə tutulub

    Aprelin 5-i saat 21:55-dən 23:20-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Tovuzqala rayonunun Müsürskənd, Basarkeçər rayonunun Aşağı Şorca, Yuxarı Şorca, Günəşli və Gorus rayonunun Ərəvus yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Tovuz rayonunun Əlibəyli, Daşkəsən rayonunun Xoşbulaq, Kəlbəcər rayonunun Yellicə, Zəylik və Laçın rayonunun Çağazur yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edək ki, ötən sutka ərzində Azərbaycan Ordusunun müxtəlif istiqamətlərdə yerləşən bölmələri ümumilikdə 30 dəfə atəşə tutulub.

  • Ermənistan hərbi qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir – VİDEO

    Bu gün Brüsseldə keçirilən görüşdən və Qərb tərəfdaşlarından alınan təminatlardan ruhlanan Ermənistan hakimiyyəti Azərbaycana qarşı təxribat xarakterli militarist kursunu davam etdirir.

    “Caliber” xəbər verir ki, İrəvan silahlı qüvvələrini Şərqi Zəngəzur istiqamətində şərti sərhəddə cəmləşdirir.

    Ermənistan rəsmiləri öz havadarları ilə birgə “Bu, Azərbaycana qarşı yönəlməyib”, – desələr də, biz əksini görürük.