Category: Ordu

  • İnfarkt olacağınızı 1 ay əvvəldən necə bilmək olar?

    Önəmli olan diqqətli olmaq və müşahidə etməkdir!

    Yaşadığımız dövrdə ən əsas erkən ölüm səbəblərindən biri də infarktdır. Gərgin həyat tərzi, qeyri-sağlam qidalar qəbul etmək, xroniki yuxusuzluq… Biz özümüz bəzən günü-gündən daha geniş yayılan və daha təhlükəli olmağa başlayan bu xəstəliyin inkişafına şərait yaradırıq.

    Ancaq bu yazıda sağlam həyat tərzi yaşamaq və az əsəbiləşmək haqqında deyil, bu xəstəliyin əlamətləri barədə söhbət gedəcək.

    İnfarkt olacağınızı 1 ay əvvəlcədən bilmək olarmı? Bəzi əlamətlər yaxınlaşan təhlükə barədə sizi 1 ay öncədən xəbərdar edə bilər. Bəz hansı əlamətlər həyəcan siqnalı kimi qəbul oluna bilər? Bu əlamətləri bilməklə siz lazımi tədbirlər görərək infarktın qarşısını ala bilərsiniz.

    Yorğunluq

    Arteriyalar daraldıqda ürək həmişə olduğundan daha az qan qəbul edir. Bu da qan dövranı sisteminin fəaliyyətini pozur. Bu problemin ilkin əlaməti isə daimi yuxululuq və tam yorğunluq hissidir.

    Nəfəs daralması

    Ürəyiniz kifayət qədər qan qəbul edə bilmirsə, bu o deməkdir ki, sizin ağciyərləriniz almağa vərdiş etdikləri oksigen miqdarını ala bilmir.

    Bu iki sistem bir-birindən olduqca asılıdır. Biri digərindən ayrı normal fəaliyyət göstərə bilmir. Belə ki, əgər normal nəfəslə bağlı probleminiz yaranıbsa, təcili surətdə həkimlə məsləhət edin.

    Zəiflik

    Əgər bütün bədəninizdə zəiflik hiss edirsinizsə, bu o deməkdir ki, sizin arteriyalarınızda çox az qan vardır. Əzələləriniz lazımi miqdarda oksigen və qidalandırıcı maddələr qəbul edə bilmir. Buna görə də əgər hər hansı səbəb olmadan özünüzü huşunuzu itirəcək kimi hiss edirsinizsə, bu artıq özlüyündə ürək-damar sistemi ilə bağlı həyəcan siqnalı sayıla bilər.

    Başgicəllənməsi və soyuq tər

    Beyinə qan axınının çatışmazlığı həyat üçün olduqca təhlükəlidir. Əgər bütün bədəninizi soyuq tər basırmış kimi hissiyat varsa və tez-tez başınız gicəllənirsə, siz bu əlamətləri sadəcə olaraq gözardı edə bilməzsiniz.

    Sinədə təzyiq

    Əgər sinənizdə həddindən artıq təzyiq hissi, bu bölgədə narahatlıq kimi əlamətlər yaranırsa, bu əsla yaxşı hal deyil. Bu əlamətlər zamanla daha tez-tez təkrarlana və sizə daha çox narahatlıq yaşada bilər. Əgər bu əlamətləri gözardı etsəniz, infarktla qarşı-qarşıya qalma riskiniz böyükdür.

    “Şaxta” sindromu

    Əgər sizdə periodik olaraq (vaxtaşırı) səbəbsiz yerə qrip əlamətləri yaranırsa, bu, yaxınlaşan infarkt barədə xəbər verə bilər. İnfarkt keçirən bir çox insanlar infarktdan bir neçə gün əvvəl izah edilməsi mümkün olmayan “soyuq” hissi keçirdiklərini və “donduqlarını” qeyd ediblər.

    Bununla necə mübarizə aparmaq olar?

    Əgər bu əlamətləri şəxsən yaşadığınızı hiss edirsinizsə və ya yaxınlarınızdan kimsə bunları yaşayırsa, təcili olaraq həkimə müraciət edin. İnfarktın qarşısını almağın ən yaxşı üsulu onun erkən mərhələdə əlamətlərini aşkar etmək və profilaktik müalicəyə başlamaqdır.

  • Artilleriya bölmələri döyüş atışları həyata keçirdilər – VIDEO

    2021-ci ilin döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda “Ən yaxşı artilleriya divizionu” adı uğrunda yarış keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yarışa cəlb olunan divizionların tədris-material bazası və şəxsi heyətin təchizatına baxıldıqdan sonra hərbi qulluqçuların hazırlıq səviyyəsi yoxlanılaraq fərdi və qrup şəklində normativlər qəbul edilir.

    Daimi dislokasiya məntəqələrini həyəcan siqnalı ilə tərk edən bölmələr təyin olunmuş marşrutlarla hərəkət edərək atəş mövqelərini tutur.

    Yarışın tələblərinə uyğun olaraq müəyyən olunmuş vaxt çərçivəsində artilleriya qurğuları atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

  • Döyüş yoldaşını xilas edərkən şəhid olan hərbi həkim – VİDEO – FOTO

    Qırx dörd gün davam edən və ölkəmizin tarixi Zəfəri ilə başa çatan Vətən müharibəsi bizləri eyni amal ətrafında bir yumruq kimi birləşdirdi. Minlərlə igid Vətən oğulları, Qarabağın azadlığı uğrunda gedən haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldu.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, tibb xidməti leytenantı Adil Əfəndiyev də belə igidlərdən biri idi. Hərbi tibb qulluqçusu leytenant Adil Əfəndiyev 1995-ci il avqustun 12-də Qazax rayonunda anadan olub. 2001-ci ildə rayonun Mehdi Hüseyn adına məktəb-liseyində 1-ci sinfə gedib. 2012-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirdikdən sonra Azərbaycan Tibb Universitetində “Hərbi həkim işi” ixtisasına daxil olub.

    Müharibəyə yollananda həkim peşəsinə yenicə başlamışdı. 25 yaşlı Adilin çox arzuları vardı. Vətən torpaqlarının azad edilməsi isə onun ən böyük arzularından idi. Adil sadə və vətənpərvər bir oğul kimi böyüyüb. Onun ali məktəbə daxil olmasında və vətənpərvər böyüməsində anası, fizika müəllimi Afət Əhmədovanın xüsusi rolu olub. “Özüm ona 7 il dərs demişəm. Ali məktəbə hazırlaşdırmışam. Yəni, o, həmişə mənə məktəbdə “müəllim” deyə müraciət edirdi. Bir dəfə də məktəbdə “ana” demirdi. Təkcə ona lazım olan fənləri oxumurdu. Digər fənləri, o cümlədən tarixi də yaxşı oxuyurdu. Vətənpərvərliyi də ata-babasından keçib. O, həm hərbi həkimliyi seçmişdi, həkim kimi çox savadlı idi. Həm də hərb sənətini seçmişdi”, – deyə anası Afət Əhmədova bildirib.

    2018-ci ildə Tibb Universitetini bitirən Adil təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonuna göndərilib. Burada tibb xidməti rəisi vəzifəsində çalışıb. Vətən müharibəsi başlayanda isə döyüşlərə qoşulur. Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, hərbi həkim kimi… Atası Qədir Əfəndiyev deyir ki, Adil Vətən müharibəsinə yollanmazdan öncə şəhid olacağını hiss etmişdi: “Müharibəyə getməmişdən qabaq Naxçıvanda dostlarına “gələcəyin şəhidi ilə şəkil çəkdir” deyirmiş. Bunu mənə yoldaşları danışıblar”.

    Vətən müharibəsi zamanı Füzulinin azad edilməsi uğrunda döyüşlərdə iştirak edib. Daha sonra Xocavənd istiqamətində savaşlara qatılıb. Vətənin azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Adil Xocavəndin Tuğ kəndində gedən döyüşlərdə yoldaşını xilas edərkən şəhid olub. O, Qazax rayonunda dəfn edilib.

    “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib. Onun yaşadığı küçədə və rayon mərkəzi xəstəxanasının önündə xatirəsinə abidə inşa olunub.

  • Toplanışa çağırılan ehtiyatdakı hərbçilər hərbi hissəyə qəbul olundular

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlim toplanış məntəqəsinin qərargahında hərbi vəzifəlilərin müvafiq qeydiyyatı aparıldıqdan və həkim müayinəsindən keçirildikdən sonra onlar hərbi geyim və digər təminat növləri ilə təmin olunublar.

    Sonra toplanışa cəlb olunan heyət üçün Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim edilib.

    Hərbi hissənin sıra meydanında xüsusi təyinatlıların nümunəvi çıxışları hərbi vəzifəlilər tərəfindən maraqla qarşılanıb.

    Qeyd edək ki, təlim toplanışının keçirilməsində əsas məqsəd ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.
    Toplanışda hərbi vəzifəlilər hərbi xidmətdə qazandıqları döyüş vərdişlərini və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda silahlanmaya yeni qəbul edilmiş müasir silah, hərbi texnika və avadanlıqlardan istifadə qaydalarını mənimsəyəcəklər.

  • Qubadlıdakı yeni hərbi hissə “HAROP”, “Quzğun” və “Qırğı” PUA-ları ilə təchiz edilib

    Dövlət Sərhəd Xidmətinin (DSX) Qubadlıda yeni istifadəyə verilən hərbi hissə kompleksinin silah və döyüş texnikası arsenalına “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları daxildir.

    “Report” xəbər verir ki, Azərbaycanın Ermənistanla dövlət sərhədinin Qubadlı və Laçın rayonları ərazisindən keçən hissəsinin mühafizəsini təmin edən Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin ərazisi 25 hektardır.

    Kompleksin döyüş texnikası parkında helikopterlər, “HAROP”, “Quzğun” və “Qırğı” zərbəendirici pilotsuz uçuş aparatları, tank əleyhinə dəzgahlı qumbaraatanlar və idarə olunan raketlər, 120 və 82 millimetrlik minaatanlar, zenit qurğuları və digər müasir silah sistemləri mövcuddur. Bununla yanaşı, hərbi hissənin istifadəsində döyüş texnikaları, yüksəkkeçidli nəqliyyat vasitələri, zirehli və avtomobil texnikası, tibb avtomobilləri var.

    Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 25-də Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

  • Hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün hazırlıq planına əsasən oktyabrın 25-dən N nömrəli hərbi hissədə hərbi təlim toplanışı keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, ehtiyatda olan bir qrup hərbi vəzifəlilərin cəlb olunacağı təlim toplanışında əsas məqsəd onların döyüş hazırlığının səviyyəsini, bilik və bacarıqlarını artırmaqdır.

    Təlimdə hərbi vəzifəlilər əvvəllər qazandıqları döyüş vərdişlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirməklə yanaşı, ordumuzda olan müasir silahlar, hərbi texnika nümunələri ilə yaxından tanış olmaq, onların istismar qaydalarını öyrənmək imkanı əldə edəcəklər.

    Təlim toplanışı noyabrın 6-dək davam edəcək.

  • Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş SIYAHISI

    Müdafiə Nazirliyi Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların yenilənmiş siyahısını təqdim edib.

    Nazirliyin rəsmi saytında yer alan xəbərə görə, siyahıda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından oktyabrın 21-dək dəfn edilən 2908 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 6 nəfərin şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

    Qeyd edək ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Həmin siyahı ilə buradan tanış ola bilərsiniz.

  • Dövlət başçısı: “Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, bütün infrastruktur qurulacaq”

    “Bu gün Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşəcəklər və bizim mövqeyimiz bir daha orada səslənəcək. Beləliklə, Zəngilanda müasir logistika-nəqliyyat mərkəzi, yük təyyarələri, sərnişin təyyarələri, dəmir yolu qovşağı, avtomobil yolları, bütün bu infrastruktur qurulacaq”.

    “Report” xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.

  • Azərbaycanda Xüsusi Təyinatlı Qüvvələrin təlimi davam edir – VİDEO

    Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissə və bölmələrində taktiki-xüsusi təlim davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Xüsusi təyinatlıların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə praktiki vərdişlərin təkmilləşdirilməsi istiqamətində fəaliyyətlər icra olunur.

  • Vətən Müharibəsi şəhidi Salayev Elşənin anım günü qeyd olunub – FOTO

    Xətai rayonunda Vətən Müharibəsi şəhidi Salayev Elşən Fuad oğlunun G.Mehmandarov küçəsi 26 ünvanda xatirə lövhəsi və parkın açılış mərasimi keçirilib.

    Tədbirdə Xətai rayon İcra Hakimiyyətinin rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri, qazilər, məktəblilər, şəhidin ailə üzvləri, qazilər, Vətən müharibəsi iştirakçıları, eləcə də Azərbaycanın Xalq artistləri şəhid atası Əli Nur, Azad Şükürov iştirak etmişdir.Tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Sonra hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Şəhidimizin ruhuna dualar oxunub, xatirə lövhəsinin üzərinə əklil və tər güllər düzülüb.

    Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər.