Category: Ordu

  • Xüsusi Təyinatlı Qüvvələrdə taktiki-xüsusi təlim keçirilir – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən xüsusi təyinatlı hərbi hissə və bölmələrin 14 oktyabr gecədən başlayan taktiki-xüsusi təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

  • Oktyabrın 16-da azad olunmuş ərazilər – SİYAHI

    Ötən il sentyabrın 27-də Azərbaycan Ordusu düşmən tapdağında olan torpaqlarımızın azad olunması üçün əks-hücum əməliyyatlarına başladı.

    Hücum əməliyyatlarının ilk günlərindən Müzəffər Ordumuz düşmən tapdağında olan torpaqlarımızın azadlığı üçün canından, qanından keçdi.

    Düz bir il əvvəl, oktyabrın 16-da azad olunmuş ərazilərin siyahısını təqdim edirik:

    Xocavənd rayonu

    – Xırmancıq
    – Ağbulaq
    – Axullu

  • Bu gün şəhid olan əsgərimiz Goranboyda dəfn ediləcək – FOTO

    Qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Goranboy rayonu, Borsunlu kəndindəndir.

    Median.Az bildirir ki, Şəhid olan əsgər – 2002-ci il təvəllüdlü Həmzəyev Əfqan Bəhram oğlu sabah dəfn olunacaq.

  • Hərbi qulluqçumuz şəhid olub

    Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri növbəti dəfə terror aktı törədib.

    Oktyabrın 14-də saat 18:15 radələrində qanunsuz erməni silahlı dəstələri tərəfindən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Həmzəyev Əfqan Bəhram oğlu şəhid olub.

    Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin yaxınlarına dərin hüznlə başsağlığı verir və səbr diləyir!

    Bu terror təxribat əməlinin araşdırılması üçün Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinə sorğu göndərilmişdir.

    Minskdə Rusiya Federasiyasının vasitəçiliyi ilə Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin görüşünün keçirildiyi vaxtda Ermənistanın dəstəklədiyi qanunsuz erməni hərbi dəstələri tərəfindən bu terror əməlinin törədilməsi məqsədyönlü təxribatdır. Bu hal eyni zamanda Ermənistanın regionda vəziyyəti qəsdən gərginləşdirmək, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarının icrasına əngəl yaratmaq və Rusiya sülhməramlılarının fəaliyyətinə kölgə salmaq siyasətinin növbəti sübutudur.

    Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq bu terror əməlini törətmiş qanunsuz erməni silahlı dəstələrinin neytrallaşdırılması və qanun qarşısında cavab vermələrini təmin etmək üçün qəti addımlar bundan sonra da davam etdiriləcəkdir.

  • ATƏT-in Minsk Qrupu Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıb

    ATƏT-in Minsk Qrupunun həmsədrləri Azərbaycanın erməni hərbçisini azad etməsini təqdir ediblər.

    “Report” xəbər verir ki, bu barədə həmsədrlərin yaydığı bəyanatda deyilir.

    Belə ki, Minsk Qrupunun həmsədrləri (ABŞ-dan Endryu Şafer, Fransadan Stefan Viskonti və Rusiyadan İqor Xovayev) son günlər Azərbaycan və Ermənistan arasında razılaşmalara dair bəyanat yayıblar.

    Bəyanatda bildirilir ki, həmsədrlər 7 və 8 oktyabr tarixlərində Cenevrədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi və Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) vitse-prezidenti Qilles Karbonnierlə məsləhətləşmələr aparıblar. Görüşlərdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik də iştirak edib.

    BMT Baş Assambleyasının iclası gedişində Ermənistan və Azərbaycan xarici işlər nazirləri arasında son konstruktiv görüşə diqqət çəkən həmsədrlər Azərbaycanın erməni hərbçisini azad etməsini alqışlayıblar. Həmçinin mümkün deeskalasiya və itkin düşmüş şəxslər, eləcə də köçkünlərin könüllü olaraq geri qaytarılması istiqamətində humanitar tədbirlər müzakirə edilib.

    Həmsədrlər razılaşma sahələrini tapmaq üçün tərəflərlə işləməyə davam etmək niyyətlərini vurğulayıblar.

    Həmçinin həmsədrlərin iştirakı ilə görüşə hazır olduqlarını ifadə edən Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın açıq bəyanatlarını müsbət qiymətləndiriblər. Həmsədrlər tərəflərin belə bir görüşün detallarını əlaqələndirməyi səbirsizliklə gözləyirlər və yaxın gələcəkdə prosesin növbəti addımlarını müzakirə etmək üçün bölgəyə səfər etmək istəklərini bir daha ifadə ediblər.

  • Azərbaycan Ombudsmanı və BMT koordinatoru gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər

    Bu gün Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva BMT-nin ölkəmizdəki ofisinin rezident əlaqələndiricisi Vladanka Andreeva ilə görüşüb.

    Bu barədə Ombudsmanın rəsmi tviter səhifəsində bildirilib.

    “Tərəflər gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər”, – paylaşımda deyilir.

  • Erməni hərbçilərin qaçarkən atdıqları papaqlar nümayiş etdirilir

    Hərbi jurnalist Şöhrət Eyvazov Vətən müharibəsində erməni hərbçilərinin qaçarkən döyüş meydanında atdıqları papaqlarını və digər əşyalarını toplayaraq səyyar kolleksiya şəkilində nümayiş etdirir. “Report”un Qarabağ bürosu xəbər verir ki, jurnalistin fərdi kolleksiyasındakı hərbi qənimətlər arasında erməni zabitləri və əsgərlərinə məxsus kakardalar, mundirlər, qumqumalar, zabit geyimləri və onlarla hərbi əşyalar yer alır.

    I Qarabağ müharibəsində iştirak edən Ş.Eyvazov bildirib ki, o zamankı şərait və texniki imkansılıqlar nəticəsindən döyüşlərə aid heç bir əşyanı götürüb saxlaya bilməyib: “Cəbhənin Tərtər və Ağdərə istiqamətində döyüşmüşəm. Texniki şərait imkan vermirdi ki, hansısa fotolar, videolar saxlayaq. Eləcə də heç bir eksponat saxlamadım. Sonra fikirləşdikm ki, mütləq onlardan yığsaydım yaxşı olardı. Gələcək nəsillər üçün həmin dövrə aid bir məlumatlar olardı və bu içimimi qalmışdı”.

    Azərbaycan ordusunun ehtiyatda olan zabiti, İctimai televiziyanın Qarabağ üzrə xüsusi müxbiri Ş.Eyvazov artıq bir neçə ildir ki, hərbi jurnalistika sahəsində çalışır. O, Vətən müharibəsi zamanı erməni ordusunun fərari zabit və əsgərlərinin əşyalarından kolleksiya toplayıb..

    Ş.Eyvazov əlavə edib ki, Vətən müharibəsi zamanı işğaldan azad olunan ərazilərdə çəkiliş aparan zaman erməni zabitinin döyüş meydanında qaçarkən atdığı papağı tapıb: Həmin papağın fotosunu çəkib sosial şəbəkələrdən birindəki hesabımda paylaşdım. Yüksək rütbəli zabitin döyüş meydanından qaçarkən atdığı papağının fotosu qardaş Türkiyə tekllekanallarında nümayiş etdirildi və izləyicilərin marağına səbəb olmuşdu. Elə həmin vaxtdan başlayaraq digər eksponatları – tankist şilemi, kitellər və digər qarşıma çıxan eksponatları dövrün xatirəsi kimi topalamağa başladım”.

    Əşyaların yaxın zamanda təkcə ölkə daxilində deyil, Azərbaycana dost olan qardaş ölkələrdə də nümayiş etdirilməsini arzu edir. Bunun üçün, ona bəzi qeyri hökumət təşkilatlarıda kömək etmək üçün müraciət ediblər.

    Düşmənin döyüş meydanında qoyub qaçdığı hərbi qənimətlərin nümayiş etdirilməsinin ideoloji mübarizədə əhəmiyyəti də böyükdür. Bu eksponatlar təkcə erməni faşizminin tanıdılması deyil, hərbi-vətənpərvərlik təbliğatı baxımından da vacibdir.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

    Prezident İlham Əliyevin bu ilin sentyabrın 3-də imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

    Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulan və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olan, habelə 1986-2002-ci illərdə doğulan, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən Azərbaycan vətəndaşları 2021-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Artıq bu gündən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən tərəfindən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalınması oktyabrın 30-dək davam edəcək.

    Yolasalmalar COVID-19 pandemiyası ilə əlaqədar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən verilmiş qərar və tövsiyələrə riayət edilməklə həyata keçirilir.

    Müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən sentyabrın 25-də SMS vasitəsilə məlumatlandırılıblar.

  • Milli Məclis Azərbaycan-Türkiyə xüsusi təyinatlıları ilə bağlı sənədi təsdiqlədi

    Milli Məclisin iclasında “Azərbaycan Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında Azərbaycan Ordusu və Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlılarının təliminə dair” Anlaşma Memorandumu müzakirəyə çıxarılıb.

    Sənəd müzakirələrdən sonra səsverməyə qoyularaq qəbul edilib.

    Qeyd edək ki, Anlaşma Memorandumu Azərbaycan və Türkiyə xüsusi təyinatlılarının təlimləri zamanı onların ölkəyə giriş-çıxışın tənzimlənməsi və digər məsələləri özündə əks etdirir.

    Sənəd 1 il müddətində etibarlıdır. Tərəflərdən biri bu Anlaşma Memorandumunun müddətinin bitməsinə ən azı 90 (doxsan) gün qalmış digər tərəfə diplomatik kanallar vasitəsilə yazılı şəkildə ləğvetmə tələbini göndərmədiyi təqdirdə bu Anlaşma Memorandumu növbəti bir illik müddətə uzadılır.

  • Azərbaycan-Türkiyə döyüş təyyarələrinin təlimindən yeni görüntülər – VİDEO

    Türkiyə Respublikasının Konya şəhərində keçirilən “TurAz Şahini – 2021” birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyənin hərbi təyyarələri müxtəlif epizodlar üzrə döyüş uçuşları həyata keçiriblər.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimin planına əsasən şərti düşmənin qırıcı aviasiyasının hücumunu dəf etmək, hava hücumundan müdafiə vasitələrindən aldadıcı manevrlərlə yayınmaq və təyin olunan yerüstü hədəflərinə zərbələr endirmək tapşırıqları üzrə əməliyyat uçuşları yerinə yetirilib.

    Qarşıya qoyulan döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.

    Təlimlər davam edir.