Category: Ordu

  • İki hərbçimizin şəhid olduğu rəsmən təsdiqləndi – FOTO

    Daha iki hərbi qulluqçumuzun nəşi tapılıb.

    Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində, Müdafiə və Fövqəladə Hallar Nazirliklərinin əməkdaşlarından ibarət axtarış qrupları tərəfindən itkin düşmüş hərbi qulluqçularımızın axtarılaraq tapılması istiqamətində müntəzəm iş aparılıb.

    Birgə həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində itkin düşmüş daha iki hərbi qulluqçunun – baş leytenant Qənbərli Qənbər Bəhruz oğlu və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, əsgər Nağıyev Pərviz Güloğlan oğlunun şəxsiyyətləri müəyyənləşdirilərək meyitlərinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.


  • Azərbaycan Ordusu Türkiyədə təlimdə iştirak edəcək

    Mayın 24-də Türkiyə Respublikasının Konya şəhərində başlayacaq “Anatolian Phoenix-2021” beynəlxalq axtarış-xilasetmə təlimində hərbi qulluqçularımız iştirak edəcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycan Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları ilə təmsil olunacaq.

    Təlim iyunun 4-dək davam edəcək.

  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir – FOTO/VİDEO

    Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Naxçıvan Qarnizonu Qoşunlarının aidiyyəti üzrə birləşmə və hissələri ilə keçirilən komanda-qərargah təliminin növbəti mərhələsində qərargahlar tərəfindən hər an dəyişən əməliyyat şəraitinə uyğun qısa müddətdə qərarların qəbul edilməsinə və bölmələrə çatdırılmasına xüsusi diqqət yetirilib. Qəbul edilən qərara uyğun olaraq əməliyyat istiqamətində əldə edilmiş müvəffəqiyyətin inkişaf etdirilməsi üçün taktiki qrupların bir istiqamətdən digərinə yerdəyişməsi praktiki fəaliyyətlərlə məşq etdirilib. Çətin dağ şəraitində bölmələrin şəxsi heyətinin döyüş və avtomobil texnikası ilə daşınmasının gizliliyi digər qoşun növü bölmələrinin fəaliyyəti ilə təmin edilib. Döyüş və digər texnikanın dağlıq ərazidə istismarı üzrə şəxsi heyətin praktiki vərdişləri təkmilləşdirilib.

    Komanda-qərargah təlimi plana əsasən mayın 20-dək davam edəcək.






  • Şəhidin nəşi Salyan rayonuna gətirildi

    Vətən müharibəsində itkin düşən şəhidin nəşi doğulduğu Salyan rayonuna gətirilib.

    Vətən müharibəsində itkin düşərək sonradan şəhid olduğu bilinən müddətdən artıq hərbi xidmət hərbi qulluqçusu (MAXE), əsgər İbrahimov Təbriz İsmayıl oğlunun nəşi bu gün doğulduğu Salyan rayonunun Çadırlı kəndinə gətirilib.

    Qeyd edək ki, Təbriz İbrahimov 1992-ci ildə Salyan rayonunun Çadırlı kəndində doğulub. 2020-ci il sentyabrın 27-də Murovdağda gedən döyüşlərdə itkin düşüb. DNT analizindən sonra onun şəhadətə yüksəldiyi məlum olub.

    Şəhid mayın 20-də Bakıda II Fəxri xiyabanda dəfn olunacaq.

  • Azərbaycan sərhədçiləri təxribat törətmək istəyən erməni hərbçiləri cəzalandırdı – VİDEO

    Azərbaycan Ordusu sərhədi pozmağa və təxribat törətməyə cəhd edən erməni hərbçiləri cəzalandırıb.

    Bu barədə sosial şəbəkələrdə görüntülər paylaşılıb.

    Kadrlardan görünür ki, sərhədi keçməyə cəhd edən bir qrup erməni hərbçi Azərbaycan hərbçiləri tərəfindən ərazidən qovulur.

    Kadrlarda ermənilərin qorxduğu aşkar görünür və onlar Azərbaycan hərbçilərinin əmrlərini müticəsinə yerinə yetirirlər.

  • Ermənistan Azərbaycanla sərhədə əlavə qüvvələr cəlb edib?

    Ermənistan-Azərbaycan sərhədində Qaragöl ərazisindəki vəziyyətlə bağlı əhəmiyyətli dəyişiklik yoxdur.

    Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

    Qurumdan bildirilib ki, İrəvan tərəfi Azərbaycanla sərhədə əlavə qüvvələr cəlb edib.

  • Azərbaycan Ordusunun təlimlərindən yeni görüntülər – VİDEO

    Azərbaycan Ordusunda müxtəlif qoşun növlərinin cəlb edilməsi ilə keçirilən təlimlər davam edir.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Təlimlərin planına uyğun olaraq qərargahlarda vəziyyətin qiymətləndirilməsi aparılır və müvafiq tapşırıqlar verilir.

    Qəbul edilmiş qərarlara müvafiq olaraq raket və artilleriya bölmələri tapşırıqları icra edir.

  • İtkin düşmüş daha bir hərbçimizin nəşi tapıldı – RƏSMİ

    Vətən müharibəsi zamanı itkin düşmüş daha bir hərbi qulluqçu tapılaraq, şəxsiyyəti müəyyənləşdirilməklə, nəşinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    Bu barədə Respublika Hərbi Prokurorluğunun Mətbuat xidmətindən məlumat verilib.

    Hərbi prokurorluq orqanlarının və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İbrahimov Təbriz İsmayıl oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

  • Kəşfiyyat dronları Azərbaycan səmasına qaldırıldı – VİDEO

    Azərbaycan Ordusunda hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatlarının da cəlb olunduğu təlimlər davam edir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Təlimlər çərçivəsində pilotsuz uçuş aparatlarının (PUA) heyətləri havadan müxtəlif hündürlüklərdə kəşfiyyat aparır.

    PUA heyətləri həmçinin şərti düşmənin mövqelərinin, o cümlədən müdafiəsinin dərinliyindəki hədəflərin aşkar edilməsi və müvafiq məlumatların idarəetmə məntəqələrinə göndərilməsi üzrə tapşırıqları icra edir.

  • Azad olunmuş ərazilərdə yeni hərbi hissələrin açılışı olub – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən azad olunmuş ərazilərdə dislokasiya olunan hərbi hissələrdə tikinti-quruculuq işləri davam etdirilir.

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov müxtəlif bölgələrdə yerləşən yeni inşa edilmiş bir neçə hərbi hissənin açılışında iştirak edib.

    Şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayan nazir döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Müdafiə nazirinə məruzə olunub ki, müasir avadanlıq, mebel və inventarlarla təchiz olunmuş müxtəlif təyinatlı qurğulardan ibarət bu komplekslər hərbi qulluqçuların bütün zəruri ehtiyaclarını tam təmin edir. Bu hərbi hissələrdə silah otağı, yataqxana, yeməkxana, mətbəx, tibb məntəqəsi, ərzaq və əşya anbarları, hamam-sanitar qovşağı mövcuddur. Ərazinin fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədilə generatorlar quraşdırılıb.

    Şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığını yüksək qiymətləndirən Müdafiə naziri xidmətdə fərqlənən bir qrup hərbi qulluqçunu qiymətli hədiyyələrlə təltif edib. Sonra Müdafiə naziri şəxsi heyətlə birgə nahar edib.

    General-polkovnik Z.Həsənov azad edilmiş ərazilərdə dislokasiya olunun hərbi hissələrin şəxsi heyətinin sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədilə müvafiq tapşırıqlar verib.
    Qeyd edək ki, indiyədək azad olunmuş ərazilərdə müxtəlif istiqamətlərdə 20 modul və konteyner tipli hərbi hissə istifadəyə verilib.