Category: Ordu

  • İndiyədək azad olunmuş ərazilərdə 20 hərbi hissə istifadəyə verilib – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətinin döyüş hazırlığının artırılması və sosial-məişət şəraitinin daha da yaxşılaşdırılması istiqamətində aparılan işlər çərçivəsində azad olunmuş ərazilərdə yerləşən hərbi hissələrdə olub.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə naziri bölmələrin təminatını və şəxsi heyətin döyüş hazırlığının səviyyəsini yoxlayıb, döyüş qabiliyyətinin artırılması ilə bağlı komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

    Yeni inşa edilmiş hərbi hissələrə baxış keçirən Müdafiə nazirinə məruzə olunub ki, indiyədək müxtəlif istiqamətlərdə 9 modul tipli və 11 konteyner tipli hərbi hissə şəxsi heyətin xidməti və döyüş fəaliyyətinin təşkili, eləcə də məişət şəraitinin təmin edilməsi üçün istifadəyə verilib.

    Hərbi hissələrdə görülən tikinti işlərinin gedişatını yoxlayan Müdafiə naziri inşaat işlərinin keyfiyyətli aparılması və qısa müddətdə başa çatdırılması ilə bağlı göstəriş verib.

  • Azərbaycan ordusu 15 000 nəfərlik təlimlərə başlayacaq

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən, mayın 16-dan Azərbaycan ordusunda qoşun növlərinin cəlb edilməsi ilə təlimlər keçiriləcək.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15 000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

    Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək.

    Mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda, qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

  • Ermənistan MN: “Azərbaycan Silahlı Qüvvələri Sünik bölgəsində irəliləyib”

    Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini Ermənistanın Sünik bölgəsi istiqamətində irəli çəkib.

    Məlumatı “Sputnik” Ermənistana Gorus şəhər mer müavini Menua Ovsepyan təsdiq edib.

    Gorus merinin digər müavini İrina Yolyan da öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin Verişen istiqamətində üç kilometr irəlilədiyini bildirib.

    Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Silahlı Qüvvələrinin Sünik bölgəsində irəlilədiyini təsdiqləyib.

    Azərbaycan Silahlı Qüvvələri öz mövqelərini Ermənistanın Sünik bölgəsi istiqamətində irəli çəkib.

    Məlumatı “Sputnik” Ermənistana Gorus şəhər mer müavini Menua Ovsepyan təsdiq edib.

    Gorus merinin digər müavini İrina Yolyan da öz növbəsində Azərbaycan Silahlı Qüvvələrinin Verişen istiqamətində üç kilometr irəlilədiyini bildirib.

    Ermənistan Müdafiə Nazirliyi də Azərbaycan Silahlı Qüvvələrinin Sünik bölgəsində irəlilədiyini təsdiqləyib.

  • Türkiyəyə göndərilən daha 3 qazi sağalaraq Vətənə döndü

    Ağır yaralanan və müalicə üçün “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilən 3 qazimiz sağalaraq Vətənə geri dönüb.

    Fonddan verilən məlumata görə, qazilərimiz Rəsulov Elşad Əlimurad oğlunun, Nəzərov Nail Faiq oğlunun və Musayev Bəhman Natiq oğlunun Türkiyədəki müalicə proseduru artıq uğurla yekunlaşıb.

    Onların qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.

    “YAŞAT” Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq hazırda daha 70 qazimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdirilir.

    “YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.
    Allah qazilərimizə şəfa versin!

  • Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçular – SİYAHI

    Müdafiə Nazirliyi Vətən müharibəsində həlak olmuş hərbi qulluqçuların yeni siyahısını yayıb.

    Nazirlikdən bildirilib ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından mayın 8-dək dəfn edilən 2895 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 19 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

    Qeyd edilib ki, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

    Nazirliyin yaydığı siyaha BURADAN baxa bilərsiniz!

  • DSX rəisi: “Sərhədçilər PUA-lar vasitəsilə düşmənin 290 hədəfini məhv edib”

    Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin strateji əhəmiyyətli döyüş texnikaları, raket sistemləri, zenit-raket kompleksləri, tankları, zirehli döyüş maşınları və digər texnikası, komanda idarəetmə məntəqələri və çoxsaylı canlı qüvvəsi zərərsizləşdirilib.

    Bunu Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev bu gün Dövlət Sərhəd Xidməti Akademiyasının (DSX) 10-cu buraxılışı münasibətilə keçirilən təntənəli mərasim deyib.

    Onun sözlərinə görə, ümumilikdə 290 düşmən hədəfi məhv edilib.

  • Vətən müharibəsində HHQ-nin məhv etdiyi növbəti düşmən hədəfləri – VİDEO

    Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Hərbi Hava Qüvvələrinin məhv etdiyi növbəti düşmən hədəflərinin görüntülərini yayıb.

    Həmin videonu təqdim edirik:

  • Daha bir hərbçimizin şəhid olduğu müəyyənləşdi – RƏSMİ

    Daha bir hərbi qulluqçumuzun nəşi tapılıb.

    Hərbi Prokurorluğunun mətbuat xidmətindən verilən məlumata görə, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları ilə birgə həyata keçirilmiş əməliyyat-istintaq tədbirlərinin nəticəsində itkin düşmüş daha bir hərbi qulluqçunun – müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu baş əsgər Vəkilov Elməddin Nizami oğlunun meyiti tapılaraq, şəxsiyyəti müəyyən edilməklə aidiyyəti üzrə verilməsi üçün zəruri tədbirlərin görülməsi təmin olunub.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə əməliyyat-istintaq tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

    Qeyd edək ki, Elməddin Vəkilov 1988-cu il avqustun 21-də anadan olub. Azərbaycan Ordusunun baş əsgəri olan Elməddin Vəkilov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edib. Elməddin Vəkilov sentyabrın 27-də Murovdağ döyüşləri zamanı itkin düşmüşdü.

  • Şəhidin nəşi ailəsinə təhvil verildi – RƏSMİ

    İtkin düşmüş daha bir hərbi qulluqçunun – kapitan Rəhmətov Əbülfəz Hüseynverdi oğlunun şəxsiyyəti müəyyənləşdirilərək meyitinin aidiyyəti üzrə verilməsi təmin olunub.

    Bu barədə Respublika Hərbi Prokurorluğu məlumat yayıb.

    İtkin düşmüş digər hərbi qulluqçuların olduqları yerlərin müəyyən olunması məqsədilə istintaq-əməliyyat tədbirlərinin icrası davam etdirilir, eləcə də axtarış qrupları tərəfindən hazırda intensiv işlər aparılır.

  • “İTİ QOVAN” PUA-ları Azərbaycan ordusunun istifadəsinə verilib

    “Yerli istehsal olan müasir silah və sursatlar, hərbi texnika məhz 44 günlük Vətən müharibəsində ilk dəfə real döyüşdə uğurla sınaqdan keçdi”.

    Bunu Müdafiə Sənayesi naziri Mədət Quliyev deyib.

    Nazir xatırladıb ki, Vətən müharibəsi zamanı gərgin döyüşlərin getdiyi dövrdə Müdafiə Sənayesi Nazirliyinin birlik və müəssisələri fasiləsiz iş rejimində çalışıb: “Döyüşçülərimizin istifadəsində olan hərbi texnikanı operativ şəkildə təmir və bərpa etmək üçün cəbhəyanı ərazilərdə fasiləsiz fəaliyyət göstərən müvafiq bazalar yaradılmışdı.

    İşğalçılar Azərbaycan torpaqlarından qovularkən Ali Baş Komandanın obrazlı şəkildə işlətdiyi məşhur ifadənin ölkəmizdə və dünyada böyük əks-səda doğurduğu vaxtda seriyalı istehsalına başladığımız, qanadları üzərinə “İTİ QOVAN” yazılmış pilotsuz uçuş aparatları ordumuzun istifadəsindədir”.