Category: Ordu

  • İtkin düşən zabitimizin səkkiz aydan sonra şəhid xəbəri gəldi

    Azərbaycan Ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

    “Report”un xəbərinə görə, 8 aydır itkin düşən leytenant Yusifov Əli Sülhəddin oğlunun torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

    Şəhidin nəşi sabah – aprelin 30-da Naxçıvan Muxtar Respubpublikasının Şərur rayonunun Oğuz kəndinə yola salınacaq və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Oğuz kəndində anadan olan Ə.Yusifov Vətən müharibəsi zamanı Füzuli istiqamətində gedən döyüşlərdə itkin düşüb.

    Ə.Yusifov nişanlı idi.
    Allah rəhmət eləsin!

  • Azərbaycanda futbol hakimi təhlükəsizliyinin təmin olunmasını istədi – FOTO

    “Zirə” və “Keşlə” komandaları arasında Azərbaycan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu idarə edən baş hakim Elçin Məsiyev AFFA nümayəndəsi Seymur Səlimliyə müraciət edib.

    “Report”un məlumatına görə, referi AFFA nümayəndəsindən əlavə vaxtın fasiləsində təhlükəsizlik xidmətinin əməkdaşlarının oyun bitən kimi stadiona gəlməsini istəyib.

    S. Səlimli isə öz növbəsində hakimin narahat olmamasını bildirib.

    Qeyd edək ki, qarşılaşma əlavə vaxtın ikinci hissəsi oynanılır və “Keşlə” 3:2 hesabı ilə öndədir.

  • Vətən müharibəsində iştirak etmiş 405 qaziyə əlillik statusu verilib

    Median.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsində “Əlilliyin ekspertizası və reabilitasiyası sahəsində qanunvericiliyin təkmilləşdirilməsi” mövzusunda keçirilən dinləmədə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

    Nazir Vətən müharibəsində yaralanmış hərbçilərin əlilliklərinin qiymətləndirilməsi sahəsində görülən işlər barədə bildirib ki, artıq 405 qaziyə əlillik təyinatı aparılıb, proses davam edir:

    “İndiyədək 17 qazi yüksək texnologiyalı protezlərlə təmin edilib, nazirliyin reabilitasiya müəssisələrində 105 qazi stasionar müalicə alır, 1200-dən çox qaziyə psixoloji xidmət göstərilib”.

  • İşlə bağlı kömək edilən qazi və şəhid ailəsi üzvlərinin sayı açıqlanıb

    2021-ci ilin ilk rübündə 2,1 minədək şəhid ailəsi üzvü, 3,3 minədək qazi və yaxını məşğulluq tədbirlərinə cəlb edilib.

    Median.Az Trend-ə istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin 2021-ci ilin ilk rübündə gördüyü işlərə dair kollegiya iclasında bildirib.

    Bu istiqamətdə səylərin daim artırıldığını qeyd edən nazir, eyni zamanda şəhidlərimizin ailə üzvlərinin, qazilərin və yaxınlarının məşğulluq məslələrinin həlli yönündə işəgötürənlərlə də fəal əməkdaşlıq edildiyini deyib.

    S.Babayev bildirib ki, “DOST” mərkəzlərində bu ilin ilk rübündə 95 minədək, ümumən indiyədək 368 mindən çox müraciət üzrə vətəndaşlara xidmət göstərilib, onlardan 38 minə qədəri elektron formada təqdim edilən xidmətlər olub. Bu ilin birinci rübündə 142 Çağrı mərkəzinə 135 minə yaxın zəng daxil olub.

    Daha bir DOST mərkəzinin açılışı üçün hazırlıq işlərinin yekunlaşmaqda olduğunu bildirən nazir ölkənin “DOST” mərkəzləri şəbəkəsi ilə əhatə olunmasına dair yeni regional inkişaf proqramı üzrə işlərin davam etdiyini vurğulayıb.

    İclasda Nazirliyin fəaliyyət sahələrində 2021-ci ilin ilk rübündə görülmüş işlər barədə hesabatlar təqdim edilib, bu sahələr üzrə görülmüş işlərin nəticələri və cari ildə görüləcək işlər müzakirə olunub.

  • Vətən müharibəsi şəhidi Gəncədə dəfn ediləcək

    Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olmuş və dünən nəşi tapılmış Elvin Mustafayev Gəncədə dəfn ediləcək.

    “Report”un Qərb Mərkəzinin məlumatına görə, Vətən müharibəsi zamanı şəhid olan 23 yaşlı Mustafayev Elvin Fuad oğlunun nəşinin gətirilməsi üçün yaxınları Füzuli rayonuna gediblər. Şəhid bu gün Gəncə şəhərində Şəhidlər xiyabanında dəfin olunacaq.

    Qeyd edək ki, şəhidin ailəsi onunla sonuncu dəfə oktyabrın 28-də danışıblar, həmin vaxtdan Elvin Mustafayev barədə heç bir xəbər ala bilməyiblər.

  • Vətən müharibəsində itkin düşən hərbi qulluqçumuzun nəşi tapıldı

    Azərbaycan ordusunun Vətən müharibəsində itkin düşən daha bir hərbi qulluqçusunun nəşi tapılıb.

    “Report”un xəbərinə görə, döyüşlərin ilk günlərindən itkin düşən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAXE) Ələkbər Əlövsət oğlu Musayevin torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olduğu təsdiqlənib.

    Şəhidin nəşi Cəlilabad rayonunun Mollalı kəndinə gətiriləcək və vida mərasimindən sonra kənd qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, Ə.Musayev 1999-cu il iyunun 16-da Cəlilabad rayonunun Mollalı kəndində anadan olub. Vətən müharibəsinin ilk günlərində onunla əlaqə kəsilib və barəsində heç bir məlumat əldə etmək mümkün olmayıb.

  • Azərbaycanda məktəb müəllimi həbs edildi – RƏSMİ

    Bakı Ağır Cinayətlər Məhkəməsində baxılmaqla Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində mənimsəmə və digər cinayət faktlarına görə başlanmış cinayət işi üzrə keçirilən əməliyyat tədbirləri nəticəsində cinayət başında saxlanılan H.Sarabski adına 7 nömrəli uşaq musiqi məktəbinin direktoru Rüstəmova Mehriban Əsgər qızının sözügedən cinayət işinin icraatına ibtidai istintaq dövründə xitam verilməsinə köməklik göstərəcəyi vədi ilə həmin məktəbin müəllimi Şükürov Sahib Famil oğlunun onun külli miqdarda pulunu ələ keçirməsi barədə müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış istintaq-əməliyyat tədbirləri ilə Sahib Şükürovun Mehriban Rüstəmovaya öz əlaqələrindən istifadə edərək sözügedən cinayət işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini təmin edəcəyi barədə yalan vədin verilməsi yolu ilə vəzifəli şəxsə verilməsi adı altında ayrı-ayrı vaxtlarda sonuncunun ümumilikdə 168 min manat pul vəsaitini ələ keçirərək dələduzluq etməsinə, eləcə də həmin hərəkətləri ilə vətəndaşı vəzifəli şəxsə rüşvət verməyə təhrik etməsinə əsaslı şübhələr müəyyən edilib.

    İş üzrə toplanmış sübutlar əsasında Sahib Şükürova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 32,4 312.1-ci (rüşvət verməyə təhrik etmə) maddələri ilə ittiham elan edilmiş, məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.

    Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

  • Nardaranda şəhidin dəfnində nə baş verib? – RƏSMİ

    Ötən gün Şuşa şəhəri uğrunda gedən döyüşlərdə ağır yaralanaraq altı aydır hospitalda müalicə alan Nardaran qəsəbə sakini Hüseyn Xəlilov şəhid olub.

    Bu səhər Nardaran şəhidinin dəfnində polislə yerli kənd sakinləri arasında xoşagəlməz hadisə yaşanıb. Sakinlərin iddiasına görə, şəhidin dəfnində iştirak etmək istəyən sakinlərdən həbs edilənlər var.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov bildirib ki, digər şəhidlərimiz kimi H.Xəlilovun da dəfn mərasimi ölkədə tətbiq olunan xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq həyata keçirilib:

    “Torpaqlarımızın işğaldan azad edilməsi uğrunda gedən Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb ağır yaralanan qazimiz Hüseyn Xəlilov həkimlərin səyinə baxmayaraq dünən şəhidlik zirvəsinə ucalıb. Dəfndə yalnız şəhidin yaxın qohumları iştirak edib. Buna baxmayaraq bir qrup insanın da dəfnə qatılmağa cəhd etməsi xüsusi karantin qaydalarına zidd olub.

    Buna görə də polis həmin şəxsləri saxlayıb. Onlarla izahedici söhbətlər aparılıb və hamısına xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Dəfndə saxlanılan və ya həbs edilən olmayıb. Eyni zamanda, heç bir insident və qarşıdurma halı qeydə alınmayıb”.

  • Ermənistan Silahlı Qüvvələrinin suriyalı terrorçuların layihəsi üzrə “Vundervaffe”si – VİDEO

    Erməni təbliğat maşınının paslanmış mexanizmi öz total məğlubiyyətinə haqq qazandırmaq üçün son qurtuluş müharibəsində guya Azərbaycan tərəfində döyüşmüş terrorçular mövzusunda tez-tez hay-küy salır.

    Qarşı tərəfdən fərqli olaraq, “Caliber” komandası həmişə samballı və inandırıcı faktlar əsasında çıxış edir. Məhz bu nümunələr sayəsində kimin, hansı cinayətkar texnologiyalarla erməni terrorçularının tərəfində Azərbaycana qarşı vuruşduğunu aydın şəkildə anlamaq mümkündür…

    Ətraflı “Caliber” analitik layihəsinin növbəti materialında:

  • Azərbaycan ordusunun şəhid hərbçisi dəfn edildi – YENİLƏNİB

    Altı ay komada qaldıqdan sonra dünən şəhid olan Azərbaycan Ordusunun hərbi qulluqçusu Hüseyn Xəlilov dəfn edilib.

    O, doğulduğu Nardaran qəsəbəsində torpağa tapşırılıb.

    * * * * *

    Ötən gün şəhid olan hərbi qulluqçumuz Hüseyn Xəlilovla vida mərasimi keçirilir.

    Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və şəhidin yaxınları iştirak edir.

    Şəhidimiz Nardaran qəsəbə qəbiristanlığında torpağa tapşırılacaq.

    Qeyd edək ki, H.Xəlilov Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində doğulub. O, Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Altı ay komada qalandan sonra aprelin 25-də şəhidlik zirvəsinə ucalıb.