Category: Ordu

  • “Qarabağ Xronikası”, XXIII buraxılış: Bakı cavab gözləyir… – VİDEO

    Baku TV-nin hərbi müxbiri Fərdin İsazadə “Qarabağ Xronikası” proqramının XXIII buraxılışında Rusiya tərəfindən “İskəndər-M” operativ-taktiki raket komplekslərinin Ermənistana verilməsinin yeni mümkün faktlarını təqdim edib.

    O, Rusiyanın “Kommersant” qəzetinin 8 oktyabr 2018-ci il tarixli “Nikol Paşinyan Kremlin hüzuruna çıxacaq” başlıqlı məqaləsinə diqqət çəkir. Yazıda 2016-cı ildə Rusiyanın Ermənistana 9M723 raketləri olan “İskəndər-M” sisteminin verildiyi qeyd olunur.

    “Rusiyanın hərbi rəhbərliyi “İskəndər-M” komplekslərini İrəvana təslim edərək, Ermənistanla münasibətlərdə qeyri-ardıcıl və situativ yanaşmaya üstünlük verib.

    Yəni, Ermənistanın üzərindəki təsiri qorumaq üçün yalnız Azərbaycanla tərəfdaşlıq münasibətləri deyil, eyni zamanda bütün bölgənin təhlükəsizliyi gözardı edilib”, -deyə jurnalist qeyd edib.

  • Azərbaycan və Türkiyə ordularının birgə təlimləri başa çatdı – Video

    Ölkəmizdə keçirilən Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başa çatıb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Birgə təlimlərdə Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyəti təkmilləşdirilib, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqları inkişaf etdirilib.

  • Tank bölmələri döyüş atışları icra edib – VİDEO

    2021-ci il üçün hazırlıq planına uyğun olaraq Azərbaycan Ordusunun tank bölmələrinin intensiv döyüş hazırlığı məşğələləri çərçivəsində atışlar icra edilib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Döyüş atışları zamanı müxtəlif məsafələrdə quraşdırılmış hədəflər dəqiq atəşlə məhv edilib.

  • Ravin Zamir İsayev: “Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm”

    “Bütün Qafqazın şeyxi Allahşükür Paşazadənin rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanın bütün əsas dini konfessiyalarının nümayəndələri işğaldan azad olunmuş Ağdam şəhərini ziyarət ediblər. Mən də dəvət olunanlar arasında idim. Burada gördüklərim azad edilmiş Zəngilanda bir neçə ay əvvəl olduğum zaman yaşadığım dəhşətli təəssüratları bir daha xatırlatdı”.

    Bunu 46 saylı Bakı yəhudi məktəbinin direktoru, “Vaad Le-Atsala” yəhudi təşkilatının Azərbaycan bölməsinin rəhbərinin müavini ravin Zamir İsayev stmegi.com portalına dini konfessiya nümayəndələrinin azad edilmiş ərazilərə səfərini şərh edərkən bildirib.

    Onun sözlərinə görə, hər yer viran edilib, evlər tamamilə dağıdılıb. Ağdamda bütöv heç nə qalmayıb.

    “Minalanmış sahələrin arasıyla gedərkən yoldan çıxmaq çox təhlükəlidir. Bundan əlavə, bizi daha bir hal dəhşətə gətirdi: Ermənilər Azərbaycan qəbristanlıqlarını otlağa çevirib, orada donuz və inək otarıblar. Məscidlər donuzların da saxlandığı tövlə kimi istifadə olunub. Şeyxülislamın rəhbərliyi ilə Ağdam şəhərinin Cümə məscidində təntənəli namaz qılındı. Mərasimdə hər üç konfessiyanın nümayəndələri iştirak etdilər. Bununla da, Azərbaycanın müxtəlif millətlərin nümayəndələri arasında sülhün hökm sürdüyü və çiçəkləndiyi sülhsevər ölkə olması bütün dünyaya bir daha sübut olundu. Həmçinin Azərbaycanın öz haqlarını müdafiə etməsi və torpaqlarını azad etməsi də təsdiqini tapmış oldu.

    Açığını deyim ki, bu yerlərdə insan qarışıq hisslər keçirir. Bir tərəfdən, bu, Ali Baş Komandanımız cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan xalqının, cəsur ordumuzun böyük qələbəsidir. Digər tərəfdən, kütləvi dağıntıları görən insanın qəlbində onu törədənlərə qarşı güclü bir qəzəb alovlanır. Ağdamda gördüklərimi təsvir etmək üçün söz tapa bilmirəm.

    Holokost da daxil olmaqla, dünyada bu qədər dəhşət və faciələrlə üzləşən bir xalqın nümayəndəsi olaraq düşünürəm ki, kütləvi qırğının, doğma yurdlardan, evlərdən qovulmanın, zülmə məruz qalmanın nə olduğunu yəhudilər çox yaxşı bilirlər. Buna görə də biz, Azərbaycan yəhudiləri, vətənimizlə bağlı həqiqətləri dünya birliyinə çatdırmaq üçün əlimizdən gələni edirik. Tanrıya şükür ki, torpaqlarımız azad edildi, münaqişə bitdi. Ancaq burada görülən mənzərə heç vaxt yaddaşlardan silinə bilməz”, – deyə Z.İsayev qeyd edib.

  • Zakir Həsənov Şuşa və Laçındakı birliklərə yeni tapşırıqlar verdi

    Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Şuşa, Laçın, Kəlbəcər, həmçinin azad edilmiş digər ərazilərdə dislokasiya olunan birlik və birləşmələrin qərargahları ilə video-konfrans rejimində əlaqə saxlayıb.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Z.Həsənov Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimlərinin gedişi ilə bağlı müvafiq tapşırıqlar verib.

    Qeyd edək ki, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin təsdiq etdiyi plana əsasən Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri davam edir.

    Təlimlərin növbəti mərhələsini izləmək məqsədilə aprelin 7-də təlim-döyüş tapşırıqlarının yerinə yetirilməsi rayonuna gələn Z.Həsənov ərazidə açılmış səhra idarəetmə məntəqələrində olub, təlimin təşkili və gedişi ilə maraqlanıb. Müdafiə nazirinə bölmələrimizin sərəncamındakı taktiki-strateji səviyyədə olan ən müasir rabitə avadanlıqları təqdim edilib.

    Məruzə edilib ki, təlimlərdə vahid rabitə sisteminin təşkili üzrə tapşırıqlar uğurla icra edilir. Müdafiə naziri Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri, Artilleriya Qoşunları və Xüsusi Təyinatlı Qüvvələrin komanda-idarəetmə məntəqələri ilə əlaqə saxlayıb, rabitənin dayanıqlığı və fasiləsizliyini yoxlayıb.

  • Kəşfiyyat bölmələri ilə döyüş hazırlığı üzrə məşğələlər keçirilir – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq, peşəkarlıq səviyyəsinin artırılması məqsədilə kəşfiyyat bölmələri ilə müvafiq məşğələlər keçirilir.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, praktiki dərslərdə əsas diqqət Vətən müharibəsində qazanılan təcrübə nəzərə alınmaqla kəşfiyyatçıların gündüz və gecə vaxtı, məhdud görünüş və istənilən hava şəraitində, dağlıq və digər mürəkkəb relyefli ərazilərdə fəaliyyətinin təkmilləşdirilməsinə yönəlib.

  • Ermənistanla sərhəddə yeni hərbi hissə fəaliyyətə başladı – FOTO

    Aprel ayının 6-da Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində növbəti hərbi hissə xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.

    Mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev çıxış edərək Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

    Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstər­miş hərbi qulluqçular təltif olunublar.

    Mərasimdə iştirak edənlər hərbi hissənin şəxsi heyətinin xidməti-döyüş fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub.

    Geniş imkanlara malik olan təlim mərkəzi müxtəlif cür atıcı silahlardan, minamyot qurğularından, zirehli texnikalardan atışların keçirilməsinə və atışların nəticələrinin qiymətləndirilməsinə, bölmələrin döyüş hazırlığının yüksəldilməsinə və Dövlət Sərhəd Xidmətinin şəxsi heyətinin mövcud olan silah və döyüş texnikasından istifadə etmə bacarıqlarının yüksəldilməsinə şərait yaradır.

    Təlim mərkəzinin atış poliqonunda zirehli texnikalardan, atıcı silahlardan, minaatan və zenit qurğularından təlim atışları yerinə yetirilib.

  • İtkin düşən daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi tapılıb.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, Tərtər rayon Çardaqlı kənd sakini 1995-ci il təvəllüdlü Müddətdən Artıq Həqiqi Hərbi Xidmət keçən Hərbi Qulluqçu (MAHHXHQ) Cəfərov Təbriz İlqar oğlunun şəhid xəbəri gəlib.

    Qeyd edilib ki, hərbçimiz bu gün torpağa tapşırılacaq.

  • Azərbaycanda hərbçinin intiharı ilə bağlı cinayət işi başlanılıb – RƏSMİ

    Martın 29-u Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər İsmayılov Əli Arif oğlunun odlu silahdan atəş açaraq özünü öldürməsi barədə Füzuli hərbi prokurorluğuna məlumat daxil olub.

    Daxil olmuş məlumat əsasında Füzuli hərbi prokurorluğunun əməkdaşları tərəfindən dərhal hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb, izahatlar alınıb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə 29 mart 2021-ci il tarixdə Füzuli hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müvafiq ekspertizalar təyin edilib və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin ediləcək.

  • 44 günlük Vətən müharibəsində HHQ-nin məhv etdiyi düşmən hədəfləri – VİDEO

    Müdafiə Nazirliyi 44 günlük Vətən müharibəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin məhv etdiyi düşmən hədəflərinin görüntülərini yayıb.

    Həmin görüntüləri təqdim edirik: