Category: Ordu

  • Azərbaycan daha 3 erməni hərbçinin meyitinin qalıqlarını təhvil verib

    Azərbaycan Qarabağda müharibədə ölən daha 3 erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

    APA-nın verdiyi xəbərə görə, erməni hərbçilərin meyitlərinin qalıqları Ağdərə istiqamətində qarşı tərəfə verilib.

    Bundan əvvəl də Azərbaycan xeyli erməni hərbçinin meyitinin qalıqlarını Ermənistana təhvil verib.

    Bununla yanaşı, erməni tərəfinin Hadrut qəsəbəsi ərazisində bu gün apardığı axtarış zamanı iki erməni hərbçinin meyitinin qalıqları aşkarlanıb.

    Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə 2020-ci il noyabrın 13-dən bəri 1 551 erməni hərbçinin meyitinin qalıqları tapılıb.

  • Ermənistandan Azərbaycan sərhədində təxribat: Rusiyalı hərbçilərə atəş açdılar

    Ermənistanın Baş naziri Nikol Paşinyanın cari ilin aprel ayının 21-də Zəngəzur vilayətinə məlum səfərindən sonra Ermənistan tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədində təxribatlar törədilib.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən bildirilib.

    Belə ki, həmin gün axşam saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Seyidlər kəndində yerləşən Dövlət Sərhəd Xidmətinin bölmələri, eləcə də bu istiqamətdə Ermənistan tərəfdə xidmət aparan Rusiya Federasiyasının Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin bölmələrinin yerləşdiyi mövqelər Ermənistan hərbi qulluqçuları tərəfindən atəşə tutulub.

    Hadisə ilə bağlı Rusiya sərhədçiləri azərbaycanlı həmkarlarına müraciət edərək təxribat törədən şəxslərin içkili vəziyyətdə olduqlarını bildirib və hadisəyə reaksiya verilməməsini xahiş ediblər.

    Rusiya tərəfinin müraciətini nəzərə alaraq, Azərbaycan sərhədçiləri tərəfindən təmkinlik nümayiş etdirilib və cavab atəşi açılmayıb. Hadisədən sonra təxribat törədən Ermənistan hərbi qulluqçularının ərazidən uzaqlaşdırılması barədə Azərbaycan tərəfinə məlumat verilib.

    Eyni zamanda, həmin gün Qubadlı rayonunun Şurnuxu kəndi istiqamətində 30-40 avtomobildə dövlət sərhədinə doğru hərəkət edən bir qrup şəxs erməni dilində Azərbaycan əleyhinə şüarlar səsləndiriblər.

    Dövlət Sərhəd Xidməti rəsmi olaraq bildirir ki, bu cür təxribat halları gələcəkdə bir daha təkrarlandığı halda tərəfimizdən ən kəskin cavab tədbirləri görüləcəkdir.

  • Hava hədəfləri məhv edildi: Zenit-raket bölmələrinin döyüş atışlı təlimi – VİDEO

    Müdafiə nazirinin təsdiq etdiyi 2021-ci il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunda zenit-raket bölmələrinin döyüş atışlı taktiki təlimləri keçirilir.

    Təlimlərdə müxtəlif çaplı zenit qurğularından və zenit-raket komplekslərindən nümunəvi döyüş atışları icra olunur. Real döyüş vəziyyətinə uyğun şəraitdə keçirilən təlimlərdə şərti hava hədəfləri dəqiq atəşlə məhv edilir.

    Təlimlərdə əsas diqqət Vətən müharibəsində əldə edilən təcrübə nəzərə alınmaqla bölmələrin operativ idarəedilməsi, onların digər qoşun növləri ilə qarşılıqlı əlaqədə döyüş fəaliyyətinin təşkili üzrə vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin yüksəldilməsinə yönəldilir.

  • Hadrutda daha iki erməni hərbçinin meyiti tapıldı

    Ermənistan Silahlı Qüvvələrinin daha iki hərbi qulluqçusunun cəsədi aşkar olunub.

    Bu barədə “Sputnik Armenia” məlumat yayıb.

    Erməni hərbçilərin cəsədi Hadrutda axtarışlar zamanı tapılıb.

    Bu günə qədər Qarabağda axtarışlar zamanı 1546 erməni hərbçinin qalıqları aşkar edilib.

  • Hərbi liseyin Vətən müharibəsində şəhid olan məzunlarının sayı AÇIQLANDI

    “Respublikamız müstəqilliyini bərpa etdikdən sonra hərbi liseyin məzunu olmuş 4332 kursant müxtəlif ali hərbi məktəblərdə təhsillərini davam etdirərək zabit rütbəsi almış və bu gün onlar Silahlı Qüvvələrin, eləcə də Azərbaycan Ordusunun zabit heyətinin böyük əksəriyyətini təşkil edirlər”.

    Bunu Cəmşid Naxçıvanski adına hərbi liseydə keçirilən ənənəvi “Hərbi Lisey Günü” tədbirində Müdafiə Nazirliyinin Döyüş Hazırlığı və Hərbi Təhsil Baş İdarəsi rəisi vəzifəsini icra edən general-mayor Ənvər Əfəndiyev bildirib.

    Onun sözlərinə görə, məktəbin məzunlarından 20 nəfər ali hərbi rütbəyə yüksəlib:

    “11 nəfər “Azərbaycanın Milli Qəhərmanı” adına layiq görülmüş, yüzlərlə məzun döyüş orden və medalları ilə təltif olunmuşlar. Həm Birinci Qarabağ müharibəsində, həm də 44 gün davam edən Vətən müharibəsində hərbi liseyin məzunları böyük rəşadət və şücaət göstəriblər. 19 nəfər “Vətən Müharibəsi Qəhrəmanı” (9 nəfər ölümündən sonra) fəxri adına layiq görülüb, 235 nəfər isə orden və medallarla təltif edilib”.

    “Vətən müharibəsinin ilk günündən etibarən hərbi liseydə xidmət keçən 43 nəfər zabit, 12 gizir, 3 nəfər müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu döyüş əməliyyatlarında iştirak etmiş, onlardan mayor Əliyev Asiman Vaqif oğlu şəhid olmuş, 3 nəfər isə yaralanaraq müxtəlif dərəcəli xəsarətlər almışlar. Hərbi liseyin məzunlarından 114 nəfəri şəhidlik zirvəsinə ucalıb”, – deyə general qeyd edib.

  • Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsində itkin düşən daha bir hərbçimizin nəşi müəyyən edilib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, 2 noyabr tarixində Şuşa uğrunda gedən döyüşlərdə itkin düşən Kərimli Qalası Müslüm oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

    Məlumat üçün bildirək ki, şəhidimiz 2000-ci ildə Hacıqabul rayonu Muğan qəsəbəsində doğulub.

    Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən, Kərimli Qalası Müslüm oğlu “Cəsur döyüşçü” medalı ilə təltif edilib.

  • Məhv edilən daha 71 erməni hərbçinin adı açıqlandı

    İkinci Qarabağ müharibəsində öldürülən ermənilərin sayı barədə hələ də rəmi siyahının elan olunmaması Ermənistanda ciddi narazılıq yaşadır.

    Erməni mətbuatı rəsmi mənbələrin susqunluğu fonunda ölənlərin sayını qeyri-rəsmi informasiyalar əsasında dərc etməkdədir.

    Bu arada Razm.info saytı İkinci Qarabağ müharibəsində məhv edilənlərlə bağlı daha bir siyahı yayımlayıb.

    Bu dəfə də siyahı məhv edilən hərbçilərin yaxınlarının informasiyası əsasında hazırlanıb. Siyahıda 71 nəfərin adı dərc edilib./Modern.az

  • Füzulidə daha bir erməni əsgərin cəsədinin qalıqları tapıldı

    Aprelin 17-də işğaldan azad edilmiş Füzuli rayonu ərazisində aparılan axtarış işləri zamanı daha bir erməni əsgərin cəsədinin qalıqları tapılıb.

    Cəsəd əvvəlcə Xankəndiyə aparılıb. Oradan isə şəxsiyyətini müəyyənləşdirmək üçün Ermənistana çatdırılacaq.

    Beləliklə, döyüş əməliyyatları bitdikdən sonra – 10 noyabr 2020-ci il tarixdən bu günə qədər Qarabağın Azərbaycanın nəzarətinə keçən ərazilərində 1543 erməni cəsədi tapılıb və ya Ermənistan tərəfinə verilib.

  • Daha bir hərbçimiz şəhid oldu – FOTO

    İtkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı partlayış nəticəsində yaralanmış hərbçimiz vəfat edib.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, Suqovuşan yaşayış məntəqəsi istiqamətində, azad edilmiş ərazilərdə, itkin düşmüş hərbi qulluqçuların axtarışı zamanı aprelin 3-də mina partlaması nəticəsində xəsarət alan Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Bayramov İlkin Bayram oğlu həkimlərimizin səyinə baxmayaraq bu gün səhər saatlarında vəfat edib.

  • Cəbrayılda yaralanan erməni FHN dəstə komandirini Azərbaycan hərbçiləri xilas edib – FOTO

    Bu gün işğaldan azad olunmuş ərazilərdə erməni hərbçilərinə məxsus cəsədlərin qalıqlarının axtarışı zamanı erməni FHN dəstə komandiri yaralanıb.

    Erməni KİV-in yaydığı məmlumata görə, hadisə Cəbrayıl rayonunun Kənd Horadiz ərazisində baş verib. Erməni komandir sağ ayaq pəncəsindən yaralanıb və ona ilk tibbi yardımı Azərbaycan hərbçiləri göstərib. Daha sonra yaralı Xankəndi hospitalına çatdırılıb və əməliyyat olunub. Onun həyatı üçün təhlükənin olmadığı bildirilib.

    Qeyd edək ki, bu, axtarış işləri zamanı baş vermiş sayca üçüncü analoji hadisədir.