Category: Ordu

  • Naxçıvan Qarnizonu Qoşunlarında təşkil edilən kurslar başa çatıb – VİDEO

    Naxçıvan Qarnizonunda qadın hərbi qulluqçuların da cəlb edildiyi növbəti kursların uğurla başa çatması münasibəti ilə buraxılış mərasimi keçirilib.

    Mərasimdə Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi yad edilib. Azərbaycan Respublikasının Dövlət himni səsləndirildikdən sonra çıxış edənlər kursları uğurla bitirən məzunları təbrik ediblər.

    Bildirilib ki, tariximizə qızıl hərflərlə yazılan Aprel döyüşlərindən 5 il keçir. Bu döyüşlər zamanı işğaldan azad olunan strateji ərazi, yüksəklik və mövqelər, ardınca 2018-ci ildə qazanılan Günnüt zəfəri, ən sonda isə 44 günlük Vətən müharibəsində şanlı qələbəmiz bütün dünyaya Azərbaycan Ordusunun gücünü və qələbə əzmini göstərdi. İnanırıq ki, bu gün peşəkar hərbi qulluqçu kimi buraxılış mərasimi keçirilən gizirlər və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular da bu döyüşlərdə iştirak edən igid oğulların yolunu davam etdirəcək, Vətəni qorumaq kimi şərəfli vəzifənin öhdəsindən layiqincə gələcəklər.

    Çıxışların ardından kursları müvəffəqiyyətlə bitirən məzunlara sertifikat və hədiyyələr təqdim edilib, nümunəvi xidməti ilə fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.
    Xatirə lövhələrinə buraxılış emblemləri vurulub və məzunların tribuna önündən təntənəli keçidi olub.

    Sonda xatirə şəkli çəkdirilib.

  • Ermənistan daha 54 itkisini açıqladı

    Ermənistanın İkinci Qarabağ müharibəsindəki itkilərinin rəsmi sayı yenidən artıb.

    Azərbaycanın Qarabağ bölgəsindəki qondarma rejimin tör-töküntülərindən olan “müdafiə ordusu” döyüşlərdə məhv edilən erməni hərbçilərinin daha bir qrupunun kimliyini açıqlayıb. Həmin hərbçilərin sayı 54 nəfərdir.

    Bununla da erməni tərəfinin itkilərinin rəsmi sayı 2 836 nəfərə çatıb.

    O da bildirilir ki, atəşkəsdən sonra Ermənstana 1 527 meyit verilib.

    ///Report

  • Şuşada xidmətini yekunlaşdıran hərbçilər tərxis olunur – RƏSMİ

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” müvafiq sərəncamının icrası Azərbaycan Ordusunda davam edir.

    Müdafiə Nazirliyindən bildirilib k, 2020-ci il oktyabrın 30-dək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları ehtiyata buraxılırlar.

    Bu münasibətlə Şuşa şəhərində və digər ərazilərdə yerləşən hərbi hissələrdə ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimi keçirilib.

    Əvvəlcə Vətən müharibəsində həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

    Mərasimdə Vətən müharibəsində qazanılan parlaq qələbədən, Azərbaycan əsgər və zabitlərinin qəhrəmanlıq, şücaət göstərməklə şərəfli missiyanı yerinə yetirərək öz doğma torpaqlarımızı işğalçılardan azad etməsindən danışılıb. Komandanlığın təbrik-müraciəti hərbi qulluqçulara çatdırılıb, hərbi xidməti uğurla başa vurmuş gənclərə və xidmətə yeni başlayan əsgərlərə uğurlar arzulanıb.

    Gənc əsgərlər isə silahdaşları adından, özündən əvvəlki döyüşçülərin ənənələrini davam etdirəcəklərinə, ərazi bütövlüyümüzü göz bəbəyi kimi qoruyacaqlarına and içib.

    Sonda xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya Fəxri Fərman və qiymətli hədiyyə təqdim olunub.

  • Cəmi 4 günə tarixi dəyişən igidlər… – VİDEO

    Bu gün “Aprel döyüşləri”nin başlanmasından 5 il ötür.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 2016-cı il aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı Qüvvələri bütün cəbhə boyu hücuma keçiblər. Azərbaycan mövqeləri və yaşayış məntəqələri atəşə məruz qalıb. Azərbaycan Ordusunun həyata keçirdiyi cavab tədbirləri nəticəsində döyüşlər Azərbaycanın qələbəsi ilə nəticələnib.

    “Aprel döyüşləri” nəticəsində Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi, Cocuq Mərcanlı, Gülüstan, Qazaxlar və Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunub.

    Aprelin 5-də Moskva şəhərində beynəlxalq qurumların müşahidəsi ilə Azərbaycan və Ermənistan Silahlı Qüvvələrinin baş qərargah rəisləri arasında atəşkəs müqaviləsi imzalanıb.

    Döyüşlər nəticəsində Ermənistan Ordusunun 560 hərbçisi məhv edilib, 500 hərbçi yaralanıb, 33 tank və zirehli maşın, 25 artilleriya qurğusu məhv edilib.

    Erməni təxribati nəticəsində Azərbaycanda 2-si uşaq olmaqla 6 mülki şəxs həlak olub, 26 şəxs ağır yaralanıb.

    “Aprel döyüşləri”ndə şəhid olan polkovnik Vüqar Yusifov “Vətənə xidmətə görə” ordeni ilə, “Murov qartalı” ləqəbli polkovnik-leytenant Raquf Orucov “İgidliyə görə” medalı ilə, Ermənilər tərəfindən vurulan Mi-24 helikopterinin pilotları- mayor Təbriz Musazadə, mayor Urfan Vəlizadə və baş-leytenant Bəkir İsmayılov “Azərbaycan bayrağı” ordeni ilə təltif ediliblər.

    Polkovnik-leytenant Murad Mirzəyev və Xüsusi Təyinatlı Qüvvələrin mayoru Samid İmanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

    Polkovnik Şükür Həmidov isə hələ o zaman sağikən bu ada layiq görülüb. Ş.Həmidov Vətən Müharibəsində şəhid olub.

  • Qarabağda məhv edilən daha 52 erməni hərbçinin adı açıqlandı

    Qarabağda məhv edilən erməni hərbçilərin adları açıqlanmaqda davam edir.

    Bu gün daha 52 hərbçinin adı açıqlanıb.

    Bu günə qədər Ermənistan tərəfi ölən 2782 hərbçisinin ad və soyadını dərc edib. /Modern.az

  • Lələtəpə bizim üçün əsl cəhənnəm oldu – Nazaryan

    Azərbaycanla və Ermənistan silahlı qüvvələri arasındakı hərbi toqquşmalar zamanı Lələtəpə əməliyyatı bizim üçün əsl cəhənnəm oldu.

    Median.Az caliber.az-a istinadən bidirir ki, bunu erməni politoloq Qeqam Nazaryan deyib.

    “Bizim 650 nəfər itkimiz oldu, döyüş meydanında 44 tankımızdan 42-sini itirdik”, – Nazaryan bildirib.

    Qeyd edək ki, Lələtəpə əməliyyatı dedikdə erməni politoloq 2020-ci ilin payızında 44 günlük müharibə zamanı erməni hərbçilərin eyniadlı yüksəkliyi nəzarətə götürmək cəhdini nəzərdə tutur. Erməni ordusuna hücum əmrini respublikanın Baş naziri Nikol Paşinyan verib. Bununla, o Serj Sərkisyanın Ermənistan Respublikasının Prezidenti olduğu 2016-cı ilin aprelində Azərbaycan Silahlı Qüvvələri tərəfindən azad edilmiş ərazini yenidən işğal edə biləcəyinə ümid edirdi.

  • Azərbaycanda hərbi xidmətə növbəti çağırış başladı

    Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Azərbaycanda həqiqi hərbi xidmətə növbəti çağırış başlayıb.

    Sərəncama uyğun olaraq, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən aprelin 1-dən etibarən çağırışçıların müəyyən edilən qrafik əsasında xidmət yerlərinə göndərilməsinə başlanılıb.

    Qeyd edək ki, çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Dövlət Xidməti tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

  • Hərbçilər 31 Mart soyqırımı gününü Şuşada andı – VİDEO

    31 mart – Azərbaycanlıların Soyqırımı Günü il əlaqədar Şuşa şəhərində Azərbaycan ordusunun hərbi qulluqçuları ilə anım mərasimi keçirilib.

    Tədbirdə soyqırımı qurbanlarının xatirəsi anılıb, ümummilli liderimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin hadisələr barədə həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması istiqamətində həyata keçirdiyi siyasətin uğurları xüsusi vurğulanaraq bu sahədə görülən işlərdən danışılıb.

  • Oğlan valideynlərinə VACİB xəbər – Əsgərliklə bağlı SƏRƏNCAM

    Azərbaycanda 2021-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

    Median.Az xəbər verir, bu barədə anews.az-a Dövlət Xidmətindən məlumat verilib.

    Vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilərlər.

    Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni probelsiz daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilərlər.

    Prezident İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycanın Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.

  • Dövlət qurumu hərbi xidmətə çağırılanlarla bağlı məlumat yaydı

    Azərbaycanda 2021-ci ilin aprel ayında müddətli həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən martın 27-də SMS vasitəsilə məlumatlandırılıblar.

    Bu barədə Dövlət Xidmətindən məlumat verilib.

    Bildirilib ki, vətəndaşlar xidmət edəcəkləri hərbi hissə və qoşun növünü SHXÇDX-nin rəsmi internet saytının (www.seferberlik.gov.az) “Elektron xidmət” bölməsinin “Həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatlar” alt bölməsində özləri haqqında tələb olunan məlumatları müvafiq qaydada daxil etməklə dəqiqləşdirə bilər.

    Həmçinin mobil telefonlardan çağırışçıların şəxsiyyət vəsiqələrinin nömrələrini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni ara məsafəsiz (probelsiz) daxil edərək) 9100 nömrəsinə qısa mesaj şəklində göndərməklə də müddətli həqiqi hərbi xidmətə çağırış barədə məlumat əldə etmək mümkündür. Bu xidmətdən bütün mobil operatorlara məxsus nömrələri olan şəxslər istifadə edə bilər.

    Qeyd edək ki, Prezident İlham Əliyevin 2021-ci il martın 2-də imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” Sərəncama əsasən 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986–2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar.