Category: Ordu

  • Cəbrayıl və Füzulidə daha 5 erməni hərbçinin cəsədi tapıldı

    Bu gün işğaldan azad edilmiş ərazilərdə 5 erməni hərbçinin cəsədi tapılıb.

    Ermənistana məxsus axtarış qrupları Füzuli və Cəbrayıl istiqamətində axtarışlar zamanı hərbçi cəsədləri aşkar ediblər. Bundan əvvəl, Talış-Suqovuşan istiqamətində axtarışlar nəticəsiz qalmışdı.

    Bu günə qədər, Qarabağda axtarışlar zamanı 1523 erməni hərbçinin cəsədi tapılıb.

  • Ermənilər daha 200-ə yaxın hərbçisinin öldüyünü etiraf etdi

    Ermənilərin İkinci Qarabağ müharibəsindəki rəsmi itkilərinin sayı artıb.

    Bunu Qarabağdakı qondarma rejimin “müdafiə ordusu” açıqlayıb.

    Belə ki, 44 günlük müharibədə ölən daha 192 hərbçinin adları məlum olub.

  • Müdafiə Nazirliyi Vətən müharibəsi ilə bağlı görüntülər yayıb – VİDEO

    Müdafiə Nazirliyi Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun raket-artilleriya və tank əleyhinə bölmələri tərəfindən düşmənin döyüş texnikası və canlı qüvvəsinin dəqiq atəş zərbələri ilə məhv edilməsini əks etdirən videogörünləri yayıb.

    Həmin görüntüləri təqdim edirik:

  • Azərbaycan Ordusunun əməliyyat-taktiki təlimləri başa çatıb – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin təsdiq etdiyi plana əsasən keçirilən əməliyyat-taktiki təlimləri uğurla başa çatıb.

    Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə əsas diqqət Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla şəxsi heyətin və hərbi idarəetmə orqanlarının peşəkarlıq səviyyəsinin artırılması, döyüş texnikasının və digər hərbi vasitələrin tətbiqi, o cümlədən qoşunların terrorçu dəstələr (qruplar) və qanunsuz silahlı qruplaşmalar ilə mübarizə və anti-terror əməliyyatlarının həyata keçirilməsi üzrə təlim-döyüş tapşırıqlarının icra edilməsinə yönəldilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, mürəkkəb şəraitdə keçirilən təlimlərdə müxtəlif qoşun növləri arasında qarşılıqlı fəaliyyətin təşkili üzrə tapşırıqlar uğurla yerinə yetirilib, qoşunların idarəedilməsi vərdişlərinin təkmilləşdirilməsi, döyüş, mənəvi-psixoloji və maddi-texniki təminat məsələlərinə xüsusi diqqət yetirilib.

    Təlim rəhbərliyinin qiymətləndirməsinə əsasən qoşunlar qarşıya qoyulan məqsədlərə tam nail olub. Şəxsi heyət döyüş əməliyyatlarının aparılması üzrə praktiki təcrübə əldə edib, həmçinin yüksək səhra vərdişləri nümayiş etdirib.

  • Müdafiə naziri işğaldan azad edilmiş ərazilərdə yerləşən bölmələrdə olub – VİDEO

    Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan bölmələrin sosial məişət şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan işlər davam etdirilir.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti işğaldan azad edilmiş ərazilərdə dislokasiya olunan iki bölmədə aparılan işlərlə tanış olaraq modul tipli komplekslərə baxış keçirib və çay süfrəsi arxasında hərbi qulluqçularla söhbət aparıb.

    Qeyd edək ki, şəxsi heyətin rahat yerləşməsi, qidalanması və məişət şəraitinin yüksək səviyyədə təmin edilməsi məqsədilə qısa müddətdə azad edilmiş ərazilərdə onlarla müxtəlif təyinatlı modul tipli komplekslər quraşdırılıb. Bu istiqamətdə fəaliyyətlər hazırda da davam etdirilir.

    İşğaldan azad edilmiş ərazilərdə şəxsi heyətin ərzaq, təzə tərəvəz və digər kənd təsərrüfatı məhsulları ilə təminatını gücləndirmək məqsədilə Ali Baş Komandanının tapşırığına əsasən yeni ərzaq anbarları tikilərək istifadəyə verilib.

    Şəxsi heyətin ilboyu təzə və yüksək kalorili ərzaq ilə təmin olunması məqsədilə istifadəyə verilən bu anbarlarda saxlanılan məhsullar təminatı gücləndirmək üçün müxtəlif istiqamətlərdə yerləşən hərbi hissə və bölmələrə çatdırılır.

  • Daha bir hərbçimizin şəhid xəbəri gəldi – FOTO

    Vətən müharibəsinin daha bir hərbçisinin 165 gün sonra nəşi müəyyən edilib.

    Bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.

    Bildirilib ki, sentyabrın 27-si başlayan II Qarabağ müharibəsinin qəhrəmanı, leytenant Abdullayev İntiqam Allahverdi oğlunun şəhidlik zirvəsinə ucaldığı məlum olub.

    Qeyd edək ki, Abdullayev İntiqam 1998-ci ildə Ordubadın Düylün kəndində doğulub. O, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olub.

  • Hərbi qulluqçular qəhrəman Vətən övladlarının məzarlarını ziyarət ediblər – FOTO

    Müdafiə nazirinin tapşırığına əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları Novruz bayramı ərəfəsində, Torpaq çərşənbəsi ilə əlaqədar daimi dislokasiya məntəqələrinə yaxın ərazilərdə yerləşən Şəhidlər xiyabanlarını ziyarət ediblər.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman Vətən övladlarının xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.

  • Ordumuzun şəxsi heyəti təlim bölgəsinə yola düşdü – VİDEO

    Əməliyyat-taktiki təlimlərin rəhbərliyi, eləcə də Azərbaycan Ordusunun təlimlərə cəlb edilən şəxsi heyəti və xüsusi texnikası təlim bölgəsinə yola düşüb.

    Bununla bağlı Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, yerdən və havadan müşayiət ediləcək kolonların hərəkət marşrutlarında komendant xidməti təşkil olunub.

    Təlimlər martın 18-dək davam edəcək.

  • Erməni əsgərlərin müharibə etirafları…

    Jurnalsit Asif Nərimanlı erməni əsgərlərin II Qarabağ müharibəsi ilə bağlı etiraflarını paylaşıb.

    Median.Az həmin fikirləri təqdim edir:

    Armen Mnatsakanyan: “Sanki vəba baş verdi. Döyüşməyə belə imkan tapmadıq. Cəbhəyə getdim, iki gün sonra postda oturmuşduq, konyak içirdik, birdən vıyıltı eşitdik və paart! Türkiyənin pilotsuz təyyarəsi zərbə endirdi. İki dostum parça-parça oldu, mözücə sayəsində sağ qaldım, əlim zədələndi”.

    Kapitan Suren Ter-Qukasyan: “Biz axmaq idik. Biz birinci müharibədə Azərbaycanın məğlub olmasının eyforiyasında idik. Onlara lağ edirdik: “Bu azərbaycanlılar doğrudan döyüşməyi bacarır? Gözləsinlər, biz Bakıya çatacağıq”.

    Levon Melkonyan: “Müharibənin ilk günündən etbarən azərbaycanlılar hava üstünlüyünə nail oldular. Tanklar və zirehli texnikanın faydasız olduğu ortaya çıxdı, pilotsuz təyyarələr raket yağdırırdı. Raketlər komandirlərin iclas üçün toplandığı yerləri məhv edirdi. Sursat gətirə bilmirdilər, çünki PUA-lar yük maşınlarını axtarır, tapır və məhv edirdi”.

    Araik Xaçikyan: “Dəhşətli idi. Mən səhər açılan kimi içməyə başlayırdım, əks halda dronların törətdiyi partlayışlara əsəblərim dözmürdü. Zabitlər də içirdi, hətta deyirlər ki, yüksək çinli erməni siyasətçisi generallara zəng edərək, nəyin bahasına olursa-olsun, hücum etmək əmri versə də, komandirlər rəhbərliyin əmrlərinə sadəcə tüpürür, öz bildikləri kimi edirdilər. Hər şey bir-birinə qarışmışdı”.

    “Arqumenti i Faktı” qəzeti yazır ki, ermənilər illərdir Azərbaycanın müasir silahlar aldığına baxır və düşünürdülər ki, məqsəd onları qorxutmaqdır. Azərbaycanlılara gülürdülər: “Qorxaqlar, buna cəsarət edə bilməzlər”.

  • Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçirilib – VİDEO

    “Naxçıvan Qarnizonu Qoşunlarının 2021-ci tədris ilinə uzlaşma planı”na əsasən komanda-qərargah təlimi keçirilib.

    Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

    Komanda-qərargah təlimində Naxçıvan Qarnizonu Qoşunları müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilib, birləşmə və hissələr “Həyəcan” siqnalı ilə qaldırılaraq təlim rayonuna çıxarılıb. Müxtəlif dərəcəli döyüşə hazırolma vəziyyətinə gətirilmə zamanı şəxsi heyətin tapşırıqları operativ yerinə yetirməsi məşq etdirilib.

    Təlimin sonuncu mərhələsində birləşmə və hissələrin fəaliyyəti, qərarların və hesablamaların reallığı Naxçıvan Qarnizonunun Simulyasiya Mərkəzindəki kompüterlər vasitəsilə qiymətləndirilib. Komandir heyətinin yaranmış taktiki şəraitə uyğun qısa müddətdə qərar qəbul edib yuxarı qərargaha məruzə etməsi, tabelikdə olanlara çatdırması, döyüşün təşkili üzrə bacarıq və vərdişlərinin təkmilləşdirilməsi məqsədi ilə kompüterlər üzərində məşqlər keçirilib.

    Təlimin yekununda icra edilmiş fəaliyyətlərin təhlili aparılan zaman qarşıya qoyulmuş məqsədlərə nail olunduğu bildirilib, təlimə cəlb olunan birləşmə və hissələrin komandir və qərargahlarının fəaliyyətləri Qarnizonun koordinasiya qrupu tərəfindən qiymətləndirilərək aşkar edilən nöqsanların aradan qaldırılması istiqamətində verilmiş tapşırıqlar birləşmə və hissə komandirləri ilə dəqiqləşdirilib.