Category: Ordu

  • İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları davam edir – VİDEO

    44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə əməliyyatları davam edir.

    Əraziyə Rusiya və Türkiyədən olan mütəxəssislər də cəlb olunub.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Xocavənddə zərərsizləşdirilən erməni terrorçuları mövqe qurmağa cəhd ediblər – RƏSMİ

    Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocavənddə tutulan 62 erməni terrorçusundan söz açıb.

    H.Hacıyev Atlantik Şurası Avrasiya Mərkəzinə müsahibəsində deyib ki, Ermənistan müharibə dayandıqdan sonra Azərbaycan hərbçilərinə və sivil vətəndaşlara – mobil operator şirkətinin əməkdaşlarına qarşı terror hücumu təşkil edib.

    H.Hacıyevin sözlərinə görə, bu şəxslər Ermənistanın Şirak bölgəsindən gələn ermənilərdir.

    “Onların hərbi bazaları Şirakdadır. Onlar 10 noyabrda imzalanan üçtərəfli bəyanatdan sonra Şirakdan gəldilər və Azərbaycan ərazilərinə hücum etdilər, mövqe qurmağa çalışdılar”,-deyə H.Hacıyev əlavə edib.

    Prezidentin köməkçisi diqqətə çatdırıb ki, beynəlxalq və Azərbaycan qanunlarına əsasən, bu kateqoriyadan olan şəxslər hərbi əsir hesab edilə bilməz.

    H.Hacıyev onu da vurğulayıb ki, birinci Qarabağ müharibəsi dövründən 4 minə yaxın Azərbaycan vətəndaşı itkin düşüb.

    “Onların əksəriyyəti, yəqin ki, artıq həyatda deyil və kütləvi məzarlıqda dəfn edilib. Biz Ermənistan tərəfindən onların dəfn olunduğu yerin xəritələrini istəyirik. Biz Ermənistandan konstruktiv yanaşma gözləyirik”,-deyə H.Hacıyev əlavə edib.

    Qeyd edək ki, Azərbaycanın ötən ilin dekabrında Xocavənddə keçirdiyi anti-terror əməliyyatı nəticəsində Ermənistan vətəndaşlarından ibarət 62 nəfərlik diversiya qrupu saxlanılıb.

    Ermənistan onları “müharibə məhbusu” kimi qələmə verməyə çalışır, lakin həmin şəxslər beynəlxalq qanunlara əsasən terrorçudurlar.

  • Ermənilərin bayrağı Qərbə tərəf əyilib – VİDEO

    Erməni lobbistlər və siyasətçilər Nikol Paşinyanın “Mənim addımım” fraksiyasının rəhbəri Lilit Makuntsu ABŞ səfirinə namizəd göstərməsini böyük səhv adlandırıblar. Bu xəbərə kəskin reaksiya verən ermənilər hesab edirlər ki, bu baş verərsə, Vaşinqtonla münasibətlərin inkişafı dayanacaq.

    Müxalif qüvvələr hesab edir ki, Nikol Paşinyanın ingilis dili müəllimi olmuş Lilitin yeganə üstünlüyü baş nazirin ona şərtsiz inanmasıdır.

    Bu barədə Baku TV-nin hazırladığı süjeti təqdim edirik:

  • Erməni dilində danışan kəşfiyyatçımız Şuşada nələr edib? – BİR ŞƏHİDİN TALEYİ+VİDEO

    “Telefonla danışanda Tarzan həmişə deyirdi ki, şəhid olsam, nə xoş halıma…”

    44 günlük Vətən müharibəsində şəhid olan kəşfiyyatçı gizir Tərzan Haşımovun həyat yoldaşı Mətanət xanım “Report”a müsahibəsində belə deyib.

    O bildirir ki, Tərzanın yoxluğuna hələ də inana bilmir.

    Döyüş yoldaşları isə söyləyirlər ki, Tərzan erməni dilini mükəmməl bilirdi. Məhz onun sayəsində düşmənin xeyli qüvvəsini pusquya salıb məhv ediblər.

    Qeyd edək ki, Tərzan Qəhrəman oğlu Haşımov 1989-cu ildə aprel ayının 13-də Lerik rayonunun Bibiyani kəndində anadan olub. Uşaqlığı doğulduğu Bibiyani kəndində keçib. Tərzan hələ uşaq vaxtlarından vətəninə, elinə çox bağlı olub. 1995-ci ildə Lerik rayon şəhid Mikayıl Qasımov adına Bibiyani kənd natamam orta məktəbin 1-ci sinifinə daxil olub. 2004-cü ildə həmin məktəbin 9-cu sinifini başa vurduqdan sonra Hamarmeşə kənd tam orta məktəbində təhsilini davam etdirib. 2006-cı ildə orta məktəbi bitirib. 2007-ci ilin aprel ayında Lerik rayon Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb və Goranboy rayonunda yerləşən “N” saylı hərbi hissəyə göndərilib.

    T.Haşımov 2009-cu ilin 15 oktyabrından 2010-cu ilin martın 6-dək Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin “Gizir hazırlıq kursu”nda oxuyub. O, Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovla kurs yoldaşı olub.

    Ailə üzvləri danışır ki, Mübarizin şəhid xəbəri Tərzana çox pis təsir etmişdi və “Ruhun şad olsun, Mübariz, qisasın alınacaq” deyib. Tərzan kursu başa vurduqdan sonra – 2010-cu ilin mart ayının 6-da Müdafiə Nazirliyinin əmri ilə gizir hərbi rütbəsi alıb və Gəncə şəhərində yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib. Daha sonra isə 1-ci Ordu Korpusunun komandirinin 21.11.2010-cu il tarixli əmrinə əsasən, Bərdə rayonunda yerləşən “N” saylı hərbi hissədə motoatıcı tağım komandirinin müavini vəzifəsində xidmətini davam etdirib.

    T.Haşımov 2010-cu il dekabr ayının 28-də Xüsusi Təyinatlı Qüvvələr kursunu keçmək üçün “N” saylı hərbi hissəyə ezam olunub. Dəfələrlə Turkiyədə paraşütçülük kurslarında iştirak edib.

    2011-ci il iyun ayının 8-də kursu bitirdikdən sonra Müdafiə Nazirliyinin əmrinə əsasən, Xüsusi Təyinatlı qrupun kəşfiyyatçısı (radioteleqrafçı) vəzifəsinə təyin olunub. Nümunəvi xidmətinə görə III dərəcəli “Qüsursuz xidmətə görə” medalı, “Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi” yubiley medalı və “Azərbaycan Ordusunun 100 illiyi” yubiley medalları ilə təltif edilib.

    Nəhayət, 2020-ci ilin sentyabrın 27-də hamı kimi o da Vətən müharibəsinə qatılır. Qəhrəman gizir Füzuli, Hadrut, Xocavənd, Cəbrayıl və Laçın uğrunda gedən ağır döyüşlərdə böyük şücaət və qəhrəmanlıq göstərib. Oktyabr 19-da Tərzan 30 nəfərdən ibarət şəxsi heyətlə Qırmızı Bazar uğrunda gedən döyüşlərə qatılıb və 600 nəfər erməni ilə vuruşur. Düşmənə sarsıdıcı zərbələr endirən gizir döyüşdə ağır yaralanıb və xəstəxanaya gətirildiyi zaman oktyabrın 19-dan 20-nə keçən gecə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. T.Haşımov son nəfəsində “həyat yoldaşımı və uşaqlarımı görmək istəyirəm” deyib və gözlərini əbədi yumub.

    Şəhid doğulduğu Lerik rayonun Bibiyani kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

    Qeyd edək ki, T.Haşımov 2015-ci ilin iyun ayında ailə həyatı qurub və 2 azyaşlı qız övladı yadigar qalıb.

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının medallarla təltif edilməsi haqqında imzaladığı sərəncama əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, XTQ giziri, şəhid Tərzan Qəhrəman oğlu Haşımov ölümündən sonra “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunur.

    Allah rəhmət eləsin!!!

  • Komada qalıb, 3 dəfə əməliyyat olunan qazimizdən xəbər var

    Dörd aydır xəstəxanada müalicə alan Vətən müharibəsi qazisi Sadiq Şükürovun səhhəti yaxşılaşmağa doğru gedir.

    Median.Az “qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə qazinin anası Kifayət Şükürova məlumat verib. Onun sözlərinə görə, oğlu oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərdə ağır yaralanıb və bu müddət ərzində üç dəfə əməliyyat olunub. Axırıncı əməliyyatdan sonra vəziyyətində yaxşılığa doğru irəliləyiş var:

    “Sadiqin sonuncu – ağciyər əməliyyatı çox ağır əməliyyat idi. 30 faiz sağalma şansı ilə əməliyyata girmişdi. Şükür Allaha, əməliyyatdan sağ-salamat çıxdı, artıq düzəlir, yeməyi yaxşıdır. Amma hələ ki, aparata qoşuludur. Yeriyə bilməsi üçün ayaqları masaj olunur”.

    Qazinin anasının sözlərinə görə, Sadiqlə xəstəxanada müalicə aldığı bu aylar ərzində cəmi bir dəfə, özü də bir neçə dəqiqəlik görüşə biliblər:

    “Oğlum yaralananda Mərkəzi Hərbi Hospitala aparılıb. 1,5 ay orada komada olub. Sonra Mərkəzi Gömrük Hospitalına köçürülüb, orada ağciyərlərindən əməliyyat olunub. Oradan Tədris-Cərrahiyyə klinikasına köçürülüb və bir dəfə də əməliyyat olunub. Vəziyyəti ağırlaşdığından 3-cü dəfə də əməliyyata alıblar. Yeriməsi üçün bundan sonra da əməliyyat olunacaq. Ağır yaralı olduğuna görə bu 4 ay ərzində biz onunla cəmi bir dəfə – bir neçə dəqiqəlik görüşə bilmişik”.

    Qeyd edək ki, Sadiq Şükürov 1991-ci ildə Ağcabədi rayonunda anadan olub. Müharibə başlayandan iki gün sonra – sentyabrın 29-u ön cəbhəyə yollanıb. Oktyabrın 8-i Füzuli istiqamətində döyüşlərində sağ qolundan, ağciyər və bel nahiyəsindən ağır yaralar alıb. Ayaqlarından aldığı yaralardan müvəqqəti yerimə qabiliyyətini itirib.

  • Naxçıvanda bir qrup hərbçiyə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib – FOTO/VİDEO

    Əlahiddə Ümumqoşun Orduda İkinci Qarabağ müharibəsinin iştirakçısı olmuş bir qrup hərbi qulluqçunun cəlb edildiyi ixtisas hazırlığı kursları başa çatıb. Müharibə vərdişlərinə yiyələnmiş döyüşçülərə vaxtından əvvəl və növbəti hərbi rütbələr təqdim edilib.

    Müdafiə Nazirliyindən verilən məlumata görə, buraxılış mərasimində Vətən müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Məzunlar adından çıxış edən Elçin Əliyev söz verib ki, Vətən müharibəsində rəşadətlə döyüşdükləri kimi, bundan sonra da dövlət qayğısından və xalq-ordu birliyindən güc alaraq Vətənin müdafiəsində cəsarətlə dayanacaqlar.

    Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyib. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı sayəsində hərbi infrastrukturun müasirləşdirilməsi və şəxsi heyətin nümunəvi xidməti üçün mühüm işlər görülür. Döyüş hazırlığının yüksək səviyyədə olmasının nəticəsidir ki, ərazi bütövlüyümüz uğrunda aparılan Vətən müharibəsində Əlahiddə Ümumqoşun Ordunun bir qrup hərbi qulluqçusu da iştirak edərək rəşadətləri ilə tarix yazdılar. General-polkovnik Kərəm Mustafayev kursları başa vuran məzunları təbrik edərək gələcək xidmətlərində uğurlar arzulayıb.

    Çıxışların ardından məzunlara rütbə və sertifikatlar təqdim edilib.

    Məzunların ixtisaslarına uyğun vəzifələrə təyin olunmaları ilə bağlı imzalanmış əmrlər şəxsi heyətə çatdırılıb və tribuna önündən təntənəli keçid olub.

  • Şəhid Vüsal Qənbərlinin ilk övladı dünyaya gəlib – FOTO

    Vətən müharibəsi şəhidi Qənbərli Vüsal İlkin oğlunun ilk övladı dünyaya gəlib.

    “Report”un Muğan bürosunun məlumatına görə, Vüsal Qənbərlinin arzusuna uyğun olaraq, övladına Rəsul adı qoyulub.

    Qeyd edək ki, Vüsal Qənbərli 1995-ci ildə Biləsuvar rayonunun Günəşli kəndində doğulub.

    Şəhidin nəşi dekabırın 20-də doğulduğu kənddə torpağa tapşırılıb.



  • Uşaq bağçaları nə vaxt açılacaq? – RƏSMİ

    “Fevral ayının 15-ə qədər uşaq bağçalarının açılmasına ümid edirik”.

    Bunu xüsusi karantin rejimi dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

    O bildirib ki, bununla bağlı proqnoz vermək tezdir.

  • Erməniləri qorxuya salan hərbi təlimlər – VİDEO

    Fevralın 1-dən 12-nə qədər Türkiyə-Azərbaycan hərbi təlimlərinin keçirilməsi gözlənilir. İki ölkə arasında hərbi əməkdaşlığın gücləndirilməsi Ermənistanı narahat edir.

    Bu səbəbdən Ermənistan Fövqəladə Hallar Nazirliyi ötən gün Türkiyənin Qars vilayətinin yaxınlığında yerləşən Şirak bölgəsinin Nor Kyank və Panik kəndlərində əhalinin xəbərdar edilməsi və evakuasiyası üzrə təlim keçirib. Təlim həyəcan siqnalı zamanı insanların təlaşlanmaması üçün keçirilib. Ermənilər növbəti təlimi yanvarın 26-da keçirəcəklər.

  • Azərbaycan əsgəri minaya düşərək həlak olub – FOTO

    Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb.

    “Repor”un xəbərinə görə, hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində həlak olub.

    Müdafiə Nazirliyi faktı təsdiqləyib.

    Hadisə ilə əlaqədar araşdırma aparılır.