Category: Ordu

  • Sərtləşdirilmiş karantin rejimində hərbçilərin hərəkətinin tənzimlənməsi qaydası AÇIQLANDI

    Nazirlər Kabineti “Azərbaycan Respublikasında 2020-ci il dekabrın 14-dən xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında” qərarında dəyişiklik edib.

    Belə ki, sərtləşdirilmiş karantin rejimində hərbi xidmətçilərin hərəkətini tənzimləmək üçün Qərara əlavə edilib.

    Əlavəyə görə, müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslərin yaşadıqları və olduqları yerdən hərəkətinə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin çağırış vərəqəsi və ya tibbi müayinədən keçmək üçün göndərişi əsasında, hərbi xidmətdən tərxis olunan şəxslərin yaşadıqları və olduqları yerə gəlməsinə isə onların hərbi bileti və müvafiq hərbi hissə tərəfindən verilmiş vərəqə əsasında yol verilir.

  • ƏƏSMN Qarabağ müharibəsi əlillərinə 50 avtomobil təqdim etdi

    Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, müharibə əlillərinin minik avtomobilləri ilə təminatı tədbirləri getdikcə gücləndirilir. Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Xəzər” markalı daha 50 avtomobili Qarabağ müharibəsi əlillərinə təqdim edib.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Tədbirdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ərazilərimizin erməni faşizminin işğalından azad edilməsi istiqamətində möhtəşəm Zəfər əldə edərək yeni şanlı qəhrəmanlıq tarixi yazdı. Qələbə ovqatının yaşandığı bu günlərdə şəhid ailələrinin, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə sağlamlığını itirmiş vətəndaşların sosial müdafiəsi tədbirləri də uğurla davam etdirilir.

    Dövlət başçısının həssas əhali qruplarına, o cümlədən şəhid ailəsi üzvlərinə, müharibə əlillərinə xüsusi qayğısından bəhs edən nazir müavini müharibə əlillərinin avtomobillə təminatı işlərini qeyd edib. Bildirib ki, Nazirlik müharibə əlillərinə 2018-ci ildə 265 avtomobil, 2019-cu ildə isə 600 avtomobil verib. 2020-ci ildə də 400 avtomobilin verilməsi nəzərdə tutulub və onlardan artıq böyük əksəriyyəti verilib. Ümumilikdə Nazirlik tərəfindən ötən dövrdə müharibə əlillərinə 7050-dən çox minik avtomobili verilib.

    A.Əliyev şəhid ailələrinin, müharibə əlillərinin mənzil və fərdi evlə təminatı proqramının da ildən-ilə genişləndiyini deyib. O diqqətə çatdırıb ki, 2018-ci ildə Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 626 mənzil və fərdi ev, 2019-cu ildə bundan 50 faiz çox olmaqla 934 mənzil və fərdi ev verilib. Prezident İlham Əliyevin tapşırığına əsasən 2020-ci ildə şəhid ailələri və müharibə əlillərinə rekord sayda, yəni 1500 mənzil və fərdi ev verilməsi işləri aparılır və artıq 1300-dən çoxu təqdim edilib. Bu vaxta qədər isə 9000-ə yaxın mənzil və fərdi ev həmin kateqoriyalardan olan vətəndaşlara verilib.

    Nazir müavini dövlət başçısının göstərişi ilə postmüharibə dövründə Vətən müharibəsi şəhidlərinin, müharibədə yaralanmış hərbçilərin ailələri, müharibə iştirakçıları, erməni terrorundan zərər çəkənlərlə bağlı sosial dəstək tədbirlərinin həyata keçirildiyini də diqqətə çatdırıb.

    Qarabağ müharibəsi əlilləri doğma torpaqlarımızın düşmən işğalından azad edilməsinin bütün xalqımıza sonsuz sevinc və qürur bəxş edən tarixi Zəfər olduğunu, bu qələbənin fərəhi içində olduqlarını vurğulayıblar. Dövlətin bütün sahələrdə onlara göstərdiyi qayğıdan razı qaldıqlarını qeyd edən müharibə əlilləri onların sosial müdafiəsinin gücləndirilməsinə göstərilən yüksək qayğıya, yeni avtomobillərlə təmin edildiklərinə görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

  • Əsgərlərimiz Prezidentin doğum gününü təbrik etdi – VİDEO

    Azərbaycan hərbçiləri Ali Baş Komandan, Prezident İlham Əliyevi doğum günü münasibəti ilə təbrik edib.

    Ətraflı videonu təqdim edirik:

  • Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olan Daxili Qoşunların baş çavuşu

    Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının baş çavuşu Nadirov Elçin Nadir oğlu 15 oktyabr 2020-ci il tarixdə Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

  • “Caliber”: Xocalı aeroportu və ermənilərin xam xəyalları – VİDEO

    Qarabağ münaqişəsi zamanı Ermənistan bütün dünyaya informasiya müharibəsini necə aparmaq olmaz nümunəsi göstərdi. Erməni kütləvi informasiya vasitələri və “Telegram” kanalları Azərbaycan qoşunları işğaldan azad edilmiş Şuşa şəhərində təmizlik işləri apardığı vaxt “möhtəşəm qələbələri” haqqında yazırdılar. Üçtərəfli bəyanatdan sonra Ermənistanın tamamilə məğlub olduğu üçün öz xalqını aldatmaqdan əl çəkəcəyi gözlənilirdi. Lakin reallıqda tamamilə başqa cür olurdu.

    Son günlər Ermənistan mətbuatı və sosial şəbəkələrin erməni seqmenti rus sülhməramlılarının “Stepanakert aeroportu”nu açacağı barədə xəbərlər yayırlar. Əslində isə onlar Xocalı aeroportunu nəzərdə tuturlar. Həmçinin qeyd olunur ki, guya bu, erməni hərbi qüvvələrinin istəyi ilə Azərbaycanın iştirakı olmadan həyata keçirilir.

    Bu fikirlər “Caliber” “Youtube” kanalının hazırladığı süjetdə yer alıb. Süjetdə erməni yalanlarının üstü açılıb, əslində həqiqətin nədən ibarət olduğu izah edilib.

    Süjeti tam şəkildə buradan izləyə bilərsiniz:

  • “Haber Global” Zəngilan torpaqlarının minalardan təmizlənməsindən reportaj hazırladı – VİDEO

    Erməni işğalından azad olunmuş Zəngilan torpağı doğma xalqına qovuşacağı günü gözləyir. Amma bunun baş verməsi üçün Azərbaycan ordusunun o torpaqları minalardan təmizləməsi lazımdır.

    Bu fikir Türkiyənin “Haber Global” televiziyasında yayımlanan reportajda səslənib.

    Reportajda Zəngilan torpaqlarının minalardan təmizlənməsi əməliyyatı nümayiş etdirilib. Həmçinin Zəngilana gedən yolun asfaltlanması da diqqətə çatdırılıb.

    Həmin reportajı təqdim edirik:

  • Azərbaycanda tükürpədici hadisə: Ata şəhid olmuş oğlunun nəşini 44 gün sonra səngərin altından çıxardı

    Şəhid Ramil Yusifzadə müharibə dövründə dostuna göndərdiyi səs yazısında belə deyirdi: “Qardaşım, qardaşım, burada elə vəziyyətdir ki…Alnımıza nə yazılıbsa, o olacaq”.

    Müharibə bitdikdən sonra haqqında sosial şəbəkələrdə “Cənazəsi kimi bir ayağı gələn şəhid” deyə məlumatlar yayıldı. Atası Adəm Yusifzadə bu məlumatların yalan olduğunu söyləyir: “Ramili barmaqlarından tanıdım. Lapatkanı alıb əlimə övladımı səngərin altından çıxardım. Meyit… 40-42 gün torpağın altında qalan meyit necə olar, xanım…?!”

    Jurnalist Ayşə İsazadənin “Vətən Yaxşıdır” layihəsi çərçivəsində hazırladığı şəhid Ramil Yusifzadənin hekayəsini təqdim edirik:

  • Tərtərdə şəhid Elvin Quluzadənin ailəsi üçün təsərrüfat yaradıldı

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Tərtər rayonunda yaşayan ailə ilə görüşüblər.

    Nazirlikdən “Report”a verilən məlumata görə, dörd nəfərdən (şəhidin atası, anası və iki qardaşı) ibarət ailədə şəhidin iki qardaşından biri hərbi xidmətdədir. Ailənin digər üzvlərinin işsiz olduqları və istəkləri nəzərə alınaraq, növbədənkənar özünüməşğulluq proqramına cəlb ediliblər. Qısa müddətdə də onlara aktivlər verilib və ailə üçün təsərrüfat yaradılıb.

    Ailəyə şəhid ailələri üçün nəzərdə tutulan sosial ödənişlərin təyin olunması işlərinin aparıldığı, şəhid ailələrinin malik olduqları hüquqlar barədə də məlumat verilib.

  • Polad Həşimovun əsgəri Şuşada bıçaqlanaraq ŞƏHİD olub

    Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu erməni terrorçularının işğal etdiyi tarixi torpaqlarımızdan qovaraq 44 gün ərzində ərazi bütövlüyümüzü təmin etdi. Döyüşlər zamanı yüzlərlə mərd və cəsarətli igid canları ilə Azərbaycan səlnaməsində yeni səhifə açaraq qanları ilə tarix yazdılar.

    II Qarabağ müharibəsində canından keçən qəhrəmanlarımızdan biri də şəhid Xəyal Salam oğlu Ağaməmmədovdur.

    Median.Az xəbər verir ki, “report”un Mil-muğan bürosunun əməkdaşları şəhidin doğulub boya başa çatdığı, evinə baş çəkərək ailəsi ilə həmsöhbət olublar.

    Xəyal Ağaməmmədov 23 avqust 1992-ci ildə Hacıqabul rayonunun Kolanı kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanan Xəyal Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun komandiri olduğu hərbi hissədə xidmət etməyə başlayır. Hərbi xidmətinin ilk günlərində ayıq-sayıqlığı, cəsarəti və qorxmazlığı ilə hər kəsin diqqətini cəlb edən Xəyal kəşfiyyat bölüyünə cəlb edilir. Onu xidmət etdiyi hərbi hissədə “Polad Həşimovun əsgəri”, yaxud da “polad əsgər” çağırırmışlar.

    Xəyal həqiqi hərbi xidmətini başa vurduqdan sonra mülki həyatda müxtəlif sahələrdə çalışıb. Bu ilin iyul ayında erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan sərhədində həyata keçirdiyi təxribatlar və terror hadisəsi zamanı Polad Həşimovun və onunla birlikdə bir neçə hərbi qulluqçunun şəhid olmasından təsirlənən Xəyal Ağaməmmədov könüllü olaraq Səfərbərlik və Həqiqi Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə müraciət edərək Orduya yazılır.

    Sentyabrın 27-də erməni terrorçularının Azərbaycana qarşı diversiya cəhdinin qarşısının alınması ilə başlayan II Qarabağ müharibəsində Xüsusi Təyinatlı Qüvvələrdə kəşfiyyatçı kimi döyüşlərə qatılır.

    Xəyalın döyüş yolu Füzulidən başlayır, Cəbrayıl və Zəngilandan keçərək Şuşada əlbəyaxa döyüşlər zamanı süngü bıçaqdan boğazından aldığı iki ağır zərbə ilə şəhadətə qovuşmasıyla sona çatır. Bu yol yalnız yazılanda və ifadə ediləndə asan səslənir. Xəyal döyüşlər zamanı 2 dəfə güllə yarası alsa da, döyüş yoldaşlarından geri qalmır. Beləliklə, bu şərəfli yolda cəsarətlə düşmənin üzərinə ön sıralarda şığıyan Xəyalın sözün həqiqi mənasında işğaldan azad edilən torpaqların hər qarışında al-qırmızı qanının izləri var. Sanki düşmən gülləsi Xəyalı əldən salmaq, yerə yıxmaq əvəzinə Polad Həşimov kimi daha da cəsarətləndirir və polad kimi nöhkəmləndirirdi.

    Hərbi xidməti dövründə sıravi bir əsgərin adı generalın adı ilə qoşa çəkilməsi və ya həmin əsgərin generalın adı ilə çağırılması hər kəsə nəsib olmayan nadir haldır. Xəyal sanki “Polad Həşimovun əsgəri” və “polad əsgər” ləqəblərinin haqqını verərək mənfur düşəmənin gülləsinə polad möhkəm daynıb, şəhid komandiri general Həşimovun qısasını almaq üçün irəliləyirdi. 44 günlük müharibə zamanı bədənində 2 güllə yarası olmasına baxmayaraq, 43 gün döyüşən Xəyal noyabrın 7-də Şuşa uğrunda əlbəyaxa döyüşlər zamanı süngü ilə boğazından aldığı 2 zərbədən sonra şəhadətə qovuşub. Ruhun şad olsun Xəyal, sənin və sənin kimi minlərlə igidin qanı və canı bahasına Polad Həşimovun qisası da alındı, torpaqlarımız düşmən işağlında da azad edildi.

  • Son gülləsini özünə vuran polkovnik-leytenant – FOTO

    Laçın rayonundan olan polkovnik-leytenant Qərib Baxşəliyev Zəngilan istiqamətində gedən döyüşlərdə şəhid olub. O, müharibə zamanı erməni hərbçilərinin mühasirəsinə düşüb, son gülləsinə qədər döyüşdükdən sonra əsir düşməmək üçün özünü öldürüb.

    Trend-in məlumatına görə, şəhid polkovnik-leytenant uzun illər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə müəllim kimi işləyib. Bir çox hərbçilərimizin yetişməsində Q.Baxşəliyevin əməyi olub. O, müəllim işləməmişdən əvvəl də hərbçi kimi fəaliyyət göstərib. İki il müddətində Tərtərdə düşmənlə üz-üzə xidmət edib.

    Polkovnik-leytenant sentyabrın 27-sində başlayan Vətən müharibəsinə iki gün sonra, 29-da qoşub. Şəhidin yaxınlarının sözlərinə görə, o, əslən Laçından olduğu üçün, daim torpaqlarımızın işğaldan azad olacağı günü gözləyib. Vətənə olan bu sevgi də, onu daim irəliləməyə vadar edib.

    Q.Baxşəliyevin atası İnqilab Baxşəliyev bildirir ki, oğlu hər dəfə ailəsi ilə əlaqə saxladıqda evlərinə yaxınlaşdığını söyləyib:

    “Şəhidə ağlamaq düzgün deyil, çünki onlar qalibdirlər, bu yolda qələbə çalıblar. Ona görə də, şəhidlər ölməyib, sağdırlar”.

    Həyat yoldaşı ilə sonuncu dəfə 2 noyabrda əlaqə saxladığını deyən Gülnarə Baxşəliyeva noyabrın 4-də Qərib Baxşəliyevin şəhid olması xəbərini alıb.

    “Danışanda hər dəfə qələbəyə az qaldığını, düşməni qovduqlarını deyərdi. Noyabrın 2-si danışanda dedi ki, möhkəm olun, hər şey ola bilər. Ayın 3-ü onunla əlaqə kəsildi. Sonra isə şəhid olduğunu öyrəndik. Bizə Zəngilan ərazisində postları yoxlayanda dumana düşüb, yolu azaraq mühasirəyə düşdüyünü, sonra da əsir düşməmək üçün özünü öldürdüyünü dedilər”.

    Prezident İlham Əliyevin sərəncamı ilə Qərib Baxşəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.