Category: Ordu

  • Beş günlük mühasirədən sağ çıxan qazi Natiq Hacıyev – VİDEO

    “Birinci yaralandığım zaman atama zəng etdim və dedim ki, anama demə. Üstündən yarım saat keçmədi ki, anam zəng vurdu. Soruşdu ki, nə olub, hardasan?”

    Bu sözləri beş günlük müharisədən sağ çıxan qazi Natiq Hacıyev ARB-nin “44 GÜNƏ ZƏFƏR” adlı rubrikasına müsahibəsi zamanı bildirib.

    N.Hacıyev qeyd edib ki, qarşıda bir məqsəd vardı, nə olursa olsun biz o torpaqları almalıyıq:

    “Danışmaq çətindir. Yanında döyüş qardaşını itirmək çox ağırdır. Bir-birimizə vəsiyyət etmişdik ki, nə olursa olsun, heç kim arxada qalmasın. Axırıncı əsgərimiz olsa belə onu götürüb çıxarmalı idik. Şuşanı azad edəndə orada vurulmuşam”.

    Anası Hacıyeva Cəmilə deyir ki, hər şeyi ürəyimlə hiss edirdim:

    “Bir ana üçün o səhnəni görmək… Allah heç bir valideynə göstərməsin. Həyətdə söhbət edirdik. Dedim ki, Natiq ya şəhid oldu, ya da yaralandı. Dedilər niyə belə deyirsən? Ürəyimdə hiss edirdim. Şuşa alınana qədər mən ağlamadım, Şuşa alınanda ağladım. İstərdim ki, Natiq Şuşadan mənə şəkil göndərsin. Çox təəssüf ki, oğlum Şuşa istiqamətindəki döyüşlərdə yaralandı”.

    Daha ətraflı süjeti təqdim edirik:

  • Daha 14 erməni hərbçinin meyiti tapıldı

    Şuşa, Füzuli, Hadrut və Cəbrayılda aparılan axtarışlar zamanı daha 14 erməni hərbçinin cəsədi tapılıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “aysor.am” saytı məlumat yayıb.

  • Azərbaycanda hərbi birliklərdə yoxlamalar: Nöqsanlara yol verən vəzifəli şəxslər cəzalandırıldı – RƏSMİ

    Müdafiə nazirinin əmri ilə qısa müddət ərzində mütəxəssislərdən ibarət bir neçə komissiya hərbi birliklərdə şəxsi heyətin yerləşməsi və məişət şəraitinin yoxlanılmasını həyata keçirib.

    Bu barədə Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

    Qeyd edilib ki, kompleks yoxlamalar nəticəsində ümumilikdə təminat məsələlərində sistemli problemlər aşkar edilməyib.

    Bununla belə, bəzi cüzi nöqsanlar müəyyən edilib və aşkar olunan bu çatışmazlıqlar dərhal aradan qaldırılıb.

    Vəzifələrinin icrasına səhlənkar yanaşan, nöqsanlara yol verən bəzi vəzifəli şəxslər cəzalandırılıb və onlar barəsində müvafiq tədbirlər görülüb.

  • Putin və Makron Qarabağı müzakirə etdi

    Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasında telefon danışığı baş tutub.

    Bu barədə Kremlin saytında məlumat verilib.

    Liderlər telefon söhbətində Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

    Vladimir Putin regionda vəziyyətin stabilləşdiyini, üçtərəfli razılaşmanın şərtlərinin yerinə yetirildiyini qeyd edib.

    Prezidentlər həmçinin regionda rusiyalı sülhməramlıların fəaliyyətini yüksək qiymətləndiriblər.

  • Vətən müharibəsinin ilk günü itkin düşən Orxan – FOTO

    Vətən müharibəsində itkin düşənlərdən biri də 28 yaşlı Yusubov Orxan Allahverdi oğludur. Bu barədə “Qafqazinfo”ya atası Allahverdi Yusubov məlumat verib.

    O qeyd edib ki, sentyabrın 21-də oğlu Kəpəz rayon Səfərbərlik Xidmətinin çağırışıyla təlimə yollanıb:

    “N saylı hərbi hissənin “Həmlə” qrupunda olub. Sentyabrın 26-da zəng etdi ki, onları Toğanaya gətiriblər. Səhəri gün də müharibə başladı, həmin tarixdən sonra əlaqəmiz yoxdur. Rayonun Səfərbərlik şöbəsinə dəfələrlə müraciət etdik. Onlar da bildirdi ki, Hərbi Prokurorluqda olan siyahıyla tanış olmaq lazımdır. Oktyabrın 21-də siyahıya baxdıq. Prokuror dedi ki, oğlum naməlumların siyahısındadır. Murovda neytral zonada qalıblar. Daha sonra hərbi hissəyə getdim. Dedilər ki, 41 nəfər itkin düşüb. Yaralanan və sağ qalanlardan da oğlumu harada gördüklərini soruşdum. Əsir düşüb düşməməsi məsələsi barədə də bizə məlumat verilmir”.

    Orxanın anası Sabirə Yusubova isə bildirib ki, oğlu Kəpəzdə yerləşən marketlərin birində administrator işləyib: “Sentyabrın 21-də səhər onu işə yola saldım. İşdə Səfərbərlikdən zəng gəlib. O da atasıyla danışaraq evdən hərbi biletini gətirməsini istəyib. Mən oğlumla sağollaşmadan, görüşmədən təlimə getdi. İki oğul övladım var. Orxan subaydır, 3 aydır ki, ondan xəbər ala bilmirik. Sonuncu danışığımız elə sentyabrın 26-da olub. İstəyimiz odur ki, oğlumuz haqqında tezliklə xoş xəbər eşidək”.

    Qeyd edək ki, Müdafiə Nazirliyinin dünən yaydığı açıqlamada bildirilirdi ki, hazırda itkin düşmüş hesab olunan 40-a yaxın hərbi qulluqçunun tapılması və şəxsiyyəti müəyyən olunmayan 60-dan artıq şəxsin identifikasiyası üzrə işlər davam etdirilir.

  • Azərbaycan BU TORPAQLARI DA GERİ QAYTARIR – 66 İL SONRA

    Zəngəzur istiqamətində dövlət sərhədinin yenidən çəkilməsi nəticəsində Qubadlının Şahverdilər kəndinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.

    Median.Az Publika.az-a istinadla xəbər verir ki, Azərbaycan hərbçiləri hazırda bölgədə sərhədin müəyyənləşdirilməsi işini həyata keçirirlər.

    “News.am” saytı yazır ki, sərhədin müəyyənləşdirilməsi zamanı ermənilərdən birinin evi də Azərbaycan ərazisinə düşüb.

    Vorotan (Şahverdilər) qəsəbəsinin icma rəhbəri Surik Ohancanyan Azərbaycan hərbçilərinin evi boşaltmaq haqqında xəbərdarlıq etdiyini deyir.

    “Azərbaycanlılar GPS ilə sərhədləri müəyyənləşdirməyə davam edir. Evlərdən biri Azərbaycan ərazisinə düşüb. Dedilər ki, “bu bizim ərazimizdir”, biz razılaşmadıq. Hazırda Rusiya sərhəd xidmətinin rəisi məsələsi yuxarılarla müzakirə edir, yalnız bundan sonra bəlli olacaq”, – Ohancanyan deyib.

    Qeyd edək ki, Bərgüşad çayı üzərində yerləşən Şahverdilər kəndi 1954-cü ildə SSRİ dövründə Ermənistana verilib.

  • Nisgili vüsala çevirən şəhidimiz – VİDEO

    “Səni babamın məzarına ziyarət etməyə aparacam” – anasına verdiyi sözü canı, qanı bahasına yerinə yetirən Orxan Salehov Vətən müharibəsinin qəhrəmanlarından birinə çevrildi.

    Baku TV xəbər verir ki, Şamaxı sakini Orxan Salehovun ən böyük arzusu anasının doğulub boya-başa çatdığı Ağdamı düşmən tapdağından xilas etmək idi.

    Birinci Qarabağ müharibəsinin iştirakçısı olan şəhidimizin atası Fikrət Salehov qəlbində daşıdığı oğul acısını dilə gətirməkdə çətinlik çəksə də, başı ucadır. Çünki, böyütdüyü övlad könüllü olaraq cəbhədə düşmənə qan udduran igidlərimizdəndir.

    Şəhidimzin əmiləri Orxanın vətən, millət sevgisindən fəxarətlə danışıb. Bu acını əvəz edəcək yeganə təsəlli isə şəhidlərimizin qanının yerdə qalmamasıdır.

    Şəhidimzin nənəsinin bir tək arzusu var, o da Orxanin təhsil aldığı 10 saylı məktəbin onun adı ilə əbədiləşdirilməsidir.

  • İtkin düşən 2 erməni əsgəri tapılıb

    Rusiya sülhməramlıları itkin düşmüş hesab edilən iki nəfər Ermənistan vətəndaşını tapıb.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov məlumat verib.

    O, dekabrın 21-də Hadrut yaxınlığında tapılan iki nəfər Ermənistan vətəndaşını axtarış tədbirlərində iştirak edən Azərbaycan tərəfi ilə razılaşdırmaqla Ermənistana təhvil verildiyini bildirib.

    Rusiya rəsmisi indiyədək itkin düşmüş şəxslərlə bağlı yaradılmış “qaynar xətt”ə 528 müraciətin daxil olduğunu da açıqlayıb.

  • Cəbrayıl səmasında quşların rəqsi: Zəfərimizə yer-göy sevinir – VİDEO

    Azərbaycan əsgərləri Qarabağdan “Haber Global”a video göndəriblər.

    Videonu təqdim edən “Haber Global”ın aparıcısı Cəbrayıl səmalarında quşların rəqsini əks etdirən görüntülərin Qarabağda müzəffər Ordumuzun əsgəri tərəfindən çəkilməsini xüsusilə vurğulayıb.

    “Bəs Azərbaycandan gələn bu görüntüləri özəl edən nədir? Görüntüləri zəfərdə payı olan əsgərlərdən biri çəkib və bizə göndərib. Sonunda isə bir qeyd edib: “Zəfərimizə quşlar da sevinir”, – deyə aparıcı qeyd edib.

  • Qazinin dilindən Suqovuşan döyüşü: “Məni öldürün, siz gecikməyin” – VİDEO

    44 günlük Vətən Müharibəsində iştirak etmiş və işğal altındakı torpaqların azad olunmasında qəhrəmanlıq göstərmiş hərbçilərdən biri də Ruslan Şıxıyevdir.

    Baku Tv-nin çəkiliş qrupu bu dəfə hərbçimizi danışdırıb və ondan döyüş təəssüratlarını öyrənib.

    Ruslan Şıxıyev döyüş vaxtı hərbçilərimizin necə şəhid olması, çətin əməliyyatlardan və düşmənin necə məhv olunmasından danışıb.

    Ətraflı süjetdə: