Category: Sağlamlıq

  • Göz sağlamlığı üçün təhlükəli kosmetika açıqlandı

    Suya davamlı (waterproof) kosmetika məhsulları gözlərdə quruluq sindromuna, yanma, qızartı, batma hissi və görmə zəifliyinə səbəb ola bilər.

    Qaynarinfo “Daily Mail”ə stinadən xəbər verir ki, bu barədə avstraliyalı oftalmoloq Jaklin Belts xəbərdarlıq edib.

    Mütəxəssisin sözlərinə görə, xüsusilə suya davamlı tuş (maskara) tərkibindəki maddələr gözlərə zərər verir: “Bu məhsulların tərkibindəki maddələr uzunmüddətli dayanıqlığı təmin etsə də, gözün səthindəki yaşlıq təbəqəsini qurudur”.

    Oftalmoloq izah edir ki, göz yaşını qoruyan bu təbəqə – yəni göz yaşı filmi – gözlərin nəmlənməsini və xarici təsirlərə qarşı müdafiəsini təmin edən nazik bir maye qatıdır. Bu təbəqənin pozulması isə quruluq sindromunun əsas səbəblərindəndir.

    Belts əlavə edib ki, suya davamlı kosmetikanın silinməsi də ayrı bir problemdir. Belə makiyajı təmizləmək üçün daha güclü maddələr və fiziki təzyiq lazım gəlir ki, bu da gözlərin qıcıqlanmasına və daha çox zərər görməsinə səbəb ola bilər.

    Kanadalı optometrist Culian Prosiya da bu təhlükəyə diqqət çəkərək bildirib: “Ümumiyyətlə, kosmetik məhsullar göz quruluğu və qıcıqlanmaya səbəb ola bilər, amma suya davamlı makiyaj bu baxımdan ən zərərlisidir. Bu cür məhsullar meybom vəzilərinin fəaliyyət pozğunluğuna daha tez yol açır”.

    Meybom vəziləri disfunksiyası – göz yaşı tərkibindəki yağ komponentlərinin azalması ilə müşayiət olunan geniş yayılmış problemdir. Nəticədə göz səthindəki nəm daha tez buxarlanır və quruluq simptomları kəskinləşir.

  • Yay aylarında keçməyən baş ağrısının səbəbi bu ola bilər

    Yay aylarında geniş şəkildə istifadə olunan kondisionerlər baş ağrılarına səbəb ola bilər. 

    Türk həkim Dr. Murad Yaycı kondisioner mənşəli baş ağrılarının qarşısını almaq üçün görülməli tədbirləri açıqlayıb.

    İsti yay günlərində sərinləmək məqsədilə tez-tez istifadə olunan kondisionerlər düzgün işlədilmədikdə sağlamlığa mənfi təsir göstərə bilər. Bu təsirlərdən biri də tez-tez rast gəlinən kondisionerə bağlı baş ağrılarıdır.

    Mütəxəssis Dr. Murad Yaycı xüsusilə yay aylarında həm evlərdə, həm də avtomobillərdə geniş istifadə olunan kondisionerlərin mühitdəki havanı dövriyyəyə salmaqla işlədiyini və bunun müxtəlif narahatlıqlara zəmin yarada biləcəyini bildirib. O, kondisionerlərin səbəb olduğu baş ağrılarının arxasında dayanan əsas amilləri və bu vəziyyətin qarşısını almaq üçün görülə biləcək tədbirləri aşağıdakı kimi sıralayıb:

    Kondisionerin səbəb olduğu nəmin azalması

    Kondisionerlər işlədikcə havadakı nəmi azaldaraq bədənin maye itirməsinə səbəb olur. Kifayət qədər su qəbul edilmədikdə bu vəziyyət baş ağrılarına və müxtəlif xəstəliklərə yol aça bilər. Buna görə də kondisioner istifadə edilərkən kifayət qədər su içmək həyati əhəmiyyət daşıyır.

    Kondisionerin səbəb olduğu soyuq hava

    Soyuq hava damarların daralmasına səbəb olaraq baş ağrısı yarada bilər. Kondisionerin temperaturunun çox aşağı salınmaması və cihazın zaman-zaman söndürülərək otaq temperaturunun balanslaşdırılması bu problemin qarşısını ala bilər.

    Kondisioner filtrinin təmizlənməməsi

    Kondisionerin müntəzəm təmizlənməməsi nəticəsində havadakı toz gənələri, ev heyvanlarının tükü, kif sporları və müxtəlif allergen maddələr filtrdə toplanaraq yenidən mühitə yayıla bilər.

    Bu hal güclü baş ağrılarının yanaşı, burun tutulması, allergiya və qıcıqlanma kimi problemlərə də səbəb ola bilər. Filtrlərin müntəzəm təmizlənməsi və texniki baxışı bu riskləri aradan qaldırır.

    Hava yolu ilə keçən xəstəliklər

    Kondisionerlər qapalı mühitdəki havanı dövriyyəyə saldığı üçün xüsusilə qrip kimi hava yolu ilə keçən yoluxucu xəstəliklərə malik şəxslər digər insanlara bu xəstəlikləri daha asanlıqla ötürə bilərlər.

    Bu səbəbdən yoluxucu xəstəlikləri olan şəxslərlə eyni məkanda kondisionerin işlədilməsi məsləhət görülmür. Kondisioner sistemləri hava yolu ilə yayılan virusların ötürülməsində mühüm rol oynayır.

    Ağrıkəsicilərlə müalicə

    Mütəxəssis Dr. Murad Yaycı kondisionerə məruz qalmaq nəticəsində yaranan baş ağrılarının qarşısını almaq və onları müalicə etmək üçün bir sıra tövsiyələr verib.

    “Kondisioner qurğusunun təmizliyindən əmin olun. Bu yolla həm şiddətli baş ağrılarının, həm də allergiya kimi digər xəstəliklərin qarşısını almaq mümkündür. Kondisioner istifadə edilərkən kifayət qədər su içməyi unutmayın. Əgər baş ağrısı getdikcə şiddətlənirsə və görülən tədbirlərə baxmayaraq keçmirsə, həkimə müraciət edilərək uyğun ağrıkəsicilərlə müalicəyə dəstək verilməlidir. Kondisionerlər isti havalarda bizim xilaskarımız olsa da, şüursuz və diqqətsiz istifadə olunduqda həyat keyfiyyətimizi azaldan baş ağrılarına səbəb olur”.
    //qaynar.az

  • Şəkərsiz kolanın ürək üçün zərərləri: Həkim xəbərdarlıq etdi

    Şəkərsiz kola içkisi infarkt və insult riskini artıra bilər. Bu, içkinin tərkibində şəkər əvəzinə istifadə olunan şəkər əvəzediciləri ilə bağlıdır.

    Bu barədə rusiyalı həkim Elvira Xaçirova Gazeta.ru-ya açıqlamasında bildirib.

    “Bu, aşağıkalorili şəkər əvəzedicisi olan eritritdir. Eritrit qan dövranında trombositlərin aktivliyini artırır. Bu isə tromb yaranması üçün əlverişli şərait yaradır. Bu baxımdan şəxsi riskləri nəzərə almaq və hətta şəkəri az olan içkiləri də hədddən artıq qəbul etməmək tövsiyə olunur”, – deyə Elvira Xaçirova bildirib.

    Həkimin sözlərinə görə, ürək-damar sisteminə mənfi təsir göstərən bir sıra içkilərin istehlakı məhdudlaşdırılmalı, bəzən isə tamamilə imtina edilməlidir:

    “Belə içkilərə alkoqollu içkilər daxildir. Alkoqol xüsusən də yüksək dozada qəbul edildikdə, qan təzyiqini artırır, ürək əzələsinə toksik təsir göstərir və ürək-damar xəstəliklərinin inkişaf riskini yüksəldir. Eyni zamanda, enerji içkiləri də təhlükəlidir. Onların tərkibindəki kofein və digər stimullaşdırıcı maddələr ürək döyüntüsünü və təzyiqi artıraraq ciddi fəsadlara səbəb ola bilər”.

    Xaçirova onu da qeyd edib ki, qəhvənin həddindən artıq istifadəsi də ürək və qan damarları üçün təhlükəlidir, xüsusilə kofeinə qarşı yüksək həssaslığı olan şəxslər üçün. “Bu səbəbdən daha çox su, qazsız içkilər, şəkərsiz çaylar və şəkər əlavə olunmamış meyvə-tərəvəz şirələri içmək tövsiyə olunur”, – deyə o bildirib.

  • Evlərimizi niyə sığortalaya bilmirik?

    Əmlaka dəyən ziyanla bağlı ən ciddi problemlərdən biri də sığorta məsələsidir. Çox vaxt zərər çəkmiş vətəndaşların evləri və torpaq sahələri sığortalanmadığı üçün baş vermiş dağıntıların fəsadları dövlət və ya fərdi imkanlar hesabına aradan qaldırılmalı olur. Bu isə həm zərərçəkənlər üçün sosial-iqtisadi yük yaradır, həm də dövlətin maliyyə resurslarına əlavə təzyiq göstərir.

    Məsələ ilə bağlı Milli Məclisin deputatı Müşfiq Cəfərov Modern.az-a açıqlaması zamanı bildirib ki, ötən illərlə müqayisədə yaşayış evləri və mənzillərin icbari sığortalanmasında artım müşahidə edilir:

    “Müşahidələr göstərir ki, ölkədə daşınmaz əmlakın icbari sığortası heç də kütləvi hal almayıb. Vətəndaşlar əksər hallarda daşınmaz əmlaklarını sığorta etdirməkdən yayınır. Hətta ölkənin regionlarında yaşayanların çoxu daşınmaz əmlakın icbari sığortası barədə məlumatlı deyil və bu növ sığortaya pul verməyi itki hesab edir. Düşünürəmki, daşınmaz əmlakın icbari sığortası ilə bağlı əhalinin maarifləndirilməsi tədbirləri davamlı olaraq həyata keçirilməlidir”.

    Millət vəkilinin sözlərinə görə, bu tədbirlər şəhərlərdə də mütəmadi olaraq keçirilməli və əsasən əhaliyə sığortanın əhəmiyyəti, önəmi barədə ətraflı məlumat verilməlidir:

    “Əgər bu gün daşınmaz əmlakın icbari sığortasına tələbat kifayət qədər deyilsə buna başlıca səbəb insanların məlumatının az olmasıdır. Bu səbəblərdən də biz icbari sığorta sisteminə üstünlük verməliyik. Ümumiyyətlə icbari sığorta sığorta münasibətlərinin inkişafına stimul yaradan bir sığorta növüdür. Vətəndaşlar məcburi və ya icbari olaraq bu sığortadan istifadə edir ki, bu da bütövlükdə sığorta bazarının genişlənməsinə və sığorta imkanlarının artmasına gətirib çıxardır”.

    O həmçinin qeyd edib ki, daşınmaz əmlakın sığortalanması üçün elektron sistem də yaradılmalıdır.

    “Bu yeni sistem əmlakın sığortalanması prosesini sadələşdirəcək. İnsanlar bu sistem vasitəsilə sığortalayacağı daşınmaz əmlakın qiymətini də əvvəlcədən öyrənmiş olar,- deyə M.Cəfərov söyləyib”.

  • Alimlər yuxusuzluqla 24 saat ərzində mübarizə üsulu tapdı

    Sadəcə bir qida dəyişikliyi sayəsində artıq növbəti gecədən daha yaxşı yuxu almaq mümkündür. Alimlər göstəriblər ki, gündəlik qidalanma vərdişlərindəki kiçik dəyişiklik yuxunun keyfiyyətini əhəmiyyətli dərəcədə artıra bilər.

    Qaynarinfo xəbər verir ki, pis yuxu yalnız yorğunluğa deyil, həm də ürək xəstəliklərinə, yaddaş zəifləməsinə, öyrənmə çətinliklərinə və əhval pozğunluğuna səbəb ola bilər. Lakin “Sleep Health” jurnalında dərc olunan yeni tədqiqat göstərir ki, gündəlik meyvə və tərəvəz istehlakını artırmaqla yuxu keyfiyyətində nəzərəçarpacaq dəyişiklik əldə etmək mümkündür – özü də cəmi bir gün ərzində.

    Tədqiqatın həmmüəllifi, yuxu mütəxəssisi Esra Tasalinin sözlərinə görə, böyük təsiri cəmi 24 saat ərzində müşahidə etmək mümkün olub.

    Tədqiqatda sağlam, gənc insanlar iştirak edib. Onlar gündəlik yedikləri qidaları mobil tətbiq vasitəsilə qeydə alıb və biləklərində yuxu monitoru daşıyıblar. Alimlər bu cihazların köməyi ilə “yuxunun parçalanma səviyyəsini” – yəni, gecə ərzində nə qədər tez-tez oyanma və ya dərin yuxudan yüngül yuxuya keçmə hallarını ölçüblər.

    Məlum olub ki, gün ərzində daha çox meyvə və tərəvəz yeyən insanların gecə yuxusu daha dərin və fasiləsiz olub. Eyni zamanda, tam taxıllar kimi faydalı karbohidratlardan istifadə edən şəxslərin də yuxu keyfiyyəti yüksək olub.

    Araşdırmaya görə, gündə tövsiyə olunan beş kasa (təxminən 400–500 qram) meyvə və tərəvəz istehlak edən insanlar, bu qidaları ümumiyyətlə qəbul etməyənlərə nisbətən 16% daha keyfiyyətli yuxu alıblar.

  • Alkoqol qadınlarda beynin immun müdafiəsini kişilərdən daha çox zədələyir

    Yel Universitetinin alimləri müəyyən ediblər ki, spirtli içki istifadəsi qadınların beyin immun sisteminə kişilərə nisbətən daha ağır təsir göstərir.

    Tədqiqatın nəticələri “Biological Psychiatry” (BioPsy) jurnalında dərc olunub.

    Beynin immun sistemini xüsusi hüceyrələr – mikrogliya təşkil edir. Bu hüceyrələr neyronların qorunmasında, iltihabın tənzimlənməsində və idrak funksiyalarının dəstəklənməsində əsas rol oynayır. Alimlər spirtin mikrogliyaya təsirini öyrənmək üçün yüngül və orta dərəcəli alkoqol asılılığı olan qadın və kişilərin beynində pozitron-emissiya tomoqrafiyası (PET) aparıblar. Müqayisə üçün alkoqol qəbul etməyən sağlam könüllülərin məlumatları da nəzərdən keçirilib.

    Araşdırma göstərib ki, sağlam qadınlarda mikrogliya səviyyəsi kişilərlə müqayisədə daha yüksək olub. Bu, qadınlarda ümumilikdə daha güclü immun reaksiyalar və otoimmün xəstəliklərə meyillə əlaqəli ola bilər. Lakin alkoqol asılılığı olan qadınlarda mikrogliya səviyyəsi kəskin şəkildə azalıb. Eyni miqdarda alkoqol istehlak edən kişilərdə bu cür dəyişiklik müşahidə olunmayıb.

    Mikrogliya çatışmazlığı təkcə beyin immun müdafiəsinə deyil, həm də emosional və idrak funksiyalarına mənfi təsir göstərib. Alkoqol asılılığı olan qadınlarda depressiv əlamətlər və yüksək narahatlıq halları daha çox qeydə alınıb. Həmçinin, onlarda planlaşdırma, qərarvermə və özünüidarəetmə kimi icraedici funksiyalar da zəifləyib.

    Mikrogliya çatışmazlığı xüsusilə beyincikdə (mojjeçok) özünü göstərib – bu beyin nahiyəsi təkcə hərəkətlərin koordinasiyasına deyil, həm də emosiyaların və idrak proseslərinin tənzimlənməsinə cavabdehdir.
    //qaynar.az

  • Qorxunc araşdırma: Ətirlər sağlamlığımız üçün zərərli ola bilərmi?

    Alimlər ətir və losyonların insan bədənini əhatə edən kimyəvi müdafiə zonasına necə təsir etdiyini araşdırırlar. Əldə edilən məlumatlar göstərir ki, qoxularla birlikdə yayılan kimyəvi maddələr bu şəxsi qoruyucu hava təbəqəsində dəyişiklik yarada bilər.

    Gündəlik həyatda ətir vurmaq və ya losyon istifadə etmək insanın özünü daha yaxşı hiss etməsinə səbəb ola bilər. Ancaq bu vərdişlərin bədənin təbii müdafiə mexanizmləri ilə toqquşduğunu heç düşünmüsünüzmü? Yeni elmi araşdırmalar göstərir ki, şəxsi qulluq məhsulları insan bədəninin ətrafındakı görünməz kimyəvi müdafiə sahəsinə təsir edə bilər.

    Alimlərin “oksidləşmə zonası” adlandırdığı bu sahə bədəni əhatə edir və şəxsi hava filtri kimi fəaliyyət göstərir. Dərinin səthindəki yağlar havadakı ozonla reaksiyaya girdikdə hidroksil radikalları (OH) adlanan molekullar yaranır. Bu molekullar ətrafdakı zərərli maddələrlə qarşılıqlı təsirə girərək onları zərərsizləşdirməyə kömək edir.

    Lakin ətir və losyon kimi məhsullar bu təbii prosesə müdaxilə edə bilər. Aparılan bir tədqiqatda, nəzarətli qapalı məkanda olan iştirakçılar ətir istifadə etdikdə, onların dərisindən etanol və fenoksietanol kimi uçucu maddələrin havaya yayıldığı müşahidə olunub. Bu maddələr xüsusilə baş və üz bölgəsində toplanaraq normal hava səviyyələrini aşır.

    Araşdırmanın növbəti mərhələsində otağa ozon buraxılaraq təbii kimyəvi reaksiyanın necə dəyişdiyi izlənilib. Kokulu məhsullar istifadə olunduqda, hidroksil radikallarının miqdarında 30%-dən çox azalma qeydə alınıb. Bu isə o deməkdir ki, belə məhsullar yalnız qoxu deyil, həm də ətrafımızdakı havanın kimyəvi tərkibinə təsir göstərə bilər.

    Araşdırma bu təsirlərin uzunmüddətli sağlamlıq nəticələrini öyrənmir, lakin əldə edilən nəticələr göstərir ki, xüsusilə qapalı mühitlərdə bu kimyəvi qarşılıqlı təsirlərin tənəffüs sağlamlığı baxımından nə məna daşıdığı yenidən düşünülməlidir. Onsuz da çirklənmiş şəhər havası fonunda, bədənin özünün yaratdığı bu kimyəvi müdafiə sahəsinin qorunması bəlkə də düşündüyümüzdən daha önəmlidir.
    //qaynar.az

  • Qarındakı təhlükəli piy qatından xilas olmağın 10 effektiv yolu – Həkimlər açıqladı

    “Vəqərli piy” kimi tanınan visseral yağ qarın boşluğunun dərinliklərində yerləşir və mədə, qaraciyər, bağırsaq kimi həyati vacib orqanları əhatə edir.

    Qaynarinfo-nun məlumatına görə, həkim Sima Bonni “Bestlifeonline “üçün yazdığı məqalədə xəbərdarlıq edir ki, bu növ piy qatı ürək-damar xəstəlikləri, infarkt, insult, 2-ci tip şəkərli diabet, yüksək xolesterin, yüksək qan təzyiqi və tənəffüs problemləri ilə birbaşa əlaqəlidir.

    Bu piydən qurtulmaq asan deyil və təkcə sadə fiziki hərəkətlər kifayət etmir. Lakin dietoloqlar və fitness mütəxəssisləri onunla effektiv mübarizə üçün 10 üsul təqdim edirlər:

    1. Qidalanma – nəticənin 80%-ni təşkil edir

    Həkim Bonniyə görə:

    * Meyvə və tərəvəzin bütün rənglərini ehtiva edən balanslı pəhrizə əməl edin;
    * Şəkər və sadə karbohidratları (çörək, makaron və s.) azaldın;
    * Emal olunmuş və transyağ ehtiva edən məhsullardan uzaq durun;
    * Ağartı məhsulları və yağsız zülalları artırın, qırmızı əti isə azaldın;
    * Qismən hidrogenləşdirilmiş yağlar və yüksək fruktozalı qarğıdalı siropu kimi maddələrdən uzaq durun.

    2. Kifayət qədər zülal qəbul edin

    Fərdi məşqçi Lans Goyke izah edir: “Zülal bədən üçün yağ yandıran bir növ möcüzə dərmandır. Maddələr mübadiləsini sürətləndirir və toxluq hissini uzadır”.

    Məsləhət olunan gündəlik norma: bədən çəkisinin hər kiloqramına təxminən 1,2 qram zülal (məsələn, 60 kq çəkidə insan üçün ~50-60 qram).

    3. Kalsium və D vitamini qəbulunu artırın

    2011-ci ildə aparılmış bir araşdırma sübut edib ki, kalsium və D vitamini ilə zənginləşdirilmiş portağal şirəsi içən piylənmədən əziyyət çəkən şəxslər, visseral piy qatını nəzərəçarpacaq dərəcədə daha çox itiriblər.

    4. Kardio məşqlərini artırın

    Fitness məşqçisi Endryu Vayt bildirir: “Kardio məşqləri kalori yandırmaq və piydən qurtulmaq üçün əsasdır. Onlar ürək ritmini və maddələr mübadiləsini artırır”.

    Gündə 30 dəqiqə ideal hesab olunur, amma 10 dəqiqə belə faydalıdır.

    5. Güc məşqlərini tədricən əlavə edin

    Goyke izah edir ki, əzələ yorğunluğu nəticəsində qida maddələri (karbohidratlar, yağlar, zülallar) piyə çevrilmək əvəzinə əzələlərdə və qaraciyərdə enerji kimi toplanır. Bu isə yağ yığılmasının qarşısını alır.

    6. Uzunmüddətli idmana sadiq qalın

    2024-cü ildə “Nature Metabolism” jurnalında dərc olunmuş araşdırma göstərib ki, davamlı idmanla məşğul olan piylənmə xəstələri yağ ehtiyatlarını dəri altında (nəzərsiz və daha təhlükəsiz şəkildə) saxlayır, visseral piy isə azalır.

    7. Stresi idarə edin

    Stres zamanı kortizol hormonu artır və bu da visseral piyin toplanmasını sürətləndirir. Fiziki məşqlər və düzgün qidalanma bunu tənzimləməyə kömək etsə də, psixoloji stressi azaltmaq mütləqdir.

    8. Gündə ən azı 7 saat yatın

    Amerika Kardiologiya Kollecinin jurnalında dərc olunan araşdırma göstərir ki, yuxu çatışmazlığı qarın piyinin ümumi səviyyəsini 9%, visseral piyin isə 11% artırır.

    9. Alkoqol istehlakını azaldın

    Dietoloq Reda Elmaradi xəbərdarlıq edir ki, alkoqol orqanizmi susuzlaşdırır, iştahı artırır, kortizol səviyyəsini yüksəldir və nəticədə insulin ifrazı ilə artıq şəkər piyə çevrilir.

    10. Visseral piy görünməyə bilər – diqqətli olun

    Həkim Bonni bildirir: “Bəzən bədən formasında dəyişiklik görünməsə də, daxildə visseral piy yığılır”.

    Kəmər ölçüsündə sıxlıq hiss edirsinizsə və ya Bədən Kütlə İndeksiniz (BKİ) 25-dən yuxarıdırsa, bu, risk göstəricisidir. BKİ 25–29.9 – artıq çəki, 30 və üzəri isə piylənmə sayılır.

  • Bioloji qocalmanın əsas mümkün səbəbi açıqlandı

    Kembric Universitetinin alimləri müəyyən ediblər ki, nekroz – yəni hüceyrələrin nəzarətsiz şəkildə ölümü – bioloji qocalmanın əsas amillərindən biri ola bilər.

    Bu nəticələr “Oncogene” jurnalında dərc edilib.

    Tədqiqatçılar bildiriblər ki, nekroz – hüceyrələrin dağılmasına və ətraf toxumaların zədələnməsinə səbəb olan nizamsız və dağıdıcı bir hüceyrə ölümüdür. Bu proses iltihaba gətirib çıxarır və xroniki xəstəliklərin inkişafını sürətləndirir. Nəzarət edilən və “təmiz” hüceyrə ölümü olan apoptozdan fərqli olaraq, nekroz zamanı hüceyrə membranları parçalanır, DNT fraqmentləşir və hüceyrə daxili maddələr nizamsız şəkildə ətrafa yayılır.

    Tədqiqatın aparıcı müəllifi, Britaniyanın “LinkGevity” biotexnologiya şirkətinin qurucusu Karina Kern hesab edir ki, nekroz sadəcə qocalmanın nəticəsi deyil, onun əsas mexanizmi ola bilər.

    Alim əlavə edib ki, yaş artdıqca hüceyrələr nekroza qarşı daha həssas olur və bu, orqanizmdə zədələrin yığılmasına, müqavimətin azalmasına və bioloji tənəzzülün sürətlənməsinə gətirib çıxarır.

    Tədqiqatda nekrozun xərçəng, ürək-damar xəstəlikləri, böyrək pozğunluqları və neyrodegenerativ xəstəliklərin inkişafındakı rolu araşdırılıb. Alimlər qeyd ediblər ki, nekrozun dağıdıcı təsiri xüsusilə aqressiv onkoloji xəstəliklərdə daha qabarıq şəkildə özünü göstərir. Nəzarətsiz hüceyrə ölümü şişlərin böyüməsini sürətləndirir, yeni qan damarlarının yaranmasına şərait yaradır və immun sistemində sabitliyi pozur.

    Müəlliflər hesab edirlər ki, nekrozu işə salan proseslərə – məsələn, hüceyrələrdə kalsium balansının pozulmasına – yönəlmiş müalicələr xroniki və yaşla bağlı xəstəliklərin terapiyasında yeni istiqamətlər aça bilər. Baxmayaraq ki, daha əvvəl kalsium kanallarını bloklamağa yönələn cəhdlər (xüsusilə insult zamanı) uğurlu olmayıb, nekroz mexanizminin dərk edilməsi yeni imkanlar yaradır.
    //qaynar.az

  • KT və MRT müayinələri hansı hallarda ödənişsiz olacaq? – VİDEO

    “Bu ilin sonuna qədər onlayn növbə sisteminin tətbiq dairəsi genişləndiriləcək”.

    Bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov “Xəzər Xəbər”ə müsahibəsində deyib.

    O, onlayn növbə sisteminin hansı ərazilərdə yerləşən xəstəxanalarda aktiv tətbiq ediləcəyini də açıqlayıb.

    Vüqar Qurbanov bildirib ki, TƏBİB-ə tabe olan tibb müəssisələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) rentgen otaqlarının izolyasiyası ilə bağlı apardığı yoxlamalar yekunlaşıb, bildirilən iradlar aradan qaldırılıb.

    TƏBİB-in icraçı direktoru həmçinin vətəndaşların KT və MRT müayinələri üçün tarifin 20%-ni ödəməsi məsələsinə münasibət bildirib. Eləcə də hansı halda xəstələrdən bu xidmətlər üçün ödəniş alınmayacağını açıqlayıb.

    O qeyd edib ki, bu yeni qərarın xəstəxanalardakı uzun növbələri və sıxlığı azaldacağı gözlənilir.

    Ətraflı süjetdə: