Category: Sağlamlıq

  • Çayxorların NƏZƏRİNƏ: Ürək xəstəliyi riskini 8 faiz, infarktı isə 10 faiz…

    Çay, sadəcə gündəlik həyatımızda əvəzsiz bir içki olmaqla yanaşı, sağlamlığımıza da bir çox müsbət təsir göstərir.

    Median.Az xəbər verir ki, elmi araşdırmalar nəticəsində müəyyən olunub ki, müntəzəm çay istehlakı ürək xəstəliyi riskini 8 faiz, infarkt riskini isə 10 faiz azalda bilər.

    Tədqiqatlar göstərib ki, çayın tərkibindəki polifenollar bağırsaq mikroflorasına müsbət təsir göstərə bilər. Bu maddələr faydalı bakteriyaların artmasına şərait yaradır, eyni zamanda zərərli bakteriyaların çoxalmasının qarşısını alır. Qara və yaşıl çayın tərkibindəki amin turşusu və kofein sinergetik təsir göstərərək diqqəti artırır və beyin funksiyalarını gücləndirir. Qəhvədən fərqli olaraq çayda olan kofein daha yavaş sorularaq daha uzun müddət davam edən enerji təmin edir. Digər bir araşdırma zamanı isə qara çayın aromasının idrak tapşırıqları zamanı stresi azaltdığı sübut olunub.

    Çobanyastığı çayının sakitləşdirici təsiri, nanə çayının isə təravətləndirici və diqqət artırıcı xüsusiyyətlərə malik olduğu bildirilib. Ümumilikdə sağlam qidalanma, müntəzəm fiziki aktivlik və keyfiyyətli yuxu kimi faktorlar uzunömürlülük üçün həlledici rol oynayır.

  • Yaddaşı inanılmaz dərəcədə gücləndiriən qida – Alimlər AÇIQLADI

    Yumurta istehlakının faydaları saysız-hesabsızdır. Elmi araşdırma yumurta istehlakının Alzheimer xəstəliyinin qarşısını aldığını ortaya qoyub – yumurtanın tərkibindəki xolin maddəsi yaddaşı gücləndirir və Alzheimer xəstəliyi riskini azaldır.
     
    Median.Az xəbər verir ki, son illərdə aparılan elmi araşdırmalar yumurta istehlakının təkcə bədən sağlamlığında deyil, həm də psixi funksiyaların qorunmasında mühüm rol oynaya biləcəyini ortaya qoyub. Nevrologiya Mütəxəssisi Prof. Dr. Lütfü Hanoğlu, Alzheimer xəstəliyi ilə yumurta istehlakı arasındakı əlaqəni qiymətləndirib.
    Yumurta istehlakının beyin sağlamlığına təsiri ilə bağlı elmi araşdırmalardan nümunələr verən Prof. Dr. Hanoğlu “Son araşdırmalar yumurta istehlakının Alzheimer xəstəliyinin başlanğıcını gecikdirə biləcəyini dəstəkləyir. Xüsusilə yumurtanın tərkibindəki kolin maddəsi yaddaş və idrak funksiyalarını dəstəkləyən əhəmiyyətli bir komponent olaraq diqqət çəkir” sözlərini deyib .

    Bəs kolin nədir?

    Kolin yumurta sarısı, paxlalılar, brokoli, lobya, süd və balıq kimi bəzi qidalarda olan suda həll olunan birləşmədir və qaraciyərdə sintez olunur. Kolin orqanizmdə hüceyrə membranlarının əsas struktur komponentləri olan bəzi fosfolipidlərin sintezində istifadə olunur. Prof. Dr. Hanoğlu “Orqanizmdə xolin çatışmazlığı olduğu zaman başda beyin və sinir funksiyaları olmaqla bir çox hüceyrə və orqan düzgün işləməyə bilər. Qida əlavəsi olaraq qəbul edilə bilən kolin daha çox yumurta, qoz-fındıq, lobyada olur. 

  • “Nimesil”in xeyirdən çox ZƏRƏRİ VAR? – Azərbaycanlı həkim DƏHŞƏTLİ fəsadlardan danışdı

    Bəzi xarici kütləvi informasiya vasitələrinin məlumatına görə, ABŞ-də və Avropada “Nimesil” dərman vasitəsi qadağa olunub. Səbəbi isə onunla əsaslandırırlar ki, “Nimesil”in çoxsaylı fəsadları var. Məsələn, sözügedən ağrıkəsicinin selikli qişanı, mədənin divarlarını əritdiyi, toksiklik dərəcəsi yuxarı olduğu üçün qaraciyəri dağıtdığı, mədədə yanma hissi yaratdığı, bəzən qanaxmaya səbəb olduğu vurğulanır.

    Maraqlıdır ki, Azərbaycanda bu preparat qadağan oluna bilərmi? “Nimesil”in zərərləri daha çox nələrdir?
    Median.Az xəbər verir ki, pediatr, infeksionist Aytən Ziyadova mövzu ilə bağlı oxu.az-a danışıb.
    O qeyd edib ki, “Nimesil”, əsasən, ağrıkəsici və iltihab əleyhinə təsir göstərən bir dərmandır və nimesulid adlı aktiv maddəni ehtiva edir:

    “Həm uşaqlarda, həm böyüklərdə istifadə olunsa da, bu dərmanın bəzi təhlükəli yan təsirləri mövcuddur.
    Böyüklərdə “Nimesil”in zərərlərindən danışarkən əvvəlcə mədə və bağırsaq problemlərini qeyd etməliyik. “Nimesil” mədə-bağırsaq traktında ciddi problemlərə səbəb ola bilər. İltihab, xora və qanama kimi hallardan söhbət gedir. Bundan əlavə, uzun müddət istifadə edildikdə ürək-damar sisteminə təsir edə və yüksək qan təzyiqi, ürək çatışmazlığı, damar problemləri riskini artıra bilər.

    “Nimesil” həm də qaraciyər və böyrək funksiyalarına təsir edir. Qaraciyər zədələnməsi və böyrək problemləri, xüsusilə uzun müddət istifadə etdikdə daha çox müşahidə olunur”.

    A.Ziyadova vurğulayıb ki, “Nimesil” allergik reaksiyalara da səbəb olur:
    “Bəzi insanlar dərmana qarşı allergik reaksiyalar göstərə bilərlər. Söhbət qaşınma və nadir hallarda anafilaktik şokdan gedir. “Nimesil” istifadə edən bəzi insanlarda nəfəs darlığı və asqırma kimi tənəffüs problemləri yaranır.

    “Nimesil” uşaqlarda ümumiyyətlə tövsiyə edilmir. Çünki bu dərmanın istifadəsi onlarda müxtəlif fəsadlar yaradır. Sözügedən preparat uşaqlarda qaraciyər funksiyalarına təsir göstərə və zədələnməsinə səbəb ola bilər. Uşaqlarda mədə ağrıları, qusma, qarın ağrısı və həzm problemini vurğulaya bilərik. Uşaqlar, xüsusilə iki yaşdan kiçik olanlarda “Nimesil”in yan təsirləri daha çox hiss olunur və təhlükəlidir”.

    Həkim əlavə edib ki, uşaqlarda baş dönməsi, yuxu asılılığı və sinir sistemində digər problemlər meydana çıxa bilər:

    “Nimesil” böyüklər üçün yalnız həkim məsləhəti ilə və qısa müddət üçün istifadə edilməlidir. Uşaqlarda “Nimesil” istifadə edilməməlidir, xüsusən də həkim tərəfindən təyin olunmadığı halda. Dərman istifadəsi zamanı hər hansı bir mənfi təsir hiss olunsa, dərhal həkimə müraciət etmək lazımdır. Xüsusilə qaraciyər və böyrək problemləri olan şəxslər bu dərmandan ehtiyatla istifadə etməlidirlər. “Nimesil”in istifadəsi haqqında hər zaman həkimə müraciət etməyiniz tövsiyə olunur, çünki dərmanların istifadəsi şəxsi sağlamlıq vəziyyətinizə görə dəyişə bilər”.

  • Wi-Fi-ı söndürmədən yatmayın – Diqqət

    Texnologiyanın ayrılmaz hissəsi olan Wi-Fi, gün ərzində həyatımızı asanlaşdırsa da, gecələr onu söndürmədən yatmaq sağlamlıq və təhlükəsizlik baxımından bəzi risklər yarada bilər.

    Median.Az həmin riskləri təqdim edir:

    Elektromaqnit dalğalar və sağlamlıq
    Wi-Fi routerləri elektromaqnit şüalar yayır. Bəzi araşdırmalar uzun müddət bu dalğalara məruz qalmağın yuxu keyfiyyətinə və sinir sisteminə təsir edə biləcəyini bildirir. Xüsusilə, Wi-Fi routeri yataq otağınıza yaxındırsa, onu gecə söndürmək daha yaxşıdır.

    Enerji sərfiyyatı və cihazların istismarı
    Wi-Fi-nı fasiləsiz işlətmək enerji sərfini artırır və routerin davamlı istifadəsi cihazın daha tez sıradan çıxmasına səbəb ola bilər. Gecə saatlarında Wi-Fi-nı söndürmək həm enerjiyə qənaət edər, həm də routerin ömrünü uzadar.

    Kiber təhlükəsizlik riskləri
    Router açıq qaldıqda, xüsusilə zəif parol və ya təhlükəsizlik sistemi olan şəbəkələrdə haker hücumları üçün fürsət yarana bilər. İnternetə bağlı cihazlarınızın təhlükəsizliyini artırmaq üçün Wi-Fi-nı ehtiyac olmadığı zaman söndürmək tövsiyə olunur.

    Wi-Fi-nı Gecə Söndürmək Üçün Nələr Edilə Bilər?
    Routerin taymer funksiyasını aktiv edin – Bəzi yeni modellərdə müəyyən saatlarda avtomatik bağlanma seçimi var.

    Adi elektrik açarı ilə söndürün – Routeri bir açara qoşaraq gecə yatmazdan əvvəl söndürə bilərsiniz.
    Alternativ olaraq kabel internet istifadə edin – Xüsusilə gecə saatlarında yalnız ehtiyac olduğu zaman interneti açmaq daha təhlükəsiz ola bilər.
    Wi-Fi şəbəkənizi gecə söndürməklə həm sağlamlığınızı qoruya, həm də enerji qənaəti və təhlükəsizlik baxımından daha yaxşı nəticələr əldə edə bilərsiniz.

  • Mütəxəssislərdən xəbərdarlıq: Qaraciyərinizi qorumaq istəyirsinizsə, bu meyvəni yeyin

    Alma münasib qiyməti, asanlıqla əldə edilə bilən və qidalı tərkibi ilə sağlam qalmaq üçün tez-tez istehlak edilən meyvələrdən biridir. Lakin bir çox insan almanın təkcə şirniyyat ehtiyacını qarşılamaqdan daha çox fayda verdiyini bilmir. 

    Median.Az “Earth”a istinadən xəbər verir ki, alma qaraciyərin sağlamlığı üçün faydalı olan xüsusi bitki tərkib hissələrinə malikdir.

    “The American Journal of Clinical Nutrition” jurnalında dərc edilən bir araşdırma bitki əsaslı qidalanma ilə qaraciyər problemlərinin yaranma riski arasında əlaqənin olduğunu göstərir. East Anglia Universitetindən Uilyam Bell və onun həmkarları flavonoidlərlə zəngin qidalar qəbul edən insanların xolesterol və qan təzyiqi yaxşılaşmalarından əlavə faydalar əldə etdiyini bildirir.
    Flavonoidlər hüceyrələri stresdən qoruyan bitki tərkib hissələridir. Bu maddələr bir çox qidada mövcud olsa da, alma bu baxımdan əhəmiyyətli bir mənbədir. Alma, eyni zamanda lif, vitaminlər və digər antioksidantlarla zəngindir. Xüsusilə almanın qabığındakı lif sağlam həzm prosesinə kömək edir. Mütəxəssislər həzm sistemindəki yaxşılaşmanın qaraciyər də daxil olmaqla digər orqanlara da müsbət təsir göstərdiyini vurğulayırlar.
    Almanın qaraciyər sağlamlığına töhfəsini öyrənən araşdırmalar, bu meyvənin qaraciyər funksiyalarını necə dəstəklədiyini üzə çıxarıb. Tədqiqatlar göstərir ki, alma oksidləşdirici stresi azaldaraq orqanizmin balansını qorumağa kömək edir.

    Oksidləşdirici stres bədənimizdə hüceyrələrdə normal metabolik proseslər zamanı yaranan və potensial zərərli təsirlərə malik olan bir vəziyyətdir. Alma bu zərərli reaksiyaların qarşısını alaraq təbii bir müdafiə təmin edir. Bu reaksiyalar nəzarətsiz qaldıqda iltihablanma və ya qaraciyərdə yağ yığılması kimi problemlərə səbəb ola bilər.

    Uilyam Bell araşdırmanın yekununda qeyd edir ki, flavonoidlərlə zəngin qidalar qaraciyərin piylənməsi xəstəliyinə qarşı qoruyucu təsir göstərə bilər. Bu, almanın tərkibindəki faydalı maddələrin daha sağlam bir qaraciyəri dəstəklədiyini və bədənin sağlamlığını təbii yollarla qorumağın mümkün olduğunu göstərir.
    Almalar həm həll olunan, həm də həll olunmayan liflərdən ibarət olub, həzm sisteminin nizamlı fəaliyyətinə kömək edir. Bundan əlavə, almadakı vitaminlər və antioksidantlar qaraciyərin zərərli maddələrdən təmizlənməsinə dəstək olur.

    Tədqiqatçılar bildirirlər ki, almanın tərkibindəki lif və polifenollar qaraciyərdəki xolesterol səviyyəsini azaltmağa kömək edir. Bu cür təsir, potensial qaraciyər problemləri yaşayan insanlar üçün zamanla əhəmiyyətli faydalar təmin edə bilər.

    Qidalanma mütəxəssisləri almanın qabıqlı şəkildə yeyildikdə qabıqsız formasına nisbətən daha çox qida maddəsi ehtiva etdiyini vurğulayırlar. Lakin alma dilimlənərək və ya müxtəlif üsullarla bişirilərək istehlak edildikdə də mühüm qida dəyəri təmin edir.
    Təkbaşına qəlyanaltı kimi yeyilməsindən tutmuş, darçınla bişirilmiş alma şəklində hazırlanmasına qədər, bu meyvə hər növ qidalanma rejimini zənginləşdirir. Almanı gündəlik qidalanma vərdişlərinə daxil etmək kimi sadə seçimlər, qaraciyər sağlamlığını qorumağa və qaraciyərə düşən yükü azaltmağa kömək edə bilər.

    Almanın praktik cəhətləri də var: asanlıqla daşına bilir, münasib qiymətlidir və çoxistifadəli bir meyvədir. Bəzi insanlar almanı smuzilərə əlavə edir və ya salatlara kiçik hissələr şəklində doğrayırlar.

    Almanın tərkibindəki lif toxluq hissini artırmağa kömək edir və beləliklə, yemək aralarında enerji səviyyəsini sabit saxlayır. Bu xüsusiyyət, sağlam çəki saxlamağı hədəfləyənlər üçün faydalıdır və daha balanslı bir metabolizmi dəstəkləyir.

    Alma həmçinin çiyələk, soğan və çay kimi flavonoidlərlə zəngin digər qidalarla yaxşı uyğunlaşır. Bu qidalar sağlam və təbii qidalanma istəyənlərin alış-veriş siyahılarında artıq yer alır. Bu qidaları daha çox qida rasionuna daxil edərək ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmaq mümkündür.

    Səhər yeməyindən tutmuş günorta qəlyanaltılarına qədər etdiyimiz hər bir seçim bədənimizə təsir göstərir. Qaraciyər haqqında az danışılan, lakin enerjimizi qorumaqda mühüm rol oynayan bir orqandır. Lakin həddindən artıq şəkər, yağ və ya balanssız qidalanma qaraciyərə mənfi təsir edə bilər.

    Qaraciyərə yaxşı baxmaq həmişə böyük dəyişikliklər və ya bahalı əlavələr tələb etmir. Sadəcə mağazaya gedib bir neçə alma almaqla qaraciyərə ehtiyac duyduğu dəstəyi təmin etmək mümkündür.

    Bəzi insanlar qaraciyəri “səssiz qəhrəman” adlandırır. O, qidaları saxlayır, toksinləri təmizləyir və gündəlik enerjini dəstəkləyir. Lakin səssiz olması onun az qayğıya ehtiyacı olduğu demək deyil. Əksinə, ona düzgün qidalar təqdim etmək, illər keçdikcə sağlam və enerjili qalmağın ən yaxşı yollarından biri ola bilər.

    Tədqiqatlar irəlilədikcə, mütəxəssislər sağlam qidalanmanın əhəmiyyətini vurğulamağa davam edir və alma bu qidalanma prinsiplərinə mükəmməl şəkildə uyğun gəlir. Hər kəs çiy meyvə yeməyi xoşlamaya bilər; buna görə yulaf sıyığının üstünə dilimlənmiş alma və ya bir çimdik darçınlı alma püresi də eyni dərəcədə faydalı ola bilər.

    Bu geniş yayılmış meyvə, vitaminlər, liflər və zamanla qaraciyər funksiyalarını dəstəkləyən xüsusi bitki kimyəvi maddələri təmin edir. Kiçik addımların birləşərək böyük fərq yaratdığını anladıqda, daha qidalandırıcı qidalarla zəngin bir qidalanma rejiminə keçmək daha asan olur.

  • Uşaqlara kolbasa verməyin – XƏBƏRDARLIQ

    İşlənmiş ət xərçəngə səbəb ola bilər.

    Kolbasa bişirmə prosesində xərçəngə səbəb ola biləcək maddələr əmələ gəlir.

    Bunu tibb elmləri namizədi, həkim İrina Baranova xatırladıb. O, heç vaxt özünə və övladlarına kolbasa almadığını bildirib.

    Həkimin sözlərinə görə, kolbasaların tərkibindəki konservantlar, ləzzət artırıcılar, stabilizatorlar və digər xammallar məhsulun saxlanma müddətini uzatmalı və görünüşünü yaxşılaşdırmalıdır. Amma emal zamanı onun tərkibində orqanizmə zərərli olan maddələr əmələ gəlir. Onların müntəzəm istifadəsi ilə bağırsaq və mədə xərçəngi riski artır.

    Baranova kolbasaların uşaqlar üçün xüsusilə ciddi təhlükə yaratdığını da qeyd edib.

    “Kolbasa sadəcə “tez yemək” deyil, onların tərkibində xərçəngə tutulma riskini artıran əlavələr var”, – həkim vurğulayıb.

    Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) ilk dəfə 2015-ci ildə emal olunmuş və qırmızı ətin təhlükələrini rəsmi olaraq bəyan edib.

    O, vetçina, kolbasa, sosiska və digər emal edilmiş ət məhsullarını kanserogenlərin birinci qrupuna aid edib.

    Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, qalın bağırsaq və mədə xərçəngi daha çox inkişaf edir.

    Kanserogenlərin birinci qrupuna siqaret çəkmək və asbest də daxildir, lakin ÜST qeyd edir ki, bu, onların hamısının eyni dərəcədə təhlükəli olması demək deyil.

    Eyni hesabatda ÜST qeyd edib ki, emal olunmuş ətin xərçəngə səbəb olmasına dair qəti sübut yoxdur.

    Müstəqil tədqiqat təşkilatı Global Burden of Disease Project hesab edir ki, yüksək səviyyədə işlənmiş ətin hər il təxminən 34.000 xərçəng ölümü ilə əlaqələndirilir.

    Həmçinin 2015-ci ildə CBS News ÜST-nin hesabatındakı çatışmazlıqları qeyd edib. Bunlara işlənmiş ət yemək və xərçəngin inkişafı arasında birbaşa əlaqəni müəyyən etmək üçün tədqiqatın olmaması daxildir. Üstəlik, təşkilat hansı məhsulların daha çox kanserogen olduğunu qeyd etməyib.

    2023-cü ildə ÜST, emal edilmiş ətin xərçəngə səbəb olduğu qiymətləndirməsini davam etdirib. Belə ki, işlənmiş ət istehlakı və meyvə-tərəvəzin az qəbulu, oturaq həyat tərzi, piylənmə, siqaret və həddindən artıq spirtli içki qəbulu kolorektal xərçəngin səbəbləri kimi müəyyən edilib. Bununla belə, istehlak edilən emal olunmuş ətin miqdarı ilə bağlı ÜST-dən hələlik rəsmi tövsiyələr yoxdur.

    Əvvəllər Harvard Universitetinin İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, işlənmiş qırmızı ət yemək demansiyanın inkişaf riskini əhəmiyyətli dərəcədə artıra bilər. Həftədə iki porsiya işlənmiş qırmızı ət yemək, onu az yeyənlərlə müqayisədə demansiya inkişaf riskini 14 faiz artırır. Maraqlıdır ki, bir porsiya işlənmiş ətin sağlam alternativi ilə (məsələn, qoz-fındıq və paxlalılar) əvəz edilməsi demansiya riskini 23 faiz azaldır. //Lent.az

  • Səhiyyə Nazirliyi: Ölümündən sonra orqanlarını bağışlamaq istəyən şəxslərin sayı üç dəfə artıb

    2024-cü il ərzində 300-dən çox müxtəlif orqan transplantasiya əməliyyatları icra olunub. Ən çox böyrək və qaraciyər transplantasiya əməliyyatları üstünlük təşkil edir.

    Bu barədə APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin sədri Yeganə Abbasova məlumat verib.

    O bildirib ki, indiyə kimi beyin ölümü keçirdikdən sonra könüllü olaraq donor olmaq istəyib sağlığında Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə müraciət edən şəxslərin sayı məxfidir.

    O, həmçinin qeyd edib ki, Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzində ölümündən sonra orqanlarını bağışlamaq üçün xüsusi formanı doldurub qeydiyyatdan keçən şəxslərin sayı keçən illərə nisbətən 3 dəfə artıb.

    Onun sözlərinə görə, yaxın gələcəkdə könüllü donor olmaq istəyən şəxslər mygov.az platforması üzərindən müraciət edə biləcəklər:

    “Lakin hazırda bu prosesə dəstək olmaq və donor olmaq istəyənlər üçün qurumumuza məxsus odtkm.gov.az rəsmi internet səhifəsində xüsusi olaraq yaradılan “Donor ol” bölməsi fəaliyyət göstərir. Həmin bölmə vasitəsilə könüllü donor olmaq istəyən hər kəs sadə və rahat bir şəkildə müraciət edə bilər. Bu addım, cəmiyyətimizin sağlamlığı və humanizm prinsiplərinə əsaslanaraq, donor olmağı daha əlçatan etmək məqsədilə atılıb”.

  • Şəkər xəstəliyindən bu şəkildə qoruna bilərsiniz – TÖVSİYƏ

    “Diabet riskini azaltmaq mümkündür”.
     
    Bu barədə Sfera.az-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən verilən məlumatda qeyd olunub.
     
    Bildirilib ki, bunun üçün aktiv həyat tərzi, sağlam qidalanma, sağlam çəki, həkim müayinəsindən mütəmadi keçmək və stresi idarə etmək lazımdır:
     
    “Gündəlik olaraq ən azı 30 dəqiqə fiziki aktivlik vacibdir. Gəzinti, qaçış, üzgüçülük və ya rəqs qan şəkərini nəzarətdə saxlamağa kömək edir. Çəkinin azalması qan şəkərini və insulinin təsirini yaxşılaşdırır. Bol tərəvəz, meyvə, taxıl və liflə zəngin qidalar qəbul etmək, şəkərli və yüksək kalorili qidalardan uzaq olmaq lazımdır”.
     
    Qeyd olunub ki, stress hormonları qan şəkərini yüksəldir:
     
    “Meditasiya və nəfəs məşqləri ilə isə stresi azaltmaq mümkündür. Erkən diaqnoz və tədbirlərlə diabet riskini azalda bilərsiniz. Bunun üçün qan şəkərinizi və digər sağlamlıq göstəricilərinizi nəzarətdə saxlamalı, müntəzəm olaraq həkim müayinələrindən keçməlisiniz”.

  • Bölgələrin özəl klinikalarında icbari tibbi sığorta niyə tətbiq edilmir? – VİDEO

    İcbari tibbi sığortanın əhatə dairəsi və xidmətlər zərfi günü-gündən genişlənsə də, hələ də vətəndaşlar bütün özəl tibb müəssisələrdə bu imkandan yararlana bilmirlər. Bakı ilə yanaşı, xüsusilə bölgələrdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağlamadığı kifayət qədər özəl klinikalar var.

    Xezerxeber.az-ın məlumatına görə, vətəndaşlar deyirlər ki, yaşadıqları ünvanlara yaxın özəl xəstəxanalarda tibbi sığortadan istifadə etmək imkanı olsa, onlar üçün daha rahat olar.

    Həkim-ekspert Adil Qeybulla bildirib ki, Azərbaycanda icbari tibbi sığorta sisteminin daha da təkmilləşməsinə ehtiyac var. Çünki bütün özəl tibb müəssisələri lisenziya əsasında fəaliyyət göstərir. Buna görə də, mülkiyyətindən asılı olmayaraq, vətəndaşlar bütün xəstəxanalarda bu imkandan yararlanmalıdırlar.

    Tibbi sığortanın əhatə dairəsinin genişləndirilməsi, nəticədə həkim heyətinin peşəkarlığını, vətəndaşların isə məmnunluq səviyyəsini artıra bilər.

    Ətraflı süjetdə:

  • Ömrünü bir neçə il uzatmağın sadə yolu tapıldı

    Kembric Universitetinin alimləri müəyyən ediblər ki, hər gün bir saat gəzmək gözlənilən ömrü bir neçə il artıraraq, ürək xəstəlikləri və şəkərli diabetin inkişaf riskini azaldır.

    Qaynarinfo xəbər verir ki, bu barədə “İndependent” yazıb.

    Tədqiqatda 400 minə yaxın orta yaşlı insan iştirak edib. Alimlər 13 il ərzində onların fiziki fəaliyyətini izləyib və sağlamlıq məlumatlarını toplayıblar.

    Məlum olub ki, müntəzəm gəzinti ürək-damar xəstəliklərinin və şəkərli diabetin inkişaf riskini azaldır, ömrü uzadır. Üstəlik, hətta orta gəzinti tempi də sağlamlığa müsbət təsir göstərir.

    Mütəxəssislər müntəzəmliyin vacibliyini vurğulayırlar: nəzərə çarpan təsirə nail olmaq üçün həftədə ən azı beş dəfə gəzmək tövsiyə olunur.

    Tədqiqatçılar həmçinin qeyd edirlər ki, yeriməyə başlamaq heç vaxt gec deyil. Hətta əvvəllər oturaq həyat tərzi keçirənlər də gündə 15-20 dəqiqə gəzinti ilə başlayıb, tədricən müddəti bir saata qədər artıraraq sağlamlıqlarını yaxşılaşdıra bilərlər.

    Mütəxəssislər rahat temp və rahat marşrut seçməyi məsləhət görürlər ki, gəzinti həyat tərzinizin xoş və daimi hissəsinə çevrilsin.