Category: Sağlamlıq

  • Köpdən əziyyət çəkənlər üçün – QADAĞA SİYAHISI

    Güclü meteorizm, yəni bağırsaqlarında köp olanlar, həzm sistemində problem yaşayanlar, qıcıqlanmış bağırsaq sindromu olanlar bu qadağa siyahısı ilə tanış olub, hansı ərzaqlardan uzaq olacaqlarını bilməlidir.

    Median.Az medicina.az-a istinadən həkim və alimlərin tərtib etdiyi siyahını təqdim edir:

    – Soğan

    – brüssel kələmi

    – ağ kələm

    – noxud

    – lobya

    – gül kələmi

    – buğdadan un məmulatları

    – brokoli

    – banan

    – kök

    – üzüm

    – kərəviz

    – soya

    – yulaf

    – əncir

    – şaftalı

    – naringi (mandarin).

    Bütün bu qidalar FODMAP adlı siyahıya daxildir, nazik bağırsaqda pis sovrulur, artıq qazlar əmələ gətirir.

  • Artıq heç kim siqaret çəkməyəcək – Bu unikal reseptin bir qurtumu belə, onu tərgitməyə kifayətdir


    Əgər siqareti həqiqətən tərgizmək istəyirsinizsə bu resept tam sizə görədir. Professor Doktor İbrahim Saraçoğlu-nun təklif etdiyi qarabaşaq otu və kəklikotu ilə hazırlanan bu dəmləmə sayəsində siqareti asanlıqla tərgidə biləcəksiniz.

    Median.Az SaqlamHeyat.az-a istinadən xəbər verir ki, bəzi siqaret çəkənlər onu atmaqda çətinlik yaşayır.

    Əgər sizdə daha sağlam bir həyata addım atmaq istəyirsinizsə, bu resepti həyata keçirərək və təbii ki sizin də səy və istəyinizlə siqareti buraxa biləcəksiniz. Bunun üçün əvvəlcə qarabaşaq otu çayı ilə, daha sonra kəklikotu çayından istifadə edəcəyik. Evinizdə asanlıqla hazırlayacağınız bu siqaret tərgizmə resepti sizə və yaxınlarınıza kömək edəcək.

    Qarabaşaq Otu Çayı İlə Siqaret Buraxma Resepti Necə Hazırlanır?

    Lazım olanlar:

    7 ədəd sünbül halında qarabaşaq bitkisi

    1 stəkan su

    Necə Hazırlanır? (İbrahim Saraçoğlu Tərifi)

    İlk olaraq 1 stəkan suyu qaynadın. Qaynayır olan suyun içinə 7 ədəd qarabaşaq bitkisini əlavə edin və bu şəkildə təxminən 6-7 dəqiqə daha qaynadın. 6-7 dəqiqə sonra ocağın altını bağlayın və qarışığı soyumağa buraxın. İlındıqdan sonra qarışığı süzün və bir stəkanın içərisinə yökün. Səhərdən günortaya qədər olan müddətdə ürəyiniz nə vaxt siqaret istəsə stəkandan bir qurtum qarabaşaq otu çayı için. Günün yarısına qədər bu çay bitmiş olacaqdır. Günortadan sonra isə kəklikotu çayını eyni qaydada hazırlayın. Bu da siqareti atmaqda sizə köməkçi olacaq çaydır.

  • “Bu yumurtalar sağlamlığa zərər verir” – AÇIQLAMA

    Sağlam qida insan bədəninə bütün dərmanlardan daha faydalıdır. Yediyimiz qidaların əsasən yumurtaların sağlam olub-olmadığını müəyyən etmək mümkündür. Çoxu yumurta alarkən onun istehsal tarixi ilə maraqlanır və təzə olub-olmadığını yoxlayır. Həmin yumurtanı yumurtlayan toyuqlar barədə isə düşünmürlər. “Bu toyuqlar sağlamdırmı? Hansı şəraitdə böyüyürlər?” sualını satıcıya versək, cavab ala bilməyəcəyik.

    Bəs sağlam toyuq və yumurta necə əldə oluna bilər?

    Mövzu ilə bağlı sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, toyuq təbii şəraitdə, hormonlarsız, ot və həşəratlarla qidalandıqda sağlam olur:

    “Sağlam bir toyuğun yumurtladığı yumurta da, təbii ki, sağlam olur. Belə yumurtalar vitaminlər və doymamış yağ turşuları olan Omeqa3 və D vitamini ilə zəngindir.
    Toyuqlar məhdud şəraitdə, quşçuluq fermasında yetişdirilibsə, yumurtanın tərkibində vitamin az olur. Bu cür yumurtalar insan sağlamlığına zərər verə bilir. Broyler toyuqları təmiz havaya buraxılmır. Onlar günəş şüasından və açıq havadan məhrumdur. Bu isə birbaşa dölə, toyuğun yumurtasına təsir edir. Nəticə etibarilə toyuğun əti də, yumurtası da keyfiyyətsiz olur”.

    Məhsəti Hüseynova qeyd edib ki, əsas problem toyuqların saxlanıldığı şəraitdir:

    “Dar qəfəslərdə hər kvadratmetrə düşən toyuq sayının çox olması, onların saxlanıldığı yerlərin həddindən artıq işıqlandırılması, ventilyasiya sisteminin zəif olması toyuqlarda stressə səbəb olur.Belə şəraitdə böyüyən toyuqlar bir-birini dimdikləyərək yaralayır. Avropada bu problemi aradan qaldırmaq üçün 2012-ci ildən baraban tipli quşçuluq sistemi qadağan edilib. Digər ölkələrdə isə toyuqların bir-birinə zərər verməməsi üçün başqa vasitəyə əl atırlar. Onların yemlərinə sakitləşdirici dərmanlar əlavə edirlər. Böyümə prosesinə müdaxilə edilməyən toyuqlar daha sağlam olurlar. Məhz bu baxımdan yumurta alarkən kənd toyuqlarının yumurtaları məsləhət görülür”.

  • Trombların əmələ gəlməsinin qarşısını almaq üçün beş effektiv üsul

    “Sağlam həyat tərzi və idmanla məşğul olmaq tromboz riskini əhəmiyyətli dərəcədə azaldır. Bundan əlavə, elastiki (kompression) geyimlərin istifadəsi də tromboz riskini azaltmağa kömək edir”.

    Bunu rusiyalı həkim-fleboloq Yelena Smirnova “RIA Novosti”yə deyib.

    Zərərli vərdişlərlə mübarizə, qidalanma və su rejiminə riayət etmə, adekvat fiziki aktivlik – bütün bunlar tromboz ehtimalını azaldır. Həkim hamilə qadınlara, uzun yola çıxan sürücülərə və təyyarə sərnişinlərinə elastiki geyimlər geyinməyi məsləhət görüb.

    Varikozdan əziyyət çəkən insanlar üçün Smirnova uzunmüddətli statik yüklənməni aradan qaldırmağı və hərəkətləri məhdudlaşdırmayan geyim və ayaqqabı geyinməyi məsləhət görüb. Bu insanlara hamam və saunalardan çəkinmək lazımdır.

    Qeyd edək ki, tromboz qan dövranı sisteminin xəstəliyidir və qan laxtalarının damar divarlarında əmələ gəlməsi ilə xarakterizə olunur. Azərbaycanda hər il minlərlə insan bu xəstəlikdən əziyyət çəkir. Statistikaya görə, tromboz hallarının 70%-i aşağı ətraf venalarında baş verir.

  • Peyvəndlər xəstəliklərdən daha təhlükəlidir?

    ABŞ-da respublikaçılar arasında məcburi uşaq peyvəndini dəstəkləyənlərin sayı son illərdə xeyli azalıb. Onlar peyvəndlərin sağlamlığa zərər verdiyinə dair müxtəlif miflərə inanırlar.

    Qaynarinfo xəbər verir ki, “Gallup”un yeni sorğusuna görə, COVID-19 pandemiyasından sonra daha az amerikalı uşaqlar üçün təhlükəsiz və xilasedici peyvəndlərin vacibliyini qəbul etməyə başlayıb. Respublikaçılar və ya respublikaçıları dəstəkləyən insanlar arasında peyvənd dəstəyinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunur.

    2019-cu ildə respublikaçı amerikalıların 52%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin “son dərəcə vacib” olduğunu söyləyib. İndi bu rəqəm 26% təşkil edir. Müqayisə üçün, bu il demokratların və ya demokratları dəstəkləyənlərin 63%-i bunun “son dərəcə vacib” olduğunu söyləyib.
    Ümumilikdə, indi amerikalıların yalnız 40%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin son dərəcə vacib olduğunu deyir. Bu, 2019-cu ildə 58%-dən, 2001-ci ildə isə 64%-dən əhəmiyyətli dərəcədə azdır. Həmçinin, demokratlar tərəfdarlarının 93%-i valideynlərin uşaqlarını peyvənd etmələrinin “son dərəcə” və ya “çox” vacib olduğunu, respublikaçı tərəfdarların isə yalnız 52%-i bunu deyib.

    Peyvəndin radikal əleyhdarı o qədər də çox deyil. Respublikaçıların yalnız 11%-i uşaqların peyvənd edilməsinin “heç də vacib olmadığını”, digər 8%-i isə “çox vacib olmadığını” söyləyib. Demokratlar arasında bu rəqəm cəmi 1% təşkil edir. Bununla belə, peyvəndlərlə bağlı müxtəlif miflərə inananlar çoxdur.

    Məsələn, sorğu göstərir ki, getdikcə daha çox amerikalı peyvəndlərin qoruduğu xəstəliklərdən (poliomielit, qızılca, tetanoz, rotavirus, difteriya, göy öskürək, meningit və s.) daha təhlükəli olduğuna inanır. İndi amerikalıların 20%-i peyvəndlərin bu cür təhlükəli xəstəliklərdən daha böyük təhlükə olduğuna inanır. Bu, demokratların ümumi sayının 5%-ni, respublikaçıların isə 31%-ni təşkil edir. Beş il əvvəl respublikaçıların 12%-i və demokratların 10%-i buna inanırdı. Respublikaçıların və tərəfdarlarının peyvəndlərin autizmlə əlaqəli olduğuna dair yalan və təkzib edilmiş iddiaya inanmaq ehtimalı demokratlara nisbətən daha çoxdur. İndi respublikaçıların 19%-i və demokratların 4%-i bu yalana inanır.

  • Xərçəngin səhərlər ortaya çıxan əlamətləri – Ehtiyatlı olun!

    Onlar aşkar edilərsə, ən qısa zamanda həkimə müraciət etmək lazımdır.

    Median.Az e-saglam.az-a istinadən xəbər verir ki, birincisi, səhərlər öskürək onkologiyanın göstəricisi ola bilər. Əgər iki həftədən çox öskürərəklə oyanırsınızsa, mütəxəssislə məsləhətləşməlisiniz.

    İkincisi, səhər yorğunluğu. Xüsusən də bağırsaq vərdişlərində dəyişiklik və qanaxma kimi digər simptomlarla müşayiət olunarsa, diqqətdən kənarda qalmamalıdır.

    Səhərlər yorğunluq hiss etmək normaldır, lakin bu sizin üçün qeyri-adidirsə və ya gün ərzində yorğunluğun davam etdiyini hiss edirsinizsə, mütləq həkimə müraciət etməlisiniz.

    Üçüncüsü, gecə tərləmələri xəbərdarlıq əlamətidir. Səhər tərlə oyanırsızsa, bu, bəzi xərçəng növlərinin, xüsusən də qan xərçəngi lenfomasının çox erkən simptomu ola bilər./BAKU.

  • Ölümlə nəticələnən 4 TƏHLÜKƏLİ PƏHRİZ

    Ölümlə nəticələnə biləcək dörd təhlükəli pəhriz barədə xəbərdarlıq edilib.

    Median.Az lent.az-a istinadən bildirir ki, bu barədə kardioloq Asiya Xaçirova danışıb.

    Kardioloq Xaçirova xəbərdarlıq edib ki, yalnız müəyyən qidaları qəbul edib, digərlərini bütövlükdə istisna edən bəzi pəhriz növlərinə aludəçilik böyrək və qaraciyərin fəaliyyətinin pozulmasına səbəb ola bilər. Onun sözlərinə görə, hətta bunun ölüm riski var. Mütəxəssis bu pəhrizlərdən biri kimi xam qida pəhrizini göstərib. “Tamamilə balanssız bir qidalanma, bundan sonra hətta ölümcül nəticə mümkündür”, deyə o bildirib.

    Bundan əlavə, həkim qeyd edib ki, Atkins, ketogenik və paleolit pəhrizləri təhlükəlidir. Çünki onlar zülal və yağ istehlakını, taxıl və süd məhsullarından imtinanı nəzərdə tutur. Nəticədə insanda B vitaminləri, həmçinin D və kalsium çatışmazlığı yarana bilər. Bu pəhrizlər bağırsaqlarda həddindən artıq stressə səbəb olur və hamilə qadınlar dölün anormal inkişafı ilə üzləşir.

    O, xəbərdarlıq edib ki, bu cür pəhrizlərə həvəs qaraciyər və böyrəklərdə stressin artmasına, böyrəklərdə, eləcə də öd kisəsində daşların əmələ gəlməsi, həmçinin aterosklerozun inkişafı riskini artırır

  • Geyilə bilən cihazlar insanların sağlamlıqla bağlı narahatlığını artırır

    “Journal of the American Heart Association”da dərc edilən bir araşdırma göstərir ki, ağıllı saatlar və digər geyilə bilən cihazlar insanların sağlamlıqla bağlı narahatlıqlarını artıra bilər.

    Bu, xüsusilə Atrial Fibrilasiya (AF) xəstələri arasında narahatlıq və sağlamlıq xidmətlərindən istifadəni əhəmiyyətli dərəcədə artırır.

    Median.Az medicina.az-a istinadən xəbər verir ki, Şimali Karolina Universitetinin Tibb Fakültəsindən Lindsey Rosmanın rəhbərlik etdiyi tədqiqatda AF xəstəsi olan 172 nəfər iştirak edib, onların yarısı geyilən cihazlardan istifadə edib.

    Nəticələr göstərib ki, geyilə bilən cihazları olan xəstələr ürək simptomlarından daha çox narahat olurlar və bu cür cihazları olmayanlara nisbətən daha tez-tez tibb işçilərinə müraciət edirlər.

    Tədqiqat geyilə bilən cihaz istifadəçilərinin 20%-nin qeyri-müntəzəm ritm bildirişləri səbəbindən artan narahatlıq yaşadığını və lazımsız olduğu halda tez-tez həkimə müraciət etdiyini göstərib.

    Alimlər artan narahatlığın və tibb müəssisələrinə tez-tez baş çəkməyin həm xəstələrə, həm də səhiyyə sistemlərinə yük ola biləcəyi bardəə xəbərdarlıq ediblər.

  • Hansı tərəvəzləri çiy yemək olmaz?

    Çiy tərəvəzlər daha çox vitamin ehtiva edir, yəni orqanizm üçün daha faydalıdır. Amma həmişə belə olmur. Dietoloq tibb elmləri doktoru Mariyat Muxina hansı tərəvəzlərin çiy yeyilməməsini açıqlayıb.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu qayda badımcan, qulançar və ispanağa aiddir.

    Çiy badımcanın tərkibində mədə ağrısına, həmçinin ürəkbulanma və digər xoşagəlməz hisslərə səbəb ola bilən solanin var.

    Qulançarın pəhriz lifi kifayət qədər qabadır, orqanizmin tərkibindəki faydalı maddələri qəbul etməyi çətinləşdirir. Qulançar bişmiş formada istehlak edilən bir bitkidir. Çiy qulançar çox zəif həzm olunduğundan, qaba pəhriz lifinə malik olduğundan, ondan faydalı maddələr sorulmayacaq.

    İspanaq bişirildikdən sonra daha az C vitamini ola biləcəyinə baxmayaraq, kalsium, maqnezium və dəmiri mənimsəmə şansı əhəmiyyətli dərəcədə artır. Fakt budur ki, bədən bu vitaminləri çiy ispanaqda sadəcə qəbul edə bilmir.

    Bundan əlavə, həzm sistemi və diabet xəstəlikləri üçün dietoloq xurma yeməyi məsləhət görmür.

  • Populyar ağrıkəsicilər insult və infarkta səbəb olur

    Tədqiqatçılar belə qənaətə gəliblər ki, məşhur ağrıkəsicilər, o cümlədən ibuprofen və asetilsalisil turşusu (aspirin) sağlamlığa düzəlməz ziyan vurur. Xüsusilə, onlar insult və infarktlara səbəb olurlar.

    Median.Az “The Sun”a istinadən xəbər verir ki, aspirin də daxil olmaqla qeyri-steroid iltihab əleyhinə preparatlar (QSİƏP) xəstəxanaya yerləşdirilmələrin təxminən 30%-nə görə cavabdehdir. Üstəlik, bütün hallar dərmanların əlavə təsirləri ilə əlaqələndirilir. Əsasən bu, mədə-bağırsaq qanaxması, miokard infarktı, insult və böyrəklərin zədələnməsi ilə əlaqədardır.

    Üstəlik, bir neçə kateqoriya insan risk altındadır. Buraya ürək çatışmazlığı, böyrək xəstəliyi və xoradan əziyyət çəkən xəstələr daxildir. 65 yaşdan yuxarı olanlar və digər dərman qəbul edənlər üçün də vəziyyət oxşardır. Bu nəticələr, demək olar ki, 11 milyon insanı əhatə edən tədqiqatlar əsasında hazırlanıb.

    “QSİƏP-lərin istifadəsini azaltmaq üçün bir sıra təşəbbüslərə baxmayaraq, xüsusilə, yüksək risk qrupları arasında onlar qarşısı alına bilən zərər və sağlamlıq xərclərinin mənbəyi olmaqda davam edir”, – deyə tədqiqatçılar bildiriblər.