Category: Sağlamlıq

  • Qadınlar arasında dəb halını almış silikonlaşmanın qoxrunc zərərləri

    Son illərdə qadınlar arasında bədənşəkilləndirmə, silikon taxdırmaq dəb halını alıb. Xanımların bir çoxu gözəlləşmək üçün sağlamlığını gözardı edərək bəzən ağır xəstəliklərlə mübarizə aparmalı olurlar. Xüsusilə də silikon implantı qadınlar sinələrinə qoydururlar.

    Maraqlıdır, bədənə qoyulan bu yad cisim, yəni silikon implant insan sağlamlığına hansı zərərləri vura bilər?

    Həkim-cərrah Adil Qeybulla Bizim.Media-ya bildirib ki, fillerlərin (dolğu) bir qrupu hialuron turşusu əsaslıdır və orqanizmə ziyan vurmur:

    “Çünki hialuron turşusu özü orqanizmdə istehsal olunur. Bunlar xüsusən üz qırışlarının açılması məqsədilə işlənir. Bir qrup filler isə augmentasiya məqsədilə işlənir, yəni böyütmək xarakteri daşıyır. Süd vəzilərini, baldırları, bədənin digər hissələrini bu üsulla böyüdürlər”.

    A.Qeybulla qeyd edib ki, silikon implantlar ABŞ-da tam qeydiyyatdan keçməyib, amma istehsal var və tətbiq edilir:

    “Bunların üzəri xüsusi materialla örtülü olur, indeferentdir və silikon həmin materialın içində olur. Yəni bu materialın hansısa xərçəng şişi yaratmaq kimi qabiliyyəti sübut olunmayıb, sadəcə olaraq müxtəlif fəsadlar yarada bilirlər. Yəni yerindən sürüşə, kapisulyar kontraktura verə bilirlər və s.”.

    Həkim-terapevt Zakir Quliyev isə bildirib ki, dolğular tibb təhsili olan kosmetoloqlar tərəfindən həyata keçirilməlidir:

    “Çünki tibb təhsili almayan kosmetoloqlar tərəfindən edilən dolğular çox böyük fəsadlara səbəb ola bilər. Gellər təbii və süni olmaqla iki cür olur. Təbii gellərin üstünlüyü ondadır ki, bədən onu yad cisim kimi qəbul etmir və istifadə ediləndə orqanizm ona reaksiya göstərmir”.

    Z.Quliyev onu da qeyd edib ki, süni gelləri bədən yad və təhlükəli cisim kimi qəbul edir və bu, böyük problemlərə yol açır:

    “Silikon implantın tərkibindəki gel insan toxumasına sızdıqda sovrulmur və bir sıra ağırlaşmaların meydana gəlməsinə səbəb olur. Taxıldığı yer infeksiyalaşarsa, bu bəzən bütün bədənə yayıla və sepsisə gətirib çıxara bilər. Eyni zamanda silikon allergik reaksiya, anafilaktik şok, hətta xərçəngə səbəb ola bilir”.

  • ÜST rəsmisi: Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır

    Yeni xəstəliklərin yaranması həm də iqlim dəyişikliyi ilə bağlıdır.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Bakıda COP29-dan əvvəl keçirilən “Sağlam Gələcəklərin Proqnozlaşdırılması” Qlobal Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

    O bildirib ki, yeni xəstəliklərin meydana çıxması həm də bununla bağlıdır:

    “Səhiyyə işçiləri bu barədə lazımi biliyə malik deyillər. Halbuki məsələ kifayət qədər ciddi və realdır. İnsanlar başa düşməlidirlər ki, bu problemi həll edə bilərlər”.

  • Qan donorluğunun psixi sağlamlıq üçün FAYDALARI

    14 iyun Ümumdünya Qan Donoru Günü kimi qeyd edilir. Qan donoru olan insanlar emosiyalar və psixi sağlamlıq sahələrində müsbət dəyişikliklər yaşamağa başlayırlar.

    Median.Az lent.az-a istinadən xəbər verir ki, mütəxəssislər donorluqdan sonra yaxşı əhval-ruhiyyə və hətta eyforiyaya səbəb olan istiləşmə effekti olduğunu hesab edirlər.

    Əgər özünüzü zəif, fiziki və ya ruhi yorğun hiss edirsinizsə, o zaman qan verməyə tələsməyin. Əvvəlcə sağalmalı, güc qazanmalı və yalnız sonra donor olmalısınız. Qan verməzdən əvvəl kifayət qədər yatdığınızdan əmin olun, səhər yeməyində meyvəli suda bişmiş yulaf əzməsi və ya tərəvəz ilə sendviç yeyin.

    İsti parıltı effekti

    Qan verdikdən sonra bu effekt yaranır. Bu emosional təcrübədir. İnsanlar yaxşılıq etdikdə daxildə yaranan eyforiyadır.

    Stressdən qoruyur

    Qan vermək bədəni əlavə stressdən qoruyur.

  • Dəhşətli xəstəliyin dərmanı tapıldı – Yapon alimlərindən müjdə

    Yaponiyanın Kioto Universitetinin alimlər qrupu “iPS” skrininqi əsasında innovativ yanaşmadan istifadə etməklə yan amiotrofik sklerozun (ALS) müalicəsində mühüm irəliləyiş əldə ediblər.

    Onların 2019-cu ildə başlayan tədqiqatları bu xəstəliyə qarşı mübarizə aparmaq üçün potensial təsirli bir dərman olan “Bosutinib”in kəşfinə gətirib çıxarıb.

    Xəstələrin dərisindən induksiya edilmiş kök hüceyrələrin artırılması və ALS patologiyasını modelləşdirmək üçün onların motor neyronlarına çevrilməsini əhatə edən klinik sınaqların birinci mərhələsi ümidverici nəticələr göstərib. Doqquz xəstədən beşində xəstəliyin inkişafında zəifləmə müşahidə edilib və bu, tədqiqatın ikinci mərhələsinə keçməyə stimul verdi.

    26 xəstənin iştirak etdiyi sınağın ikinci mərhələsində 24 həftə ərzində “Bosutinib”dən istifadə edilib. Nəticələr göstərib ki, xəstələrin yarısının vəziyyəti əhəmiyyətli dərəcədə yaxşılaşıb – 26 nəfərdən 13-də xəstəliyin gedişatının zəifləməsi müşahidə olunub.

    Qeyd olunur ki, bu məlumatlar ümidvericidir və dərmanların gələcək inkişafı üçün əsas ola bilər.

    Mənbə: RİA Novosti

  • Bişirmə kağızlarından istifadə edənlərə XƏBƏRDARLIQ: hormonlarınız

    Yağlı bişirmə kağızları mətbəxlərdə geniş şəkildə istifadə edilən vasitələrdən biridir. Son dərəcə gigiyenik və istiliyədavamlı olan bu kağızlar müxtəlif məqsədlər üçün istifadə olunur.

    Median.Az medicina.az-a istinadən bildirir ki, əsasən çörək və ya digər un məmulatlarının yapışmaması və asan çıxarılmasını təmin edən bu kağızlar uzun illər sağlamlıq üçün faydalı hesab olunub.

    Çünki bu yağlı kağızlar əlavə yağ istifadəsinə mane olur.

    Həmçinin sobanın içindəki havanın təmiz qalmasına səbəb olur.

    Lakin mütəxəssislər son illərdə bu kağızların zərərli ola biləcəyi barədə xəbərdarlıq edirlər. Bişirmə kağızlarının bəzi növləri insan sağlamlığını təhdid edir. Söhbət ağ rəngdə olan bişirmə kağızlarından gedir. Bu kağızlar xlorla ağardılır. Xlorun tərkibində dioksin var. Bu cür bişirmə kağızından istifadə uzun müddətdə hormon pozğunluğna səbəb ola bilər. Bu halda əsasən də tiroid hormonlarının və estrogen hormonunun balansı pozulur.

    Bundan əlavə, bəzi insanlarda dəri problemlərinə və allergiyaya səbəb olması mümkündür.

    Bildirilir ki, əsas tərkib hissəsi sellüloza olan və ağardılmayan bişirmə kağızları daha təhlükəsizdir.

    Selüloz liflərindən hazırlanan bu kağızlarda xlor yoxdur.

    Buna görə də ağ deyil, bir qədər qəhvəyi rəngli və xammalı sellüloza olan kağızlardan istifadə etməyiniz tövsiyə olunur.

  • Pərpətöyün bu xəstəliklərin dərmanı imiş

    Orqanizm üçün xeyirli məhsullardan biri də pərpətöyündür.

    Median.Az medicina.az-a istinadən bildirir ki, pərpətöyünün tərkibi A, B1, B2, K, PP vitaminləri, üzvi turşular, qlükoza, saxaroza, zülali maddələr, kalsium, kalium, maqnezium, manqan və digər faydalı maddələrlə zəngindir. Toxumlarının tərkibində piyli yağlar, linol, palmitin, stearin kimi yağ turşuları mövcuddur.

    Müalicə vasitəsi kimi bitkinin təzə zoğları, yarpaqları, çiçəkləri və toxumlarından istifadə edilir. Tərkibində olan təbii hormonabənzər maddə orqanizmə noradrenalin kimi təsir göstərir, mərkəzi sinir sistemini stimullaşdırır və tonusu artırır.

    Zəhərli ilan və həşəratların sancması zamanı, qaraciyər və böyrək xəstəliklərində yarpaqlarından istifadə olunur.

    Xüsusilə sidik kisəsində olan iltihabi proseslərə qarşı təsir göstərir, həmçinin sidikqovucu effekt verir.

    Enterokolit və hemorroy zamanı ağrı hissiyyatını aradan qaldırır. Tərkibindəki K vitamin qankəsici təsir göstərir.

    Pərpətöyün mədəaltı vəzdən insulin hormonunun sintezini artıraraq qanda qlükozanın səviyyəsini azaldır.

    Pərpətöyünün mühüm xüsusiyyətlərindən biri də salmonella, dizenteriya və trixomonada kimi xəstəliktörədici mikroblara qarşı antibakterial təsir göstərməsidir. Ürək fəaliyyətini normallaşdırır, qanda xolesterinin səviyyəsini azaldır, arterial təzyiqi artıraraq hipotoniyanın qarşısını alır.

    Milli.Az

  • Alimlər D vitamininin gündəlik dozasını əldə etməyin yollarını tapıblar

    Alimlər yaşayış bölgəsindən, ilin vaxtından və insan dərisinin rəngindən asılı olaraq günəşin təsiri altında D vitamininin gündəlik dozasının alınması üçün optimal şərtləri müəyyən ediblər.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, araşdırmanın nəticələri “Nutrients” jurnalında dərc olunub.

    Dəri qatında D vitamininin gündəlik dozasının sintez olunması üçün buludsuz havada, ağ dərili insanlar günəş altında 3 ilə 15 dəqiqə arasında qalmalıdırlar, şimal (daha yüksək enlik) bölgələrdə isə günəşin təsir müddəti daha uzun olmalıdır. Tünd dərili insanlar günəşdə daha uzun müddət qalmalıdırlar (yüksək enliklərdə təxminən bir saat). Buludlu havada günəş işığına məruz qalma müddəti ekvatorial bölgələrdə təxminən 15, yüksək enliklərdə isə 60%-ə qədər artırılmalıdır.

    Modelləşdirmə zamanı elm adamları insanın adi, çox açıq olmayan paltar geyinəcəyini və dik duracağını təxmin ediblər.

    Tədqiqatın müəllifləri fərdi xüsusiyyətləri və yerli iqlim şəraitini nəzərə almaq üçün fərdi tövsiyələrə ehtiyac olduğunu vurğulayırlar.

  • Hər gün yulaf əzməsi yeyənlərə XƏBƏRDARLIQ

    Bir çox insan səhər yeməyində yulaf əzməsini üstün tutur. Yulaf  lifi, zülal və manqan, fosfor və maqnezium kimi vacib qidaları ehtiva edir. Bundan əlavə, yulaf xolesterol səviyyəsini aşağı salmağa kömək edən beta-qlükanla zəngindir.

    Yulaf əzməsi həm də antioksidantların və kompleks karbohidratların mənbəyidir və onu balanslaşdırılmış pəhrizin qiymətli hissəsinə çevirir.

    Bununla belə, müntəzəm olaraq yulaf əzməsi yemək qan şəkərinin səviyyəsinin dəyişməsi, həzm problemləri və allergik reaksiya riski kimi sağlamlıq üçün mənfi təsirlərə səbəb ola bilər.

    Yulaf qanda qlükoza səviyyəsini artıra bilən karbohidratları ehtiva edir, lakin onların yüksək lif tərkibi bu təsiri azaltmağa kömək edir. Ancaq şəkərli diabet və ya insulin müqaviməti olan insanlar istehlak etdikləri yulaf əzməsinin miqdarına diqqət yetirməlidirlər.

    Yulaf əzməsi də aveninlər adlanan zülallar səbəbiylə allergik reaksiyalara səbəb ola bilər, xüsusən də qlütenə həssas olan insanlarda.

    Yulaf əzməsi yüksək lif tərkibinə görə həzm üçün faydalı olsa da, həddindən artıq istehlakı yüksək həll olunan lif tərkibinə görə narahatlığa səbəb ola bilər. Odur ki, yulaf əzməsini mülayim şəkildə istehlak etmək və su qəbulunu artırmaq tövsiyə olunur.

    Bundan əlavə, yulaf bəzi mineralların udulmasını yavaşlatan fitik turşusu ehtiva edir, lakin normada istehlak edildikdə bu, adətən problem yaratmır.

  • Yayda dəriyə necə qulluq etmək lazımdır? – Həkim TÖVSİYƏSİ

    Yay ayları dəriyə xüsusi qulluq göstərməyi tələb edən dövrdür. İsti hava, günəş şüaları dəri sağlamlığı üçün bir sıra risklər yaradır.
     
    Bəs dərimizi isti havadan və günəş şüasından necə qoruya bilərik?
     
    Mövzu ilə bağlısfera.az-a danışan dermatoloq Nigar Abdullayeva bildirib ki, günəşdən qoruyucu kremlər yayda dərini qorumağın ən təsirli üsullarından biridir.
     
    “Günəş şüasının təsirinin güclü olduğu dövrlərdə bu qoruyucular hər iki saatdan bir yenilənməlidir. Həmin məhsulların seçimi zamanı diqqətli olmaq lazımdır. Bu məhsullar həm ultrabənövşəyi A, həm də ultrabənövşəyi B xüsusiyyətlərinə malik olmalıdır. Ultrabənövşəyi B, əsasən, dəri xərçəngi və yanıqlarla, ultrabənövşəyi A isə dərinin qocalmasına qarşı mübarizə aparır. Ona görə də hər ikisini ehtiva edən günəş kremi seçmək vacibdir. Ayrıca həkimin tövsiyəsi ilə dərinin ehtiyaclarına uyğun olaraq nəmləndiricinin altına çəkilən yüngül zərdablar da parlaq bir dəri üçün faydalı ola bilər”.
     
    Dermatoloq qeyd edib ki, insanların əksəriyyəti yorğunluq səbəbindən üz dərisini təmizləmədən yatmağa meyilli olur.
     
    “Lakin bu, düzgün deyil. Makiyaj həm dərinin tez qocalmasına, həm də səpgilərin yaranmasına səbəb olur. Bununla belə, dərini hər gün təmizləmək, nəmləndirmək və günəş kremindən istifadə etmək vacibdir. Dərinin gözəlliyi sadəcə xarici qulluqdan asılı deyil. Yediyimiz qidaların da dəriyə təsiri var. Bu baxımdan sağlam qidalanmaq da vacib faktorlardan biridir”.

  • “Heç bir şey olmaz” dedikdə, ölümə aparır

    Kartof yeməklərdən tutmuş qızartmasına qədər bir çox insanın imtina edə bilmədiyi və uzun müddətdir demək olar ki, hər kəsin rasionunda olan qidalardan biridir. Ancaq uzun müddət tərəvəz qutusunda qalan kartof bir müddət sonra yaşıllaşa bilər. Çox adam tərəfindən kəsilərək istehlak edilən bu kartoflar sağlamlığınız üçün zəhərli ola bilər!

    Median.Az lent.az-a istinadən diqqət etməli olduğunuz şeyləri xatırladır.

    Ümumiyyətlə uzun müddət saxlanılan kartof zamanla yaşıllaşır. Bir çox insan tərəfindən zərərsiz hesab edildiyi üçün yeyilən bu kartoflar ölümcül vəziyyətlərə səbəb ola bilər. Çünki?

    Uzun müddət saxlanılan və günəş işığına məruz qalan kartof zamanla rəngini sarıdan yaşıla çevirməyə başlayır.

    Zərərsiz görünən bu maddə əslində kartofun tərkibindəki xlorofil maddəsinin artdığına işarədir.

    Eyni zamanda, kartof yaşıllaşdıqca solanin istehsal etməyə başlayır. Kartof çiçəklərində yüksək konsentrasiyalarda olan solanin yüksək miqdarda kimyəvi zəhər ehtiva edir.
    Solaninin meydana gəlməsi üçün günəş işığına və xloroplastlara ehtiyacı var. Beləliklə, kartofun rəngi yaşıllaşmağa başlayır.

    Beləliklə, kartofun yaşıllaşmasının zəhərlənməyə səbəb ola biləcəyini başa düşmək olar. Yaşıl rəng nə qədər sıx olarsa, zəhərlənmə riski bir o qədər çox olar.

    Üstəlik, kartof zəhərlənməsi qusma və ishal kimi əlamətlərə, eləcə də ölümcül vəziyyətlərə səbəb ola bilər.

    Yaşıl kartof istehlak etsəniz, qızdırma, mədə krampları, başgicəllənmə və baş ağrısı, qusma kimi əlamətlərlə qarşılaşa bilərsiniz.