Category: Sağlamlıq

  • İnsanları cavanlaşdıran möcüzə: Botoks etmək kimlərə ziyandır?

    “Allergiyası və ya dərisində iltihab olan insanlar botoks etməkdən çəkinməlidirlər”.

    Bunu rusiyalı dermatoloq və kosmetoloq Zara Acıqova bildirib.

    Həkim prosedurun bəzi xəstələrə zərər verə biləcəyini qeyd edib.

    “Botulinum terapiyasına qırışlarla mübarizədə uzunmüddətli təsirinə görə böyük tələbat var. Lakin fikrimcə, prosedurun yüksək tələbatına baxmayaraq, bunun əks göstəriş olduğu bir neçə insan kateqoriyası var”, – deyə Acıqova vurğulayıb.

    O, allergik reaksiyaları, xəstə dərisi, autoimmun xəstəlikləri və dərmanın özünə qarşı həssaslığı olan insanları botoks iynəsindən imtina etməyə çağırıb.

    Mənbə: Lenta.ru

  • Sağlamlıq haqqında arayış 50 manatdır?

    “Sağlamlıq haqqında arayışı almaq üçün 50-60 manat tələb olunur”.

    Bunu Qaynarinfo-ya açıqlamasında tibbi ekspert Aydın Əliyev deyib.

    Ekspert təklif edib ki, heç bir yerdə işləməyən əhali qrupu üçün bununla bağlı güzəşt nəzərdə tutulmalıdır:

    “Adam işləmir, heç bir gəliri yoxdur. İşə düzəlmək istəyəndə sağlamlıq haqqında arayış tələb edirlər. İmkansız əhali üçün buna görə dövlət tərəfindən güzəştlər olmalıdır. Yəni, ya simvolik bir qiymət olmalıdır, ya da ödənişsiz olmalıdır”.

    Aydın Əliyev sağlamlıq haqqında arayışın qiymətinin son günlər qaldırıldığını açıqlayıb:

    “Əvvəl 40 manat idi, indi 50 manatdan yuxarı qaldırıblar”.

  • Bu müayinədən MÜTLƏQ KEÇMƏLİSİNİZ – Kişilərin NƏZƏRİNƏ!

    “Əgər yaxın qohumlarınızdan hər hansı biri (ata, ana, baba) miokard infarktı, angioplastika və ya Aorta koronar şuntlama (AKŞ) əməliyyatı keçiriblərsə, o zaman belə şəxslər diqqətli olmalıdırlar. İrsi faktor risklərin 20-25%-i təşkil edir, 75-80% digər risk faktorlarının payına düşür”.
     
    Median.Az-ın mətbuat.az-a istinadən məlumatına görə, Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Kardiologiya İnstitunun həkim kardioloqu Leyla Quliyeva deyib.O bildirib ki,digər risk faktorlarına isə sağlam olmayan qidalanma, piylənmə, şəkər xəstəliyi, qanda xolestrolun çoxluğu, siqarət, arterial hipertenziya, hərəkətsizlik, stress aiddir. Leyla Quliyeva qeyd edib ki, bu amillər tək səbəb deyil. Belə ki, onların bəziləri birlikdə xəstəliyə səbəb olur:
     
    “Ona görə də, əgər sizdə irsi faktor varsa və bununla yanaşı insulin dirənci, artıq çəki, xolestrol yüksəkdirsə, diqqətli olmalısınız. Əvvəllər miokard infarktı kişilərin xəstəliyi hesab olunurdu. Ümumiyyətlə, xəstəliyin 45 yaşlı kişilərdə rastgəlmə tezliyi eyni yaşlı qadınlara nisbətən çoxdur. Qadınlar 55-60 yaşlarında menopauzadan sonra bu fərqi bərabərləşdirir. Hormonal disbalans səbəbindən artıq çəki, arterial hipertenziya ürək-damar riskini artırır. Yəni kişilər və qadınlar arasında ürək-damar xəstəliklərinin rast gəlmə tezliyi bu yaş kateqoriyasında bərabərləşir. Ona görə də, ildə 1 dəfə 45 yaşından sonra kişilərin, 55-60 yaşından sonra qadınların kardioloji “check-up” müayinəsindən keçməsi məsləhətdir”.

  • Beyin qocalığının qarşısını alan ƏRZAQLAR

    Yağ turşuları, antioksidantlar, karotenoidlər, “E” vitamini və xolinlər beyin sağlamlığını qorumağa kömək edir.

    Bu barədə ABŞ-nin Nebraska Universitetinin alimləri araşdırma aparıblar. Onların tədqiqatlarının nəticələri “npj Aging” jurnalında dərc olunub.

    Araşdırmada 65-75 yaşlı 100 nəfər koqnitiv sağlam insan iştirak edib. Onların həyat tərzi və rasionları haqqında məlumat toplanıb, qan nümunələri alınıb. İştirakçılar həmçinin koqnitiv bacarıqlarının qiymətləndirilməsi üçün testlərdən və beyin MRT-sindən (maqnit rezonans görüntüləmə) keçiblər.

    Nəticələr göstərib ki, yaddaşı və diqqəti yaxşı olan insanlar yüksək miqdarda yağ turşuları olan məhsullar – yağlı balıq, qoz-fındıq, ispanaq, brokoli, tumlar və zeytun yağı istehlak ediblər.

    O da müəyyən olunub ki, idrak sağlamlığını qorumaq üçün antioksidantlar və karotenoidlər vacibdir. Bu təbii faydalı maddələr bir çox meyvə, tərəvəz və giləmeyvələrdə olur. Onlar orqanizmin hüceyrələrini oksidləşdirici stressdən (xüsusi zərər formasından) qoruyurlar.

    Bundan əlavə, qan biomarkerlərinin təhlili göstərib ki, “E” vitamini və xolin beynin qocalmasını ləngidə bilir. Heyvan mənşəli protein məhsulları bu qidalarla zəngindir.
    //oxu.az

  • Az duz qəbul etmək bir çox xəstəlik riskinin qarşısını alır

    Duzun orqanizmdə maye balansının və qan təzyiqinin tənzimlənməsində, turşu-qələvi balansının qorunmasında və sinir-əzələ sistemində stimulların ötürülməsində böyük əhəmiyyəti var.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, həddindən artıq duz istehlakı insan sağlamlığına mənfi təsir göstərir. Dünyada ölüm hallarının yarıdan çoxu qeyri-infeksion xəstəliklərdən qaynaqlandığı halda, onların 30 faizi ürək-damar xəstəlikləridir. Bu xəstəliklər üçün ən əhəmiyyətli dəyişdirilə bilən risk faktorları qeyri-sağlam qidalanma, o cümlədən həddindən artıq duz istehlakı, fiziki fəaliyyətin olmaması, siqaret və spirt istifadəsidir.

    Yüksək qan təzyiqi (hipertoniya) dünyadakı bütün ölümlərin 13 faizindən məsuldur. Qan təzyiqi səviyyəsini təyin edən ən vacib amil duzun miqdarıdır.

    Gündə 2 qramdan çox yüksək natrium və ya gündə 5 qramdan çox duz istehlakı yüksək təzyiq, ürək xəstəliyi və insult riskini artırır. Buna görə duz istehlakını azaltmaq lazımdır.

    Duz istehlakının azaldılması qan təzyiqinin aşağı salınmasında və insult, ürək-damar və böyrək xəstəlikləri riskinin azaldılmasında ən təsirli üsullardan biridir. Gündə 5 qramdan az duz qəbulu insult riskini 23 faiz, ürək-damar xəstəliklərinin ümumi faizini isə 17 faiz azaldır.

    Bir çox Avropa ölkələrində gündəlik duz istehlakı 8-11 qramdır. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bu miqdarı gündə 5 qram olaraq tövsiyə edir.
    //azxeber.com

  • Elektron siqaretlərin ciddi fəsadları – Həkimdən XƏBƏRDARLIQ

    “Elektron siqaretlərin istifadəsi adi siqaretlə müqayisədə orqanizmə nikotinin daha çox daxil olmasına gətirib çıxarır ki, bu da orqanizmin müxtəlif həyati sistemlərinə mənfi təsir göstərir”.

    Bu barədə rusiyalı pulmonoloq Aleksey Nikişenkov məlumat verib.

    “Eelektron siqaret bədəndə nikotinin konsentrasiyasını daha da artırır”, – deyə Nikişenkov bildirib.

    Onun sözlərinə görə, nikotinin orqanizmə həddindən artıq qəbulu mərkəzi sinir sisteminə mənfi təsir göstərir:

    “Bu səbəbdən baş ağrıları, nevrozlar, əllərin titrəməsi artır. Ümmumiyyətlə, elektron siqaret ürək-damar sistemi, qan təzyiqi, nəbz və birbaşa ürəyə mənfi təsir edir”.

    Mənbə: TASS

  • Acı yemək sağlamlığa necə təsir edir?

    Acı yeməklər bir çox milli mətbəxin tərkib hissəsidir.

    Acı bibər yeməklərə dad və ətir əlavə edərək onlara xüsusi ləzzət verir.

    Bununla belə ədviyyatlı qidalar insan sağlamlığına qarışıq təsir göstərə bilər.

    Bir tərəfdən də ədviyyatlı yeməklər həzm sistemində narahatlıq yarada bilər: narahatlıq, baş ağrısı və hətta qusmaya da səbəb ola bilər. Böyük miqdarda bibər, zərdəçal və turp olan yeməklər bağırsaq və mədə xəstəliklərinin simptomlarını ağırlaşdıra bilər.

    Buna görə də xroniki xəstəliklərdən əziyyət çəkən insanlarda xoşagəlməz hisslərə səbəb olarsa, ədviyyatlı yeməklərdən uzaq durmaq tövsiyə olunur.

    Bununla belə, araşdırmalar göstərir ki, ədviyyatlı qidalar yemək müxtəlif xəstəliklər riskinin azalda bilir.

    Məsələn, ədviyyatlı qidalar piylənmə, ürək xəstəlikləri, xərçəng, Alzheimer xəstəliyi, tənəffüs xəstəlikləri və psixi pozğunluqlar riskini azaltmağa kömək edə bilər.

    Bunun səbəbi, ədviyyatlı qidaların tərkibində iltihab əleyhinə və antioksidant xüsusiyyətlərə malik olan kapsaisin kimi maddələrin olmasıdır.

    Bundan əlavə, acı bibər dadlı yeməklər yemək zamanı yüngül ağrı və yanma yarada bilər ki, bu da xoşbəxtlik hormonları olan endorfin və dopaminin sərbəst buraxılmasına kömək edir.

    Bu, əhval-ruhiyyənin yüksəlməsinə və ümumi sağlamlığın yaxşılaşmasına gətirib çıxara bilər.

    Həkimlər hər kəsə ədviyyatlı yeməyə necə reaksiya verəcəyini müstəqil şəkildə müəyyən etməyi tövsiyə edir.

    Əgər belə qidalar narahatlıq yaradırsa, o zaman belə qidalardan uzaq durmaq daha yaxşıdır. Ancaq ədviyyatlı yeməkləri yaxşı qəbul edən insanlar bədənləri üçün faydalı olduğu üçün onu orta səviyyədə yeməyə davam edə bilərlər.

  • İcbari tibbi sığortada YENİLİK: Bəzi müayinələr pulsuz olacaq – VİDEO

    “İcbari tibbi sığorta hesabına 2021-23-cü illər ərzində 8 100-dən çox koronar şuntlama əməliyyatı icra olunub”.

    Bu sözləri Baku TV-yə açıqlamasında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin şöbə müdiri Leyla Lətifova bildirib.

    “Ürəyin işemik xəstəliyinin diaqnozu elektrokardioqram, exokardioqram, müəyyən laborator müayinələr, qanın testi, tredmill testləri icbari tibbi sığorta paketində var və bu müayinələr üçün ödəniş etməyə ehtiyac yoxdur. Eyni zamanda, vətəndaşın xəstəxanada yatış dövründə qidalanması da icbari tibbi sığorta hesabına qarşılanır. Əgər vətəndaş 12 yaşa qədər uşaqdırsa, onu müşayiət edən şəxsin də qidalanması sığortaya daxildir”, – deyə o qeyd edib.

    Ətraflı süjetdə:

  • Botoksun psixikaya faydası üzə çıxdı

    Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu.

    Median.Az “Medicina”ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq və mimik əzələləri dondurmaq üçün kosmetologiyada geniş istifadə olunur.
    Eləcə də nevroloqlar tərəfindən bəzi nevroloji xəstəliklər, əzələ səyrimələri, miqren, baş ağrısı və sidik saxlamamada tətbiq edilir.

    Kaliforniya universitetinin alimləri botoksun antidepressant kimi işlədiyini öyrənib.
    Onlar ABŞ-ın FDA qurumunun bazasından istifadə edərək araşdırma aparıb.
    Bazada 40 min amerikalının botoksla terapiyadan sonra şikayət və nəticələri də toplanıb.

    Bu adamlar botoksu müxtəlif səbəblərdən müxtəlif nahiyələrə – alın, boyun, əzələ və ayaqlara vurdurublar.

    Məlum olub ki, bütün botoks etdirənləri 90%-i botoksdan sonra depressiyadan 40-50% daha az əziyyət çəkiblər, nəinki vurdurmayanlar.

    Eləcə də botoks olunan pasiyentlərin 22-70%-də təşviş hissləri azalıb.
    Botoksun psixikaya təsir mexanizmini öyrənən alimlərin ehtimalına görə, botulotoksin beyinin emosiya və əhvalı tənzimləyən hissələrinə düşür və sinir -əzələ vasitəsilə təsir edir.

    Buna görə də botulotoksindən depressiya vı təşviş pozuntusu zamanı istifadə yolları öyrənilməlidir.

  • Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları

    Son vaxtlar uşaqlarda yüksək hərarət, səpki, boğaz ağrısı simptomları tez-tez müşahidə edilir.

    Xezerxeber.az-ın məlumatına görə, bu cür simptomlarla bağlı müraciət edənlərin sayında da artım var.

    Uşaq xəstəlikləri üzrə mütəxəssis Elşən Tağıyev bildirib ki, qızılca ilə oxşar simptomları olan bu xəstəliyin müalicəsində antibiotiklərdən istifadə edilməlidir:

    “Bu infeksiya ağır xəstəlik deyil, lakin bəzən ağırlaşmalar yarana bilər. Bu ağırlaşmalar revmatizm və böyrəklərdə fəsadlarla özünü büruzə verə bilər”.

    Məsələ ilə bağlı TƏBİB-in tabeliyində fəaliyyət göstərən 10 saylı uşaq poliklinikasından bildirilib ki, ciddi yanaşılmalı, uşaqlarda olan yüngül boğaz ağrısına da əhəmiyyət verilməli, aidiyyəti üzrə poliklinikaya müraciət olunmalıdır.