Category: Şou Biznes

  • Röya keçmiş əri ilə bağlı xahiş etdi

    Xalq artisti Röya Ayxan keçmiş həyat yoldaşı Anar Cəlilovdan danışıb.

    Müğənni “Tarixin bir günü” proqramında proqramlarda A.Cəlilova onunla bağlı sual verilməsinə etiraz edib.

    “Ona da hörmət edin. Orada bir sevgi olub və övladımız var. Rica edirəm. Bir də gördünüz mənimlə də duet oldu. Onda danışarsınız. Onlar ailəlikcə elədir, səsi var. Biz karokilərdə günümüzü keçirirdik. Onların nəslində incəsənət adamları var. Bir verilişdə gördüm ki, sıxılır, ona elə suallar verməyin”- deyə, Röya əlavə edib.
     
    Röya bildirib ki, gələcəkdə keçmiş həyat yoldaşı ilə duet oxuya biləcəyini də deyib. 
     
    Qeyd edək ki, Röya və Anarın bu evlilikdən bir oğlu var.

  • Azərbaycanlı müğənnilərin toy qiymətləri: Yarım saatı 10 min… (FOTO)

    Azərbaycanlı müğənnilərin toy məclislərində çıxış üçün tələb etdikləri qonorarlar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

    Milli.az xəbər verir ki, müğənnilərin yarım saatlıq ifa və bütün toy məclisini idarə etmə qiymətləri açıqlanıb. Bu rəqəmlər izləyicilər arasında fərqli reaksiyalar doğurub.

    Bəziləri sənətçilərin bu məbləğləri haqq etdiyini düşünür, digərləri isə qiymətlərin həddindən artıq olduğunu bildirirlər.

    Müğənnilərin toy qiymətlərinin siyahısı təqdim edilib və hazırda sosial şəbəkələrdə ən çox müzakirə olunan mövzular arasındadır.

    Həmin qiymətləri təqdim edirik:






  • “Erməniyə 12 xal verməyimə peşman deyiləm” – Samirə Əfəndi (Video)

    Müğənni Samirə Əfəndi “Silk Way Star” beynəlxalq musiqi layihəsində erməni iştirakçı Saro Gevorqyana 12 xal verməsinə görə tənqid edilməsindən danışıb.

    “Tarixin bir günü” proqramına gələn sənətçi atdığı addıma görə peşman olmadığını deyib:

    “Peşman olmadım etdiyimə görə. Onun haqqına dəfələrlə girmişdim. Finalda layiq olduğunu etdim. Musiqiçi kimi baxıram. Siyasətçi deyiləm ki, durub orada düşmənçilik edim. Ora düşmənçilik etməyə getməmişəm. Mən ölkəmi nüfuzdan salmamalıyam. 8 bal verəndə o, dedi ki, bilirəm niyə edirsiniz… Amma gələcək karyerama xələl yetirirsiniz. Bir qazi qızı, general nəvəsi və bu ölkənin vətəndaşı olduğum üçün düşünürəm ki, gələcək biz gənclərin əlindədir. Amma istəyirəm gələcək nəslimiz merhibançılıq, sülh içində yaşasınlar. İstəmirəm gənclər əlində silahla cəbhəyə getsin. Xalı bilərəkdən vermişəm. Finala qalan iştirakçılar buna layiq idi”.

  • Əfsanəvi ABBA qrupunun musiqiçisi Yan Klinq vəfat etdi

    İsveçin əfsanəvi ABBA-nın qrupunun “Fernando” mahnısına fleyta ilə giriş edən musiqiçi Yan Klinq 85 yaşında vəfat edib.

    Median.Az “Aftonbladet” nəşrinə istinadla xəbər verir ki, musiqiçinin oğlu Matias bu faktı təsdiqləyib.

    Klinq saksofon, fleyta, klarnet kimi nəfəsli alətlərdə ifa edib. Onun iştirakı ilə kompozisiyalar ABBA-nın “Arrival” (1976), “Voulez-vous” (1979), “Super Trouper” (1981) və “The Visitors” (1981) albomlarında yer alıb.

    1972-ci ildə yaradılmış ABBA qrupu on il fəaliyyət göstərib. Kollektivin doqquz studiya albomu var. Bu albomların sonuncusu 2021-ci ildə çıxıb.

    Məşhur kvartet Byorn Ulveus, Anni-Frid Linqstad, Aqneta Faltskoq və Benni Anderssondan ibarət olub. dur. Qrup daxilində iki evli cütün boşanması ABBA-nın dağılmasına gətirib çıxarıb.

  • “Avroviziya”da səsvermə qaydaları dəyişdiriləcək

    Avropa Yayım İttifaqı (EBU) “Avroviziya” mahnı müsabiqəsinin səsvermə qaydalarında miqyaslı dəyişikliklər edildiyini elan edib.

    Bu barədə EBU-nun rəsmi bəyanatında bildirilir.

    Qeyd edilir ki, yeniliklər artıq 2026-cı ildən qüvvəyə minəcək. Məlumata əsasən, yeniliklərin məqsədi etimadı artırmaq, şəffaflığı gücləndirmək və diqqəti yenidən musiqiyə yönəltmək, yəni xarici təsirlərdən və informasiya manipulyasiyalarından uzaqlaşdırmaqdır.

    Əsas dəyişikliklər aşağıdakılardan ibarət olacaq:

    – İştirakçılara reklam dəstəyinin göstərilməsi qaydaları sərtləşdiriləcək;

    – Bir telefon nömrəsindən maksimum səs sayı 20-dən 10-a endiriləcək;

    – Yarımfinallarda peşəkar münsiflər heyəti olacaq;

    – EBU şübhəli səsvermə modellərinin izlənməsinin avtomatik mexanizmlərini gücləndirəcək.

  • Məşhur reper 15 yaşlı qızın qətlində şübhəli bilinir

    ABŞ-də 20 yaşlı məşhur müğənni D4vd (Devid Entoni Börk) qastrol səfərində olarkən avtomobilində bir il əvvəl itkin düşən qızın qalıqları tapılıb.

    Median.Az axsam-a istinadən xəbər verir ki, hazırda ifaçı 15 yaşlı Selesta Rivasın qətli ilə bağlı başlıca şübhəli kimi göstərilir.

    Polis nümayəndələrinin sözlərinə görə, Börk hadisədə və meyitin gizlədilməsi ilə bağlı hissəsində də iştirak etməkdə şübhəli bilinir. Hüquq-mühafizə orqanları reperin hələlik istintaqla əməkdaşlıq etmədiyini bildiriblər.

    Qeyd edək ki, hadisə ilə bağlı araşdırma aprel 2024-cü ildə Selesta Rivasın Leyk-Elsinor şəhərində itkin düşməsi ilə başlayıb. Onun cəsədi yalnız 8 sentyabrda, Los-Ancelesdəki cərimə dayanacağında aşkarlanıb. Dayanacaq əməkdaşları qara “Tesla”dan gələn kəskin qoxuya görə polisə xəbər veriblər.

    Məhkəmə-tibbi ekspertiza cəsədin avtomobildə uzun müddət qaldığını təsdiqləyib. Ailəsi bildirib ki, Selesta reperi tanıyıb və itkin düşməzdən əvvəl onunla görüşə gedirmiş.

    Hadisədən sonra D4vd bütün konsertlərini və turunu ləğv edib. Polis həm reperin, həm də onun menecerinin yaşadığı evdə axtarış aparıb. Araşdırma davam edir və Selesta Rivasın ölümü qətl kimi qiymətləndirilir.

  • Rəqsanə İsmayılova ev dustaqlığına necə buraxıldı?

    Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılmasının detalları məlum olub.

    Median.Az Manset.az-a istinadən xəbər verir ki, müğənninin 520 min dollar dələduzluq etdiyi Gündüz Məmmədova dəymiş zərərin bir hissəsi sənətçinin qızı Aysun İsmayılova tərəfindən ödənilib.

    Bundan əlavə, Rəqsanə İsmayılovanın və ailəsinin dostluq etdiyi, əslən Şəmkir rayonundan olan və Rusiyada yaşayan iki tanınmış iş adamı da zərərçəkmişə dəymiş zərərin tam şəkildə ödəniləcəyinə dair söz veriblər.

    Sonra müğənninin vəkili Hikmət Əliyev tərəfindən Sabunçu Rayon Məhkəməsinə onun həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması barədə müraciət edilib. Müraciətdə qeyd olunub ki, zərərçəkənlə ilkin razılaşma əldə olunub və qalan məbləğin də tam ödəniləcəyi bildirilib. Həmçinin müğənninin himayəsində azyaşlı övladının olması nəzərə alınaraq ev dustaqlığı tətbiq olunması xahiş edilib.

    Ötən gün Sabunçu Rayon Məhkəməsində hakim Günel Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə müşavirədən sonra Rəqsanə İsmayılovanın ev dustaqlığına buraxılması barədə qərar elan olunub.

  • Rəqsanənin azadlıqda ilk görüntüləri – Video

    Dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə i̇smayılovanın ev dustaqlığına buraxıldıqdan sonra ilk görüntüləri yayılıb.

    Median.Az APA-ya istinadən həmin görüntüləri təqdim edir:

  • Mehriban Xanlarova DİN-ə müraciət etdi

    Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.

    Median.Az Baku.ws-ə istinadən xəbər verir ki, o şəxsi instaqram hesabında aparıcı ARB TV-də yayımlanan “Günə Uğurla” verilişinin aparıcısı Yalçın Uğurla bağlı post paylaşıb.

    Xanlarova onu icazəsi olmadan ailə həyatını əhatə edən məlumatları efirdə müzakirə mövzusuna çevriməkdə ittiham edib.

    Aktrisa instaqramda bununla bağlı Daxili İşlər Nazirliyinə müraciət ünvanlayıb:

    “Hörmətli cənab Nazir,

    ARB Televiziya kanalında yayımlanan “Günə Uğurla” adlı verilişdə, aparıcı Yalçın Uğur tərəfindən mənim icazəm və razılığım olmadan ailə həyatımı əhatə edən məlumatlar efirə çıxarılmış, müzakirə mövzusuna çevrilmişdir.

    Qeyd olunan yayım, ailə həyatına hörmət hüququmu kobud şəkildə pozmuş, həm mənim, həm də ailə üzvlərimin mənəvi rahatlığına ciddi mənada zərər vurmuşdur.

    Mövcud qanunvericiliyə əsasən media qurumlarının şəxsi həyat barəsində məlumatları maraqlı tərəfin yazılı və yaxud açıq razılığı olmadan ictimailəşdirməsi qəti şəkildə qadağandır.Bu səbəbdən, məsələ ilə bağlı: göstərilən hüquq pozuntusunun araşdırılmasını, ARB televiziyasının və veriliş aparıcısının məsuliyyətə cəlb olunmasını, gələcəkdə bu kimi halların təkrarlanmaması üçün hüquqi tədbirlərin görülməsini xahiş edirəm. Ailəmin və şəxsi həyatımın reytinq məqsədilə müzakirə predmetinə çevrilməsi qəbuledilməzdir və mən bu məsələnin hüquqi müstəvidə izləyicisi olacağam”.

  • Müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxıldı

    Bir milyon manatlıq dələduzluq ittihamı ilə həbs edilən müğənni Rəqsanə İsmayılova ev dustaqlığına buraxılıb.

    Oxu.Az xəbər verir ki, Sabunçu Rayon Məhkəməsi belə qərar qəbul edib.

    Məhkəmə müğənninin vəkili Hikmət Əliyevin vəsatətini təmin edib. Rəqsanə barədə seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.

    Belə ki, müğənni ilə zərərçəkənlər məhkəmədə razılığa gəliblər. Və R.İsmayılova dəymiş ziyandan 100 min manatı ödəyib.