Category: Şou Biznes

  • “Aygün Kazımova ilə illəri boşuna itirmişik”

    Xalq artisti Röya Ayxan Xalq artisti Aygün Kazımova ilə barışıqlarından danışıb.

    Median.Az xəbər verir ki, müğənni “Qonaqcanlı” verilişində küsülü olaraq keçən illəri boş yerə itirdiklərini bildirib:

    “Aygün Kazımova ilə barışmağımıza bütün ailəmiz çox sevindi. Anamın mənə göndərdiyi səsli mesajı Aygün xanıma da yolladım. Anam o qədər dua edib, o qədər sevinib ki… Mən başa düşdüm ki, biz neçə illər hər şeyi sadəcə boşuna itirmişik. Çünki çox önəmli problemlərimiz olmayıb. Bir-birimizi görəndə salamlaşmışıq, hətta öpüşüb-görüşmüşük. Yol səyahətində də bu baş verib. Amma baxırdım ki, yenə də bir soyuqluq var. Görürdüm ki, kimsə bir-birinə salam vermir, çünki bu onun komandasıdır, digəri isə mənim. Bu nə ayrı-seçkilikdir? Özü də Azərbaycan sənətkarlar yetişdirən bir ölkədir. Mən niyə öz sənətkarımla küsülü olum ki? Ona görə də çox sevindim. Üstəlik, bu qəlbdən, istəyərək və təmiz ürəklə olan bir barışıq idi və kiminsə bundan sonra ona toxunmasına icazə vermərəm. Bu bir bayramdır”. //Axşam.az

  • İslandiya “Eurovision-2026″da iştirak etməyəcək

    İslandiya 2026-cı ildə Vyanada keçiriləcək “Eurovision-2026” mahnı müsabiqəsinə İsrailin iştirak hüququna görə təmsilçisini göndərməyəcək.

    Bu barədə Avstriyanın “Der Standard” qəzeti məlumat yayıb.

    Ölkə bu səbəbdən müsabiqədən imtina edən Avropa Yayım İttifaqının beşinci üzvü olacaq. Əvvəllər Niderland, İspaniya, Sloveniya və İrlandiya oxşar planları açıqlayıblar.

    Müsabiqənin 70-ci yubileyi 2026-cı ildə Vyanada keçiriləcək. İsrailin Qəzza zolağındakı hərəkətlərinə görə bir neçə ölkə müsabiqəni boykot edir.

    Xatırladaq ki, 1967 və 2015-ci ildən sonra Vyana şəhəri bu beynəlxalq musiqi tədbirinə üçüncü dəfə ev sahibliyi edəcək.

  • Xoşqədəmin Aygün Bəylərlə bağlı paylaşımı: Övladları ilə… – VİDEO

    Əməkdar jurnalist Xoşqədəm Hidayətqızı mərhum Əməkdar artist Aygün Bəylərlə bağlı paylaşım edib.
     
    O, mərhumun videosunu paylaşaraq bunları yazıb:
     
    “Elə insanlar var ki, onlara toxunmaq olmaz, çünki onlar xalqın qəlbində ucaldıqları yerdə toxunulmaz olurlar. Aygün Bəylər də həmin nadir insanlardandır.
     
    Böyük sənətkar, böyük səs, böyük istedad… Ola bilər ki, rəsmi olaraq “Xalq artisti” adını almayıb, amma o, bu adın həqiqi sahibiydi — səhnəyə çıxdığı ilk gündən.
     
    Bu xalqın yaddaşında səsi ilə, sənəti ilə, ləyaqəti ilə əbədi yer aldı. Onun ölümü mənə elə təsir etdi ki, sanki ən yaxınımı itirdim… Bu ağrı daim qəlbimdədir və onun xatirəsi heç vaxt silinməyəcək.
     
    Unutmayın, bəzi insanlar fiziki olaraq gedir, amma geridə elə bir iz qoyurlar ki, zaman belə o izi silə bilmir… Aygün Bəylər də məhz o izlərdən biridir”.

  • Elzanın geyimi muzeydə sərgilənəcək – FOTO

    Əməkdar artist Elza Seyidcahanın açıqlaması marağa səbəb olub.
     
    Bəstəkar-müğənninin Göyçayda Nar Festivalında geyindiyi libası muzeydə sərgilənəcək. 
     
    Sənətçi  festival üçün hazırlanan geyimi barədə özü məlumat verib: 
     
    “Göyçay İcra Hakimiyyəti tərəfindən bəyənildi. Paltarımı muzeyə qoymaq üçün istədilər və mənə Nar şahzadəsi olmağı təklif etdilər”.milli.az
     

    Məqaləyə dair fotomateriallar:


  • Tom Kruzun keçmiş həyat yoldaşları ayrıldığı sevgilisini dəstəklədi

    Tom Kruzun keçmiş həyat yoldaşları – aktrisalar Nikol Kidman və Keti Holms – Hollivud superulduzu ilə ayrılıqdan sonra Ana de Armasa dəstək veriblər.

    “Radar Online”ın mənbələrinin məlumatına görə, qadınlar 37 yaşlı de Armasın 63 yaşlı Kruzla münasibətləri bitirmək qərarına təəccüblənməyiblər.

    Nikol onunla əlaqə saxlayan Riz Uizerpun vasitəsilə Anaya dəstək sözləri göndərib, Keti isə kubalı aktrisanın tərəfində çıxış edib:

    “Ana ayrılıqdan sonra çox dəstək aldı, lakin onu ən çox təsirləndirən Nikol və Ketinin də onun arxasında dayanmasıdır. Onlar özləri Tomla münasibətlərdən keçiblər və onun nə yaşadığını yaxşı bilirlər”, – deyə nəşr yazıb.

    Mənbələr həmçinin bildirir ki, Tom Kruz Hollivudun uzunmüddətli münasibətlər üçün ən az uyğun şəxslərindən biri kimi reputasiyaya malikdir. Onun aktrisa Mimi Rodjerslə ilk nikahı 1990-cı ildə üç ildən az davam edib. Daha sonra o, Kidmanla 2001-ci ildə, Holmsla isə 2012-ci ildə boşanıb.

    Xatırladaq ki, Ana de Armas bu ilin fevralında ilk dəfə Tom Kruzla birlikdə görüntülənmişdi. Onların münasibətləri yaş fərqi səbəbindən mediada geniş müzakirə olunurdu: Kruz 63, Ana isə 37 yaşındadır.

    Münasibətlər bir neçə ay davam edib və KİV-in məlumatına görə, Kruz aktrisaya evlilik təklifi etməyi planlaşdırsa da, Ana oktyabr ayında gözlənilmədən münasibətləri bitirib.
    //qaynar.az

  • Müğənni Dəniz Əsədova növbəti dəfə hakim qarşısına çıxarılacaq

    Barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə həbs qətimkan tədbiri seçilən müğənni Dəniz Əsədovanın cinayət işinin ibtidai istintaqı tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

    Oxu.Az-ın məlumatına görə, cinayət işinin araşdırılması Bakı Ağır Cinayətlər Məhkəməsində aparılacaq.

    Qeyd edək ki, Dəniz Əsədova barəsində Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin bir necə maddəsi ilə ittiham irəli surülüb.

    Müğənni vətəndaşlardan pul alaraq saxta əlillik sənədi düzəltməkdə ittiham olunur.

    Belə ki, o, Sabunçu rayonu 21 saylı Birləşmiş Şəhər Xəstəxanasının keçmiş baş həkimi və hazırda cinayət işi məhkəmə araşdırmasında olan Rauf İsfəndiyarovla əlbir olaraq 136 nəfərin saxta əlillik almasına köməklik edib.

    İş üzrə dövlətə 1.6 milyon manat ziyan vurulub.

    Qeyd edək ki, Dəniz Əsədova bundan əvvəl dələduzluqda və bir neçə nəfərə qarşı təhqir və böhtan səbəbindən xüsusi ittiham qaydasına məhkum edilib.

    O, vəkil Asim Abbasovu təhqir etməsi və böhtan atdığı səbəbindən Binəqədi Rayon Məhkəməsinin hökmü ilə yeddi ay müddətinə azadlıqdan məhrum edilib. Daha sonra başqa bir şəxsi də təhqir etməsi və böhtan atması səbəbindən onun cəzası artırılıb.

  • Türkiyədə saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb

    Türkiyədə narkotiklərlə mübarizə çərçivəsində aparılan əməliyyatda saxlanılan tanınmış televiziya aparıcılarından ikisi azadlığa buraxılıb.

    Bu barədə Median.Az İHA-ya istinadən xəbər verir.

    Məlumata görə, Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu prokurorluqda ifadə verdikdən sonra Ədliyyə Tibb Qurumuna göndəriliblər.

    Bundan sonra Ela Rumeysa Cebeci və Meltem Acet sərbəst buraxılıblar.

    Xatırladaq ki, İstanbuldakı jandarm qruplarının tanınmış şəxsləri hədəf alan narkotik əməliyyatı çərçivəsində teleaparıcılar Ela Rumeysa Cebeci, Meltem Acet və Hande Sarıoğlu da daxil olmaqla çox sayda insan saxlanılmışdı.

  • Türkiyəli aparıcılar saxlanıldılar

    Türkiyədə üç TV spikeri jandarma tərəfindən saxlanılıb.

    Show TV spikeri Ela Rümeysa Cebeci, Habertürk spikeri Meltem Acet və Beyaz TV spikeri Hande Sarıoğlu “narkotik əməliyyatı” çərçivəsində saxlanılıb.

    Məlumata görə, üç spiker səhər saatlarında polis idarəsinə aparılıb.

  • “Mortal Kombat”ın ulduzu vəfat etdi

    Məşhur aktyor Keri-Xiroyuki Taqava 76 yaşında vəfat edib.

    Median.Az deadline.com-a istinadən verir ki, yaponəsilli ABŞ-li kino ulduzu Santa Barbaradakı evində dünyasını dəyişib.

    Məlumata görə, əfsanəvi aktyorun ölümünə insult keçirməsi səbəb olub.

    Taqava daha çox 1995-ci ildə çəkilmiş məşhur “Mortal Kombat” filmində Şanq Tsun rolu ilə böyük şöhrət qazanıb.

  • “Gücünüz çatsa, üzr istəyəcəksiz” – Floradan Eltona cavab

    Əməkdar artist Elton Hüseynəliyevin Xalq artisti Flora Kərimova haqqında ” 500 mahnısının 100-ü baldır, 400-nün isə dəxli yoxdu, hamıdan oxuyub” sözlərinə qarşı tərəfin cavabı gecikməyib.

    Xalq artisti sosial şəbəkədə bunları yazıb:

    “Düşünüb danışmaq gözəldir, çünki səsləndirdiyin fikrə görə üzr istəməyə lüzum qalmır. Vicdanınız sızlamadan, insanın duyğularırını, ruhunu, yaşını, durumunu hesaba qatmadan nəyi istəsəniz efirdə müzakirə edə bilərsiniz. Necə ki edirsiniz və edəcəksiniz də. Sənətim barədə danışmağa mənim tör-töküntülərimlə sənətkar olub sizə örnəklik edənlərin səviyyəsinə çatanda haqqınız olacaq. Sənətimi müzakirə etmək üçün isə sizin dilinizlə deyim Elton, o “100 qaymaq mahnım yox, qızıl fondda qalan 400 dəxlisiz” oxuduğum mahnıların birinin səviyyəsində tək sən yox, elə ustadların daxil oxuya biləcəyiniz halda haqqınız çatar!

    Elton, “elə demək istəməmişdim” deyəcəksiz, mənəvi gücünüz çatacaqsa üzr də istəyəcəksiz, ya da heç istəməyəcəksiz. Gözləntim də yoxdur. Nə vaxtsa qismət olsa, qarşılaşsaq, sizi öpüb yenə “oğlum” deyib qucaqlayacağam. Lakin bu dünyadan nigaran köçməyimə daha bir təəssüfün səbəbkarı oldunuz.

    Və bir də oğul, Allah qismət etsin gəlib bir həddə çatacaqsınız. Kimsə ümidlə qapınızı döyər, biləcəksiniz ki, oxuyacağın şeir, mahnı, duet fərq etmir onun ruzi, çörək qapısını aralayır. Siz də özlüyünüzdə eqonuzu, təkkəbürünüzü sındırıb bir tikəyə, ümidə, sevincə vəsilə olacaqsınız. Hələ onu da Allah nəsib eləsə o vaxt ayıq başınızla tək məni deyil, həyatı başa düşəcəksiniz”.