Category: Şou Biznes

  • Rəşad Dağlı Kərimin dəfninə əklilgöndərdi

    Həbsdə olan meyxanaçı Rəşad Dağlı vəfat edən meyxanaçı Ağakərimin məzarına əklil göndərib.
     
    Əklilin üzərində “Rəşad Dağlının adından əziz xatirəsinə” sözləri yazılıb.
     
    Mərhum meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağa qəbiristanlığında torpağa tapşırılıb.
     
    Qeyd edək ki, Rəşad Dağlı 2022-ci ildə qonşusunu öldürməkdə təqsirli bilinərək 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Meyxanaçı Kərim dəfn edildi – VİDEO

    Ötən gün 61 yaşında vəfat edən meyxanaçı Ağakərim (Kərim Novruzov) Maştağada dəfn edilib.

     
    Onun nəşi Maştağa kəndində yerləşən qəbiristanlıqda torpağa tapşırılıb.
    Dəfn mərasimində meyxanaçının sənət dostları, yaxınları iştirak edib.
    Xatırladaq ki, 2017-ci ildə tanınmış meyxanaçının beyninə qan sızmış, bundan sonra onun səhhətində ciddi problemlər yaranmışdı.

    //azxeber

  • Türkiyədə tanınmış şəxslərə qarşı narkotik əməliyyatı: Məşhur aktrisa Ezgi Eyüboğlu saxlanıldı

    Türkiyədə İstanbul Baş Prokurorluğu tərəfindən aparılan narkotik istintaqı çərçivəsində keçirilən əməliyyatlar davam edir.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    Məlumata görə, saxlanılanlar arasında məşhur aktrisa Ezgi Eyüboğlu da var.

    Əməliyyatda narkotik qaçaqmalçılığı, narkotik istifadəsi, fahişəliyə təhrik, vasitəçilik etmək və lisenziyasız silah saxlamaq cinayətlərində əli olduqları müəyyən edilən ümumilikdə 8 şübhəli tutulub saxlanılıb.

    İstintaq çərçivəsində Eser Küçükerol və İsmayıl Ahmet Akça barəsində “Narkotik və ya stimullaşdırıcı maddələrin istehsalı və ticarəti”, Saadet Ezgi Eyyüboğlu barəsində “İstifadə etmək üçün narkotik və ya stimullaşdırıcı maddə satın almaq, qəbul etmək və ya saxlamaq”, Yiğit Macit, Mehmet Ali Gül, Gizem Türedi və Mehmet Güçlü barəsində “Fahişəliyə təhrik və vasitəçilik etmək”, Saim Macit barəsində isə 6136 saylı “Odlu silahlar qanunu”nu pozma ittihamı üzrə məhkəmə prosesi başlanıb.

    Şübhəlilərin ünvanlarında aparılan axtarışlar zamanı bir ədəd lisenziyasız tapança, bir ədəd lisenziyalı tapança, bir ədəd boş tapança, 16 ədəd boş patron, üç ədəd tapança patronu, səkkiz ədəd “Lyrica” həbi (111 kapsul daxil olmaqla), dörd ədəd kristal formada narkotik maddə, içində narkotik maddə olduğu hesab edilən 51 ədəd patron qutusu, beş şüşə maye, çox sayda narkotik istifadəsi aparatı və üyüdücülər müsadirə edilib.

  • Türkiyədə məşhur aparıcı saxlanıldı

    Türkiyəli məşhur aparıcı Okan Karacan “GAIN Media” şirkəti ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

    Bu barədə Median.Az “Haber Global”a istinadən xəbər verir.

    İstanbul Baş Prokurorluğundan verilən açıqlamada bildirilir ki, Terrorizmin Maliyyələşdirilməsi və Çirkli Pulların Yuyulması Cinayətləri İstintaq Bürosu tərəfindən “Futbol və digər idman yarışlarında mərc oyunlarının və şans oyunlarının tənzimlənməsi haqqında 7258 saylı Qanunu pozma”, “Cinayət törətmək məqsədilə təşkilat yaratma” və “Cinayət yolu ilə əldə edilən mal varlığının yuyulması” maddələri üzrə istintaq aparılır.

    Açıqlamada qeyd olunur ki, MASAK (Maliyyə Cinayətlərinin Təhqiqatı Qurumu) hesabatına görə, şübhəli Berkin Kayanın hesab əməliyyatları araşdırılıb və çox sayda yüksək dəyərdə nağd pul yatırılması və çəkilməsi aşkar edilib, bu əməliyyatların mənbəyi hələ məlum deyil və Kayanın SWIFT əməliyyatları genişmiqyaslı olmaqla, həmçinin ölkə xaricindəki şirkətlərə böyük miqdarda pul köçürmələri həyata keçirilib.

    Şübhəlinin ortağı olduğu şirkətlərin araşdırılması zamanı bu miqyasda pul köçürmələrini izah etmək üçün kifayət qədər sərmayə quruluşu və ya kommersiya fəaliyyəti aşkar edilməyib, hesablarının qanunsuz mərc və fırıldaqçılıq məqsədilə istifadə edilə biləcəyinə dair kəşfiyyat məlumatları daxil olub.

    Məlum olub ki, 9 iyul 2020-ci ildə qurulan “GAIN Media” şirkətinin 50% hissəsi şübhəli Berkin Kaya tərəfindən 11 iyun 2024-cü ildə əldə edilib.

    Həmçinin şübhəli Selahattin Aydın tərəfindən 12 dekabr 2024-cü ildə tək səhmdarlı və 10 milyon lirəlik kapitalı ilə qurulan “Anahat Media” şirkəti yanvarın 22-də 450 milyon lirəyə “GAIN Media” şirkətini satın alıb. 28 yanvar-22 avqust tarixləri arasında “Anahat Media” şirkəti tərəfindən “GAIN Media”ya təxminən 1 milyard 76 milyon lirə dəyərində EFT və pul köçürmə əməliyyatları həyata keçirilib, bu əməliyyatların maliyyələşdirilməsi Selahattin Aydının hesabına qoyulan külli miqdarda nağd pulla təmin edilib və sözügedən məbləğlər qısa müddət ərzində “GAIN Media” şirkətinə köçürülüb.

    Bütün bu əməliyyatlar birlikdə nəzərdən keçirildikdə qənaətinə gəlinib ki, cinayət yolu ilə əldə edilən gəlirlərin yuyulması məqsədilə mütəşəkkil maliyyə strukturunun yaradıldığına dair güclü şübhələr mövcuddur.

    Xatırladaq ki, daha əvvəl İstanbul Baş Prokurorluğunun Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulması cinayətlərinin istintaqı Bürosu məşhur “GAIN Media” rəqəmsal platformasına qarşı əməliyyat keçirib, “GAIN Media”nın və onunla əlaqəli şirkətlərin fəaliyyəti araşdırılıb. Əməliyyat nəticəsində qanunsuz qumar fəaliyyəti və cinayətkar təşkilat yaratmaq ittihamı ilə üç şübhəli saxlanılıb.

  • “Çörəyim səhnədən çıxır” – Yaşar Nurinin qızı cavab verdi

    Xalq artisti, mərhum Yaşar Nurinin qızı, müğənni Ülkər Yaşarqızı sosial şəbəkə istifadəçiləri tərəfindən tənqid edilib. İzləyicilərin onu tənqid etməsinə səbəb bacısı Ülviyyə vəfat edəndən bir neçə gün sonra efirdə görünməsi olub.

    Müğənni Qaynarinfo-ya açıqlamasında onu tənqid edənlərə cavab verərək, çörəyinin səhnədən çıxdığını bildirib:

    “Məni tənqid edənlərin hər birinin cavabını verdim. Adamlar vardı ki, yaxşı sözlər danışmırdı. Onları eşitdim, cavablarını verdim. Bu məsələdə məni dəstəkləyən çoxdur. Hər şeyi görən, bilən Allahdır. Biz səhnə, sənət adamlarıyıq, işimiz budur. Mən gedib toylarda şıllaq atmamışam, sadəcə çörəyim səhnədən çıxır. Kimsə kimisə qınayırsa, onun ürəyindən su içsin”.

  • Rəqsanə boşanıb: “Hər şey bitib”

    Müğənni Rəqsanə İsmayılova həyat yoldaşı Fazil Əmiraslanovla münasibətlərinin bitdiyini açıqlayıb.

    Bu haqda sənətçi ötən gün olan konsertində deyib.

    Onun “Sizi bilmirəm, mən sevməyə son qoymuşam. Fazillə hər şey bitib” sözləri diqqət çəkib.

    Qeyd edək ki, Rəqsanənin bu nikahdan iki övladı var.

  • Yaxın günlərdə telefonuma zəng çatmasa, bilin ki… – Nura Suri

    İnsanlar var ki, bu həyatda hər şeyi hədə-qorxu və şantajla etdirə bilirlər və edirlər. Mənə hədə-qorxu gəlməyin – onsuz da bu həyat mənasızdır, ölümdən də qorxmuram. Ört-basdır etsəniz də, bəzi məsələləri hamı anlayır.

    Bu sözləri tanınmış müğənni Nura Suri qeyd edib.

    “Şəxsən mən bu gün (dünən) baş verən hadisəyə də, verilən təkzibə də inanmadım (Ötən gün nəğməkar şair Vüqar Əhmədin saxlanılması, sonra isə azad edilməsi barədə xəbər yayılmışdı. V.Əhməd özü saxlanılması barədə xəbəri təkzib edib). Yaxın günlərdə telefonuma 10 dəqiqə zəng çatmasa, bilin ki, nəsə olub – hətta sonradan təkzib versəm belə”, – o bildirib.

    Qeyd edək ki, Nura Suri, şair Vüqar Əhmədin qızı, müğənni Almaxanım Əhmədova və bir çox sənət adamı dövlət tədbirlərinə dəvət olunmadıqları ilə bağlı qalmaqallı açıqlama vermişdilər.

    Dünən isə Vüqar Əhmədin saxlanılması ilə bağlı məlumat yayılmışdı.
    //publika.az

  • Nə üçün Tahir İmanova pul yığılır? – ÖZÜNDƏN AÇIQLAMA

    “Tiktokda mənim adıma pul yığılır. Buna inanmayın”.

    Median.Az xəbər verir ki, bu barədə sosial media hesabında əməkdar artist Tahir İmanov paylaşım edib.

    O əlavə edib ki, bu, dələduzluqdur:”Sizdən xahiş edirəm ki, belə şeylərə inanmayın”.

    T.İmanov videoçağırış zamanı hüquq-mühafizə orqanlarına da səslənib. Bu məsələnin hüquqi əksini tapmasını rica edib.

    Əməkdar artist qeyd edib ki, əgər həqiqətən kiməsə müraciət etmək istəsə, “planetparniizbakuofficial” səhifəsindən edə bilər:

    “Digər səhifələrdən müraciətim bilin ki ya süni intellektdir, ya da dələduzluqdur və ya yalandır”.//sfera.az

  • “Maska”nın aktyoru öldü

    Məşhur amerikalı aktyor Peter Qrin 60 yaşında vəfat edib.

    Median.Az “The New York Post”a istinadən xəbər verir ki, bu barədə onun meneceri məlumat yayıb.

    Aktyor Nyu-Yorkdakı mənzilində ölü tapılıb. Onun ölüm səbəbi açıqlanmır.

    Qeyd edək ki, Qrin “Kriminal qiraət”, “Maska”, “Şübhəli şəxslər”, “Mühasirə 2”, “Təlim günü” və digər filmlərdə rol alıb. Qrin daha çox mənfi rolların mahir ifaçısı kimi tanınırdı.

    Yanvar ayında o, Miki Rurkla birlikdə “Maskotlar” adlı filminin çəkilişlərinə başlamalı idi.

  • Tbilisidə bu gün Uşaq Avroviziya müsabiqəsinin finalı keçiriləcək

    Tbilisidə bu gün Uşaq Avroviziya Mahnı Müsabiqəsinin finalı keçiriləcək.

    “Report”un Gürcüstan bürosu xəbər verir ki, müsabiqənin final şousu bu gün, yerli vaxtla saat 20:00-da baş tutacaq.

    Avropanın ən nüfuzlu uşaq musiqi yarışmasının final mərhələsində 18 Avropa ölkəsindən olan iştirakçılar səhnəyə çıxacaqlar.

    Azərbaycanı bu müsabiqədə Yağmur Nəsrullayeva təmsil edəcək.

    Tamaşaçılar jesc.tv saytı vasitəsilə səs verə bilərlər.

    Səsvermə bu gün canlı yayımın başladığı vaxt – saat 20:00-da müvəqqəti olaraq dayandırılacaq. Bütün 18 iştirakçı səhnəyə çıxdıqdan sonra isə səsvermə 15 dəqiqəlik ikinci mərhələ üçün yenidən açılacaq.