Category: Şou Biznes

  • Məşhur aktyor Şon Penn bir dollar qarşılığında filmdə rol alıb

    Amerikalı aktyor və rejissor Şon Penn Ukraynanın “Heyvanların gözü ilə müharibə” adlı filmində rollardan birini oynayıb və bunun üçün yalnız 1 dollar məbləğində simvolik qonorar alıb.

    Bu barədə məlumatı filmin prodüseri Oleq Koxan “Suspilne Kultura” kanalına müsahibəsində verib.

    Onun sözlərinə görə, Penn ABŞ Kinoaktyorları Gildiyasının qaydalarına görə pulsuz işləyə bilməz, ona görə də özü ən az mümkün qonorar – 1 dollar təklif edib.

    “Ukrayna filmində 1 dollar əvəzinə işləmək də Ukraynanı dəstəkləməkdir. Mənim üçün bu qərar onun çox güclü səfir olduğunu və filmimizin mövzusunun beynəlxalq auditoriyaya çatdığının təsdiqidir”, – deyə Koxan əlavə edib.

    Film tammiqyaslı işğal zamanı heyvanların xilas edilməsi ilə bağlı yeddi real hekayədən ibarətdir. Penn təsadüfən müharibənin başlanğıcına şahid olan səs prodüseri rolunu oynayıb.

  • Flora Kərimovanın nəvəsi ilk dəfə efirə çıxdı – VİDEO

    Xalq artisti Flora Kərimovanın nəvəsi Loren ilk dəfə efirə çıxıb.
     
    Median.Az bizim.media-ya istinadla xəbər verir ki, “Hər zaman musiqi” verilişində əfsanəvi sənətkara sürpriz edilib.
     
    Kərimovanın qızı Zümrüdün oğlu Loren studiyaya çıxarılıb.

  • 63 yaşlı Tom Kruz nəhayət ilk “Oskar”ını aldı

    Məşhur amerikalı aktyor Tom Kruz Amerikan Kino Akademiyasının “Governors Awards” mərasimi zamanı kino sənəti və elminin inkişafına verdiyi müstəsna töhfəyə, həmçinin həyatı boyu əldə etdiyi uğurlara görə fəxri “Oskar” mükafatına layiq görülüb.

    Median.Az “Variety” nəşrinə istinadla xəbər verir ki, tədbir dünən – noyabrın 16-da Los-Ancelesdə baş tutub. “Mission: Impossible” (“Missiya mümkün deyil”) filmlərinin ulduzu mükafatı meksikalı rejissor Aleksandro Qonsales İnyarritunun əlindən alıb və nitqi ilə izləyiciləri duyğulandırıb.

    “Kino mənim üçün bütün dünyanı açır. O, mənə fərqlilikləri qiymətləndirməyə və hörmət etməyə kömək edir. Kino həm də bizim ortaq insaniliyimizi göstərir, bir çox baxımdan necə oxşar olduğumuzu göstərir. Haradan gəlməyimizdən asılı olmayaraq, biz burada – kinoteatrda birlikdə gülürük, birlikdə hiss edirik, birlikdə ümid edirik. Bu sənət növünün gücü də bundadır. Ona görə də bu mənim üçün çox önəmlidir. Film çəkmək – bu mənim etdiyim iş deyil, bu mənim kim olduğumdur”, – deyə Tom bildirib.

    Kruz həmçinin kino sahəsindəki yolunun necə başladığını xatırlayıb:

    “Kino sevgim çox erkən yaşlarda başladı. Mən qaranlıq bir kinoteatrda balaca bir uşaq idim və işıq şüasının zala düşdüyünü xatırlayıram. Ekrana baxanda sanki hər şey parladı. Birdən-birə dünya mənim bildiyimdən qat-qat böyük oldu. Bütöv mədəniyyətlər, həyat tərzləri və mənzərələr gözümün önündə canlandı və bu, məndə macəraya, biliyə, insanı anlamağa, obraz yaratmağa, hekayə danışmağa, dünyanı görməyə qarşı böyük bir istək oyatdı. Bu, gözlərimi açdı. Xəyal gücümdə həyatın sərhədlərimin çox-çox o tərəfinə qədər uzana biləcəyini göstərdi. Həmin işıq şüası məndə dünyanı kəşf etmək istəyini oyatdı və o gündən bu yana onun ardınca gedirəm”, – deyə aktyor əlavə edib.

    Qeyd edək ki, Tomun aktyor kimi bu, ilk “Oskar”ıdır. O, daha əvvəl dörd dəfə nominasiyaya layiq görülsə də, arzuladığı mükafatı ala bilməmişdi.

    Xatırladaq ki, bundan əvvəl Tom Kruz Ginnesin Rekordlar Kitabına düşmüşdü. CNN-in yazdığına görə, 62 yaşlı kino ulduzu çəkiliş meydançasında yerinə yetirdiyi təhlükəli kaskadyor hərəkətinə görə rəsmi rekordsmen olub. Tom yanacaq hopdurulmuş və havada alışdırılmış paraşütlə vertolyotdan tullanmalı, havada yanmış parçanı kəsib ehtiyat paraşüt açmalı idi. Real görünməsi üçün o, bu səhnəni dublyorsuz 16 dəfə yerinə yetirib. Buna görə Ginnes Komitəsi ona rekord mükafatı verib.
    //qaynar.az

  • Sergey Zverev: “Alla Puqaçova Rusiyaya qayıda bilər”

    “Alla Puqaçovanın Rusiyaya qayıtması mümkündür”.

    Bu barədə hazırda İsraildə yaşayan ulduz müğənninin yaxın dostu, stilist və vokalist Sergey Zverev deyib.

    “Əlbəttə ki, o, geri qayıdacaq. Heç yerə getməyəcək! Alla möhtəşəm görünür. Hələ də çox gözəl göründüyü müddətdə özünə solo albom hazırlamalıdır”, – deyə Zverev bildirib.

    Qeyd edək ki, Alla Puqaçova 2022-ci ildə Rusiya Ukraynaya qarşı hərbi əməliyyatlara başladıqdan sonra ölkəni tərk edərək İsrailə getmişdi.

  • Amerikalı reperin həbsxanadan ilk fotosu yayıldı: Tanınmaz hala düşüb – FOTO

    Amerikalı reper və prodüser P.Diddy (əsl adı Şon Kombs) həbsxanada çəkilmiş ilk fotosu ilə gündəmə gəlib.

    Bu barədə “Metro” nəşri məlumat yayıb.

    Paylaşılan fotoda onun saçlarının tamamilə ağardığı görünür.

    Xatırladaq ki, oktyabrın əvvəlində Nyu-York məhkəməsi reperi fahişəliyə cəlb etməyə görə 50 ay müddətinə azadlıqdan məhrum edib.

    Hazırda o, həbsxanada keşişin köməkçisi kimi fəaliyyət göstərir.

  • Adel kinoda debüt edəcək

    Britaniyalı müğənni Adel yazıçı Enn Raysın 1982-ci ildə qələmə aldığı eyniadlı roman əsasında rejissor Tom Fordun çəkəcəyi “Cry to Heaven” filmində debüt edəcək.

    Bu barədə “Variety” nəşri məlumat yayıb.

    Məlumata görə, ekran əsəri 18-ci əsr İtaliyasında yaşayan iki kişinin Venesiya zadəganı və opera müğənnisinin talelərinin gözlənilmədən bir-biri ilə kəsişməsindən bəhs edir.

    Filmdə Adelin baş rolda çıxış edəcəyi bildirilir. Çəkilişlərin 2026-cı ilin payızında nümayişi planlaşdırılan filmin yanvar ayında London və Romada başlanacağı qeyd olunur.

  • “Kalmar oyunu” serialının 81 yaşlı aktyoru cinsi təcavüz ittihamından bəraət aldı

    Cənubi koreyalı aktyor O Yen Su cinsi təcavüz ittihamı üzrə günahsız bilinib.

    Bu barədə “Korea JoongAng Daily” məlumat yayıb.

    Məlumata görə, “Netflix”in məşhur “Squid Game” (“Kalmar oyunu”) serialının ulduzu məhkəmədə bəraət alıb.

    Ali Məhkəmə aktyorun əvvəlki məhkumluğunu və regional məhkəmənin verdiyi iki il müddətinə azadlıqdan məhrumetmə qərarını ləğv edib.

    Qeyd edək ki, 2022-ci ilin noyabr ayında O Yen Su Seulda tamaşada iştirak edərkən gənc əməkdaşa qarşı əxlaqsız hərəkətlər etməkdə ittiham olunub. Hadisə 2017-ci ilin avqust ayında yaşanıb.

  • Gökberk Demircinin yeni layihəsi

    Türkiyəli aktyor Gökberk Demircinin yeni layihəsi bəlli olub.

    Aktyor “Rüya gibi” serialında rol alacaq. O, ekran işinin 3-cü bölümündən etibarən “Bora”ta həyat verəcək.

    Qeyd edək ki, Gökberk son olaraq “Yalan”da kamera önünə keçib.

  • Məşhur aktrisa evlənir

    Məşhur türkiyəli aktrisa Hande Doğandemir yenidən barışdığı keçmiş sevgilisi Emre İzerdən evlilik təklifi alıb.

    Aktrisa bu xəbəri sosial media hesabında paylaşdığı təkqaş üzüyün fotosu ilə izləyicilərinə çatdırıb.

    “Güneşi Beklerken”, “Hayatımın Aşkı”, “Muhteşem Yüzyıl Kösem”, “Yüzleşme” və “Taş Kağıt Makas” kimi seriallardakı rolları ilə böyük tamaşaçı auditoriyasının rəğbətini qazanan aktrisanın sevgili həyatı uzun müddətdir medianın diqqət mərkəzində idi.

    Doğandemir ilə memar Emre İzerin münasibəti 2024-cü ilin iyul ayında başlamışdı. O dövrdə aktrisanın “Gəldi mənimki” qeydi ilə etdiyi paylaşım münasibətlərini dolaylı şəkildə elan etməsi kimi yadda qalmışdı. Daha sonra yollarını ayıran cütlük bu ilin iyun ayında yenidən bir araya gəlib.

    Barışdıqlarını mətbuata təsdiqləyən Doğandemir o zaman “Ola bilər, bu işlər heç vaxt bəlli olmur. Hazırda hər şey qaydasındadır, çox da danışmaq istəmirəm” sözləri ilə münasibətlərinin yaxşı getdiyini bildirmişdi.

    Hazırda “Kıskanmak” serialında rol alan 39 yaşlı aktrisa nişan üzüyü paylaşımı ilə sosial mediada böyük maraq doğurub. İzləyicilər arasında “Toy nə vaxt olacaq?” sualları səslənməyə başlayıb.

    Hande Doğandemir və Emre İzer bu dəfə münasibətlərini nikah masasına daşımağa hazırlaşırlar.

    Qeyd edək ki, Emre İzer bundan əvvəl aktrisa Şebnem Bozoklu ilə altı il evli olub.
    //qafqazinfo

  • Robert De Niro Bakıya gələcək – Video

    Məşhur amerikalı aktyor Robert De Niro Bakıya gələcək.

    Bu barədə iş adamı və musiqiçi Emin Ağalarov sosial şəbəkə hesabında məlumat verib.

    “Robert De Niro mənim dostumdur. O, mütləq Bakıya gələcək. Səfər ola bilsin ki, gələn il baş tutsun”, – E.Ağalarov bildirib.