Category: Şou Biznes

  • “Kişi gözə gələcək” – Xalq artisti həyat yoldaşından danışdı (VİDEO

    Xalq artisti Afaq Bəşirqızı həyat yoldaşı Əhməd Təhməzovla ad günündə mahnı ifa etməsindən danışıb.

    Sənətçi “Qonaqcanlı”da həmin anlar göstərilərkən maraqlı reaksiya verib. Bəşirqızının ani çıxışı qonaqları da güldürüb:

    “Kişiylə yenə oxuyuruq. Özüm də utanıram. Kişi gözə gələcək. İkimizin də qızdırması 40 dərəcəyə qalxmışdı. Birtəhər sağalmışıq”. (Olay)

  • İllik 4 milyon alacaq

    İspaniyalı baş məşqçi Rafael Benitez Yunanıstanın “Panatinaykos” klubunun baş məşqçisi təyin edilib.

    Median.Az xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.

    Bildirilib ki, 65 yaşlı mütəxəssis Yunanıstan Super Liqasında illik 4 milyon avro maaş alacaq ki, bu da ölkə futbolu üçün rekord göstəricidir. Tanınmış mütəxəssis artıq məşqçilər qərargahı ilə birlikdə Afinaya gəlib və onun təyinatı barədə rəsmi açıqlamanın bu həftə ərzində veriləcəyi gözlənilir.

    Qeyd olunur ki, klub rəhbərliyi Benitezdən “Panatinaykos”u 2010-cu ildən bəri qazana bilmədiyi Yunanıstan çempionluğuna çatdırmağı və komandanın Avropa turnirlərində mövqelərini gücləndirməsini hədəfləyir.

    Xatırladaq ki, o, daha əvvəl “Real Madrid”, “Liverpool”, “Valensiya”, “Napoli”, “İnter”, “Everton” və “Nyukasl” kimi klublarda çalışıb. Onun son iş yeri 2023-2024 mövsümündə İspaniyanın “Selta” komandası olub.

  • Qayınanasının sözləri Dilarə Əliyevanı kövrəltdi – VİDEO

    Əməkdar artist Dilarə Əliyeva “Qonaqcanlı” proqramında qonaq olub.

    Median.Az xəbər verir ki, aktrisanı ad günü münasibəti ilə təbrik etmək üçün efirə qayınanası, Xalq artisti Elmira İsmayılova da qoşulub.

    “Dilarə, gözəl balam, səni təbrik edirəm, Alalh sənə uzun ömür, xoşbəxtlik versin. Həmişə olduğun kimi ol. Necə ki, mənim ürəyimdə yer tapmısan. Sən mənim qəlbimdəsən. Min yaşayasan, balalarınla, öz işlərinlə, yaradıcılığınla, uğurlarınla xoşbəxt olasan. Ürəyim arxayındır. Fəxr edirəm ki, bu cür gözəl gəlinim var” deyə, o, bildirib.

    Dilarə Əliyeva həmin sözlrədən sonra kövrəlib.//Axşam.az 

  • “Həbsdən qaçış” izləyicilərinə şad xəbər

    Bütün dünyada həyəcanla gözlənilən “Həbsdən qaçış” (“Prison break”) serialı yenidən ekrana qayıdır.

    Bu barədə “Variety” məlumat yayıb. Artıq “Hulu” platforması layihəyə start verib.

    Yeni serialda Emili Brauninq, Dreyk Rodcer, Lukas Geyc, Kleytın Kardenas, Cey Ar Born, Corci Flores və Mayls Ballok rol alacaqlar.

    Süjet ABŞ-nin ən təhlükəli həbsxanalarından birində işləməyə başlayan keçmiş hərbçi qadın üzərində qurulacaq.

    Hadisələr orijinal serialda olduğu kimi cərəyan edəcək, lakin hekayə tamamilə yeni personajlar və süjet xətti üzərində qurulacaq.

    Qeyd edək ki, “Həbsdən qaçış” serialı 2005-ci ildən etibarən “Fox” kanalında yayımlanmış və 5 mövsüm davam etmişdi. Ekran işində baş rolları Ventuort Miller və Amori Nolasko canlandırırdı.

  • Emin Ağalarov Moskva vilayətindəki energetik içkilər istehsalı biznesindən çıxdı

    Emin Ağalarov və onun tərəfdaşları alkoqolsuz içkilər istehsal edən “Uni Pak” MMC-nin kapitalından çıxıblar. Oktyabrın 13-dən etibarən eyniadlı MMC-nin sahibi Yeqor Kulikovdur.

    Bu barədə “Vedomosti” portalı Hüquqi Şəxslərin Vahid Dövlət Reyestrinə (HŞVDR) istinadla yazıb.

    Ağalarovun nümayəndəsi nəşrə bildirib ki, bu sövdələşmə ilə bağlı danışıqlar çoxdan aparılır. Onun sözlərinə görə, Ağalarov bu aktivi əsas fəaliyyət sahəsinə uyğun olmadığı üçün satmaq qərarına gəlib.

    İnvestisiya bankiri İlya Şumov şirkətin 100% payını 500-700 milyon rubl civarında dəyərləndirib.

    Emin Ağalarov 2022-ci ilin mayında “Spaso-Borodinskiye vodı” zavodu ünvanında alkoqolsuz içkilər istehsalı üzrə “Uni Pak” MMC-ni təsis edib. Həmin ilin oktyabrında Azərbaycan vətəndaşları Xəyal Abbaszadə, Fuad Əliyev və Nail Ağayev “Uni Pak”ın 25% səhmini əldə ediblər.

    2023-cü ilin mayında “Uni Pak” Azərbaycanda energetik içkilərin istehsal edildiyi “Berg” əmtəə nişanının qeydiyyatı üçün müraciət edib.

  • Azərbaycanlı reper müharibədə həlak oldu

    “Qəza Boss” kimi tanınan azərbaycanlı reper Rəşadət Əliyev vəfat edib.

    Bu barədə reper Əkbər Novruzlu (Epi) məlumat yayıb.

    O bildirib ki, Rusiya-Ukrayna müharibəsində döyüşən Rəşadət həlak olub.

    R.Əliyev müharibədə Rusiya tərəfdən iştirak edib.

  • “Mənə qalan qızım oldu…” – Xalq artisti

    Afaqla 10-lar” proqramının növbəti buraxılışı Xalq artisti Aygün Kazımovanın bir müddət əvvəl işıq üzü görən “Best of Aygun – All stars” albomuna həsr edilib.

    Median.Az xəbər verir ki, pop diva albomda yer alan sənətçilərlə bağlı fikirlərini bölüşüb.

    Kazımovanın mahnılarını oxuyanlar arasında qızı İlqarə Kazımova da yer alıb. O, “Karie qlaza” mahnısını səsləndirib.

    A.Kazımova qızı haqda fikirlərini bölüşərək “Mənim ifama oxşayan, janrıma yaxın olan qızım oldu. Mənə qalan qızım oldu. Tamaşaçılar da bunu vurğuladı. Qızımın ifasını gördünüz” sözlərini deyib.//OLAY

  • “Kiss” qrupunun məşhur solisti vəfat edib

    “Kiss” qrupunun solisti Pol Eys Freyli 74 yaşında vəfat edib.

    Bu barədə “Variety” məlumat yayıb.

    Nəşr qeyd edib ki, musiqiçi cümə axşamı, oktyabrın 16-da studiyasında keçən ay yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib. Freyli beyin qanaması keçirib. Bu səbəbdən musiqiçi qarşıdakı konsertlərini ləğv etmək məcburiyyətində qalıb.

  • Aybəniz Haşımovanın səhhətində problem yaranıb

    Əməkdar artist Aybəniz Haşımovanın səhhətində problem yaranıb.

    Bu barədə özü paylaşım edib.

    Sənətçi qeyd edib ki, yeriməklə bağlı çəkdiyi çətinlik səbəbindən yeddi gündür reabilitasiya mərkəzində müalicə alır:

    “Ayaqlarımın problemi 60 faiz həll olunub. Yaxın zamanda yəqin ki heç bir problemim qalmayacaq. Allah hər kəsi sağlamlıqla mükafatlandırsın”.

  • Puqaçovaya hər ay Rusiyadan bu qədər pul gəlir

    Ukraynada müharibənin başlamasından sonra Rusiyanı tərk edən müğənni Alla Puqaçova hələ də öz ölkəsində pul qazanmağa davam edir.

    Bu barədə Rusiyanın “Shot” teleqram kanalı məlumat yayıb.

    Nəşrin məlumatına görə, sənətçi Rusiyada Xalq artisti adı və aldığı dövlət mükafatları da daxil olmaqla aylıq 105 min rubl (təxminən 2200 AZN) təqaüd alır. Bildirilir ki, Puqaçova pulu bank hesablarına qoyur. Ümumilikdə hesablarına köçən illik ödənişlər 1,2 milyon rubldan (təxminən 25 min AZN) çoxdur.

    Qeyd olunur ki, müğənninin pensiyası hesablarında toplanır, ondan sonra onu xaricə köçürür.

    Daha əvvəl isə Alla Puqaçovanın yaşa görə 60 min rubldan çox pensiya aldığı bildirilirdi. Müğənninin kartı vergi, kirayəhaqqı və digər məişət xərclərini ödəmək üçün istifadə olunur.

    Qeyd edək ki, müğənni 2022-ci ildə İsrail vətəndaşlığı alıb, daha sonra Ukraynadakı hərbi əməliyyatlara qarşı çıxış edib. Həmin il həyat yoldaşı Maksim Qalkin və uşaqları Harri və Liza ilə birlikdə Rusiyanı tərk edib. Daha sonra bütün ailə İsraildə məskunlaşıb. Lakin orada münaqişə başlayandan sonra onlar yaşamaq üçün Kiprə köçüblər. Hazırda ailənin London və Yurmalada mülklərinin olduğu, orada yaşadıqları bildirilir.