Category: Şou Biznes

  • Məşhur müğənni Maykl Ceksona verilən ləqəbi açıqladı: “İyli”

    Bəzi məişət vərdişləri nəticəsində pop musiqisinin kralı Maykl Ceksona “Smelly” (“İyli”) ləqəbi verilib.

    Qaynarinfo xəbər verir ki, “The Independent” nəşrinin məlumatına görə, bu barədə əfsanəvi amerikalı müğənni Layonel Riçi öz “Truly” adlı xatirələr kitabında danışıb.

    Onun sözlərinə görə, Cekson ailəsi ilə çox yaxın münasibətdə olub, lakin müəyyən vaxtdan sonra “azad həyata” atılıb:

    “Onun gündəlik həyatını eksantrik adlandırmaq olardı. Sanki bir az səpələnmiş professor idi, amma eyni zamanda uşaq kimi sadəlövh idi”.

    Riçi xatırladıb ki, amerikalı bəstəkar və aranjor Kvinsi Cons tez-tez zarafatla Ceksona “Smelly” deyə müraciət edib:

    “Maykl da buna gülürdü, çünki bəzən günlərlə paltarını dəyişmir və ya ütüləmirdi. Hamımızın qəribə vərdişlərimiz var”.

    Musiqiçinin sözlərinə görə, Ceksonun gigiyena qaydalarına əməl etməməsi onun məşhurluğu ilə əlaqədar olub. O, daim qastrollarda olurdu və gündəlik işlərə vaxt tapmırdı. Bundan başqa, paltarlarını kimyəvi təmizləməyə verə bilmirdi, çünki çox vaxt geyimləri ona geri qaytarılmırdı – insanlar onları xatirə kimi saxlayırdı:

    “Maykl mənə gələndə istənilən geyimdə olardı – cins şalvar və köynək. Cinslər ya aşağı düşürdü, ya da çox qısa idi və etiraf edim ki, bir az qəribə qoxu gəlirdi.”

    Nəşr xatırladır ki, daha əvvəl Ceksonun beş keçmiş ev işçisi onu “Hollivudun ən çirkli və ən qeyri-gigiyenik insanı” kimi təsvir etmişdi.

  • 11 ilə qədər həbs oluna bilər

    Türkiyəli aktyor Ufuk Bayraktar barəsində açılan cinayət işi üzrə istintaq tamamlanıb.

    Bu barədə Türkiyə KİV məlumat yayıb.

    Bildirilir ki, Ufuk Bayraktar və dostu Volkan Akbaş İstanbulda restoran biznesi məşğul olan iş adamının obyektinə gələrək əvvəlcə ondan obyektin təhlükəsizliyi adı altında həftəlik 25 min lirə tələb edib. Daha sonra bu məbləğ 10 min lirəyə endirilsə də, sahibkar tələbi qəbul etməyib və polisə müraciət edəcəyini bildirib.

    Sözügedən hadisədən sonra isə U. Bayraktarın iş adamını təhdid etməsi və ona hücum edərək yumruq vurduğu iddia olunub. Şikayətçinin ərizəsini geri çəkməsinə baxmayaraq, İstanbul Baş Prokurorluğu şübhəlilərin 7 il 6 aydan 11 il 3 aya qədər həbs cəzası ilə cəzalandırılmasını tələb edib.

    Xatırladaq ki, bundan 6 il öncə U. Bayraktar qanunsuz silah gəzdirdiyinə görə də 6 aylıq həbs edilmişdi.

  • Amerikalı reper Diddiyə dörd il HƏBS cəzası verildi

    Nyu-York məhkəməsi reper və iş adamı Şon Kombsu (P.Diddi) dörd il iki ay müddətinə azadlıqdan məhrum edib.

    Median.Az bu barədə “NBC News” telekanalına istinadən xəbər verir.

    Bildirilir ki, reper insan alveri ittihamı üzrə iki epizodda təqsirli bilinib.

    Prokurorlar məhkəmədən reperə 11 ildən artıq müddətə həbs cəzası verilməsini tələb edirdilər.

    Xatırladaq ki, 2025-ci ildə o, reket və insan alverində daha ağır ittihamlar üzrə bəraət almışdı.

  • “Junior Eurovision 2025″də Azərbaycanla yanaşı 17 ölkə iştirak edəcək

    Avropa Yayım Birliyi (EBU) və Gürcüstan Dövlət Yayımçısı (GPB) 23-cü “Junior Eurovision” Mahnı Müsabiqəsində iştirak edəcək 18 ölkəni təsdiqləyib.

    Bu barədə “Report”a İctimai Televiziyadan məlumat verilib.

    Bildirilib ki, iştirakçı ölkələr Albaniya, Ermənistan, Azərbaycan, Xorvatiya, Kipr, Fransa, Gürcüstan, İrlandiya, İtaliya, Malta, Monteneqro, Niderland, Şimali Makedoniya, Polşa, Portuqaliya, San Marino, İspaniya və Ukraynadır.

    Müsabiqə 13 dekabr 2025-ci ildə Tbilisidə keçiriləcək. Azərbaycanı bu yarışmada Yağmur Nəsrullayeva təmsil edəcək.

  • “Türk seriallarında azərbaycanlılar pis göstərilir” – Elməddindən irad

    “Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı obraz kimi təqdim olunur. Lakin biz bunu onların layihələrində görmürük”.

    Median.Az “Qafqazinfo”ya istinadən yazır ki, bunu aktyor Elməddin Cəfərov Türkiyə-Azərbaycan Türk Film Günləri çərçivəsində tanınmış kino simaları ilə keçirilən görüşdə deyib.

    O, tədbir zamanı azərbaycanlı obrazların Türkiyə seriallarında pis göstərilməsini qınayıb:

    “Buna görə inciyirik. Azərbaycanlılar həmin layihələrdə süpürgəçi və ya buna bənzər obrazlarda təqdim olunur”.

    E.Cəfərov daha sonra aktyor Berk Oktayın “Amma Kənan MM bizim serialda komandir kimi çəkilmişdi” sözlərinə cavab olaraq “həmin serialın sponsoru da azərbaycanlılar idi”, – deyə bildirib.

    Həmçinin görüşdə türkiyəli aktyorlara Azərbaycan mahnılarının onların filmlərində səslənməsi və bəzi ekran işlərində Azərbaycan dilinə qarşı hörmətsizliklə bağlı iddialar barədə sual ünvanlanıb.

    Türkiyəli sənətçilər bildiriblər ki, hər iki xalqı birləşdirən ortaq dəyərlərə hörmətlə yanaşılır və belə halların yanlış anlaşılmadan qaynaqlandığını düşünürlər.

    B.Oktay isə mövzu barədə danışarkən deyib ki, sənətdə əsas məqsəd xalqlar arasında körpü yaratmaqdır:

    “Azərbaycan musiqisi və dili bizim üçün böyük dəyərə malikdir. Əksinə, biz filmlərdə bu zənginliyi təqdim etməkdən qürur duyuruq. “Kızılcık şerbeti” serialında həmin səhnədə oynayan aktyorlar mənim yaxın dostlarımdır. Əgər yanlış anlaşılma olubsa, bu, heç vaxt qəsdən edilməyib. Bu məsələ sosial şəbəkələrdə də müzakirə olunurdu və biz bununla bağlı danışdıq. Həqiqətən belə anlaşıldığı üçün çox məyus idilər. Bu səhnədən sonra daha diqqətli olacaqlarını söylədilər”.

  • Güllü eyvandan yıxılıb öldü

    Türkiyə “Arabesk” musiqisinin sevilən simalarından olan Güllü dünyasını dəyişib.

    Bu barədə onun oğlu sosial şəbəkədə məlumat verib.

    Bildirilir ki, müğənni Yalovanın Çınarcık qəsəbəsindəki evinin eyvanından yıxılaraq həyatını itirib.

    Qeyd edək ki, sənətçinin “Her Şeyim Oldun”, “Sabah Olmadan”, “Bendeki Sen” və “Varlığın Yeter” kimi mahnıları var.

  • İtkin düşən müğənnilərin meyitləri tapıldı

    Meksikada qastrol səfərində olan “DJ King” ləqəbli kolumbiyalı müğənni Bayron Sançes və Xorxe Luis Herrera ölü tapılıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, sentyabrın 16-dan itkin düşən 31 yaşlı Sançes və 35 yaşlı Herreranın meyitləri paytaxt Mexikodan təxminən 50 kilometr aralıda yerləşən Kokotitlan qəsəbəsində tapılıb.

    Mexiko Baş Prokurorluğu hadisə ilə bağlı genişmiqyaslı araşdırmaya başladığını elan edib. Mətbuat sənətçilərin ölümünün narkotik alveri ilə bağlı ola biləcəyini yazıb.

    Kolumbiya prezidenti Qustavo Petro sənətçilərin ölümündə beynəlxalq mafiyaları və narkotik tacirlərini günahlandırıb.

    Sançes və Herreranın sonuncu dəfə sentyabrın 16-da Mexiko şəhərinin Polanko rayonunda idman zalından çıxarkən görüldüyü bildirilir. Həm ailələr, həm də prezident Petro Kolumbiyada yüksələn ulduzlar olan və səhnə performansları ilə diqqət çəkən Sançes və Herreranı tapmaq üçün Meksika səlahiyyətlilərinə müraciət etmişdilər. Meksika prezidenti Klaudiya Şeynbaum da gənc müğənnilərin tez bir zamanda tapılması üçün lazımi göstərişlər verib.

  • Qalkin yarım milyonluq borca görə məhkəməyə verildi

    Rusiyalı yumor ustası, ölkəsində xarici agent elan edilmiş Maksim Qalkinin Moskvanın kommunal şirkətlərinə 500 min rubldan çox borcu yaranıb.

    “Mosenergosbyt” Qalkini buna görə məhkəməyə verib. Məlumata görə, bu borc Qalkin və həyat yoldaşı Alla Puqaçovanın villasındakı elektrik enerjisindən istifadəyə görə yaranıb. Rusiyanı tərk edən sənətçilər işıq pulunu ödəyə bilməyiblər və nəticədə 500 min rubldan çox borc yaranıb.

    Qeyd edək ki, sənətçilərin Moskvadakı malikanəsi baxımsızlıqdan yararsız vəziyyətə düşüb.

  • Puqaçovanın müsahibəsi ona baha başa gələ bilər: Beş illik həbs təhlükəsi

    Tanınmış rusiyalı müğənni Alla Puqaçovaya son müsahibəsində Çeçenistanın keçmiş lideri Cövhər Dudayev haqqında söylədiyi tərifli sözlərə görə cinayət işi açıla bilər.

    Median.Az bu barədə “Shot” “Telegram” kanalına istinadla xəbər verir.

    Bildirilir ki, Puqaçovanın Dudayevi “vicdanlı insan” adlandırması və onun haqqında müsbət fikirlər səsləndirməsi Rusiya Cinayət Məcəlləsinin terrorçuluğun təbliği ilə bağlı 205.2-ci maddəsinə uyğun qiymətləndirilə bilər. Bu halda müğənniyə beş ilədək həbs cəzası verilə bilər. Hazırda məsələ araşdırılır.

    Bundan əvvəl vəkil Aleksandr Treşşyov Puqaçovanı məhkəməyə verib və Dudayev haqqında dediklərinə görə ondan 1.5 milyard rubl (təxminən 30.5 milyon manat) təzminat tələb edib. Onun sözlərinə görə, müğənni bu bəyanatları ilə döyüş veteranlarını təhqir edib.

    Qeyd edək ki, Puqaçova müsahibəsində Dudayevin sağ qalması üçün heç nə edə bilmədiyinə görə üzr istəmiş və onu “vicdanlı insan” adlandırmışdı.

  • Nadir Qafarzadənin oğlunun toyunda hansı müğənnilər küsüb? (AÇIQLAMA)

    Müğənni Nadir Qafarzadə oğlunun toyunda narazılıqların taranması ilə bağlı məlumata aydınlıq gətirib.

    O, Qaynarinfo-ya açıqlamasında məclisdən küsüb gedən həmkarlarının adlarını bilmədiyini deyib:

    “Toy sahibiyəm, dəvət etdiyim qonaqları qarşılamalı və yola salmalıyam. Başım belə işlərə elə qarışmışdı ki, kimlərin küsüb getdiyini bilmirəm. İnanmıram belə şey olub. Əgər kimsə küssəydi, zəng edib deyərdilər. Toyda hər şey olar”.

    Nadir Qafarzadə oğlu Əzizin toy məclisin əla keçdiyini bildirib:

    “Mənə zəng edib toyun əla keçdiyini deyirlər, narazı qalan, küsən olduğunu eşitmədim. Başım qarışıq olduğundan toyun vodeo çəkilişinə hələ baxmamışam”.

    Xatırladaq ki, bir neçə gün öncə müğənni Nadir Qafarzadə oğlu Əzizə toy edib. Bəzi müğənnilərə oxumaq üçün səhnə verilmədiyindən məclisdən küsüb getdiklərinə dair məlumatlar yayılıb.