Category: Şou Biznes

  • Zaur Baxşəliyev efirdə dediyi sözə görə məhkəməyə çağırıldı

    Tanınmış teleaparıcı Zaur Baxşəliyev efirdə səsləndirdiyi fikrə görə məhkəməyə verilib.

    Median.Az “Teleqraf”a istinadən xəbər verir ki, onunla bağlı xüsusi ittiham qaydasında şikayətə Səbail Rayon Məhkəməsində baxılıb.

    Aparıcının Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinməsi üçün məhkəməyə müraciət edən “Bizimləsən” verilişində adı çəkilən Nərman Rəhimov olub.

    Nərman şikayətində bildirib ki, Zaur Baxşəliyev onun şəxsiyyətini keçmiş arvadının iddiaları əsasında efirdə alçaldıb, barəsində “Nərman gedib Rusiyaya, 2-3 ildən sonra gəlib görüb ki, evdə uşaq var” cümləsini işlədib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə verən Zaur Baxşəliyev bildirib ki, verilişə gələn vətəndaşların heç biri ilə tanış deyil:

    “Nərman Rəhimov özü bizim verilişə gələrək ona “stop” qoyulduğunu bildirərək köməklik göstərməsini xahiş etdi, biz də onu dəvət etdik. Mən efirdə vasitəsiz nitqi tətbiq edirəm. Mən nə Sədaqət xanımı, nə də Nərman Rəhimovu tanımışam. Evdə uşağın olmasını demək böhtan sayılmır. Mən əlimdə olan rəsmi sənədlər əsasında bu məsələni səsləndirmişəm. Deyilən ifadələr vasitəsiz nitqlərdir. İfadələrimə diqqət etsəniz, Nərmanın dedikləri və rəsmi sənədlər əsasında mən fikirləri səsləndirmişəm. Verilişdə iştirak edən hüquqşünas təqdim olunmuş rəsmi sənədlərlə tanış olduqdan sonra orada göstərilən halları bildirib. Qarşı tərəfə təhqir və ya böhtan olaraq heç bir söz işlətməmişəm və bunları nəzərə alıb bəraət verilməsini məhkəmədən xahiş edirəm”.

    Məhkəmə iclasında “Azad Azərbaycan” televiziya kanalında yayımlanan “Bizimləsən” verilişinin audiovideo görüntülərinə cinayət prosesi tərəflərinin iştirakları ilə birlikdə baxış keçirilib. Baxış zamanı video görüntülərdə aşağıdakı ifadələr öz əksini tapıb:

    “Hal-hazırda studiyamıza gələn şəxs 16 ildən sonra öyrənir ki, aliment ödəməli olduğu uşaq onun doğma uşağı deyil, DNT analizlərinin nəticəsi uşağın başqa bir insanın uşağı olduğunu deyir, əlində sübutları var. 2 ildən sonra evinə döndüyündə evində uşaq görür, bu kimin uşağıdır soruşur, “səninkidir” deyirlər. Bunların hamısını studiyamıza gələn şəxs (Nərman Rəhimov) deyir. Bu həqiqətdirmi, ya yox, gəlsin studiyamıza öyrənək”.

    Digər bir görüntüdə isə deyilir:

    Növbəti görüntüdə isə “Gedib Rusiyaya gəlib görüb ki, evində bir uşaq var. Bunun işi lap deyiləsi deyil” – ifadələri yer alıb.

    Məhkəmə heyəti görüntülərlə tanış olduqdan sonra burada cinayət tərkibi olmadığı qənaətinə gəlib və Zaur Baxşəliyevə bəraət verib.

  • “Avroviziya”da İsrailin müsabiqədən kənarlaşdırılması ilə bağlı səsvermə təxirə salınıb

    Yaxın Şərqdə atəşkəs fonunda Avropa Yayım Birliyi (EBU) İsrailin 2026-cı il “Avroviziya” mahnı müsabiqəsindən kənarlaşdırılması ilə bağlı səsverməni təxirə salmaq qərarına gəlib.

    Median.Az “Reuters”ə istinadən xəbər verir ki, səsvermə əvvəlcə noyabrda keçirilməli idi, lakin indi dekabr ayına təxirə salınıb.

    “Avroviziya” mahnı müsabiqəsinin təşkilatçıları noyabr ayında Yaxın Şərqdə baş verən “son hadisələr” fonunda İsrailin iştirakına səs vermək üçün onlayn görüş keçirməyəcək”, – hesabatda deyilir.

    Nəşr onu da aydınlaşdırıb ki, bu məsələnin müzakirəsi Avropa Yayım İttifaqının İdarə Heyətinin növbəti Baş Assambleyasının keçirildiyi dekabr ayına qədər təxirə salınıb.

  • Ağadadaş Ağayev: “O qədər pulum var idi ki, bir binanın bir blokunu bütöv almışdım”

    “Deyirlər, pul əl çirkidir. Bunu deyənin başı işləmir. Necə əl çirkidir? Pul cəsarət verir, cəsarətləndirir. Pulsuzluq qüssə verir. Sevgilini özgələrə yar edir. Atanın, ananın gözündən düşməyə vasitədir. Etmək istədiklərinin hamısı pulladır. Əsas odur, onun qulu olmayasan. Pul ancaq nəfsinə xidmət edəcəksə, səni ölümə aparacaq”.

    Median.Az Axşam.az-a istinadla xəbər verir ki, bu sözləri Xalq artisti Ağadadaş Ağayev “Həftənin qonağı” proqramında deyib.

    Müğənni yığdığı kolleksiyadan da danışıb:

    “Rəssamlığı sevmişəm, amma musiqini seçdim. Evdə oturub cızma-qara etmişəm. Evimdə çoxlu əsərlər var. Azərbaycanda indi rəssamlar döymə əsərlər edirlər. Mənim evimdə isə 40 ildir, döymə əsərlər var. 250-300 il yaşı olan əntiq əşyalarım var. Hara getmişəm, oradan almışam. Dostlarım hədiyyə göndəriblər”.

    A.Ağayev var-dövlətindən, şadlıq evindən söz açıb. O bildirib ki, şadlıq evi indi mərasim zalı kimi fəaliyyət göstərir:

    “Qızımı ora-bura müalicəyə aparırdım. Məcbur idim, işin başında deyildim. İcarəyə verdim, 15 il. Bir gün icarə verən adam dedi, mərasim zalı olsun? Dedim, pulunu ödəyirsən, nə istəyirsən, et. Obyektlərim var. Öz-özünə yaranıb. Şirkət açmışdım, “Ağadadaş MMC”. O qədər pulum olub ki, xərcləməyə yerim yox idi. Sovetin dövründə çox pulum var idi. Altında nə qədər pulun var, heç nə ala bilməzsən. Yoxlayırdılar. Bahalı mağazaya girirdim. Halbuki heç kimi oraya buraxmırdılar. Brend almağa meyilli idim. Polislər girirdilər içəri ki, haradan qazanmısınız pulları? Bakıda o qədər ev almışdım. Hətta bir binanın bir blokunu bütöv almışdım. Ən əsası – evində qızıl saxlamalısan. Amma hər başın dara girəndə gedib bir külçə qızılı götürüb satmamalısan”.

  • Toyda səhnə alan Aygün Kazımovanı qorxutdular – Video

    Xalq artisti Aygün Kazımovanın başına iş gəlib.

    Toylardan birində meyxanaçı Namiq Qaraçuxurlu ilə səhnə alan sənətçi gözləmədiyi hadisə ilə qarşılaşıb.

    Qonaqlar arasından bir bəy qəfildən səhnəyə doğru çıxıb və oynaya-oynaya Aygün Kazımovanın üzərinə gedib.

    Yaşanan hadisə pop divanın qorxu və həyəcanına səbəb olub.

    Daha sonra Namiq Qaraçuxurlu sənətçinnin səhnənin öz hissəsinə oxumasına şərait yaradıb.

    Sözügedən kadrları təqdim edirik:
    //Baku.ws

  • “Avroviziya-2026” ləğv edilə bilər

    “Avroviziya-2026” beynəlxalq mahnı müsabiqəsinin gələcəyi təhlükə altındadır. Ev sahibi olan Avstriya İsrailin müsabiqədən kənarlaşdırılacağı təqdirdə şounun keçirilməsindən imtina edə bilər.

    Median.Az-ın “OE24″ə istinadla verdiyi məlumata görə, Avstriya kansleri Kristian Ştoker bununla bağlı hökumətə çağırış edib.

    O, İsrailin kənarlaşdırılmasını müsabiqənin əsaslandığı bərabərlik və tolerantlıq prinsiplərinə zidd olduğunu bildirib.

    “Heç kimin yox, məhz bizim yəhudi bir sənətkarın Vyanaya gəlməsini qadağan etməyimiz mümkünsüzdür”, – deyə siyasətçi vurğulayıb.

  • Türkiyədə saxlanılan müğənni İrem Dericinin vəkili danışdı: “Müvəkkilim bir ildir siqaret belə çəkmir” – FOTO

    Türkiyədə məşhurlara qarşı narkotikdən istifadəni təşviq etməkdə ittiham üzrə keçirilən əməliyyat üzrə istintaq davam edir.

    Median.Az “Haber Global”a istinadən xəbər verir ki, istintaq çərçivəsində saxlanılan məşhur türkiyəli müğənni İrem Dericinin vəkili Ayşegül Mermer məsələ ilə bağlı açıqlama verib.

    “Bir çox sənətçi və aktyorların ifadələri alınır. Onların arasında müvəkkilim İrem Derici də var. Hazırda ifadə verirlər. Müvəkkilim son bir ili siqaret belə çəkməyən insandır. İddia edildiyi kimi, qadağan olunmuş maddədən istifadə etmək və ya qadağan olunmuş maddədən istifadəni təşviq etmək kimi bir cinayət əsla törətməyib. Onsuz da hesabat açıqlandığı zaman bu ortaya çıxacaq. Dosyedə məxfilik qərarı var. Detalları görə bilmirik. Yaxın saatlarda təsdiqlənmiş məlumatları əldə etdikdən sonra daha dəqiq məlumat verə biləcəyəm. Hazırda saxlanılma prosesi deyil, ifadələri alınır. Ölkə xaricində olanlar qayıtdıqları zaman onların da ifadələri alınacaq”, – deyə Ayşegül Mermer qeyd edib.

    Xatırladaq ki, İstanbul Baş Prokurorluğu narkotik və ya stimullaşdırıcı maddələrdən istifadə ittihamı üzrə İrem Derici, Kubilay Aka, Kaan Yıldırım, Hadise Açıkgöz, Berrak Tüzünataç, Duygu Özaslan, Demet Evgar, Meriç Aral, Özge Özpirinçci, Mert Yazıcıoğlu, Feyza Altun, Derin Talu, Deren Talu, Ziynet Sali, Birce Akalay, Dilan Polat, Engin Polat, Metin Akdülger ve Ceren Moray barəsində istintaq başladıb. İstintaq çərçivəsində şübhəlilər ifadələrinin alınması üçün İstanbul Jandarm Komandanlığına aparılıb.

    38 yaşlı İrem Derici narkotikdən istifadəni təşviq etmək ittihamı ilə İstanbulun Şişli rayonundakı evində saxlanılıb.

  • Alla Puqaçova Rusiyanın icbari tibbi sığorta sistemindən çıxarılıb

    Alla Puqaçovanı Rusiyanın icbari tibbi sığorta sistemindən çıxardıblar.

    Bu barədə “Mash” “Telegram” kanalı yazıb.

    Bildirilir ki, müğənninin icbari tibbi sığorta sənədi, çox ehtimal ki, şəxsi məlumatların uyğunsuzluğu səbəbindən ləğv edilib.

    Primadonna indiyədək köhnə sənəddən istifadə edirmiş və o, əvəzlənməsi tələb olunan bu sənədi yeniləməyə macal tapmayıb.

    Sənədin ləğvi müğənni barəsində məlumatda səhvlər, məsələn, soyad, ünvan və doğum tarixində uyğunsuzluq səbəbindən baş verə bilərdi. Əgər müğənni Rusiyaya qayıtsa və dövlət klinikasına müraciət etsə, ona təcili yardım göstəriləcək, sonra dərhal sənədinin yenilənməsi üçün sığorta şirkətinə yönləndiriləcək.

    Puqaçovadan fərqli olaraq həyat yoldaşı Maksim Qalkin daha ehtiyatlı tərpənərək sənədini vaxtında yeniləyib və hətta bir neçə tibb ocağına, stomatologiyaya və psixi sağlamlıq mərkəzinə təhkim olunub.

  • Emin “Titanik”in məşhur aktyoru ilə görüşdü

    Xalq artisti Emin Ağalarov məşhur amerikalı aktyor, “Titanik” filmi ilə məşhurlaşan Billi Zeynlə görüşüb.

    Bu barədə sənətçi sosial şəbəkədə paylaşım edib.

    “Aktyor Billi Zeynlə birlikdə, əminəm ki, siz onu “Titanik” filmindən tanıyırsınız. Birlikdə dünya musiqi sənayesinin əfsanələri Devid Foster və Klayv Devislə nahar etdik. Ümumilikdə meqapeşəkar və həqiqətən də məşhur insanlarla möhtəşəm görüş oldu”.

  • P.Diddi əfv olunmasını Trampdan xahiş edib

    ABŞ Prezidenti Donald Tramp amerikalı repçi və prodüser P.Diddinin (əsl adı – Şon Kombs) dörd ildən çox həbs cəzasına məhkum olunduqdan sonra ondan əfv istədiyini təsdiqləyib.

    Bu barədə TASS məlumat yayıb.

    “Bir çox insan məndən əfv istəyib. Mən onu Paff Deddi (Kombsun yaradıcı təxəllüslərindən biri – red.) adlandırıram, o məndən onu əfv etməyimi istəyib”, – deyə Tramp Ağ Evdə jurnalistlərə bildirib.

    Prezident təfərrüatı açıqlamayıb, xüsusilə də, musiqiçini əfv etməyə hazır olub-olmadığını dəqiqləşdirməyib. Qeyd olunur ki, əfv haqqında xahişi Trampa Kombsun yaxın tanışı çatdırıb və o bu məsələni prezidentə birbaşa çıxışı olan Ağ Ev əməkdaşı ilə müzakirə edib. Söhbət keçən həftə, hökm elan olunduqdan dərhal sonra baş tutub.

    Xatırladaq ki, oktyabrın 3-də Nyu-York məhkəməsi Kombsu cinsi istismarla məşğul olmaq üçün insanların daşınmasına görə dörd ildən çox həbs cəzasına məhkum edib. Kombsun müdafiəçiləri 14 aylıq həbs müddəti xahiş edib, prokurorluq isə 11 ildən çox azadlıqdan məhrumetmə cəzasında təkid edib.

  • “İsrail “Eurovision” müsabiqəsindən kənarlaşdırıla bilməz”

    Almaniya kansleri Fridrix Merz bildirib ki, İsrailin “Eurovision” Mahnı Müsabiqəsində iştirakdan kənarda qalması qalmaqal olardı.

    O, bu barədə ARD telekanalına müsahibəsində deyib.

    “Mən hətta belə bir şeyin müzakirə edilməsini də qalmaqallı hesab edirəm. İsrail bu cəmiyyətin bir hissəsidir”, – Merz ifadə edib.

    Onun sözlərinə görə, belə bir ssenaridə Almaniya müsabiqədən çıxmalı olacaq. Avropa Yayım Birliyi (EBU) noyabrda İsrailin may ayında Vyanada keçiriləcək 2026 Avroviziya Mahnı Müsabiqəsində iştirakını müzakirə etmək üçün xüsusi onlayn iclas keçirməyi planlaşdırır.

    Bundan əvvəl İspaniyanın dövlət televiziyası RTVE İsrail təmsilçisinin səhnəyə çıxacağı təqdirdə müsabiqədən çıxacağını açıqlamışdı. Səbəb kimi İsrailin Qəzza zolağında hərbi əməliyyatları göstərilib. İrlandiya, Sloveniya, İslandiya və Niderlandda da oxşar fikirlər səsləndiriblər.