Category: Şou Biznes

  • Faiq Ağayev canlı efirdə aparıcı Zümrüdü tənqid etdi – Video

    Xalq artisti Faiq Ağayev canlı efirdə aparıcı Zümrüd Bədəlovaya irad bildirib.

    Median.Az xəbər verir ki, o, “Gün ortası” verilişində qonaq olub.

    Bu zaman verilişə canlı qoşulan pərəstişkarın ünvanladığı sual F. Ağayev tərəfindən xoş qarşılanmayıb. Buna səbəb sənətkara evliliklə bağlı verilən sual olub: “Ananızın bu qədər təkidlərinə baxmayaraq, cəmi 4 il evli qalmısınız, niyə?”

    Daha sonra Xalq artisti sualı cavablandırıb, lakin aparıcının bu mövzuları efirdə müzakirə etməsini qınayıb: “Mən “Azad Azərbaycan” Teleradio və Yayım Şirkətinin Bədii Şurasının üzvü olaraq sənə irad bildirirəm. Və sənin simanda bütün həmkarlarına da. Audioviziual Şura da bildirib ki, efirdə ailə-məişət məsələləri çox müzakirə olunmasın. Tərəfdarı deyiləm. Bu kimi mövzular efirdə yox, mətbəxdə danışılmalıdır. Bugünlük səni bağışlayıram. Səndən birillik fasilə götürürəm. Bir il mənə zəng etmirsən. O müddət keçdikdən sonra inşallah kinim soyuyar, bəlkə onda səni bağışlayaram”.

    Sənətkarın tənqidi sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

    Verilişdən həmin hissəni təqdim edirik: (Qafqazinfo.az)

  • Alla Puqaçova: “Xaricdəki həyatımdan razıyam”

    Rusiyalı məşhur müğənni Alla Puqaçova 2022-ci ildə Rusiyanı tərk etdikdən sonra ilk böyük müsahibəsini verib.

    76 yaşlı Alla Puqaçova “Skaji Qordeyevoy” “YouTube” kanalına geniş müsahibə verib.

    Xaricdəki həyatından danışan A.Puqaçova bildirib ki, razıdır.

    “Bəlkə də, ona görə müsahibə verirəm ki, dedi-qodulara, miflərə cavab verim. Əgər sual varsa, mən onlara cavab verəcəyəm. Bilmək olmaz sabah nə olacaq. Qoy bu müsahibə bir sənəd, sübut olsun. İstəyirəm ki, uşaqlar həm ataları, həm də anaları haqqında həqiqəti bilsinlər”, – A.Puqaçova vurğulayıb.

    A.Puqaçovanın müsahibəsi üç saatdan çox çəkib.

  • Tupak Şakurun qətlinin sifarişçisi açıqlandı

    Səhnə adı Pi Diddi ilə tanınan amerikalı reper və prodüser Şon Kombs reper Tupak Şakur və “Death Row Records”un qurucusu Suqe Naytın qətlini sifariş edib.

    Bu barədə qatil olduğu iddia edilən Krips dəstəsinin keçmiş üzvü Dueyn Davisin (Keff Di) ifadəsində deyilir.

    1996-cı ilin sentyabrında iki kaliforniyalı dəstənin nümayəndələri arasında Las-Veqasda keçirilən boks matçından sonra Şakur rəqibini, dəstə üzvlərindən biri olan Orlando Andersona yumruq vurub. Anderson polisə getməyərək bacısı oğlunun qisas almasına kömək etmək istəyən əmisi Dueyn Davisə başına gələnləri danışıb.

    Polis hesabatında Tupak qatilinin başqa bir motivi olduğunu iddia edən Devislə gizli müsahibə təsvir edilir. Kombsın Şakurun ölümündə əli olması ilə bağlı daha iki iddia prodüserə qarşı bir sıra mülki iddialar çərçivəsində qaldırılan sənədlərdə üzə çıxıb.

  • Reper Timati axtarışa verildi

    Ukrayna Təhlükəsizlik Xidməti reper Timati (əsl adı Timur Yunusov – red.) barəsində axtarış elan edib.

    Median.Az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin dərc etdiyi məlumatda qeyd olunur.

    Belə ki, Timatinin axtarışda olması ilə bağlı məlumat bazaya iyulun 1-də daxil edilib.

    Ukrayna tərəfi reperə qarşı Kiyevin nəzarətində olmayan ərazilərə giriş qaydalarının pozulması maddəsi ilə qiyabi ittiham irəli sürüb.

  • Xalq artisti Türkiyədəki villasını niyə satıb?

    Xalq artisti Miri Yusif İzmirdəki villasını satıb.

    İyunun əvvəlində Bakıya köçən sənətçi “Xəzər axşamı”na müsahibəsində övladlarının təhsili ilə bağlı orada yaşadıqlarını bildirib:

    “Bakını tərk etməmişdim. Mən bu xalqın artistiyəm deyə, Azərbaycanı heç vaxt tərk etməyəcəyəm. Sadəcə uşaqlarımız orada təhsil alırdı. Artıq Bakıdadırlar. Onların təhsili bitmək üzrədir. Düşündük ki, övladlarımız azərbaycanlı olduğu üçün ölkəmizə daha çox lazımdır.

    Artlq hər bir şey bahalaşıb. Bizim zamanımız da qısalıb, cavanlıq qocalıb. Kənarda heç bir biznesim yoxdur. Mənim ən gözəl dinləyicilərim, izləyicilərim Azərbaycandadır. Sizi qoyub hara gedəcəyəm? Bu heç vaxt mümkün deyil”.

  • Bakıda qadın bıçaqla Hüseyn Həsənovun evinə gələrək onu hədələyib – FOTO / VİDEO

    Populyar bloqer Hüseyn Həsənov Bakıda başına gəlmiş şokedici insident barədə məlumat verib.

    Bu barədə o, “Instagram” hesabında məlumat paylaşıb.

    Məlumata görə, evinə əlində bıçaqla gələn qadın onu öldürməklə hədələyərək, qapını döyməyə başlayıb. Qeyd olunur ki, bloqer polisə zəng etməyə məcbur olub.

    Həsənovun sözlərinə görə, həmin qadın sosial şəbəkədə ona bir neçə ay yazırmış:

    “Onun mesajlarını başa düşmürdüm. Bu gün o, evimə bıçaqla gəldi. Onun həyatını puç etməmək üçün üzünü gizlətmək qərarına gəldim”.

    “Sən sevgili tapa bilmirsən, çünki sənin ruhun hələ də mənə bağlıdır”, – deyə naməlum qadın iddia edib. O, bloqerdən başqaları ilə münasibət qurmamağı tələb edib və itaətsizlik halında onu öldürməklə hədələyib.

    “Mən onun kim olduğunu bilmirəm. Ən çox bunu görməli olan uşaqlar üçün qorxuram. Əgər onun yaxınlarından kimsə bu sözləri oxuyursa, söhbətin kimdən getdiyini başa düşürsə, zəhmət olmasa, onu klinikaya göndərsin. Onun köməyə ehtiyacı var”, – deyə Həsənov əlavə edib.

  • Məşhur rusiyalı müğənni Mixail Şufutinski Ukraynanın “Mirotvorets” məlumat bazasına daxil edildi

    Rusiya Federasiyasının Əməkdar artisti Mixail Şufutinski Ukraynanın “Mirotvorets” saytının məlumat bazasına daxil edilib.

    TASS nəşri resursun məlumatları ilə tanış olub.

    Məlumata görə, Şufutinski 2017-ci ildə Krıma səfər etdiyi üçün bazaya daxil edilib. 2023-cü ilin yanvarında Volodimir Zelenski, həmçinin ona qarşı sanksiyalar da tətbiq edib.

    Mixail Şufutinski karyerası ərzində 30-a yaxın solo albom buraxıb. Onun vizit kartı isə “Sentyabrın üçü” mahnısıdır.

    Qeyd edək ki, 2014-cü ildən tərtib olunan “Mirotvorets” portalı Ukraynanın milli təhlükəsizliyini təhdid etdiyi iddia olunan insanlar haqqında məlumatları dərc edir.

  • Tanınmış reper Orxan Zeynallı ikinci dəfə evləndi – FOTO

    Aid ləqəbi ilə tanınan reper Orxan Zeynallı evlənib.

    Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.

    Sənətçi Nərgiz Salayeva adlı xanımla ailə qurur.

    Qeyd edək ki, bu, reperin ikinci evliliyidir.

  • Milyardlarla izlənən “Gangnam Style” ifaçısı barəsində istintaq başladı

    Seul polisi məşhur koreyalı müğənni PSY (əsl adı Park Jae Sang) haqqında tibbi qanunları pozmaqda şübhəli bilinərək istintaqa başlayıb.

    PSY psixotrop dərmanlar üçün resept almaqda şübhəli bilinir. Belə ki, müğənni həkimə şəxsən getmədən vasitəçilər vasitəsilə reseptlə yazılan psixotrop dərmanları qanunsuz almaqda ittiham olunur.
     
    İndi hüquq-mühafizə orqanlarının əməkdaşları ulduz və universitet klinikalarından birində həkimlə bağlı araşdırma aparır. Hər iki şəxs reseptlə satılan dərmanların verilməsi prosedurunu pozmaqda ittiham olunur.
     
    İş materiallarına görə, PSY 2022-ci ildən son dövrlərə qədər olan müddətdə həkimlə şəxsi məsləhətləşmədən psixotrop dərmanlar üçün reseptlər əldə etməkdə şübhəli bilinir. Bundan başqa, müğənninin menecerinə və başqalarına onun adından narkotik almağı tapşırdığı iddia edilir.
     
    Bu cür qanun pozuntuları barədə anonim məlumat daxil olduqdan sonra araşdırmalara başlanılıb. Polis universitetin klinikasında axtarış aparıb və müvafiq tibbi sənədləri götürüb. Qeyd edək ki, mövcud qanunvericilik reseptlərin vasitəçilər vasitəsilə verilməsini qəti şəkildə qadağan edir.
    Onu da qeyd edək ki, PSY 2012-ci ildə meqahit “Gangnam Style” buraxıldıqdan sonra dünya ulduzu olub.
     
    Sənətçiyə verilən dərmanlar yuxu pozğunluğunu, narahatlıq və depressiyanı müalicə etmək üçün istifadə olunan psixotrop dərmanlar kimi təsnif edilir. Bu dərmanların asılılıq riski yüksəkdir, buna görə də onların resepti həkim tərəfindən məcburi şəxsi müayinə tələb edir.

    Reseptləri verən həkim isə ittihamları qəti şəkildə rədd edir. Həkim uzaqdan müalicə etdiyini iddia edir.

    “Bu, üçüncü şəxslər vasitəsilə reseptlə verilən yuxu dərmanlarının alınması ilə bağlı bizim tərəfimizdən aşkar səhv və nöqsanlıq idi. Psiyə xroniki yuxu pozğunluğu diaqnozu qoyulub və həkim təyin etdiyi kimi yuxu həbləri qəbul edir. Lakin vasitəçilər vasitəsilə heç bir resept olmayıb, bəzi hallarda dərmanları üçüncü şəxslər onun adından götürüblər”- deyə sənətçinin nümayəndələri bildiriblər.
     
    İstintaq davam edir. Mümkün sanksiyalarla bağlı yekun qərar hələ verilməyib.
     
    PSY Cənubi Koreyalı müğənni, reper, prodüser, bəstəkar və şoumendir. 31 dekabr 1977-ci ildə Seulda (Cənubi Koreya) anadan olub. O, 2012-ci ildə musiqi sənayesini alt-üst edən və “K-pop”u qlobal miqyasda əsas istiqamətə çevirən meqahit “Gangnam Style”ın buraxılmasından sonra dünya ulduzuna çevrilib.
    //sfera.az

  • Qardaşına 6 milyonluq villalarını verdi – Barışdılar

    Türkiyənin tanınmış müğənnisi Özcan Dəniz və qardaşı Ərcan Dəniz arasındakı qalmaqal səngiyib.

    Median.Az CNN Türk-ə istinadən xəbər verir ki, Özcan Dənizin 6 milyon dollar dəyərində iki villasını qardaşına verməsi onların arasındakı soyuq münasibətə son qoyub.

    Barış xəbərini müğənninin anası Kadriye Dəniz açıqlayıb: “Özcan Ercana iki villa verib, protokol imzalanıb. Hazırda Aydına qayıtmışam, hələ də müalicəm davam edir”.

    Xatırladaq ki, bir müddət əvvəl Özcan Dənizlə böyük qardaşı Ərcan Dəniz arasında mülk üstündə qalmaqal yaşanıb, onlar məhkəmədə qarşılıqlı olaraq bir-birlərinə qarşı müxtəlif iddialar qaldırıblar.