Category: Şou Biznes

  • Amerikalı reper həbsxanada bıçaqlandığı üçün 100 milyon dollar təzminat tələb edir

    ABŞ-də reper Tori Leynz (Deystar Piterson) Kaliforniya həbsxana sisteminə qarşı federal iddia qaldırıb. O, təhlükəli məhbusla qanunsuz olaraq eyni kameraya yerləşdirildiyini və həmin şəxsin ona hücum edərək çoxsaylı bıçaq xəsarətləri yetirdiyini iddia edir.

    Bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

    Bildirilib ki, verilən məhkəmə iddiasına əsasən, Leynz aidiyyəti qurumlardan 100 milyon dollar təzminat tələb edir. Reper qeyd edir ki, onun başqa bir məhbusla eyni kameraya salınması qərarı əvvəlcədən təhlükəli olub və ağır nəticələrə gətirib çıxarıb. İddiaçı tərəfin məlumatına görə, hücum zamanı məhbus bıçaqla Leynzin kürək, bədən, baş və üz nahiyələrinə 16 zərbə endirib. Nəticədə reper təcili olaraq helikopterlə xəstəxanaya təxliyə edilib.

    Tori Leynz bildirir ki, həbsxana əməkdaşları hadisəyə gec reaksiya verib və hücumun qarşısını dərhal ala bilməyiblər.

    Məlumata görə ştat rəsmiləri məhkəmə prosesinin davam etdiyini əsas gətirərək iddia ilə bağlı şərh verməkdən imtina ediblər.

    Xatırladaq ki, hazırda Tori Leynz 2020-ci ildə baş verən insident zamanı amerikalı müğənni “Megan Thee Stallion”a atəş açdığına görə 10 illik həbs cəzasına məhkum edilib.
    //oxu.az

  • Məşhur türkiyəli müğənni Simgenin narkotik testinin NƏTİCƏLƏRİ AÇIQLANDI

    Ötən həftə narkotik araşdırması çərçivəsində saxlanılan və məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılan türkiyəli məşhur müğənni Simge Sağın narkotik testinin nəticələri məlum olub.

    Median.Az-ın “TGRT Haber” nəşrinə istinadən xəbərinə görə, Simgenin vəkili Eda Salman Məhkəmə Tibbi Ekspertizasının narkotik testi ilə bağlı nəticəsini açıqlayıb.

    “Hesabata əsasən, müvəkkilimin narkotik və ya stimullaşdırıcı maddə istifadə etmədiyi açıq və birmənalı şəkildə ortaya qoyulub. Bu, ictimaiyyətə verdiyimiz əvvəlki açıqlamalarla da uyğunluq təşkil edir və müvəkkilimin yuxarıda qeyd olunan iddialarla heç bir əlaqəsinin olmadığını təsdiqləyir”, – deyə Eda Salman bildirib.

    Qeyd edək ki, Simge ifadəsində sevgilisi İlkay Şencanın narkotikdən istifadə etdiyindən xəbəri olmadığını deyib.

    “Çantasında narkotik maddə tapdılar. Narkotikdən istifadə etdiyindən xəbərsiz idim. Həmçinin çantanın içində narkotik maddə olduğunu da bilmirdim. Narkotik istifadə etmirəm, mənə qarşı irəli sürülən ittihamlar əsassızdır”, – deyə o bildirib.

    Xatırladaq ki, Türkiyənin Beykoz Respublika Prokurorluğu tərəfindən məşhurlar arasında aparılan narkotik istintaqı çərçivəsində aprelin 7-də İstanbulda saxlanılan müğənni Simge Sağ qan və saç nümunələri götürüldükdən sonra ifadə vermişdi və daha sonra onun barəsində ölkədən çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbirlərinin tətbiq olunmasına qərar verilmişdi.

  • Reper Kanye Uestin Polşadakı konserti ləğv edildi

    Amerikalı reper Kanye Uestin Polşada keçirilməsi planlaşdırılan konserti musiqiçinin qalmaqallı ifadələri fonunda ləğv edilib.

    Bu barədə “aif.ru” saytı məlumat yayıb.

    Konsert iyunun 19-da Xojuv şəhərindəki “Sileziya” stadionunda baş tutmalı idi. Təşkilatçılar tədbirin “formal-hüquqi səbəblərdən” ləğv edildiyini bildirsələr də, bu qərarın ölkə rəsmilərinin kəskin tənqidindən sonra qəbul edildiyi vurğulanır.

    Polşanın mədəniyyət naziri Marta Tenkovskaya daha əvvəl ifaçının konsertinin keçirilməsinin qəbuledilməz olduğunu bəyan etmişdi. Nazir bildirib ki, Adolf Hitleri dəstəkləyən çıxışlar etmiş bir sənətçinin Polşada səhnəyə çıxması, ölkənin tarixi keçmişi nəzərə alındıqda xüsusi qəzəb doğurur.

    Qeyd edək ki, son illərdə Kanye Uest dəfələrlə antisemit bəyanatları və hərəkətlərinə görə qalmaqalların mərkəzində olub. O, öz brendi çərçivəsində qadağan olunmuş simvollardan istifadə etməsi və müsahibələrindəki səs-küylü çıxışları ilə kəskin etirazlara səbəb olub.

  • Elza məhkəmədə Roza Zərgərlini uddu

    Əməkdar artist Elza Seyidcahan və müğənni Roza Zərgərlinin məhkəmə prosesi keçirilib.

    Median.Az xəbər verir kİ, bu barədə Axşam.az-a açıqlamasında E.Seyidcahan bildirib. O qeyd edib ki, məhkəmə ötən gün baş tutub. İfaçı qərarın onun xeyrinə olmasına baxmayaraq, tam da razı qalmadığını söyləyib.

    E.Seyidcahanın vəkili Elşən Behbudov əlavə edib ki, Apellyasiya Məhkəməsinə müraciət edəcəklər:

    “Yasamal Rayon Məhkəməsində Ayşən Sultanovanın sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib. Qərara əsasən, Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq. Eyni zamanda məhkəmə Roza Zərgərlinin sözlərini yalan kimi qəbul edib. Buna görə üzr istəməsi tələb olunur. Amma təzminat təmin edilsə də, üzr edilməyib. Buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcəyik”.

    Qeyd edək ki, Roza Zərgərli yutubda yayımlanan “Baylarsoylar” layihəsində Seyidcahanın ünvanına təhqiramiz fikirlər səsləndirərək, onu “meymun”, “təlxək”, “dəli” adlandırıb. Şərəf, ləyaqət və işgüzar nüfuzunun təhqir edildiyini bildirən E.Seyidcahan qarşı tərəfi məhkəməyə verib.

  • Məşhur amerikalı müğənni yeniyetmənin ölümünə görə həbs edildi

    Amerikalı müğənni D4vd (əsl adı: Devid Entoni Burke) ötən il itkin düşmüş kimi qeydiyyata alınan yeniyetmə qızın qətlində şübhəli bilinərək hüquq-mühafizə orqanları tərəfindən həbs edilib.

    Bu barədə BBC məlumat yayıb.

    Bildirilib ki, “TikTok” ulduzu Devid Entoni Burke barəsində ötən ildən başlayaraq istintaq aparılıb. Buna səbəb isə 14 yaşlı qızın meyitinin onun avtomobilindən tapılması olub. Los-Anceles Polis İdarəsindən cümə axşamı verilən açıqlamaya görə, 21 yaşlı gənc zəmanət hüququ olmadan nəzarət altına alınıb və iş bazar ertəsi Dairə Prokurorluğuna təqdim ediləcək.

    İfaçı bu məsələ ilə bağlı demək olar ki, heç bir açıqlama verməyib.

  • Reper Kanye Uest məhkəməyə verildi

    Amerikalı reper Kanye Uest Hollivudun “Chateau Marmont” hotelində bir nəfərə hücum etdiyi üçün məhkəməyə verilib.

    Bu barədə TMZ portalı məhkəmə sənədlərinə istinadən xəbər verir.

    “Kanye bir il əvvəl baş vermiş insidentlə bağlı döymə və emosional zərər vurma maddələri ilə məhkəməyə verilib. Zərərçəkmişin bildirdiyinə görə, həmin vaxt Kanye Los-Ancelesin məşhur hotelində onu yumruqla vurub. Kişi, həmçinin iddiada qeyd edir ki, Kanye onu öz şirkətindəki qadına qarşı təhqiramiz və nalayiq davranışda yalan yerə ittiham edib və bu yalanı podkastda təkrar edib”, – deyə nəşrdə bildirilir.

    İddiaçı adının açıqlanmamasını istəyib. Onun ifadəsinə görə, reper onun masasına yaxınlaşıb və xəbərdarlıq etmədən üzünə yumruq zərbəsi endirib, nəticədə o, yerə yıxılıb.

  • Sərxoş halda maşın sürən Britni Spirs reabilitasiya mərkəzinə yerləşdirildi

    Amerikalı pop ulduzu Britni Spirs mart ayında sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün saxlanıldıqdan sonra reabilitasiya mərkəzində müalicə kursuna başlayıb.

    Qaynarinfo “Variety” nəşrinə istinadən xəbər verir ki, 44 yaşlı ifaçı müalicə proqramını könüllü şəkildə keçir.

    Xatırladaq ki, sənətçi polis tərəfindən sərxoş halda sükan arxasında saxlanılıb. O, daha sonra polis bölməsinə aparılıb və bir müddət sonra sərbəst buraxılıb.

    Britni Spirsin nümayəndəsi hadisə ilə bağlı açıqlamasında bunun “təəssüf doğuran və qəbuledilməz bir insident” olduğunu bildirib və ifaçının müvafiq addımlar atacağını, qanunlara əməl edəcəyini qeyd edib. O, həmçinin Spirsin bu dövrdə lazımi dəstək və yardım alacağına ümid etdiklərini vurğulayıb.

  • Məşhur türk sənətçilərin narkotik testlərinin nəticələri açıqlandı

    Türkiyədə məşhurlara qarşı narkotik əməliyyatının istintaqı çərçivəsində müğənni Mert Demir, aktrisa Büşra Pekin və repçi Ender Eroğlunun (Norm Ender) test nəticələri bəlli olub.

    Oxu.az qardaş ölkənin mediasına istinadən məlumat verir ki, hər üç tanınmış şəxsin narkotik testi neqativ çıxıb.

    Xatırladaq ki, daha əvvəl hüquq-mühafizə orqanları tərəfindən aparılan istintaq çərçivəsində aralarında Burak Deniz, Haftanur Sancaktutan, Norm Ender və Mert Demir kimi məşhurların da olduğu 14 nəfər barəsində saxlanılma qərarı verilmişdi.

  • Türkiyədə tanınmış şəxslərin narkotik testlərinin nəticələri AÇIQLANDI

    Türkiyədə məşhurlarla bağlı aparılan narkotik araşdırması çərçivəsində Hande Erçel, İbrahim Çelikkol, İlkay Şencan və Deha Bilimlierlə bağlı test nəticələrinin məlum olduğu bildirilir.

    Median.Az “A Haber”ə istinadən xəbər verir ki, bəzi hallarda qan analizləri mənfi olsa da, saç və sidik nümunələrində müxtəlif narkotik maddələr və onların metabolitləri aşkarlanıb.

    Məlumata görə, Hande Erçelin qan analizində narkotik maddə aşkarlanmayıb, lakin sidik nümunəsində morfin və kodein müəyyən edilib, saç analizində isə hər hansı göstərici qeydə alınmayıb.

    Mustafa Cecelinin qan analizi mənfi çıxsa da, saç nümunəsində kokain və onun metabolitləri aşkarlanıb. İbrahim Çelikkolun saç nümunəsində də kokain və metabolitləri müəyyən olunub.

    Deha Bilimlierin saç nümunəsində kodein və kokain, İlkay Şencanın isə qan və saç analizlərində kannabis maddəsi ilə bağlı göstəricilər qeydə alınıb.

  • Işın Karaca Yunanıstandan deportasiya edildi

    Türkiyənin tanınmış müğənnisi Işın Karaca Yunanıstandan deportasiya edilib.

    Bu barədə sənətçi özünün sosial şəbəkə hesabında paylaşım edib:

    “Mənim Afinaya girişimə icazə verilmədi. Çünki 2024-cü ildə Gümülcinedə “Nə mutlu türküm deyənə” və “İzmirin dağlarında çiçəklər açar” marşlarını oxumuşdum. Təsəvvür edin, qızım və həyat yoldaşımın Afinaya girişinə icazə verildi. Amma mənə rədd cavabı verildi. Milli məsələ imiş mənimki. Həyatımda görmədiyim kobud rəftarla qarşılaşdım. Sağ olsunlar. Heç kim bir stəkan su belə təklif etmədi”.

    Müğənni daha sonra təyyarə bileti tapa bilmədiyini deyərək ölkəsinə qayıtmaq istədiyini vurğulayıb.