Category: Şou Biznes

  • Kanye Uestin Türkiyə konserti “Spotify”dan çıxarıldı

    Dünya turuna hazırlaşan Kanye Uest uzun müddətdir Türkiyədə verəcəyi konsertlə ə diqqət mərkəzindədir. İstanbulda baş tutması gözlənilən konsert, xüsusən də türk pərəstişkarları arasında böyük həyəcan yaratmışdı.
     
    “Spotify”da siyahıda olan konsert tarixlərindən Türkiyənin qəfil yoxa çıxması sosial mediada tez bir zamanda panikaya səbəb olub. Bir çox insan konsertin ləğv olunduğunu düşünüb və şayiələr sürətlə yayılıb. Xoşbəxtlikdən, siyahıya edilən düzəliş və İstanbul konserti tezliklə yenidən görünüb və ləğv şayiələri səngiyib. 

    Kanye Uest musiqi karyerası boyunca hip-hop və pop dünyasında iz buraxan saysız-hesabsız hit mahnılar yaradıb.
     
    “Stronger”, “Heartless”, “Runaway”, “Gold Digger”, “Power” və “Praise God” kimi mahnıları ilə Uest böyük bir qlobal pərəstişkar bazasına çatıb. O, tez-tez təkcə musiqisi ilə deyil, həm də səhnə şouları və qeyri-adi ifaları ilə xəbər başlıqlarına çıxır. İllərdir siyahılarda birinci yerdə olan bu mahnılar reperin qlobal bir fenomenə çevrilməsinin ən böyük sübutudur.
     
    Son zamanlar yeni tur hazırlıqları ilə xəbər başlıqlarına çıxan Kanye dünya tur planlarına Türkiyəni də daxil etməklə pərəstişkarlarını sevindirib.
     
    30 mayda İstanbulda konsert verəcəyi barədə şayiələr yayılsa da, “Spotify” konsert cədvəlindən Türkiyə hissəsinin qəfil çıxarılması çaşqınlığa səbəb olub. Çoxları konsertin ləğv olunduğunu düşünürdü, amma hadisələr bunun müvəqqəti bir vəziyyət olduğunu göstərib. Həqiqətən də, qısa müddət sonra İstanbul konsertinin yenidən cədvəldə görünməsi pərəstişkarlara rahatlıq gətirib.
     //sfera.az

  • Azərbaycanın “Avroviziya”da çıxış nömrəsi açıqlandı

    AYB “Avroviziya 2026”nın birinci və ikinci yarımfinalında iştirak edəcək yarımfinalist və finalist ölkələrin səhnəyə çıxış sıralamasını təqdim edib.

    Müsabiqənin açılışını Moldova edərkən, birinci yarımfinalı Serbiya bağlayacaq. İkinci yarımfinalın açılışını Bolqarıstan edərkən, bağlanışını Norveç edəcək.

    Azərbaycan isə ikinci yarımfinalda ikinci sırada çıxış edəcək.

  • Məşhur rusiyalı repçi qəzada həlak oldu

    Məşhur rusiyalı repçi Fuze Krec (əsl adı Artyom Brovkov) 46 yaşında ölüb.

    Bu barədə onun həyat yoldaşı Valentina Beryozkina “Instagram” hesabında məlumat verib.

    Onun sözlərinə görə, Brovkov dəhşətli qəzaya düşüb. Həkimlər onun həyatı uğrunda mübarizə aparıblar, lakin xilas edə bilməyiblər.

    “Sizdən xahiş edirəm ki, onun sözün hər mənasında dünya üçün etdiyi hər şeyi xatırlayasınız və hörmətlə yanaşasınız. Mən onu çox sevirəm və onun kimi başqa belə mehriban və dürüst insan tanımıram”, – deyə müğənninin həyat yoldaşı bildirib.

    Artyom Brovkov (daha çox Fuze və Krec kimi tanınır) Sankt-Peterburqun məşhur “Krec” rep qrupunun təsisçisi və daimi iştirakçısı olub (2001-ci ildən, ilkin olaraq “Kitchen Records”). O, bir çox mətnlərin müəllifidir və digər iştirakçıların (Assai və Smoki Mo) gedişindən sonra layihəni müstəqil şəkildə davam etdirib.

    Fuze 2000-ci illərin rus repinin klassiklərindən biri, “Nejnost” (“Piter FM” filminin saundtreki), “Yele dışa”, “Po reke”, “Oskolki” mahnılarının müəllifi və ifaçısı kimi tanınır.

  • Səsini itirdiyi deyilən tanınmış azərbaycanlı müğənni: “Həkim nəzarətindəyəm”

    Dünyada məşhurluq qazanan azərbaycanlı ifaçı Jony (Cahid Hüseynli) səsinin batması haqqında yayılan xəbərlərə aydınlıq gətirib.

    Populyar sənətçi bu barədə özünün şəxsi “Instagram” səhifəsi üzərindən pərəstişkarlarına müraciət ünvanlayıb.

    “Səsimdə yaranan problemlə əlaqədar yayılan xəbərlərdən təşvişə düşən sevənlərimə öncə diqqətlərinə görə minnətdarlığımı bildirir və onlardan narahat olmamalarını xahiş edirəm. Doğrudur, səsimlə əlaqədar bəzi çətinliklər meydana gəlib, ancaq hazırda həkimlərin tam nəzarəti altındayam.

    Çox əfsus ki, aprel ayının 4-nə Daşkənd şəhərində planlaşdırılan konsertimizin tarixini dəyişmək məcburiyyətində qaldıq. Digər işlərimizin vaxtlarında isə heç bir fərqlilik yoxdur. Çıxışlarımızın yüksək keyfiyyətdə keçməsi və dinləyicilərimizin yaxşı əhvali-ruhiyyədə olması bizim üçün çox önəmlidir.

    Elə buna görə də dəyişdirilmiş tarixdə baş tutacaq konsertimizə tam şəkildə hazır olmalıyıq. Təxirə salınan konsert aprelin 17-də keçiriləcək”, – deyə ifaçı bildirib.

  • Teylor Svift musiqi albomuna görə məhkəməlik oldu

    Dünyaşöhrətli amerikalı müğənni Teylor Svift yeni albomunun adı ilə bağlı ciddi hüquqi problemlə üzləşib.

    Median.Az “The Hollywood Reporter” nəşrinə istinadən xəbər verir ki, Las-Veqasdan olan sənətçi Maren Ueyd Svifti müəllif hüquqlarını pozmaqda ittiham edərək məhkəməyə verib.

    İddiaya görə, Teylor Sviftin 2025-ci ildə yayımlanan “The Life of a Showgirl” albomunun adı Maren Ueydin uzun illərdir istifadə etdiyi “Confessions of a Showgirl” layihəsinə həddindən artıq bənzəyir. Ueyd bildirib ki, o, bu adı 10 ildən artıqdır istifadə edir və hələ 2015-ci ildə onu rəsmi ticarət nişanı kimi qeydiyyatdan keçirib.

    Məhkəmə sənədlərində qeyd olunur ki, Sviftin komandası “Life of a Showgirl” adını ticarət nişanı kimi qeydiyyatdan keçirməyə cəhd göstərib. Lakin ABŞ Patent və Əmtəə Nişanları İdarəsi istehlakçılar arasında “qarışıqlıq riski” yarada biləcəyi səbəbindən bu müraciəti rədd edib.

    Buna baxmayaraq, albom həmin adla işıq üzü görüb. Hazırda Maren Ueyd Sviftdən külli miqdarda kompensasiya tələb edir və albom adının istifadəsinə qadağa qoyulmasını istəyir.

  • Tanınmış azərbaycanlı müğənni səsini itirdi: Bütün konsertlər ləğv edildi

    “Kamin” hiti ilə dünya miqyasında məşhurlaşan, əslən azərbaycanlı olan tanınmış müğənni Jony (Cahid Hüseynli) səs tellərindəki problemlərə görə bütün konsertlərini aprelin ortalarına qədər təxirə salıb.

    Bu barədə “Mash Telegram” kanalı məlumat yayıb.

    Martın 27-də Minsk şəhərindəki konserti əsnasında səsini itirən müğənniyə tibb işçiləri tərəfindən oxumaq və danışmaq qəti şəkildə qadağan olunub. Səs tellərində yaranan kəskin iltihab nəticəsində sənətçinin səhhəti çıxışlar ərəfəsində ağırlaşıb və ona beş dəfə adrenalin iynəsi tətbiq edilib. İfaçı hazırda iltihab əleyhinə və hormonal müalicə kursu keçir, eyni zamanda, ona üç həftə ərzində səslə bağlı tam istirahət və sərt yuxu rejimi yazılıb. Tibb mütəxəssislərinin xəbərdarlığına görə, bu qaydalara əməl edilməməsi səsin həmişəlik itirilməsi ilə nəticələnə bilər. Müalicənin gedişatından asılı olaraq, vəziyyət müsbətə doğru dəyişərsə, müğənnini aprelin 19-da yenidən səhnəyə qayıtması ehtimal olunur.

    Xatırladaq ki, bir müddət əvvəl Jony tanınmış gənc “TikTok” ulduzu Səbinə Xayrova ilə birgə “Comedy Club” proqramında görüntülənmişdi.

  • 11-12 yaşlı aktyorlar üçün fantastik qonorar: Hər bölümə 79 min dollar

    “Harri Potter”in yeni televiziya adaptasiyasında baş rolları ifa edən gənc aktyorların hər birinə birinci mövsüm üçün 500 min funt sterlinq (661 687 dollar – red.) ödəniləcək.

    Bu barədə “The Sun” məlumat yayıb.

    Xəbərə əsasən, Harri obrazını canlandıracaq 12 yaşlı Dominik Maklaflin, Hermionanı oynayacaq 11 yaşlı Arabella Stanton və Ron rolunu ifa edəcək 12 yaşlı Alastair Stout 32 min nəfərlik namizəd siyahısını geridə qoyaraq böyük gəlir əldə ediblər.

    İlk mövsümə daxil olan səkkiz bölümün hər birinə görə uşaq aktyorlar 60 min funt sterlinqdən (79 402 dollar – red.) çox qonorar alırlar. Aktyorlar artıq yeniyetməlik yaşında kifayət qədər böyük vəsait qazanmağa müvəffəq olublar.

    “Onlar yaxın gələcəkdə dünyanın ən populyar üç uşağına çevriləcəklər”, – deyə media orqanlarında qeyd olunur.

    Jurnalistlər onu da vurğulayıblar ki, “Harri Potter və Fəlsəfə Daşı” əsərinin motivləri əsasında hazırlanan birinci mövsümün ilk nümayişinin Milad bayramı ərəfəsində HBO Max platformasında baş tutacağı gözlənilir. Coan Roulinq tərəfindən yazılmış yeddi kitabın hər biri qarşıdakı onillik ərzində ekranlaşdırılacaq. Yeniyetmə sehrbazın hekayəsindən bəhs edən yeni televiziya layihəsinin çəkiliş prosesinə isə ötən ilin yay aylarında start verilib.

  • 45 yaşlı aktyor evində ölü tapıldı

    Cənubi koreyalı aktyor Li Sanq-bo dünyasını dəyişib.
     
    Median.Az xəbər verir ki, narkotik ittihamlarından bəraət aldıqdan sonra ekrana qayıdan 45 yaşlı aktyor evində ölü tapılıb.
     
    Onun meyiti ailə üzvlərindən biri tərəfindən evdə aşkarlanıb. Hüquq-mühafizə orqanları hadisədə zorakılıq əlamətlərinin olmadığını və ölümün dəqiq səbəbləri ilə bağlı araşdırmaların davam etdiyini bildirib.
     
    Qeyd edək ki, Sanq-bo 2006-cı ildə “The Invisible Man Choi Jang-soo” serialı ilə debüt edib. O, daha sonra “Man Who Dies to Live” və “Miss Monte-Cristo” kimi layihələrdə rol alıb.
     
    Aktyor 2022-ci ilin sentyabrında narkotikdən istifadə iddiaları ilə gündəmə gəlmişdi. Lakin məlum olub ki, o, depressiyadan müalicə məqsədi ilə dərmanlar qəbul edib. Belə ki, o, 2009-cu ildə valideynlərini və böyük bacısını itirdiyi qəzadan sonra depressiyaya düşüb və tək yaşayıb.
     
    Bəraət almasına baxmayaraq, bu qalmaqal onun karyerasına mənfi təsir göstərməyə davam edib. İki illik fasilədən sonra aktyor “The Elegant Empire” ilə yenidən ekrana qayıtmışdı.
    //axşam.az

  • “Bu sözüm sənətçilərin xətrinə dəyir” – Zamiq Hüseynov

    “Sənətçi formada qalmağa məcburdur. Yuxudan duran kimi 2 saat idman edirəm. Bir gün gəzintiyə çıxıram, bir gün qaçıram, bir gün isə ağırlıq qaldırıram. Hər gün idmanla məşğul oluram. İdman həyat tərzimə çevrilib”.

    Bu sözləri müğənni Zamiq Hüseynov “Qonaqcanlı” verilişində deyib.

    İfaçı sənət dostlarına formada qalmalı olduqlarını məsləhət gördükdə ondan incidiklərini bildirib:

    “Yemək də vacibdir. Sağlam qidalanmaq lazımdır. Uzun illərdir məndə də belədir. Düşünürəm, sənətçilərin borcudur ki, səhnəyə çıxanda normal formada olsunlar. Xarici ölkələrdə görürsünüz, müğənnilər özlərinə necə fikir verirlər. Bəzən deyirəm, xətirlərinə dəyir. Zəng vururlar ki, niyə belə dedin. Cavab verirəm ki, bir az yeməyinizə diqqət edin. Çalışın efirdə qəşəng görünün. O, əvvəllər idi ki, müğənnilər ancaq kök olmalıdır”. (Axşam.az)

  • “Qəzadan sonra üzüm bu hala qaldı, aktyor olma arzum bitdi”

    Meyxanaçı Vüqar Əbdülov aktyorluq fakultəsini oxusa da, meyxanaçı olmasından danışıb.

    Axşam.az xəbər verir ki, “Künc-bucaq” yutub layihəsində yer alan ifaçı bu sənətə məcbur gəldiyini deyib. O bildirib ki, avtomobil qəzasından sonra üzündə yaranan çapığa görə o sənətə getməyib:

    “Aktyor olmaq istəməyimlə qaldım. O vaxtlar meyxana ağlımdan keçmirdi, aktyor olmaq istəyi ilə universitetə daxil oldum. Qrup yoldaşlarım arasında Əməkdar, Xalq artisti oldu. Bizim bir həyətdə böyümüş kimi mehribançılığımız qalmışdı. Onlar da heyifslənirlər ki, kaş onların sırasında olardım. Avtomobil qəzasına düşdüm, üzüm deformasiya oldu. Məcbur meyxanaya üstünlük verdim. Düşündüm ki, aktyorluq üçün üzüm uyğun deyil”.