Xalq artisti və iş adamı Emin Ağalarov oğulları ilə fotosunu paylaşıb.
O, əkizləri Mikayıl və Əli ilə paylaşdığı fotoya bu sözləri yazıb:
“Atanın sahib ola biləcəyi ən gözəl şey yanında olan iki etibarlı çiyindir”.
“Mastodon” musiqi qrupunun həmtəsisçisi Brent Haynds Atlantada motosiklet qəzasında ölüb.
Bu barədə qrupunun instaqramdakı səhifəsində xəbər verilib.
“Biz hədsiz kədər və hüzn içindəyik. Brent Haynds dünən gecə faciəvi hadisə nəticəsində dünyasını dəyişib”, – paylaşımda deyilir.
Yerli xəbər agentliyi “Atlanta News First” məlumat verib ki, Haynds “Harley Davidson” motosikletinin yolsuzluq avtomobili ilə toqquşması nəticəsində ölüb.
//report
Britaniyanın “The Beatles” rok qrupunun yeni “Anthology 4” albomu “Liverpul dördlüyü” haqqında sənədli film seriyasının genişləndirilmiş versiyası ilə birlikdə payızda buraxılacaq.
Bu barədə musiqiçi Pol Makkartni “Instaqram” səhifəsində məlumat paylaşıb.
“The Beatles”in öz sözləri ilə hekayəsi. “Anthology 2025” – musiqi, kitab və “Disney+”da seriya bu ilin payızında işıq üzü görəcək”, – deyə bəyanatda bildirilir.
“Sky News” telekanalının məlumatına görə, albom mahnıların, seans yazılarının və əvvəllər yayımlanmamış treklərin 13 demo versiyasından ibarət olacaq.
Yeni albom 1995-1996-cı illərdə “Anthology”nin ilk üç hissəsinin buraxılmasından təxminən 30 il sonra işıq üzü görəcək.
Həbsdə olan müğənni Rəqsanə İsmayılovanın əri Fazil Əmiraslanovun ifadəsi alınıb.
Median.Az Lent.az-a istinadən xəbər verir ki, polisə çağırılan Fazil Əmiraslanov istintaqın suallarını cavablandırıb.
Qeyd edək ki, müğənni Rəqsanə İsmayılovadan şikayətçi olan Gündüz Məmmədov ötən gün videomüraciət yayıb.
Şikayətçi 520 min dolları şəxsən Rəqsanə İsmayılova və həyat yoldaşı Fazil Əmiraslanova verdiyini açıqlayıb.
“Mən video materiala baxmışam və məlumat verim ki, həmin şəxs iş üzrə zərərçəkmiş qismində tanınmayıb.”
Median.Az bildirir ki, bu sözləri Rəqsanə İsmayılovanın vəkili Hikmət Əliyev APA-ya açıqlamasında bildirib.
“Həmin şəxs iş üzrə zərərçəkən qismində tanınmayıb: Bildiyim qədəri ilə adı iş üzrə şahid qismində keçir. Hərbir halda videoda səslənən məqamları Rəqsanə xanım qəbul etmir və həqiqətə uyğun hesab etmir. Hazırda istintaq davam etdiyindən hadisənin detalları barədə açıqlama vermək istəmirəm, çünki bu, istintaq sirrinin pozulmasına səbəb ola bilər. Əminəm ki, istintaqın gedişi nəticəsində bütün məsələlər tam şəkildə aydınlaşdırılacaq və yekunda ədalətli qərar qəbul ediləcək.”
Qeyd edək ki, avqustun 16-da Sabunçu rayonunda polis əməkdaşlarının vətəndaşlardan daxil olan şikayətlər əsasında həyata keçirdikləri tədbirlər nəticəsində dələduzluq etməkdə təqsirli bilinən 1979-cu il təvəllüdlü İsmayılova Rəqsanə İsmayıl qızı saxlanılıb.
Araşdırmalarla müəyyən edilib ki, o, iki nəfər zərərçəkən şəxsin ümumilikdə 35.000 manat dəyərində qızıl-zinət əşyalarını və 520.000 ABŞ dolları məbləğində pulunu dələduzluqla ələ keçirib.
Qeyd edilən faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin xüsusilə külli miqdarda ziyan vurmaqla dələduzluq etmə maddəsi ilə cinayət işi başlanılıb və R.İsmayılova təqsirləndirilən qismində saxlanılaraq istintaqa cəlb olunub. Onun barəsində məhkəmənin qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.
“Eniqma Nortenyo” musiqi qrupunun qurucusu olan müğənni Ernesto Baraxas Meksikanın qərbində yerləşən Xalisko ştatında naməlum şəxslər tərəfindən güllələnib.
Bu barədə “Milenio” qəzeti məlumat yayıb.
Bildirilir ki, bundan əvvəl ifaçı yerli karteldən təhdidlər alıb. 2023-cü ildə onun qrupunun konserti ulduzun həyatı üçün təhlükə səbəbindən ləğv edilib.
İlkin məlumatlara görə, Baraxas adı açıqlanmayan digər kişi ilə birlikdə avtomobilə minmək istəyərkən silahlı hücum zamanı öldürülüb. Hazırda polis araşdırma aparır.
“Eniqma Nortenyo” qrupu 2004-cü ildə yaradılıb. Son illər, xüsusilə ABŞ-də tanınıb və uğurlar qazanıb. Qrupun mahnıları radioda səslənib.
Qrupun rəsmi sosial şəbəkəsində bir milyondan çox izləyicisi var.
Həbsdə olan müğənni Rəqsanə İsmayılova xərçəng xəstəliyindən əziyyət çəkirmiş.
Bu barədə onun qızı, ifaçı Aysun İsmayılova “Instagram” hesabında məlumat verib.
O bildirib ki, anası onkoloji xəstəliklə mübarizə aparır.
Qeyd edək ki, Rəqsanə İsmayılova vətəndaşların 35 min manat dəyərində qızıl-zinət əşyalarını və 520 min ABŞ dolları məbləğində pulu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunur.
Müğənni barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Amerikalı rejissor və ssenarist Kventin Tarantino şəxsi yaradıcılığının ən dəyərli işlərini açıqlayıb və niyə yeni layihədən imtina etdiyini izah edib.
“The Church of Tarantino” podkastında ikiqat Oskar mükafatı laureatının sözlərinə görə, onun sevimli filmi “Bir zamanlar… Hollivudda”dır. Özünün ən yaxşı işi kimi “Şərəfsizlər dəstəsi”ni qiymətləndirib, “Kill Bill”i isə yalnız özü çəkə biləcək film adlandırıb:
“Düşünürəm ki, “Kill Bill” mənim doğulma səbəbim olan filmdir. “Şərəfsizlər dəstəsi” mənim zirvəmdir, amma “Bir zamanlar… Hollivudda” qəlbimdir”, deyə Tarantino vurğulayıb.
Ssenarilər barədə danışarkən rejissor əlavə edib ki, ən güclü mətni “Şərəfsizlər dəstəsi”dir. Onun fikrincə, “Nifrətlilər səkkizliyi” və “Bir zamanlar… Hollivudda” da ən yaxşı işlər sırasındadır. Xüsusilə “Nifrətlilər səkkizliyi”ni rejissorluq baxımından ən uğurlu işi hesab etdiyini bildirib.
Niyə yeni filmə başlamadı?
Tarantino sevimli əsəri olmasına baxmayaraq, “Bir zamanlar… Hollivudda”nın davamını çəkmək istəməyib. “Netflix” üçün nəzərdə tutulan “Kli̇ff Butun sərgüzəştləri” filmini rejissor Devid Finçer ekranlaşdıracaq. Tarantinonun sözlərinə görə, onun sonuncu filmi tanış hekayənin davamı yox, yeni və naməlum istiqamət olmalıdır: “Son filmim məni bilinməzliyə aparmalıdır. Yenidən nə etdiyimi bilməməliyəm”.
Bundan başqa, Tarantino uzun illərdir müzakirə edilən “Kinotənqidçi” layihəsindən də imtina etdiyini təsdiqləyib. O bildirib ki, bu film əvvəlki işlərini çox xatırladır və yaradıcılıq baxımından yeni çağırış təqdim etmir.
Tarantinonun kinematoqrafiya yolu
Los-Ancelesdə böyüyən Tarantino gənclik illərində videoprokatda işləyərək yüzlərlə film izləyib. Onun rejissor debütü 1992-ci ildə “Quduz itlər” filmi ilə olub. İki ildən sonra isə “Kriminal qiraət” ona həm Qızıl Palma Budağı, həm də Oskar qazandırıb və dünya şöhrəti gətirib.
Tarantinonun filmləri qeyri-xətti süjet quruluşu, uzun dialoqlar, qara yumor, parlaq zorakılıq səhnələri və kino tarixinə istinadlarla seçilir.
Ən məşhur filmləri bunlardır:
* “Quduz itlər” (1992)
* “Kriminal qiraət” (1994)
* “Ceki Braun” (1997)
* “Kill Bill” (2003–2004)
* “Ölüm sübutu” (2007)
* “Şərəfsizlər dəstəsi” (2009)
* “Canqo azad oldu” (2012)
* “Nifrətlilər səkkizliyi” (2015)
* “Bir zamanlar… Hollivudda” (2019)
Rejissor iki dəfə Oskar, Qızıl Palma Budağı, BAFTA və Qızıl Qlobus mükafatları qazanıb. O dəfələrlə bildirib ki, yalnız 10 tammetrajlı film çəkəcək və karyerasını zirvədə tamamlayacaq. Hazırda onun film siyahısında doqquz iş var, sonuncu layihə isə hələ də sirr olaraq qalır.
//qaynar.az

“Miss Universe Cuba 2025” gözəllik yarışmasının qalibi, yəni bu il Kubanı “Miss Universum” yarışmasında təmsil edəcək 22 yaşlı Lina Luases tənqidlərlə məruz qalıb.
“Qafqazinfo” bu barədə “Latin Times”a istinadən xəbər verir.
Nəşr yazır ki, Kuba 60 ildən çoxdur ki, beynəlxalq gözəllik yarışmalarına qatılmırdı. Ən gözəl kubalı qız yalnız 2024-cü ildə seçilməyə başlanıb.
Bu seçimlər Kubada deyil, çox sayda Kuba əsilli insanın yaşadığı ABŞ-nin Mayami şəhərində keçirilib. Bu il qalib olan 22 yaşlı Lina Luases də ABŞ-də yaşayır.
Qalmaqala onun mənşəyi səbəb olub. Kubada Luasesin ölkəni təmsil etmək hüququ olduğuna şübhə edirlər.
Kuba qəzetləri onun Mayamidə doğulduğunu, heç vaxt təmsil olunduğu şəhərdə olmadığını və ispan dilini yaxşı bilmədiyini yazır.
Tənqidçilər hesab edirlər ki, bu səbəbdən onun ölkəni təmsil etməsi düzgün sayılmır.
Qeyd edək ki, “Miss Universe” beynəlxalq gözəllik müsabiqəsinin finalı noyabrın 21-də Banqkokda keçiriləcək.
Aktyor Azər Axşam növbəti mövsümdə yeni kanalda tamaşaçı qarşısına çıxacaq.
Axşam.az xəbər verir ki, aktyor “Komedixana”da rol alacaq. Bu haqda A.Axşam özü məlumat verib. O bildirib ki, “Xəzər TV”də efirə çıxacaq.
Azər əlavə edib ki, ATV-də yayımlanan “Qız atası” serialında da rolunu davam etdirəcək.