Category: Şou Biznes

  • Sərxan sosial şəbəkə istifadəçilərini təhqir etdi: “Hamısı …” – VİDEO

    “Maşın şou”da qalmaqallı anlar yaşanıb.

    Şounun iştirakçısı Sərxan Kərəmoğlu sosial şəbəkə istifadəçilərini təhqir edib.

    O deyib ki, sosial şəbəkədən istifadə edən insanlar ciddi sayıla bilməz: “Onlar hamısı küçədə restoranların qabağından keçib, wifi axtaranlardır. Sosial şəbəkədə olan insanlar mənə lazım deyil”

    Həmin görüntüləri təqdim edirik:
    //azxeber.com

  • Aydan Axundzadə: Tribunaya çıxmağa hazır deyildim – VİDEO

    “Maşın şou. Hind kinosu”nun bugünkü buraxılışında qadın iştirakçıların sıraları daha da seyrəlib.

    OAktrisa Aydan Axundzadə layihəni tərk edib.

    Gizli səsvermədə üç iştirakçı aktrisaya səs verib. Öz növbəsində A.Axundzadə kimə qarşı oynayacağını sonadək açıqlamayıb. Bu isə həmişə riskli olur.

    Əgər bu fənd dünən Xose Bernardonun işinə yaradısa, yenidən alınacağına təminat yox idi. Bu gecə səs-küylü idi, lakin göz yaşları olmadı.

    Xəyalə Quliyeva ilə Nazilə Səfərli arasında münaqişə yetişməkdə idi. Bunun nə ilə nəticələnəcəyini indidən demək çətin olsa da, bir-biri ilə mübarizə aparan qruplaşmaların münaqişəsi olduğunu istisna etmək olmaz. Ya da bəlkə, komanda üzrə tərəfdaşların incə oyunudur.

    İştirakçılar A.Axundzadəyə dəstək verməyə çalışıblar. Taleh Yüzbəyov jestlərlə pərəstişkarlarını aktrisaya səs verməyə çağırıb. Lakin aydın idi ki, Aydan lazımi səs yığa bilməyəcək.

    Və budur, SMS səsvermənin nəticələri elan olunur. Aydanın layihədə qalmasının əleyhinə tamaşaçıların 58,25 faizi səs verib.

    “Şoudan çıxmağa namizəd olmağım mənim üçün gözlənilməz oldu. Mən tribunaya çıxmağa hazır deyildim. Lakin əvvəlcədən dediyim kimi, əgər hər şey planım üzrə getməsə, rəqibimin adını açıqlamayacağam. Belə də etdim”, – deyə A.Axundzadə bildirib.

    Aktrisa Nazilə Səfərlinin adını niyə açıqladığını da söyləyib:

    “Çünki hesab edirəm ki, o, güclü rəqibdir və mənimlə ciddi rəqabət apara bilərdi”.

    Aydan maşının Ramil Nabrana qismət olmasını istədiyini də dilə gətirib.

    Nazilə Səfərli isə öz emosional durumundan şikayət edib. O bildirib ki, bu cür davam etsə, özü əlini avtomobildən çəkəcək.

    “Mənə çətindir”, – deyə o vurğulayıb.

    Saat 22:00-da ATV kanalında yayımlanacaq “Maşın Şou. Hind kinosu”nu qaçırmayın.

  • Röya Aygündən danışdı: Minin, arxamca gəlin – VİDEO

    Bir məclisdə səhvən otağıma girdi. Dəvət etdim, özümüz üçün yedik-içdik. Bu, iki il bundan əvvəl baş verib. Mən hər zaman o xanıma salam vermişəm, salamımı da alıb. Düzdür, arada salamımı almır, cici qızdır, yola verin getsin.

    Bunu Əməkdar artist Röya Ayxan ARB TV-nin “Show News” proqramında Xalq artisti Aygün Kazımova ilə bağlı danışarkən deyib.

    Röya Ayxan “Altın Kelebek” mükafatı barəsində danışarkən bu mükafatı ilk özünün almasını da xatırladıb.

    “Mən təcili yardım maşınıyam. Minin, arxamca gəlin. Aygün xanım layiq idi, bundan sonra kim olacağını isə bilmirəm. Bizdən sonra istərdim ki, muğam ifaçıları mükafatlandırılsın”.

  • Televiziya aparıcılarının leksik norma səhvləri açıqlanıb – Siyahı

    Azərbaycanın televiziya kanallarının qeyri-xəbər proqramlarında aparıcıların dilində qeydə alınmış ədəbi dilin leksik normasının pozulması faktları açıqlanıb.

    Median.Az-ın “Report”a istinadən xəbərinə görə, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında Milli Televiziya və Radio Şurasının apardığı monitorinqlərin nəticələri haqqında hesabatda bildirilib ki, “Space” televiziya kanalında yayımlanan “El bizim, sirr bizim” verilişinin aparıcısı Elçin Əlibəyli “dəb minibdir (dəb düşübdür/ hal və ya xüsusiyyət dəbə minibdir), “Bə (Bəs)”, “nətə:r (necə)”, “Azərbaycan dili gəlirsə (işlənirsə)”, “Xəbərlərə ayrılırıq (keçirik)”, “düppələmdüz (dümdüz// düpdüz)”, “Əşi (“A kişi” sözünün danışıqda işlənən ixtisar şəkli) xoş gəlməsinlər”, “Yaxşı, yazın üstündən ki, rədd olsun. (qaba söz, mədəni danışıqda işlənməsi münasib sayılmayan)” və s. kimi səhvlər edir.

    “Qarşı-qarşıya” verilişinin aparıcısı Vüqar Azəroğlu “hədiyyələrimiz olacağ” (təqdim olunacaq) və s. kimi səhvlər edir.“Qarşı-qarşıya” verilişinin aparıcısı Elşad Yusubov “Xalçalar müdhiş (təmiz/tərtəmiz) olmalıdır”, “üç KAMAZ kubik (daş// kub daşı) daşımısan”, yünnərim (gün – dialekt, șivə danışıq tərzi) və s. kimi səhvlər edir.

    “Banu” verilişinin aparıcısı Günel Həsənzadə “Bu günnəri (gün) sanılı dəyqələr (sayılı dəqiqələr) qalib. (dialekt, şivə danışıq tərzi)”, “nətər” (necə) və s. kimi səhvlər edir.

    “Praym-şok” verilişinin aparıcısı Çingiz Əhmədov “Arabasına (maşınına)”, “hələm-hələm” , “əlbisə”, “balaca ifa elə (bir az)” və s. kimi səhvlər edir.

    “Sevimli mahnı-deyişmə” verilişinin aparıcısı Mikayıl Güləddinoğlu “İlk ifanı kimdən alacıyıx (dinləyəcəyik)”, “ad günüdür (doğum günüdür)” və s. kimi səhvlər edir.

    Hər səhər” verilişinin aparıcısı Anar Vaqifoğlu (Orucov) “rəngarəng (maraqlı//sevilən//dəyərli) qonağlarla təmas yaratmaq (ünsiyyətdə olmaq)”, “indiyiski (hindsayağı)”, “çaşkaları (fincanları)”, “şapitdər (çəkələk)”, “lumunu (limonu)” və s. kimi səhvlər edir.

    “Çarə” verilişinin aparıcısı Fikrət Musayev “Büyün (Bu gün)”, “dayaq-oynağ (dayaqhərəkət olmalıdır)” və s. kimi səhvlər edir.

    “ATV” televiziya kanalında yayımlanan “10-dan sonra” verilişinin aparıcısı Əkbər Əlizadənin nitqində işlənən “Beş yaşında məni apardılar qarmona yazdırmağa” cümləsində nitqin dəqiqliyi pozulub, cümlə “Beş yaşında məni qarmonda çalmağı/ifa etməyi öyrənməyə apardılar”- formasında olmalı idi. “Bu görüntülər Gürcüstanda qeydə (lentə) alınıb” cümləsində isə söz mənasına uyğun işlənməyib. Həmçinin nitqində “gətirilən o yeni elementlər, bir ba:laca, bizim gözümüzü vurur (təhriflər gözümüzə dəyir) ”, “Bax e, döşəyləri (döşəkçələri) də götürüb qoyublar” və s. kimi səhvlər edir.

    “Həkimsən” verilişinin aparıcısı İlhamə Bədəlovanın nitqində işlənən “Bir tamaşaçı var, Ərtoğrul doktor, icazənizlə telefon alım(icazənizlə telefon zənginə cavab verim.)”- cümləsində nitqin dəqiqliyi pozulub. Aparıcı “Hər zaman təqibdə saxlayn özünüzü. (Hər zaman səhhətinizi nəzarətdə saxlayın.)”, “özətliyim” (məlumat verim) , “çocuğu” (uşağı), “əmzirib” (əmizdirib), “hiç” (heç) və s. kimi səhvlər edir.

    “5 gəlin” verilişinin aparıcısı Mətanət Əliverdiyeva danışığında “Mən də sevirəm yumurtanı. İstəyir qayqanağ, istiyir suda bişmiş, istəyir, nə bilim, qlazok (gözcük), istəyir amlet, yəni müxtəlif növlərdə biz yumurtadan yeməklər hazırlıya bilərik”, “işə mane olmamaq şərtilə (üçün) mən sizi tərk edirəm”, “bir kepka (günlük) qoyur başına”, “Deməli belə, göyərtilərdən buna yalnız cəfəri gedəcək (qatılacaq//doğranacaq// əlavə ediləcək)”, “Qışda da öz zövqü var, yayda da öz zövqü (ləzzəti) var samavar çayının. (sözün mənasına uyğun işlənməməsi)”, “Herba Flora bizi düşünərəy komponentləşdirilir (komplektləşdirilir)” və s. kimi səhvlər edir.

    “Salamlar” verilişinin aparıcısı İslam Mehrəliyev “O boji boji, mama, gəl gedəy ÇUMA”, “ çıqqıdı, çıqqıdı” və s. kimi səhvlər edir.

    “Zaurla Günaydın” verilişinin aparıcısı Zaur Baxşəliyev “Evimiz nətə:rdi (necədi)”, “Uşaqlar, iqra (oyun) oynayarıq”, “Dünyanın ən krasavçik (gözəl/göyçək/yaraşıqlı)”, “Zvanokunuz (Zənginiz) xarab olmuyufdu ki?”, “sizin kafanızın (başınızın)” və s. kimi səhvlər edir.

    “Ana-bala” verilişinin aparıcısı Dr. Aytən İsmayılzadə “Əsasən də, Türkiyə laboratoriyalarında da edilir bu food (qida) testlər. Bir 220 daha üzəri (artıq) qidalara qarşı bədənin tolerantligini (dözümlülüyünü) göstərən….” və s. kimi səhvlər edir.

    “Bağ mövsümü” verilişinin aparıcısı Murad Əzimzadə “Belə üzə düşmüş kimi demirəm (üzünə demək olmasin) (qondarma ifadə)” və s. kimi səhvlər edir.

    “Zərif qəhrəman” verilişinin aparıcısı Fatma Bağırova qatqısı (xeyri), verə (edə) biləcəyimiz kömək və s. kimi səhvlər edir.

    “Çimərlik voleybolu” verilişinin aparıcısı şərhçi Sənan Şəfizadə “rahatlığla (zərbə ilə, asanlıqla) Nurkan topu oyuna daxil edir”. “İkinci tur həmən (dərhal) başlasın” və s. kimi səhvlər edir.

    “İTV” televiziya kanalında yayımlanan “Din və Cəmiyyət” verilişinin aparıcısı Ceyhun Əliyev “hansısa dini düşüncəyə yön verməsi(üstünlük verməsi)” və s. kimi səhvlər edir.

    “Çətin sınaq” verilişinin aparıcısı Çimnaz Ağakişiyeva, Pərvanə İsmayılova “günlərin bir günündə(birində)”, “keçmişə vida (əlvida) deyib”. və s. kimi səhvlər edir.

    “Xəmsə” verilişinin aparıcısı Tural Dadaşov “Düzgün versiya var idi, Sumqayıt komandasından, ancaq risk gəlmədi (risk eləmədi). (söz kontekstə uyğun işlənməməsi)”, “ovçu mənalarına gəlir(uyğundur)” və s. kimi səhvlər edir.

    “El sənəti” verilişinin aparıcısı Füzuli Bayat “daşoymacılığı(daşoyma) sənəti”, “ulaşmış (çatmış)” və s. kimi səhvlər edir.

    “Yadigarlar” verilişinin aparıcısı Bəhruz Niftəliyev “ xanım müsafir” və s. kimi səhvlər edir.

    “Film Media” verilişinin aparıcısı Turanə Allahverdiyeva prestijli (nüfuzlu) və s. kimi səhvlər edir.

    “Xəzər” televiziya kanalında yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı Tarix Əliyev “Şvetsariya (İsveçrə)”, “vaapşe (ümumiyyətlə)”, “onların üzərinə gəlməsi (sıxışdırması)”, “papa(Ata)”, “Çünki niyə (niyə görə)”, “gic-gic yazılar (mənasız)” və s. kimi səhvlər edir.

    “Nuş olsun” verilişinin aparıcısı Ağakərim – “araxis ( yer fistığı)”, “setka(tor)”, “sağlam (faydalı) çörək”, “opara (buğlama) üsulu ilə”, 2çörək (xəmir; çörək yoğrulmur, xəmir yoğrulur) yoğurmaq”, “göyü(göyərti) sanballı (çox) qoyulur”, “mətbəxinizi daha peşəkar edin(rahat edin)” və s. kimi səhvlər edir.

    “5 də 5” verilişinin aparıcısı Zaur Kamal “rahat (arxayın) şəkildə”, “keyfiyyətli məktəb arzuları(ləvazimatları)”, “keyfiyyətli şirkət(keyfiyyətli məhsulları ilə tanınan)” və s. kimi səhvlər edir.

    “O başdannan” verilişinin aparıcısı Çiçək Vakkas “aşkım”, “prinsessam(şahzadəm)2, “krupnı(böyük məbləğdə)” və s. kimi səhvlər edir.

    “O başdannan” verilişinin aparıcısı Müşfiq Şahverdi “alə”, “qaqa”, “yevro(avro)”, “şotuna(hesabına)”, “uje (artıq)”, “podarka-zad(hədiyyə)”, “məzə(məzəli)”, “zakaz(sifariş)”, “yalandan kimi(yalana oxşar)”, “yeridi getdi(çıxdı getdi)” və s. kimi səhvlər edir.

    “Harmoniya” verilişinin aparıcısı Ülviyyə Allahverdiyeva “fit görünmək (formada olmaq)” və s. kimi səhvlər edir.

    “Könül dünyamız” verilişinin aparıcısı Səyyarə Səyyaf “hər itirdiyimizdə bir az qalığımız qalır(parçamız/hissəmiz qalır)”, “sizi yerinizə alıram”, “sözü kəskin vurğulayandır(deyəndir)” və s. kimi səhvlər edir.

    “Xəzər səhər” Həmid Herisçi verilişinin aparıcısı “Sualımız çox qətidir(dəqiqdir)”, “Səmimiyyət tələb eləyirik(gözləyirik)”, “xatirəsindədir(xatirindədir)” və s. kimi səhvlər edir.

    “Səni Axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı “məndən çölü(studiyanın xarici)”, “sumka(çanta)”, “yürüyüş(gəzinti)”, “Uşaqlara pinə(tənə) etməyin” və s. kimi səhvlər edir.

    “ARB” televiziya kanalında yayımlanan “Səhər-səhər” verilişinin aparıcısı Əli Mirəliyev “Sən öləsən, Qanın getdi (loru ifadə)”, “damar oxumaq”, “şot(hesab)”, “sən mazlama(ört-basdır etmə)” və s. kimi səhvlər edir.

    “Səhər-səhər” verilişinin aparıcısı Elgiz Əkbər “qəşəng risk”, “Döşəyin gəlsin (loru ifadə)”, “mətbuatda çox böyük(geniş) yazıldı” və s. kimi səhvlər edir.

    “Düz bazar” verilişinin aparıcısı Rövşanə Bektaşi “5 dənə (nəfər) kişi”, “povestka(çağırış vərəqi)”, “pıçıltını (qeybətini) danışırlar”, “xanım xatın bir şeydir(qadındır)”, “mamlı-matan(loru danışıq elementi)”, “mama(ana)”, “papa(ata)”, “neujelni(görəsən, yəni)”, “nə təhər(necə)”, “şortik məsələsi partladı(söz-söhbətə, müzakirələrə səbəb oldu)”, “tutan (bəyənilən) mahnı” və s. kimi səhvlər edir.

    “Ev gördü” verilişinin aparıcısı Şaiq Ağayev “Ürəyim çıxır”, “provalar”, “şirinlik elədik(əlində tort gətirərkən deyir)”, “maraqlı gələr(olar)”, “yazıb-töküb” və s. kimi səhvlər edir.

    “Pəncərə” verilişinin aparıcısı Rahil Sayadoğlu “həvəsdən düşməyin, bir az da güc verin, alınacaq sizdə” və s. kimi səhvlər edir.

    “Çıxış yolu” verilişinin aparıcısı Afət Rahilqızı “qarantiya (zəmanət, təminat) vermirik”, “hər şey yaxşı düzələcək”, “sadə (sadəcə) təsəlli verirlər” və s. kimi səhvlər edir.

    “Lider” televiziya kanalında yayımlanan “Təmir menyusu” verilişinin aparıcısı Elçin Qorçuyev “təmir tam hazırdır(bitib)”, “mükəmməl yapışıb(boya yapışmaz yayılar, yaxılar)” və s. kimi səhvlər edir.

    “Qum saatı” verilişinin aparıcısı Elçin Cahangirli “ləzginka verdi(səsləndirdi)”, “musiqiyə(söhbət mahnıdan gedir) qulaq asaq”, “bir azdan olacaq (gələcək) qonaqlarım” və s. kimi səhvlər edir.

    “Adını sən söylə” verilişinin aparıcısı Səbuhi Zaman “musiqiçilərə təşəkkür edirik bizi müşahidə (müşayiət) etdiklərinə görə”, “Bunun böyük əsası(səbəbi)” və s. kimi səhvlər edir.

    “Solo” Murad Arif “ sən qınaq səbəbi (obyekti) ola bilərsən”,”tutan (sevilən, bəyənilən) mahnı”, “gözlərim doldu (yaşardı)”, “həyatımızın bəlli bir mövsümü (mərhələsi)” və s. kimi səhvlər edir.

  • “Maşın şou”nu tərk edən Nərgiz ağladı – FOTO

    “Maşın şou. Hind kinosu”nu tərk etməyə namizəd olan Nərgiz Əliyevanın layihədəki taleyini SMS-səsverməsi həll edib.

    Öz rəqibi kimi Nazilə Səfərlini gördüyünü deyən Nərgizin zəif bəhanələri səsvermənin ümumi nəticəsinə təsirsiz ötüşməyə bilməzdi.

    Nazilə Səfərlinin özünə əminliyi isə onu göstərirdi ki, biz nələrisə bilmirik. Və budur şounun aparıcısı Murad Dadaşov səsvermənin nəticələrini elan edir: tamaşaçıların 54,10 faizi Nərgizin şounu tərk etməsinə səs verib.

    Nərgiz sağollaşanda, göz yaşlarını saxlaya bilməyib. O, qızı üçün çox darıxdığını və onu tez qucaqlaya biləcəyi üçün sevindiyini deyib.



    //oxu.az

  • Mina Hüseyn “Maşın şou”nu tərk etdi: Özüm gedirəm!

    “Maşın şou. Hind kinosu”nda hadisələr gözlənilməz istiqamət alıb.

    Tamaşaçıların 51,01 faiz səsini yığan Mina Hüseyn heç kimin gözləmədiyi halda şounu tərk etdiyini açıqlayıb.

    “Özüm gedirəm” deyən Minanın qərarı hamını təəccübləndirib.

    Qeyd edək ki, Mina bundan əvvəl şoudakı taleyinin tamaşaçıların ümidinə qalacağı təqdirdə, rəqibi qismində Sərxan Kərəmoğlunu seçəcəyini bildirsə də, son anda rəqib kimi Taleh Yüzbəyovu seçib.

    Gözlənilməzlik “Maşın şou. Hind kinosu”nun ikinci adıdır.
    //oxu.az

  • “Maşın Şou”da gizli plan – Ayselin gedişinin əsl səbəbi BİLİNDİ

    Dünən “Maşın” şouda səsvermədə uduzaraq yarışmanı tərk edən aparıcı-aktrisa Aysel Nazim bu gün Türkiyəyə gedib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Ayselin proqramdan ayrılması qabaqcadan planlaşdırılıb. Belə ki, o, bir neçə gün əvvəl Türkiyə biletini alıb, daha sonra “Maşın”a qatılıb.

    Buna səbəb isə Ayselin İstanbulda təşkil etdiyi mükafat mərasimidir. Aparıcı sabah baş tutacaq tədbirdə iştirak etmək üçün bu gün Türkiyəyə gedib.

  • Şou-biznesin iki küsülü məşhuru barışdı

    Şou-biznes aləminin Azərbaycanda çox sevilən iki küsülüsü barışıb.

    Söhbət hər kəsin Fəlakət obrazı ilə tanıyıb, sevdiyi aktyor Elşən Orucov və müğənni Röya Ayxandan gedir.

    Barışıq üçün ilk addımı Elşən Orucov atıb. O, öz “Instagram” səhifəsində Röya ilə şəkillərini paylaşaraq “Röya, nə var, nə yox?” deyə şərh də yazıb.

    Qeyd edək ki, məşhurların küsülü olmasının səbəbi bilinməsə də, aralarındakı soyuqluq bir neçə ildir davam edirdi.

  • Əkiz bacılar: Brilliant Dadaşova yaşını azaldır – VİDEO

    Azərbaycan şou-biznesinin məşhur əkizləri Sevil və Sevinc Səfərovalar “ATV maqazin” proqramında qonaq olarkən maraqlı açıqlamalar veriblər.

    Proqramın üç dəqiqəlik sorğu-sual rubrikasında onların verdikləri cavablar yeni qalmaqalın əsasını qoyacaq şəkildə olub.

    Belə ki, onlar yaşını azaldan ulduzlar sualına cavab olaraq Brilliant Dadaşovanın adını çəkiblər:

    “Deyirlər ki, Brilliant Dadaşova şəxsiyyət vəsiqəsində yaşını azaldıb. Elə eşitmişik”.

    Bundan əlavə, qızlar avtomobillə qayda-qanunları pozduqlarını, imtahana gedərkən yerlərini dəyişdiklərini, sevgililərinin onları dəyişik saldıqlarını etiraf ediblər.

  • Sərxan Kərəmoğlu: “Kişilikdən danışırsan, lənət olsun o kişiliyə” – VİDEO

    “Maşın şou. Hind kinosu”nun iştirakçısı Sərxan Kərəmoğlu “kişilik”dən danışıb.

    O, əsas tutduğu prinsipin “Ya sus, ya yalan danışma” olduğunu bildirib.

    “Öz yalanı ilə məni səhv olan istiqamətə yönəltmək lazım deyil. Bu, kişilik deyil. Lənət olsun o kişiliyə. Yalan olan kişilikdə mən yoxam”, – deyə o bildirib.

    Mansur Şərif isə yaltaqlanmağın əleyhinə olduğunu deyib.