Category: Şou Biznes

  • Aygünün arxiv görüntüləri yayıldı – VİDEO

    Xalq artisti Aygün Kazımovanın arxiv videosu ortaya çıxıb.

    Median.Az qafqazinfo-az saytına istinadən xəbər verir ki, müğənninin həmin görüntüləri sosial şəbəkələrdə paylaşılıb.

    Qeyd olunub ki, A.Kazımovanın sözügedən kadrları 25 il bundan əvvələ aiddir.

    Videodan görünür ki, o, Azərbaycan Televiziyasında (AzTV) hərbçilərəin qarşısında çıxış edir.

  • Xalq artisti 25 ildir doğum gününü qeyd etmir

    Ötən günü Xalq artisti Flora Kərimovanın 77 yaşı olub.

    Sənətçi bununla bağlı “Instagram” hesabında paylaşım edib və 25 ildir doğum günü keçirmədiyini yazıb:

    “Bilirsiniz, bu gün həm də Ağdamın işğal günü idi. Gün ərzində çoxsaylı təbriklərinizi qəbul etdim, hər birinizə diqqətiniz üçün təşəkkür edirəm, ancaq doğum günüm Ağdamın işğal gününə təsadüf edəndən bəri qeyd etmirəm. Bunu özümə yasaq etmişəm.

    Ad gününü qeyd etmək üçün insanın gərək ruhu sevinsin. 25 ildir ki, bu hissləri yaşaya bilmirəm. Ona görə də hər il 23 iyulu adi günlərdən biri kimi keçirirəm. Mənim üçün 23 iyul təqvimdə yoxdur. Belə bir gündə yaş günümü qeyd etmək mənə yaraşmaz.

    Ağdamın azad olunmasını gözləyirəm. Bax, onda elə bir bayram edəcəyəm ki, səsi hər yana yayılacaq. İnşallah, o günü görəcəyəm, buna inanmaq istəyirəm”./oxu.az

  • Elzadan yeni şeir: “Yaz, yaz, vals, vals…” – FOTO

    “Vals, vals, vals…”

    Əməkdar artist Eıza Seyidcahan stilist Anar Ağakişiyevi doğum günü münasibəti ilə təbrik edib və ona şeir həsr edib.

    Müğənni “Vals” adlanan şeirində stilistə ən xoş arzularını çatdırıb.

  • Üç dəfə ərdə olan Flora Kərimovadan şok gizlinlər: “Kiminsə ərini zorla özümə sevdirməmişəm ki…” – VİDEO

    Azərbaycan estradasının canlı əfsanəsi Flora Kərimovanın doğum günüdür.

    Təkraredilməz səs tembrinə və ifa tərzinə malik xalq artisti 60 ilə yaxındır ki peşəkar səhnədədir. Flora Kərimova keçdiyi sənət yolunda möhürünü vurduğu mahnılarla milyonların ürəyini fəth edib.

    23 iyul Ağdamın işğal günü olduğundan, sənətkar neçə illərdir doğum gününü qeyd eləmir.

    Bununla belə, xalq artisti doğum günündə Yenicag.az-ın suallarını cavablandırıb.

    Ərlərinin keçmiş həyat yoldaşlarından, xəyanətdən danışan xalq artisti kinli qadın olduğunu, heç vaxt onu yaralayan insanları bağışlamadığını deyib. Sənətkar “hətta övladımı belə bağışlamaram” deyə vurğulayıb.

    Şəxsi həyatı ilə bağlı şok açıqlamalar verən F.Kərimova gizlinləri açıb-töküb.

    Keçmiş həyat yoldaşlarının hansını daha çox sevib, ona xəyanət ediblərmi, xoşbəxt qadındırmı? Həyat yoldaşlarını yanında saxlamaq üçün hansısa addımlar atıbmı?

    Bütün bu sualların cavabını videodan izləyin.
    //yenicag.az

  • Afaq Aslanın masaj salonunda çılpaq FOTOsu yayıldı

    Azərbaycanlı müğənni Afaq Aslanın daha bir qalmaqallı fotosu yayılıb.

    Açıq-saçıq fotoları ilə gündəmə gələn ifaçı bu dəfə mesaj salonundan fotosunu paylaşıb.

    Onun bu fotosu heç də birmənalı qarşılanmayıb. Fotoya görə Afaq Aslanı biabır edənlər də olub.

  • Açıq-saçıq fotoları ilə seçilən Səmra: Mənim həyatım mənə məxsusdur – FOTO

    “Еurovision–2016” təmsilçimiz Səmra Rəhimli təkcə ifasını deyil, gözəlliyini də nümayiş etdirməyi sevir.

    Sənətçi yeni fotosessiyasında da bu ənənəsinə sadiq qalıb.

    Həmişə olduğu kimi, bu dəfə də tənqidlərə məruz qalacağını düşünən Səmra, fotoya bu şərhi verib:

    Açıq-saçıq geyimlərdə klip çəkdirən və fotosessiyalar etdirən ifaçı məruz qaldığı tənqidlərə belə reaksiya verib:
     
    “Azad olmağı və ya çərçivədə yaşamağı biz özümüz seçirik. Başqaların sənin üçün qoyduğu sərhədlərdə yaşamaqla onların maraqlarına xidmət edirik. Mənim həyatım mənə məxsusdur. Bəs sizin?”

    //baku.ws

  • Aygün Bəylərin anası rəhmətə gedib – FOTO

    Əməkdar artist Aygün Bəylərin anası dünyasını dəyişib.

    2 ilə yaxındır yataq xəstəsi olan Gülçöhrə xanım bu gün səhər saatlarında keçinib.

    Həkimlər mərhumun beyninə 2-ci dəfə qan sızdığını bildirib.

    Mərhum bu gün dəfn edilib.

    Allah rəhmət eləsin!


    //baku.ws

  • İlhamə Quliyevanın gizli sevgisi – VİDEO

    Əli Mirəliyev və Elgiz Əkbər mərhum xalq artisti İlhamə Quliyeva ilə bağlı maraqlı fakt açıqlayıblar.

    Əli Mirəliyev mərhum xalq artistinin Markiz adlı pişiyindən və ona olan sevgisindən danışıb:

    “İlhamə xanımın Markiz adlı pişiyi vardı, onu çox sevirdi. Öləndən sonra onu bağıma apardım”.

    Elgiz Əkbər İ.Quliyevanın dəfn mərasimində həmin pişiyin sahibəsinin ölümünü hiss etdiyini bildirib:

    “İlhamə xanımı dəfn olunmaq üçün aparanda pişik bilmirdi nə etsin. Yadımdadır ki, bir dəfə xarici ölkədən gəlirdik. İlhamə xanım həmin pişiyi saxlamaq üçün sürücüsünə vermişdi. Mənə dedi ki, gedək pişiyi götürüm, sonra evə gedəcəm. Gəldik, o pişik binanın balkonunda oturub onu necə gözləyirdi. Balkondan İlhamə xanımın üstünə atıldı. Necə bir-birlərini qucaqlayırdılar, necə bir-birlərini öpürdülər. İlhamə xanım onu necə oxşayırdı”.

  • Nazpəriyə elmi dərəcə verilməyib, sənəd saxtadır – RƏSMİ AÇIQLAMA

    Ali Attestasiya Komissiyası xalq artisti Nazpəri Dostəliyevanın elmi dərəcə alması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

    Median.Az-ın xəbərinə görə, Komissiyanın aparat rəhbəri Arif Quliyev Lent.az-a açıqlamasında bildirib ki, yayılan fotoşəkillərdəki imza onun deyil: “Ali Attestasiya Komissiyası Nazpəri Dostəliyevaya elmi dərəcə verməyib. Ümumiyyətlə, elə şey olmayıb. Şəkildə göstərilən imza da mənim deyil, başqa adamın imzasıdır. Kimsə götürüb o imzanı ora vurub. Başdan-ayağa saxta bir şeydir”.

    Aparat rəhbərinin sözlərinə görə, o, hələlik baş verənlərlə bağlı gözləmə mövqeyindədir: “Bu haqda hələ Nazpəri xanımla danışmamışam. Mənə elə gəlir ki, yayılan xəbərlərə, bu məsələyə Nazpəri Dostəliyeva da öz narazılığını bildirər. Heç bilmirəm ki, bu məsələdən onun xəbəri var, ya yox. Heç bilmirəm bu necə baş verib. Bircə onu deyə bilərəm ki, Ali Attestasiya Komissiyası bu cür diplom verməyib. Nazpəri Dostəliyevaya elmi dərəcə verilməsi ilə bağlı komissiyada heç söhbət də olmayıb. Mən bir-iki gün gözləyəcəyəm. Düşünürəm ki, baş verənlərə Nazpəri xanım da etiraz bildirəcək. Çünki baş verənlər onun adına yaraşan hərəkət deyil. Əgər etirazını bildirməsə, mən də başqa cür hərəkət edəcəyəm. Oradakı imza da saxtadır, mənim deyil. Blankın özü də Ali Attestasiya Komissiyasının blankı deyil. Bizim blankımız, üzərindəki yazı dəst-xəttimiz başqa cürdür”.

    Qeyd edək ki, ötən gün xalq artisti Nazpəri Dostəliyevanın “Azərbaycanın şərq və qərb aşıq məktəblərinin xüsusiyyətləri və ifaçılıq ənənələrinin müqayisəli təhlili” mövzusunda dissertasiya müdafiə edərək fəlsəfə doktoru elmi dərəcəsi alması ilə bağlı məlumatlar yayılıb. Yayılan məlumatlar sosial şəbəkələrdə birmənalı qarşılanmamaqla bərabər, həm də müəyyən şübhələrə yol açıb. Çünki Ali Attestasiya Komissiyasının elmi dərəcələrlə bağlı təqdim etdiyi diplomların şəkillərinə baxdıqda məlum olur ki, Nazpəri Dostəliyevanın sosial şəbəkələrdə paylaşdığı foto, sadəcə, möhürsüz arayışdır.

  • Aygün Kazımovanın qızı tanınmaz oldu – FOTO

    Xalq artisti Aygün Kazımovanın qızı İlqarə yeni görünüşü ilə diqqətləri üzərinə çəkib.

    Uşaq yaşlarından artıq çəkidən əziyyət çəkən gənc ifaçı çox arıqlayıb.

    İlqarənin incə və günəşdən qaralmış bədən quruluşu izləyicilərdə çaşqınlıq yaradıb. İfaçının çox dəyişdiyini yazanlar, onu belə bəyəniblər. 

    /baku.ws