Category: Şou Biznes

  • Anarın birinci arvadı: Uşaqları bundan da məhrum etdilər – FOTO

    Çox xahiş edirəm, imkan versinlər, uşaqlarım bu gündən sonra gün görsün. Onsuz da onlar kifayət qədər zərbə alıblar. Anar haqq dünyasına qovuşsun. Söz-söhbəti də yığışdırsınlar.

    Median.Az-ın məlumatına görə, bu sözləri Axşam.az-a reper Anar Nağılbazın keçmiş həyat yoldaşı Anjelika Cəbiyeva deyib.

    Anjelika reperin ölümündə onu günahlandıran keçmiş qaynanasının sözlərinə münasibət bildirib:

    “Mən Allah deyiləm. Can verməmişəm ki, can da alım. Anar mənim alqışımla yaranmayıb ki, qarğışımla da ölsün. Bilmirəm, qaynanamın mənə qarşı məqsədi nədir. Ona qarşı pis olmamışam.

    Həmişə deyirəm, deyəcəm də, o da mənə qarşı pis olmayıb. Başa düşürəm, övladını itirmiş anadır. Amma mənim heç bir günahım yoxdur. Ev pulu almağımın da o videoya heç bir dəxli yoxdur.

    Əlimdə o videonun mənim yaymadığımı sübut edən sənədlər var. Bu sənədlər də hamıya təqdim olunacaq. Sübut yoxdur ki, mən kimisə şantaj eləmişəm. Mən kiməm ki, kimisə şantaj edim? Bəli, uşaqlarımın haqqını tələb etmişəm.

    Hansı qadın istəyər, övladları küçədə qalsın? Bunu tək mən yox, o ailə də düşünməlidir. Oğlumun 10, qızımın altı yaşı var, körpə deyillər. Hər şeyi başa düşürlər. Evdən məhrum eləmisiniz, vidalaşmağa da qoymadınız”.

    A.Cəbiyeva yas mərasiminə getməmə səbəbini də açıqlayıb:

    “Düzdür, getmədim. Çünki nə anası istədi, nə də atası. Rizvan müəllim uşaqların ataları ilə vidalaşmasına icazə vermədi. Uşaqları bundan da məhrum elədilər. Bilmirəm, məqsədləri nədir. Başımın üstə Allah var, Rizvan müəllim mənimlə pis danışmadı.

    Dedi ki, indi gəlmə. Qəbir üstə səni də, uşaqları da apararam. Orada vidalaşarsınız. Çünki yoldaşımın xasiyyətini bilirəm. Mənə qulaq as, gəlmə. Ona görə də getmədim”.

    Cəbiyeva Anarın ölüm xəbərini hələ də övladlarına demədiyini söyləyib:

    “Anarın yadigar iki övladı var. Biri anasının adını daşıyır, Şərqiyyə, digəri Tamerlan. Uşaqlarım ikinci dəfə atasız qaldılar. Düşünə bilmirəm ki, oğluma atasının öldüyünü necə deyəcəm. İki gündür içimdə qovruluram, üzünə baxa bilmirəm. Tamerlan Anarın yadigarı olaraq qalacaq, onun soyadını daşıyacaq”.

    O bildirib ki, ailə həyatı qurandan Anar xəstə olub:

    “Anamın evində saxlayıb onun müalicəsini mən etdirmişəm. Xəstəxanaları gəzmişəm. Həkimlər deyib ki, ona içki içmək olmaz. Dünən də atasına zəng vuranda dedim ki, qaraciyərini müalicə elətdirmişdiniz, nə oldu? O da dedi ki, içki içirdi. Üç il əvvəl qaynatamla xəstəxanaya apardıq, bütün analizlərini verdik. Demişdim ki, Anar, içmək olmaz sənə”.

    Anjelika sonda keçmiş həyat yoldaşına Allahdan rəhmət diləyib:

    “Anar elədiyini elədi. Haqq dünyasına qovuşdu. Allah günahlarını bağışlasın. Bundan sonra kimin başına nə gələcəyini bilmirik. Heç kim sığortalanmayıb. Bundan sonra gərək elə yaşayaq ki, uşaqlar daha çox zərbə almasınlar. Ona görə söz-söhbəti yığışdıraq.

    Onsuz da ataları bunları küçədə qoydu, getdi, bundan sonra onların haqlarını tapdalamaq nə dərəcədə düzgündür? Çox xahiş edirəm, mən nəvələrinizin anasıyam, bəsdirin.

    Başıma nələr gətirmədiniz?! Bundan sonra mənə rahatlıq verin, uşaqlarımı böyüdüm. Hamımız ölüb gedəcəyik, o dünyada cavab verəcəyik. Kim kimə şər atırsa, yalan danışırsa, Allah qarşısında cavab verəcək. Qorxmurlar? Bəsdirin artıq. Qoyun, heç olmasa, ölən də öz yerini tapsın.

  • Anar Nağılbaz vəfat etdi

    Anar Nağılbazın anası Şərqiyyə Cəbiyeva Oxu.Az-a açıqlamasında oğlunun ölümünü təsdiqləyib:

    “Bəli, oğlum rəhmətə gedib. Hazırda yuyurlar. Danışa bilmirəm”, – deyə o, bildirib.

     
    ****
    Reper Anar Nağılbaz vəfat edib.
     
    Bu barədə xeberchi.az-a reperin prodüseri Mika məlumat verib. O, reperin içkidən öldüyünü bildirib:
     
    “Çox içki qəbul edib, daxili qanaxma olub, xəstəxanada keçinib”.
     
    Allah rəhmət eləsin!

  • “Jara-2018” Musiqi Festivalı Rusiyanın Birinci kanalında yayımlandı – VİDEO

    Rusiya televiziyasının Birinci kanalı Bakıda keçirilmiş “Jara-2018” Beynəlxalq Musiqi Festivalının yayımına başlayıb.

    Festivalın birinci gününün konsert proqramı Rusiya televiziyasının Birinci kanalında yayımlanıb. Həmin konsertdə Filip Kirkorov, EMIN, Ani Lorak, Qriqori Leps, Timati, Kristina Orbakayte, Sergey Lazarev, Vera Brejneva, Alessandro Safina və başqaları çıxış ediblər.

    İyulun 26-dan 29-dək Bakıda, “Sea Breeze Resort” istirahət mərkəzində keçirilmiş festivalda 75 ifaçı, eləcə də 1200-dən çox musiqiçi iştirak edib.

    Festivalın təşkilatçıları müğənni və bəstəkar, Azərbaycanın Xalq Artisti Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

  • Nusretin restoranını bağladılar – FOTO

    Türkiyənin dünyaca məşhur aşpazı Nusretin restoranı bağlanıb.

    Onun İstanbuldakı restoranı polislər tərəfindən möhürlənib.

    Buna səbəb isə sözügedən məkanda siqaret çəkilməsi olub. Məşhur aşpaz qapalı məkanlarda siqaret çəkməyin qadağa olduğunu bilsə də, o, öz restoranında bu qaydaya əməl etməyib.

    Bundan öncə isə Nusret restoranın reklamı olan lövhəni Türkiyənin tarixi binalarının birinin divarına asdığı üçün cərimələnmişdi.


  • Qənirə Paşayeva da “Toppuş bacı”nı ziyarət etdi – FOTO

    Milli Onkologiya Mərkəzində müalicə alan əməkdar artist Tünzalə Əliyevanı ziyarət edənlərin ardı-arası kəsilmir. 

    “Toppuş bacı”ya bu dəfə millət vəkili Qənirə Paşayeva baş çəkib. 

    Aktrisa ilə şəkil çəkdirən millət vəkili şəxsi “Facebook” hesabında qeyd edib ki, T. Əliyevanın əməliyyatı uğurlu keçib. 


    /baku.ws

  • Saçlarını saraldan Eldardan yeni – Fotolar

    Xəbər verdiyimiz kimi, “Eurovision 2011” qalibi Eldar Qasımov imicində dəyişiklik edib.

    Saçlarını sarı rəngə boyatdıran ifaçı yeni görkəmdə olan şəkillərini paylaşıb.

    Qasımovun fotoları sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları yeni görünüşün ona yaraşdığını desə də, bəziləri sənətçidən əvvəlki imicinə qayıtmasını xahiş edib.

    ///axşam.az




  • Aparıcı efirdə ətəyini qaldırdı: “Belə etsəm baxacaqlar…” – VİDEO

    Aparıcı Könül Yusifqızı Space TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində qalmaqallı çıxış edib.

    Median.Az Minval.info-ya istinadən xəbər verir ki, o, əynindəki donun ətəyini qaldıraraq insanların bu tərzdə geyimlərə daha çox baxdığını söyləyib. Könül xanımın hərəkətini zalda olanlar təəccüblə qarşılayıb.

    “Mən bu gün qapalı geyinmişəm. Belə geyim heç kəsə lazım deyil. İndi ətəyimi qaldırım, bu hamıya lazım olacaq. Niyə uzağa gedirsiniz?! Milli rənglərlər, bağlı, çalmada çox ciddi fotosessiya etmişəm. Vallah, ona 80 nəfər layk edib. Amma mən bir balaca belə (ətəyini qaldırır – red.) durmuşam, ona 16 min layk gəlib” – aparıcı bildirib.

    Elçin Əlibəyli və zalda oturan iştirakçılarla bərabər tamaşaçılar da K.Yusifqızının sözləri ilə razılaşıb.

  • “Toppuş bacı”da xərçəng xəstəliyi aşkarlandı – FOTO + VİDEO

    Əməkdar artist Tünzalə Əliyevada (Toppuş bacı) xərçəng xəstəliyi aşkarlanıb.

    Bu barədə Hacı Nuran məlumat verib.

    Bildirib ki, aktrisa hazırda Milli Onkologiya Mərkəzində ağır xərçəng xəstəliyi ilə mübarizə aparır.

    Tünzalə Əliyeva bu gün əməliyyat olunub.

    Qeyd edək ki, sənətçinin 45 yaşı var. O, “Çal-çağır” telelayihəsindəki “Toppuş bacı” obrazı ilə məşhurlaşıb.

  • Fədayə Laçın “Qoca”nı qaçırmasının BÜTÜN SİRLƏRİNİ AÇDI – ŞOK İFADƏ

    Bakıda məhbusların qaçmasına köməklik göstərməkdə təqsirləndirilən müğənni Fədayə Laçının ibtidai istintaqa verdiyi ifadəsi açıqlanıb.

    Publika.az-ın məlumatına görə, Fədayə Laçın prokurorluqda verdiyi ifadəsində kriminal aləmdə nüfuza malik olan “Qoca” ləqəbli Etibar Məmmədovun Ali Ağami ilə birlikdə 23 oktyabr 2017-ci ildə “Bakı-Astara-Bakı” planlı dəmir yol qarovlunun mühafizəsi altında qaçmasına köməklik etmədiyini, bu məqsədlə ona vaqonun pəncərəsini açmaq təyinatlı xüsusi üçkünc açar tapıb göndərmədiyini deyib. Xüsusilə təqsirləndirilən Aqil Nəcəfov Fədayə Laçın ilə üzləşdirilərkən onun əməlini üzünə qarşı deməsindən sonra cinayət əməlini etiraf edib.

    O bildirib ki, 1995-ci ilin fevral ayından el şənliklərinə, toylara gedərək müğənniliklə məşğul olub: “Etibar Məmmədovu 2013-cü ildən tanıyıram. Həmin il Hacıqabul rayonunda toyda olarkən Etibarın qardaşı Azadın toyunda da müğənni kimi iştirak etmişəm. Həmin zaman Etibarı tanımışam. Lakin həmin vaxt onunla heç bir münasibət qurmamışam”.

    Fədayə Laçının ifadəsinə görə, təxminən 2015-ci ilin avqustunda Şirvan şəhərində toy məclisində olarkən müğənni yoldaşlarından adı yadında qalmayan şəxs ona Hacıqabul rayonunda bir nəfərin ad günün də 1-2 saatlıq oxumağı təklif edib: “Həmin müğənni yoldaşımın dedikləri ilə razılaşdım, axşam saat 21 radələrində toydan çıxdım. Məni şadlıq evinin qarşısında gözləyən maşının müşayiəti ilə Hacıqabul rayonuna getdim. Həmin məclisdə 4-5 mahnı ifa etdim. Orada mənə məlum oldu ki, həmin məclis Etibar Məmmədovundur. Həmçinin məclisdən çıxarkən özünü mənə Etibarın arvadı kimi təqdim edən Mahuzər adlı qadın barmağıma üzük taxdı, Etibarın adından hədiyyə olduğunu dedi. Mahuzər məndən mobil nömrəmi istədi. Mən də istifadəmdə olan mobil nömrəmi ona verdim. Aradan təxminən 10 gün keçəndən sonra mənə vatsapda mesaj gəldi. Baxanda mesajı yazan şəxsin Etibar olduğunu gördüm. “Etibaram, nə sözün olsa, mənə yaza bilərsən”, – məzmunda mesaj yazmışdı. Mən də ona cavabımda “Salam Etibar, necəsən dostum? Yaxşısanmı?” yazdım. Sonra Etibarla yazışmağa başladıq. Onda bildim ki, Etibar qəzəllər, şeir yazmaqla məşğuldur. Özüm də şair təbiətli insan olduğumdan qəzəlləri, şeriyyatı xoşlayıram. Etibarın da qəzəlləri, şeirləri çox xoşuma gəldi. Həmin vaxtdan Etibara yaxınlıq etməyə başladım. Ümumiyyətlə, bir-birimizi sevdik”.

    2015-ci ildə Etibar Məmmədovun həbs olunmasından danışan Fədayə Laçın bildirib ki, həmin ilin noyabrın 5-də ölüm hadisəsi baş verib: “Bir qədər sonra Etibar Məmmədov “Abdulla” kimi tanıdığım, əsl adı Ağami Əli şəxslə və “Tahir Maqa” ilə birlikdə həbs olundu. Etibar həbs olunduqdan sonra onunla danışa və ya yanına gedə bilməmişəm. Həmin ilin noyabrında məhdudiyyət aradan qaldırıldıqdan sonra Etibar mənimlə telefon vasitəsi ilə danışmağa başladı”.

    Fədayə Laçının sözlərinə görə, 2017-ci ilin mayında istintaq təcridxanasında ilk dəfə Etibarla görüşüb, həmin görüşə tək gedib. Qeyd edib ki, iyulun 29-da Lerik rayonunda konsertdə olan zaman Etibarın iyulun 2-də qatarla Lənkərana gəlcəyi ona məlum idi: “2 və 3 iyul tarixlərində Etibar mənə zəng etdi və harada olduğumu soruşdu. Ona Lerikdə olduğumu dedim. Etibar mənə Lənkəranda polis şöbəsində saxlandığı yerə gəlməyimi, onunla görüşməyimi söylədi. Mən də zəng olunan gündən bir gün sonra saat təxminən 17 radələrində polis şöbəsinə gəldim. Həbsdə olan şəxslərin saxlandığı yerə polis əməkdaşlarının müşayiəti ilə daxil oldum. Həmin vaxt polislər məni bir otağa keçirdilər, az sonra Etibarı da ora gətirdilər. Biz polisin yanında 15 dəqiqə görüşdük. Sonra oradan ayrıldıq”.

    Fədayə Laçın bildirib ki, arada Etibar yenə də ona zəng edib, telefonla ünsiyyət saxlayıb: “2017-ci ilin avqustunda Etibar Məmmədov mənə zəng etdi. Danışıq əsnasında Bakı dəmir yolu vağzalına Bakı-Astara qatarının yanına gələrək, dustaqların daşınması vaqonuna yaxınlaşdım. Məni hərbi geyimli bir şəxs qarşıladı, dəhlizdəki bir otağa keçirdi. Etibar Məmmədovun hamı kimi barmaqlıqlar arxasında deyil, iki nəfər üçün nəzərdə tutulmuş kupedə olduğunu gördüm. Həmin kupeyə daxil olan zaman oranın pəncərəsi dəmirbarmaqlı olub və pəncərədə pərdə olub. Otaqda hər bir şərait var idi. Belə başa düşdüm ki, həmin kupe bələdçiyə aid olub. Etibarın yanına keçən zaman nəzarətçi üstümü yoxlamadı, onun yanına buraxdı. Həmin gün Etibarla bələdçinin otağında Biləcəri stansiyasına kimi getdik. Orada vaqondan düşdüm”.

    Fədayə Laçının sözlərinə görə, təxminən sentyabr ayında ona Etibarın Aqil adlı dostunun istifadəsində olan mobil telefon nömrəsindən zəng gəlib: “Aqil telefonu konfrans edərək Etibarla danışmağa başladım. Orada Etibar dedi ki, sabah onun yanına gəlim. Ertəsi gün istintaq təcridxanasına gedərək, 4 saat orada oldum. Etibar mənə dedi ki, dəmiryolçuların vaqonlarda istifadə etdiyi üçkünc açar taparaq onun dostu Aqilə verim. Məsələ burasında idi ki, Etibar Məmmədov bacım Telli Balakişiyevanın Bakı-Tibilisi qatarında rəis işləməsini bilirdi. Etibarın bu istəyini icra edəcəyimə söz verdim. Bir müddət sonra həmin açarın qıfılının şəkilini Etibar Vatsap vasitəsi ilə mənə göndərdi, açarı götürüb-götürməyəcəyimlə maraqlandı. Ehtimal etdim ki, Etibar həmin açarla vaqondan qaçmaq üçün istifadə edə bilər. Bu səbəbdən Tellidən həmin açarı Etibar üçün götürməyə tələsmirdim. Hər dəfə Etibarla danışanda təkidlə tələb edirdi ki, açarı Tellidən götürərək, onun dostu Aqilə verim. Hətta Etibar bu səbəbdən bir müddət mənimlə küsdü və danışmadı”.

    Fədayə Laçın deyib ki, Etibar Məmmədov istintaq təcridxanasından ona zəng edib və açarı tapıb-tapmaması ilə maraqlanıb: “Dedim ki, açar bir nəfər adım da var, zəng edib götürmək lazımdı. Etibar dedi ki, Aqil zəng vuracaq, açarı götürəcək. Həmin ərəfədə xəstə olduğum üçün mobil telefonumu söndürdüm, evdən çölə çıxmırdım. Bir və ya iki gün sonra mobil telefonumu açanda gördüm ki, Aqil zəng edib. Aqilin mobil telefonunu yığaraq açarı tapdığımı bildirdim. Ona bacım Tellinin tanışı Ədalətin telefon nömrəsini verdim ki, açarı ondan götürsün. Bildiyimə görə, Aqil Ədalətlə görüşüb, açarı ondan alıb”.

    Fədayə Laçın bildirib ki, açar barədə bacısı Telliyə deyib və qıfıl açmaq üçün həmin açar tanışlarından birinə lazımdır. Onun ifadəsinə görə, Tellidə bu barədə tanışları ilə maraqlanacağını, ona xəbər verəcəyini deyib. Fədayə Laçının ifadəsinə görə, bir neçə gün sonra bacısı Telli ona açarın tanışı Ədalət adlı şəxsdə olduğunu, ondan götürə biləcəyini deyib.

    Fədayə Laçın bildirib ki, Etibar Məmmədov bir neçə gün sonra həmin açarla qatardan qaçmaqda istifadə edib: “Bundan sonra telefonumun yaddaşından Etibar Məmmədovla yazışmanı sildim. Lakin ola bilsin ki, fotoşəkillər telefonun ayrı yerində qalmış olsun. Bildirmək istəyirəm ki, bacım Tellinin Etibarın qaçması planlından xəbəri olmayıb”.

  • “Qalxan mənim qiymətimdir” – Elzadan qiymət artımına reaksiya

    Bəstəkar-müğənni, əməkdar artist Elza Seyidcahan metro nəqliyyatında və avtobus marşrutlarında qiymət artımına münasibət bildirib.

    Median.Az xəbər verir ki, sənətçi ölkə.az-a açıqlamasında bildirib ki, bədii yaradıcılığında sözügedən mövzuya toxunmaq niyyətində deyil. O, bunu daha çox fəlsəfi şeirlər yazmağa üstünlük verməsiylə əlaqələndirib:

    “Heç vaxt şeirlərimdə sosial mövzulara toxunmuram. Adətən fəlsəfi yazıram, bəzi insanlar yazdıqlarımı yozurlar. Onlar anonim yazanlardır, məhkəməyə verəcəyəm. Heç vaxt sosial mövzularda yazmamışam. Qiymətlə bağlı şeirə gəlincə, yazaram, amma öz qiymətimdən yazaram. Öz qiymətimin, dəyərimin gündən-günə artmağından yazaram. Bəli, qiymətlər hər zaman qalxır. Çünki o qiymət mənim qiymətimdir. İnsan həyatda elə yaşamalıdır ki, təvazökarlıqdan uzaq da olsa, onun sənətinin dəyəri, qiyməti qalxsın. Qiymətlərin qalxmağı məni heç vaxt narahat etmir. Çünki Allah böyükdür. Allaha hər şeyə görə şükr edirəm. Hər insanın gündəlik çörəyini yetirir”.

    Əməkdar artist bildirib ki, tələbəlik illərindən sonra metrodan istifadə etməyib:
    “Tələbə vaxtlarımda metrodan istifadə edirdim, son illər avtomobildən istifadə edirəm. Avtomobil rahatçılıq olsa da, xərcləri böyükdür. Onun da təkərinə, digər ehtiyat hissələrinə baxmalısan. Amma çalışırıq ki, həyatda halal zəhmətimizlə xərclərimizi ödəyək. Yerin altında, metroda gedən insanlar hər zaman dualarımdadırlar. Metropolitendə çalışanları, metrodan istifadə edən insanları, tələbələri salamalayıram və hər birinə Allah amanında gedin deyirəm. Onlar mənzillərinə, iş yerlərinə gözəl əhval ruhiyyədə çatsınlar. Metronun da öz aləmi, öz gözəlliyi var”.

    Qeyd edək ki, Tarif (qiymət) Şurasının ötən gün keçirilən iclasında müraciətlərə baxılıb və metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.