Category: Şou Biznes

  • “Ərimin gözləri ilə”: Navkanın Bakıdakı maraqlı şəkli – FOTO

    Fiqurlu konkisürən Tatyana Navka Bakıdakı tətildə çəkdiyi fotosunu “Instagram” hesabına yerləşdirib.

    O, fotoya “Ərimin gözləri ilə” adını qoyub.

    Şəkillər izləyiciləri heyran edib.

    İstifadəçilər Rusiya prezidentinin sözçüsü Dmitri Peskovun həyat yoldaşı Tatyanaya diqqətini yüksək qiymətləndiriblər.

  • Sibel Canın ağıllardan çıxmayan balkon görüntüləri – FOTO

    Sibel Can Bodrumda verəcəyi konsertdən öncə istirahətə vaxt ayırıb.

    Can istirahət zamanı fotoqrafların obyektivinə tuş gəlib.

    Müğənni dəbdən düşməyən balkon pozunu bu dəfə də Çeşmə bölgəsində verib. Ancaq sənətçi bu dəfə geyimdə olub.

    Lakin ötən il Bodrumda qaldığı Hotelin balkonunda bikini ilə görüntülənmişdi.

    “Fotolarınızın çəkildiyindən xəbəriniz var idi?” sualına ifaçı “Xəbərim yox idi desəm, ya da var idi desəm, “xəbəri var imiş” deyənlərin fikri dəyişəcək?” deyə cavab vermişdi.

    Sibel Canın ağıllardan çıxmayan balkon pozu 1996-cı ildə çəkilib. İfaçı həmin görüntülərdə çılpaq olub.


    /oxu.az

  • Röya çimərlik geyimində – FOTO

    Əməkdar artist Röya Ayxan çimərlik geyimində fotosunu paylaşıb.

    Kameraya arxa çevirən ulduz, görüntüyə belə şərh verib: “Bir insanın sizin arxanızdan danışması önəmli deyil. Əsas odur ki, o, sizin önünüzdə susur”. 

    Röyanın bu sözlə kimin bostanına daş atdığı sual altındadır…//baku.ws

  • “Jara”nın ikinci günü belə yadda qaldı – FOTOLAR

    İyulun 27-də “Jara-2018” Beynəlxalq Musiqi Festivalının ikinci gününün konserti də tamaşaçılar üçün əsl musiqi bayramına çevrildi.

    Median.Az xəbər verir ki, “Jara”nın ikinci günündə Rusiyanın Xalq Artisti Valeriyanın, Rusiyanın Əməkdar Artisti Leonid Aqutinin, müğənni və bəstəkar Vladimir Presnyakovun yaradıcılıq gecələri keçirilib.

    “Jara”da iştirak edən azərbaycanlı ifaçılar: Sevda Ələkbərzadə, Samir Bağırovun da çıxışları tamaşaçılara xoş anlar yaşadıb. 

    Gecədə Guzel Xasanova, Anjelika Varum, Nikolay Baskov, Jasmin, Leonid Aqutin, Lyubov Uspenska, Valeriya, Kristina Orbakayte, Ani Lorak, Qlükoza, Nikolay Baskov, Sofiya, Aleksey Çumakov, Yuliya Kovalçuk, Stas Pyexa, İrina Dubtsova, EMIN, Keti Topuriya, The Jigits, A`Studio Yuliana Karaulova, Natali, Slava, Vladimir Presnyakov kimi ulduzların ifaları və digər çıxışlar alqışlarla qarşılanıb.//baku.ws

  • Flora Kərimova Röya ilə münasibətlərindən danışdı – VİDEO

    Bir qadın kimi Röyanı başqa cür görmək istəyirəm. Röyanın səsi mənim və qızımın xoşuma gəlir. Səs diapozu kiçikdir. Həmişə demişəm ki, əgər üzərində işləsə və məşq etsə, bir müddət idarə edəcək. Lakin bu gün daha möhtəşəm səslər var.

    Bu sözləri Xalq artisti Flora Kərimova Həmid Həmidovun “Youtube” kanalına verdiyi müsahibəsində deyib.

    Əfsanəvi sənətkar aparıcının “Röya ilə aranızda qalmaqal varmı?” sualına belə cavab verib:

    “Röya ilə nə konfliktim ola bilər ki? Bir qadın kimi ona, sadəcə, arzularım ola bilər ki, özünü belə aparmasın. Populyarlaşmaq üçün o, düz yol seçməyib. Bu yaxınlarda eşitdim ki, artıq heç kimlə qalmaqal etməyəcəyini deyib. Səbəb kimi oğul böyütdüyünü göstərib. Bəs illərdir ki, mən elə bunu demirdimmi?

    Onun sonuncu hərəkəti məni çilədən çıxardı. Guya ki, mən kiminsə acığına onunla münasibətlərimi korlamışam. Bu, elə həyasızcasına deyilmiş yalan idi ki, susa bilməzdim. Röya deyirdi ki, guya onunla mübahisəni piar üçün etmişəm. Ay qızım, ay nəvəm, ay sənə qurban olum, mənə bu yaşda nə piar?”

    Xatırladaq ki, bir neçə ay əvvəl Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt etmişdi. Tərəflər biri-birinə qarşı ağır ittihamlar səsləndirmişdi. F.Kərimova Röya haqqında geniş tənqidi köşə yazmışdı.

  • Müğənnilərin əvvəlki peşələri – Xadimə, polis, tibb bacısı, müəllim…

    ATV-də yayımlanan “10-dan sonra” verilişində müğənnilərin əsas peşəsi haqda xəbər verilib.

    Median.Az axşam.az-a istinadən həmin siyahını təqdim edir:

    Elnarə Xəlilova ingilis dili müəlliməsidir.

    Baloğlan Əşrəfov kənddə müəllim çalışıb.

    Ədalət Şükürovun isə əsl peşəsi rejissorluqdur.

    İlhamə Qasımova isə hüquq mühafizə orqanlarında çalışıb. Hətta bir müddət polis kimi fəaliyyət göstərib.

    Ağadadaş Ağayev isə ilk dəfə müəllim kimi çalışıb.

    Abbas Bağırov iqtisad kollecini bitirib.

    Xatirə İslam isə tibb bacısı kimi çalışıb.

    Flora Kərimova isə ilk vaxtlar xadimə kimi fəaliyyət göstərib.

  • Zara Azərbaycana gələsi olmadı – Adı siyahıdan çıxarıldı

    Bir neçə gündür Azərbaycan ictimaiyyəti erməni-kürd əsilli olduğu bildirilən rusiyalı müğənni Zara Mqoyanın 26-29 iyul tarixində Bakıda keçiriləcək “Jara-2018” Beynəlxalq Musiqi Festivalına qatılıb-qatılmayacağını müzakirə edir.

    Sosial şəbəkələrdə də buna sərt şəkildə etiraz edənlər var. Hətta festivalın əsas təçkilatçısı Emin Ağalarova müraciət ünvanlayanlar da olub və ondan Zaranın Bakıya gəlişini əngəlləməyi xahiş ediblər.

    “Jara” Beynəlxalq Musiqi Festivalı 2018-ci il iyulun 26-dan 29-dək Bakının Nardaran qəsəbəsindəki “Sea Breeze Resort” istirahət mərkəzində keçiriləcək. Festivalda Rusiya və Azərbaycandan olan müğənnilər, eləcə də bəzi digər ölkələrin ifaçıları iştirak edəcəklər.

    Maraqlıdır, bu müzakirlərdən sonra Zaranın Bakıya gəlişi reallaşacaqmı?

    Modern.az-ın əməkdaşı bu gün “Jara”nın rəsmi internet saytını nəzərdən keçirərkən festivala qatılacaq müğənnilərin ad-soyadları ilə maraqlanıb. Siyahıda Zara Mqoyanın adını görməyən əməkdaşımızı “Sea Breeze Resort” istirahət mərkəzi ilə əlaqə saxlayıb.

    İstirahət mərkəzindən bildirilib ki, festivalda iştirak edəcək müğənnilərin siyahısı “Jara 2018”in rəsmi saytında yerləşdirilib:

    “Qeyd etdiyiniz şəxsin adı siyahıda yoxdursa, deməli festivalda iştirak etməyəcək”,- deyə “Sea Breeze Resort”un adının açıqlamayan əməkdaşı qeyd edib.

    Beləliklə, hazırda “Jara 2018”in saytında dərc edilən 81 nəfərlik iştirakçı siyahısında Zara Mqoyanın adı yoxdur.

    İyulun 26-da festivalın açılış mərasimində Monatik, Qriqori Leps, Ani Lorak, LOBODA, EMİN, A`Studio, Dima Bilan, Sergey Lazarev, Qlyuk’oza, Qradusı, NYUSHA, Nastya Kamenskix, Slava, Aleksey Çumakov, Artik & Asti, Black Star, Timati, Yeqor Krid, Mot, Xanna, Mişa Marvin və digər məşhur musiqiçilərin iştirakı ilə qala-konsert olacaq. İyulun 27-də Leonid Aqutin və Valeriyanın yubiley gecələri keçiriləcək. İyulun 28-də “Leninqrad” qrupu çıxış edəcək. İyulun 29-da Valeri Meladze, Lyubov Uspenskaya və Yuri Antonovun yaradıcılıq gecəsi təşkil olunacaq. Yubiley və yaradıcılıq gecələrində digər musiqiçilər də iştirak edəcəklər.

    Festivalın təşkilatçıları müğənni və bəstəkar Emin Ağalarov, Rusiyanın Əməkdar Artisti Qriqori Leps, “Russkoye radio”nun və “Qızıl qrammofon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

    Xatırladaq ki, “Jara-2018”in biletləri 6 ay öncədən satışa çıxarılıb. Biletlərin qiyməti 50-500 manat arasında dəyişir. Bir ayaqüstü yerin qiyməti 50 manat, oturmaq üçün yerin qiyməti isə 80-500 manat təşkil edir.

    Artıq iyulun 26-sı üçün bütün biletlər satılıb. Festivalın AzTV ilə canlı yayımlanacağı da gözlənilir.

  • Hadisənin anası intihara cəhd edib – FOTO

    Məşhur türkiyəli müğənni Hadisənin anası Gülnihal Açıkgöz intihara cəhd edib.

    Median.Az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

    Bildirilir ki, sənətçinin anası yuxu dərmanı içərək intihar etmək istəyib. O, dərmanı içməzdən əvvəl qızlarına məktub yazıb.

    “Mənimlə maraqlanmırsınız. Narahat olduğumu deyirəm, məni həkimə aparmırsınız. Aranızdakı pul məsələlərindən və davalarınızdan bezmişəm”, – deyə Gülnihal məktubda yazıb.

    Analarından xəbər ala bilməyən qızları isə yaşadıqları binanın mühafizə xidmətinə müraciət edib. Polislər gələrək qapını açıb və ifaçının anası xəstəxanaya aparılıb.

    Gülnihal Açıkgöz bir həftə müalicə alıb.





  • Azərbaycanlı aparıcı üzərində “fuck” yazılmış köynəklə efirə çıxdı – FOTO

    Sumqayıt ərazisindən peyk vasitəsilə bütün dünya yayımlanan “Dünya” TV-nin aparıcısı geyimi ilə tamaşaçıları təəccübləndirib.

    Buna səbəb “Tam səmimi” proqramının aparıcısı Samir Bayramlının saxta “Philipp Plein” markalı ti-şörtünün üstündə yazılan “fuck” sözü olub.

    Aparıcının geyiminə qarşı olan diqqətsizliyi tamaşaçıların gözündən yayınmayıb.

    Qeyd edək ki, ingilis sözü olan “fu*k” feil formasındadır və intim əlaqəyə girmək mənasını verir.

    Bu sözdən, adətən, müxtəlif təhqiramiz birləşmələrin tərkibində istifadə olunur. “Fuck” sözü vulqar sayılır və rəsmi, siyasi və mədəni dairələrdə təhqir kimi qiymətləndirilir.

  • Tolikdən Günayla bağlı şok açıqlama: “Gecə saat 3-də…” – VİDEO

    Prodüser Tolik müğənni Günay İbrahimli ilə bağlı qalmaqallı açıqlama verib.

    Tolik “Hər şey daxil” verilişində ilk dəfə olaraq müğənnilərlə bağlı gizlinləri bölüşüb:

    “Bir dəfə gecə saat 3-də yaxın bir dostum zəng elədi ki, Günay İbrahimlinin nömrəsini mənə verə bilərsən? 15 illik dostum idi. Mən ona dedim ki, ayıb olsun, Günayın həyatında sevdiyi insan var, bir-birlərini sevirlər. Heç bir müğənnini kişi məclisinə aparıb oturtmamışam. Lap o kişi pullu, vəzifəli olsa da belə. Bir kişinin gülünü müğənniyə verməmişəm. Poçtalyon deyiləm ki…”//yenicag.az