Tez-tez geyimləri ilə gündəmə gələn aktrisa Ülfət Bəşir sosial şəbəkədə müzakirələrə səbəb olan foto paylaşıb.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, “Stalinin başı” filmi ilə ulduzu parlayan Ülfət qısa şortda çəkdirdiyi şəklini izləyiciləri ilə bölüşüb.
Aktrisanın qısa şortu köynəyinin altında qalıb və bu görüntü instaqram istifadçiləri tərəfindən tənqid atəşinə tutulub. Onun şəkli sosial şəbəkədəki bir çox səhifələrdə paylaşılıb.
Ü. Bəşir daha sonra həmin fotosunu səhifəsindən silmək məcburiyyətində qalıb.
Bir neçə kanaldan müğənnini qonaq qismində dəvət etsələr də, sənətçi gələ bilməyəcəyini deyib.
O bildirib ki, sentyabr ayına qədər efirə çıxmağına qadağa qoyulub.
Əşrəfovun dediyinə görə, sentyabr ayında konsert verəcək, konsertin təşkilatçısı Samir Xəttab isə müğənniyə efirlərə çıxmamağı tapşırıb.
Məsələ ilə bağlı Samir Xəttabla əlaqə saxladıq. Təşkilatçı bildirdi ki, məlumat doğrudur:
“Sentyabr ayının 8-də Baloğlan Əşrəfovun konserti baş tutacaq. Müqaviləmizə və qarşılıqlı razılaşmaya əsasən, konsertə qədər efirə çıxması və mahnı oxuması qadağandır. Əgər hər hansı bir vacib məqam yaranarsa, razılaşarıq, çıxış edər. Bu kimi qadağalar dünya praktikasında hər zaman icra edilib”./oxu.az
Aparıcı Mələk Heydərova “Facebook” paylaşımları ilə diqqət çəkib.
Yeni fotolarını paylaşan aparıcı açıq-saçıq geyindiyi üçün qınanılmaqdan bezdiyini deyib:
“Sağlam cəmiyyətdə geyim müzakirə predmeti olmur. Təəssüf ki, bizdə o sağlam cəmiyyət hələ də formalaşmayıb, bəzi insanlar mental dəyərləri geyimlə ölçür və onlar elə düşünür ki, qapalı geyinən əxlaqlı, açıq geyinən isə əxlaqsız qadındır. Bu isə anormal fikirlərdir.
Cəmiyyətdə müzakirə olunası “n” sayda problemlər var. Mən qısa geyinirəmsə, bunu mən bilərəm və heç bir normal insan mənə sual verə bilməz ki, sən niyə qısa geyinirsən. Heç kim mənə deyə bilməz niyə mini geyinirsən.
Deməli, Azərbaycandan başqa əksər ölkələrə əxlaqsız adı yapışdıra bilərik. Çünki onların xanımları, demək olar ki, geyinmirlər. Bizdə bir çoxları düşünür ki, qoy üzdə abırlı görünüm, amma altda gizlin nə edirəmsə, edim. Mən isə belə insanları qəbul etmirəm”.
O, daha sonra əlavə edib ki, çalışdığı ATV kanalından geyiminə görə çıxarılıb:
“Efirdə də həyatda olduğum kimi, səmimiyəmsə, yenə də qınaq obyekti oluram. Hətta bizdə geyimə görə insanı işdən belə qovurlar. Üç il əvvəl ATV kanalından geyimimə görə uzaqlaşdırıldım.
Şokda idim, heç bir cəmiyyətdə belə şey yoxdur. Amma halbuki ATV-də məndən beşbetər geyinənlər var idi. Açıq geyinən əxlaqsız deyil, ay camaat! Mələk haqda nəsə demək üçün onu tanımaq lazımdır.
Məndən açıq- saçıq geyinənlərə heç nə demirlər, mən ox olub gözə girirəm. Bəlkə də, mən ətli-canlı olduğum üçün diqqət cəlb edirəm”.//oxu.az
Bakıda evindən oğurluq edilən xalq artisti Nazpəri Dostəliyevanın istintaqa verdiyi ifadəsi məlum olub.
“Report”un xəbərinə görə, cinayət işi üzrə təqsirləndirilən Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Ruslan Verdiyevin ittiham aktında N.Dostəliyeva qeyd edib ki, hadisədən əvvəl övladlarının hər biri ayrı-ayrı evlərdə yaşayıb, özü isə Nərimanov rayonundakı mənzilində tək yaşayıb.
O bildirib ki, 11 ildir tanıdığı Sevda Hüseynova adlı qadın ev işlərində ona kömək edib: “Mənzilimin bir açarı da Sevdada olub. O, hər gün səhər saat 10-da bizə gəlib, 7-də gedib. Hər ay ona 500 manat əməkhaqqı verirəm”.
N.Dostəliyevanın sözlərinə görə, həmin mənzilin yataq otağında şkafın içərisində özünə məxsus qızıl-zinət və özəl əşyalar saxlayıb: “Onun açarı isə yalnız məndə olub. Hadisə vaxtı seyfin içərisində brilyant, digər qızıllar, pullar və evin sənədləri vardı. Mənim icazəm olmadan heç kim o seyfə əl vura bilməzdi. Həmçinin, hər gün istifadə etdiyim qızıllar isə yataq otağında şüşə şkafda idi. Sərxan Mirzəyev, təxminən, 2 ildir sürücümdür. Ona da ayda 500 manat əməkhaqqı verirəm”.
Xalq artisti ifadəsində söyləyib ki, hadisə günü sürücüsü S.Mirzəyev və köməkçisi S.Hüseynova ilə birgə Novxanıda yerləşən bağ evinə gedib: “Axşamüstü Nərimanovdakı evə qayıdan zaman isə yataq otağının işığı yanılı idi. Sevdadan işığı niyə söndürmədiyini soruşdum. O, evdən çıxan zaman bütün işıqları söndürdüyünü dedi. Otağa daxil olanda şüşə rəfin siyirməsi açıq, orada olan əşyalarım darmadağın idi. Qızıl-zinət əşyalarım isə götürülmüşdü. Həmçinin şkafın içərisində olan seyf də yerində yox idi. Otağın digər tərəfində olan şkafdan da brilyantlarım və qızıl-zinət əşyalarım götürülmüşdü. Evdə oğurluq hadisənin olduğunu dəqiqləşdirdim. Sərxan mənzildə oğurluq olması ilə bağlı “102” xidmətinə məlumat verdi. Bir müddət sonra polis zabiti gələrək bizdən izahat aldı”.
N.Dostəliyeva dindirilən zaman deyib ki, evindən ümumilikdə 311 min manatlıq qızıl-zinət əşyası, 15 min dollar, 3 min avro və 2 min fund-sterlinq maddi ziyan dəyib: “İstintaq dövründə qızıllarım və pullarımın bir qismi qaytarıldı. Daha sonra təqsirləndirilən şəxslərin valideynləri tərəfindən yerdə qalan qızıl və pulum da ödənilib”.
Xalq artisti istintaqa verdiyi ifadəsində təqsirləndirilən şəxslərdən heç bir şikayəti, iddia və tələbinin olmadığını söyləyib.
Qeyd edək ki, 19 avqust 2017-ci il tarixində naməlum şəxs və ya şəxslər Bakı şəhəri Nərimanov rayonunda yaşayan Nazpəri Dostəliyevanın mənzilinə açarseçmə üsulu ilə qanunsuz daxil olaraq içərisindən külli miqdarda qızıl-zinət əşyaları və pul olan dəmir seyf oğurlayıblar.
Polis əməkdaşları tərəfindən həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində qeyd edilən cinayət hadisəsinin Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş Ruslan Verdiyev, Cavid Əliyev, Yunis Hüseynli, Namiq Fərəcov və Asif Həmidov tərəfindən törədildiyi məlum olub.
Dəstə üzvləri seyfin içindən götürülən pulu və qızıl-zinət əşyaların satışından əldə olunan maddi vəsaiti öz aralarında bölüblər.
Həmçinin müəyyən edilib ki, həmin şəxslər seyfi bir gün sonra Sumqayıt şəhəri ərazisindən keçən kanala atıblar. Baxış zamanı seyf qeyd edilən həmin kanaldan aşkar olunaraq götürülüb.
Daha sonra A.Həmidovun avtomobilindən, Y.Hüseynli və R.Verdiyevin yaşadıqları ünvanlardan narkotik vasitə olan heroin götürülüb.
Məlumata görə, A.Həmidov taksi sürücüsü olub.
İstintaq dövründə həmin cinayət işi üzrə təqsirləndirilən A.Həmidovun barəsində irəli sürülmüş Cinayət Məcəlləsinin (CM) 177-ci (oğurluq) və 234-cü (narkotik) maddələri 307.1-ci (cinayəti bilərək məlumat verməmə) maddəsinə dəyişdirilib. Onun barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib və azadlığa buraxılıb. Cinayət işi üzrə xalq artisti N.Dostəliyevadan başqa, Mikayıl Abdullayev, Afaq Həsənova, Vüqar Səfərov, Anar Əliyev, Elman Sadatov və İqrar Əsgərov da zərərçəkmiş qismində tanınıb.
Hazırda cinayət işi üzrə məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrliyi ilə baxılır.
Ötən gün “ATV maqazin onlarla” proqramının “Hit-parad” rubrikasında müğənnilər Sevil və Sevinc bacılarının fikirləri qalmaqala səbəb olub.
Onlar əvvəlcə müğənni Elton Hüseynəliyevdəndanışaraq onun yalnız toy sahəsində uğur qazandıqlarını deyiblər:
“Bu gün Tolik (prodüser – red.) Eltonu toy biznesində önə aparan insan sayılır. Onun konsertləri, klipləri, yeni mahnıları Eltonun öz üzərinə düşən əziyyətdi, onu da görmür və işləmir. O, musiqi baxımından komandasızdı”.
Daha sonra Günay İbrahimlinin Aygün Səmədzadə bəstəsi olan “Kaderinle barış”dan danışan əkizlər bildirib ki, bu mahnını oxumaq Günay üçün tezdir:
“Gecə dinlədim ki, bəlkə Günayın ifasında başa düşək, ancaq alınmadı. Onun sənəti, yaşı üçün bu mahnı tezdir. Sırf Aygün Səmədzadə yazıb deyə oxumaq lazım deyildi. Səmədzadə də elə bir sənətkara müraciət etməliydi ki, onun sənəti, keçdiyi yol, düşüncələri mahnını tamamlamalıydı”.
Onlar Miri Yusifi də tərifləyərək, onu tənqid edənləri paxıl adlandırıb:
“Miri Yusif üç gün anşlaqla konsert verdi, gördük ki, hamı ayıq idi və saat 23:00-dan sonra deyildi. Xatirə İslam, Ceyhun Qala və Əhməd Mustafayev efirdə görünməsə, bir müddət sonra unudulur”.
Onlar sonda Aygün Kazımovanı birinci edərək onu yek və tək “Nömrə 1” adlandırıblar:
“Azərbaycan şou-biznesində kişili-qadınlı nömrə birdir. Bir çoxları xaricdə iş görür, ancaq uğursuz alınır. Ona necə “Nömrə 1” demək olar? Onu titulundan heç kim kənara çəkə bilməz. Hansı ki, onlar çoxdur”.
Bacıların bu sözləri isə qalmaqal yaradıb. Onlara əvvəlcə prodüser Tolik cavab verib. Prodüser ATV-ni və bacıları qınayıb:
“Deyirəm ki, ay Röya, sən nə ağıllı qadınsan. Deyirsən ki, məndən danışmayın, çəkməyin, amma bu Aygün fanatları Aygünə yaltaqlanmaqdan bezmədilər. Buradan açıq deyirəm ki, siz bacılar deyildiniz Moskvada Aygünə salam verməyən? O da sizi hamının yanında pərt elədi ki, Tolik, bu uşaqlara de, ağıllı olsunlar, məni səhv salmasınlar. Əgər ağlınızdan Röya keçibsə, siz 20 il də oxusanız, Röyanın yanında dura biləcək müğənni olmayacaqsız. Sizin uşaq-muşaq 1,5 milyon izləyiciləriniz heç kimin fikrini dəyişə bilməz, necə ki, Aygünün fanatları verilişdə, radioda işləyib tərifləməklə deyil. Aygünü də, Röyanı da sevən sevib.
Siz nə vaxtdan fikir bildirən olmusunuz? Bir də eşitsəm mənim, mənim müğənnim, veriliş haqda bir kəlimə söz demisiniz, sizi rüsvay edərəm. Mənim sizinlə dava etməyə, reklam etməyə halım yoxdur. Camaat sizi toya çağıra bilirsə, çağırsın. Namiq Qaraçuxurlu da sizinlə duet oxusa, deməli, ağlı yoxdur. Roza Zərgərli ilə sizə görə dava etmişəm. Sizə görə hamıyla dava edirdim, söhbətə gedirdim. Neçə oğlanla qırğına çıxdım. Ən yaxın qohumunuzun əlin kəsdilər, bütün günü xəstəxananın qabağında oldum. Niyə bunları danırsınız? Ona görə də Allah sizə ruzi verməyəcək.
Ömürboyu Aygünün, Röyanın, Sevdanın, Günayın, Damlanın paxıllığını çəkə-çəkə getdiyiniz kabinetlərdə qalacaqsız. Nə çıxıb deyəcəksiniz haqqımda? Deyəcəksiniz ki, Toliki aldadıb dedik ki, Günayın uşağının ad gününə pulsuz gedirik, sonra Tolik bildi ki, pulla getmişik? Tolik bizdən faiz almasın? Mən heç Eltonun toylarından faiz almıram. Axırıncı dəfə “Xəzər” TV-də canlı yayıma çıxacam deyə iki min manat qazanmaqdan imtina elədim. Sizin acığınıza bu verilişə canımı qoyacam. Reytinqi partladıb keçəcək. Sizə göstərəcəm ki, siz bu verilişdə də heç kim idiz, indi də heç kimsiniz”.
Xatirə də əkizlərin onun haqda olan rəyini cavabsız qoymayıb:
“Sizə ayıb olsun ki, başınızdan böyük danışmışınız, heç yaraşdırmadım. Musiqi savadı olmayan, sənətə təzə gəlmiş, heç bir uğura imza atmayan gənc dəliqanlı qızlar necə 18 ildir səhnədə olan və Azərbaycanın bütün korifeylərinin dərsini alan sənətçiyə fikir bildirə bilər? Sizi başa düşürəm, çoxdandır efirdə yoxsunuz, təzə hit də yoxdur, bununla gündəmə gəlməyi düşündünüz? Mən ailə qurduqdan sonra bir il efirə çıxmadım və unudulmadım da.
Sənəti ən az mənim qədər olan şəxslər haqqımda fikir bildirsin. Gedin bu sənətə niyə gəlmisiniz, necə gəlmisiniz, oturun fikirləşin, başınızdan böyük yerlərə burnunuzu soxmayın. Nə qədər ki, səs və sənət yoxdur, sözünüzün kəsəri olmayacaq. Bu gün kimlərsə gündəmdə ola bilər, amma oxuya bilən içəri girəndə həmin adamlar stolun altında olur”.//oxu.az
Əməkdar artist Elza Seyidcahan yenə də ekstravaqant stili ilə təəccübləndirməyə davam edir.
Sənətçi bu dəfə efirə başında ağ böyük fata ilə çıxıb.
“Azərbaycanın səsi – Bala” yarışmasında münsif kürsüsündə yer alan Seyidcahan fotolarını sosial media hesabında paylaşıb. Onun şəkilləri müzakirə yaradıb və lağa qoyulub./oxu.az
Tanınmış aparıcı Aytən Səfərovanın sosial şəbəkədə əxlaqsız qadınlar barəsində paylaşdığı fikirlər prodüser Tarix Əliyevi qəzəbləndirib.
O, aparıcısı olduğu “Hər şey daxil” verilişində bu xoşagəlməz fikirlərin müğənnilərə ünvanlandığını qeyd edib.
Müğənnilər arasında əxlaqsız qadınların varlığını inkar etməyən Tolik, bəzi televiziya aparıcılarının da həyat tərzlərinin ideal olmadığını dilə gətirib:
“Aytən Səfərova müğənnilərə irad tutur ki, kiminsə kişilərini əllərindən alırlar. Abırsız, əxlaqsız həyat tərzi sürürlər. Yaxşı. müğənnilər pisdir, qoyduq kənara. Mənim Aytən xanıma bir sualım var; Ən bahalı maşınları televiziyada aparıcılıq edən xanımlar sürürlər. Aparıcının maaşı ayda 1000 manat ola bilər. Azərbaycanda ən çox toya gedən aparıcılar Nərgiz Cəlilova, Afaq Gəncəli, Kamilə Babayeva, Leyla Quliyevadır. Hərdən-birdən də Lamiyə Ələkbərovanı toylarda görürük. 5-6 aparıcıdan başqa toy aparan yoxdur. Qalanlarının efirdən başqa heç nələri yoxdur. Bəs bunların altındakı 100-150 minlik avtomobillər haradandır? Niyə öz aparıcılarınızdan danışmırısız?
Aytən, bir oturaq, özümüzə baxaq. Bəli, mənim də səhvlərim var. Bəlkə də çoxdur. Amma mən getdikcə səhvlərimi düzəldirəm. Məsəl var, gəlin düşdüyü ocağa oxşayar. Mən bu gün “Xəzər”dəyəmsə, buranın qanunlarına uymalıyam.
Deyirsən ki, evli kişilər arvadlarını qoyub müğənnilərin yanına gedirlər. O kişinin ağlı hardadır ki, arvadını atıb müğənninin yanına gedir? Kül o kişinin başına ki, evdə namuslu arvadını qoyub, gedir müğənninin yanında bambılılıq edir.
Xatırladaq ki, Aytən Səfərova sosial şəbəkədə yüngül həyat tərzi sürən qadınları tənqid edib: “Xanım dediyin kəs bədən quruluşundansa, üzdən, qaşdan-gözdən, xasiyyətdən gözəl olmalı, yerişinə və duruşuna fikir verməli, xanım-xatunluğunu qoruyub saxlamalı, özünə hörmət etməlidir. Xanım başqalarının işinə burun soxmamalı, qeybət etməməli, dəyərini bilməli, ucuz və əlçatan olmamalı, başqasının ərinə “padxod” etməməli, özünü elə aparmalıdır ki, onu heç bir kişi alçaltmasın. Vaxt olsa bir az özünüzə hörmət edin. Qadın və xanım sözünü özünüzə yapışdırmayın. Siz axı belələrindən deyilsiniz. Heç vaxt da ola bilməzsiniz”./baku.ws
“Həyat” Fondunun rəhbəri, aparıcı Hacı Nuran Hüseynovun müalicəsi davam edir.
Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən ayın sonunda anidən halı pisləşərək xəstəxanaya yerləşdirilən aparıcı hazırda Almaniyadadır.
Hacı Nuran klinikalardan birində müalicəsini davam etdirir. Orada da Hüseynovun Ağciyərində onikoloji şişin olduğunu təsdiq ediblər.
Aparıcı danışarkən hələ bir müddət Almaniyada olacağını qeyd edib: “Müalicəm davam edir. Bakıda necə analizlərin nəticəsi çıxmışdırsa, burada da elə oldu. Darıxmayın, hər şey qaydasına düşəcək”.
“Eurovision” təmsilçilərimizdən olan Səmra Rəhimli sosial şəbəkədə yeni fotosunu paylaşıb.
Müğənninin şəkildə ombasının görünməsi tənqid edilib. İzləyicilər fotoya onlarla şərhlər yazıblar.
Səmra paylaşımına “Sakit ol və qırmızı dodaq boyanı çək. Hamı mənim qırmızı dodaq boyası ilə bağlı sözlərimi xatırlayır? Məndən qorxun” sözlərini yazıb.//minval.info