Category: Şou Biznes

  • “Bakılı oğlanlar”dan Məmmədxanovun qızına toy sürprizi – VİDEO

    Xəbər verdiyimiz kimi, “Bakılı oğlanlar” komandasının kapitanı, mərhum deputat Anar Məmmədxanovun qızı Məryəmin toyudur.

    Məclis “Buta Palace”da keçirilir. Gecədə “Bakılı oğlanlar” komandasının keçmiş üzvləri Məryəmə sürpriz hazırlayıblar. Onlar A.Məmmədxanovun yer aldığı videoçarx hazırlayıblar. Eyni zamanda səhnəyə çıxaraq Məryəmə həsr etdikləri mahnı oxuyublar.

    Məryəm Məmmədxanova Gəncə Aviasiya Təmiri zavodunun direktoru Hacı Etibar Həsənovun oğlu Orxanla ailə qurur.///Axşam.az

  • “Maşın” tezliklə yenidən başlayacaq

    Xalq artisti Murad Dadaşov “Maşın” realiti-şousunun 17-ci buraxılışı haqda xəbər verib.

    Şoumen yaxın günlərdə yenidən şounun start götürəcəyini bildirib:

    “Maşın”ın sadiq tamaşaçıları bizə 16-cı buraxılışda kömək oldular. Firuzə Cəlilovanın əlini götürməsini belə onlar bildirdilər. Düzdür, burada çoxlu kameralar var, amma tamaşaçıdan gəldi o xəbər.

    Şounun 17-ci sürətini ilk dəfə canlı yayımda elan etdik. Hətta ilk iştirakçı da canlı yayımda dəvətimizi aldı. Bu, Ələkbər Yasamallı idi.

    Maraqlı bilirsiz nədir, mən şouya tamaşaçı ilə eyni vaxtda baxıram. Bütün günü burada olmuram”.

  • “Maşın” şounu saxtakar adlandırdı, Murad Dadaşov onu final gecəsinə çağırmadı – Video

    ATV kanalında yayımlanan “Xanımlar və cənablar 2” devizi ilə start götürən “Maşın” realiti şousunun final gecəsi keçirilib.

    Final gecəsinə şounun iştirakçıları arasında olan ATV kanalının 4 aparıcısı İlhamə Bədəlova, Mətanət Əliverdiyeva, Aytən Səfərova, Günel Hümbətova qatılmayıb.

    Aparıcı İlhamə Bədəlova, Aytən Səfərova, Günel Hümbətova iştirakçılara etiraz əlaməti olaraq “Maşın” realiti şouya qatılmadıqları məlum olub.

    Amma “Maşın” realiti şounun ümumi saxtakarlıqda ittiham edən aparıcı Mətanət Əliverdiyeva bu dəfə layihənin rəhbəri Murad Dadaşov tərəfindən final gecəsinə dəvət edilmədiyi barədə məlumatlar dolaşır.

    Mətanət Əliverdiyeva ATV kanalında aparıcı Yusifin təqdimatı ilə yayımlanan “10-dan sonra” verilişində “Maşın” şouyla bağlı gözlənilməz açıqlama verib.

    O bildirib ki, “Maşın” şou saxta bir oyundur: “”Orada göndərilən SMS-lərin düzgün hesablanmamasının şahidi oldum. Bilirsiniz ki, mən açıq danışan olmuşam”.

    Mətanətin verilişdə səsləndirdiyi ifadələr dərhal ATV kanalının rəsmi sayıtında yerləşdirildi. Amma üzərindən bir gün keçdikdən sonra verilişin görüntüləri ATV.az sayıtının rəsmi YouTube səhfəsindən yığışdırılıb.

    Xatırladaq ki, M.Əliverdiyeva “Maşın” şouda az səs toplayaraq maşının ətrafından kənarlaşıb.//unikal.org

  • “Maşın” şounun qalibi bəlli oldu – Video

    Gərgin mübarizə, yuxusuz gecələr, ac və susuz vəziyyətdə saatlarla avtomobil ətrafında dayanan tanınmışlar…
    Nəhayət, qalmaqallarla yadda qalan “Maşın” şou Xanımlar və Cənablar 2″-in qalibi bəlli olub.

    Median.Az Axsam.az-a istinadən xəbər verir ki, qalib müğənni Roza Zərgərlidir. Bu gün keçirilən final görüşündə bəlli olub ki, onun rəqibi viner Hüseyn Əzizoğlu əlini maşın üzərindən götürüb. Buna səbəb isə Rozanın ona həm psixoloji, həm də fiziki təzyiq etməsidir.

    Beləliklə, teleməkanın ən reytinqli verilişinin 16-cı buraxılışında maşın Roza Zərgərliyə qismət olub.

  • “Kurtlar Vadisi”nin aktyoru öldü

    Türkiyəli məşhur aktyor Hacı Kamil Adıgüzel vəfat edib.

    O, 78 yaşında İstanbulda dünyasını dəyişib.

    Qeyd edək ki, adıçəkilən aktyor “Kurtlar Vadisi Vatan”, “Sakarya Fırat”, “Kalb göz” kimi seriallarda çəkilib.//yenicag

  • “Maşın” şou başa çatdı – Qalib kimdir?

    Ölkənin ən baxımlı şousu – “Maşın” şounun 16-cı sürəti başa çatdı.

    Verilişin aparıcısı, Murad Dadaşov qalibin adının rəsmi olaraq bu gün açıqlanacağını bildirib.

    Maşın uğrunda mübarizənin ikinci final gecəsi, səhərə yaxın iştirkaçılardan biri əlini çəkib. Lakin Murad Dadaşov qalibin adını açıqlamayıb.

    O, bildirib ki, mayın 29-dan yayımlanan “Maşın” realiti-şousu iyunun 15-i möhtəşəm konsert proqramı ilə başa çatacaq və qalibə maşının açarları təqdim olunacaq.

    Xatırladaq ki, finalda mübarizəni iki iştirkaçı Hüseyn Əzizoğlu və Roza Zərgərli aparırdı.

    Qeyd edək ki, lent.az saytının yaydığı məlumatda qalibin Roza Zərgərli olduğu qeyd edilir.

  • Hüseyn və Roza arasında dava – VİDEO

    Qalmaqallı “Maşın” realiti şousunda növbəti dəfə iştirakçılar dalaşıb.

    Yayımlanan kadrlarda Roza və Hüseyn arasında gərginlik yaranıb.

    Belə ki, yatmamaq üçün mahnı oxumaq istəyən Hüseynə Roza mane olmağa çalışıb. Hüseyn isə inadla yuxusuz qalmaq üçün oxuyacağını deyib. Bu zaman Roza avtomobilin üzərində olan alçaları onun üstünə tullayıb.

    Sözügedən kadrları təqdim edirik:

  • “Maşın şou”nun qalibi məlum oldu – VİDEO

    “Maşın”nın qalibinin kim olmasına aydınlıq gəlib.

    Lent.az-ın məlumatına görə, maşını müğənni Roza Zərgərli qazanıb. Hüseyn Əzizoğlu isə finalda müğənni ilə sona qədər mübarizə apara bilməyib. Bu barədə sosial şəbəkədə də məlumatlar paylaşılır, müğənnini təbrik edənlər də var.

    Məlumatla əlaqədar R.Zərgərli ilə əlaqə saxladıq. Dəstəyi köməkçisi Ramin götürdü. O, bu məlumatdan xəbərinin olmadığını dedi: “Səhərdən hamı bizi yığır. Amma Roza xanıma ən yaxın adam bizik, biz bu barədə xəbərsizik”.

    Qeyd edək ki, 18 məşhurun yarışdığı “Maşın”da finala reper Uran, blogger Hüseyn Əzizoğlu və müğənni Roza Zərgərli qalmışdı.

  • Tanınmış müğənninin videosuna görə polis zabitlərinə AĞIR CƏZA (VIDEO)

    Tanınmış müğənni Kərim Abbasovun polis bölməsində onun barəsində nalayiq fikir bildirən sosial şəbəkə istifadəçilərini üzr istətdirməsi və bu görüntüləri əks etdirən videonu yayması ilə bağlı Daxili İşlər Nazirliyinin başlatdığı xidməti araşdırma başa çatıb.

    Median.Az bildirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, daxili işlər naziri Ramil Usubovun göstərişi ilə Binəqədi rayon Polis İdarəsi 4-cü Polis Bölməsində bölmə rəisi, polis polkovniki Etibar Balakişiyev və kadrlarda görünən sahə müvəkkili, polis mayoru Oruc Mirzəyev barəsində aparılan xidməti araşdırma nəticəsində hər iki zabit cəzalandırılıb. Belə ki, sahə müvəkkili Oruc Mirzəyevin daxili işlər orqanlarından kənarlaşdırılmasına, bölmə rəisinə isə şiddətli töhmət elan edilməsinə qərar verilib.

    Qeyd edək ki, daxili işlər naziri Ramil Usubovun imzaladığı müvafiq əmrlə polis idarəsi, bölməsi və digər strukturlara daxil olan qapalı yerlərə-otaqlara kamera ilə giriş qadağandır. Bundan başqa Cinayət Prosessual Məcəlləsində üzr istəmə və üzr istətmə hərəkətləri polisin deyil, məhkəmənin səlahiyyəti kimi təsbit edilib.

  • Hüseynin anası danışdı: “O, maşını udmasa da…” – VİDEO

    “Maşın” şouda yarışan Hüseyn Əzizoğlunun evindən report hazırlanıb.

    Yarışmanın iştirakçısı Hüseynin ailə üzvləri və yaxınları onun haqqında fikirlərini bildiriblər.

    Anası isə oğlunun əjdaha iştirakçılarla birgə mübarizə apardığını və çox emosianal olduğunu söyləyib:

    “Onun Maşın şoudan təklif alması artıq uğurdur. O maşını udmasa da belə bu, Hüseynin uğurudur”.

    Hüseynin evindən reportajı təqdim edirik:
    /baku.ws