Category: Şou Biznes

  • Aparıcı geyiminə görə canlı yayımdan qovuldu – FOTO + VİDEO

    Küveytli aparıcı Amal əl-Avadi canlı yayım zamanı efirdən qovulub.

    Median.Az “Metro” nəşrinə istinadla xəbər verir ki, buna səbəb izləyicilərin aparıcının geyimindən narazı qalması olub.

    Efir zamanı redaktor canlı yayımın dayandırılmasını tələb edib. 29 yaşlı aparıcı telekanaldan uzaqlaşdırılıb. Aparıcı “Snapchat” vasitəsilə verdiyi açıqlamada müqavilədəki maddələri pozmadığını açıqlayıb.

    Məlum olub ki, hadisəyə səbəb izləyicilərin aparıcının geyiminə qəzəblənməsi olub. Onların fikrincə, Ramazan ayında heç bir aparıcı bu cür geyinməməlidir.

    “Aparıcılar Ramazan vaxtı ciddi geyimdən istifadə etməlidirlər”, – izləyicilər sosial şəbəkədə yazıblar.

    Şayiələrə görə, Əl-Avadi yüksək vəzifəli məmur tərəfindən işdən qovulub. Kanal bu versiyanı təsdiqləməyib./oxu.az


  • Rüfət Mehdiyevin qızının xınasından – VİDEO

    Mərhum müğənni Rüfət Mehdiyevin qızı Zenfiranın xınası olub.

    Məclisdən görüntülər sosial mediada yayılıb.

    Qeyd edək ki, R.Mehdiyev 2011-ci ildə vəfat edib. Onun ilk evlilikdən 2 qız, ikinci nikahından isə 1 qız, 1 oğlan övladı var.
    /azxeber

  • Tolik canlı efirdə söylədiklərinə görə polisə çağırıldı – VİDEO

    Elza-Damla-Tolik qalmaqalı hüquq-mühafizə orqanlarınadək gedib çıxıb və tərəflər polis idarəsinə çağrılıblar.

    Əməkdar artist Elza Seyidcahan prodüser Toliki və müğənni Damladan polisə şikayət edib.

    Bu barədə Tolik aparıcısı olduğu “Hər şey daxil” verilişində açıqlama verib:

    “Elza xanım bu yaxınlarda hüquq-mühafizə orqanlarına məndən və Damladan şikayət edib. Polisə çağırıldım və izahatımı da yazdım. Ərizənizə yazmısız ki, Tolik canlı efirdə məni təhqir edib. Elza xanım, əgər mən sizi təhqir etmişəmsə, elə bir kadrlar sizdə varsa, mən elə bu efirdə də sizdən üzr istəyəcəm.

    Bizim Xəzər televiziyası heç vaxt icazə verməz ki, biz aparıcılar canlı efirdə kimisə təhqir edək. Bizim buna həddimiz yoxdur. Biz tənqid edə bilərik, bu da normaldır. Mən sizin sənətinizə hər zaman normal yanaşmışam, dəfələrlə verilişimə dəvət etmişəm”.

    Xatırladaq ki, Elza Seyidcahan müğənni Damlanın şəklini cıraraq onun mahnılarını pisləyib, itinin və pişiyinin Damlaya qulaq asmadığını bildirmişdi. Onun Damlaya qarşı bu hərəkətlərinə görə Tolik öz verilişində Elza Seyidcahanı kəskin tənqid etmişdir.//baku.ws

  • Murad Dadaşov “Maşın” şouda şok planın üstünü açdı – VİDEO

    “Maşın” şounun ötən günki canlı efirində bəzi qaranlıq məqamlara aydınlıq gətirilib.

    Verilişin aparıcısı, xalq artisti Murad Dadaşov maşının ətrafında gedən ssenariləri açıqlayıb.

    Aparıcı bildirib ki, işçtirakçıları hansısa təmanna ilə ələ almaq oyun qaydalarına ziddir:

    “Sosial şəbəkələrdə yazılır ki, guya Roza artıq Hüseyn və Uranla danışıb. Hansısa danışıq əldə ediblər. Roza hətta maliyyə təklif edib. Hüseyn və Uran əlini götürəcək və Roza qalib olaraq jest edəcək, nəticədə xalqın yaddışında xeyirxah mələk kimi qalacaq. Sizin diqqətinizə çatdırım ki, hamınız bizimlə xüsusi razılaşdırdığınız müqavilə var. Əgər biz bilsək ki, danışıqlar nəticəsində oyuna pozuntu gələcəksə, nəticələr tam olaraq ləğv ediləcək. Bu üçlük maşınsız qalacaq”.//baku.ws

  • DJ Avicii Stokholmda dəfn olundu

    Avicii ləqəbi ilə tanınan isveçli DJ Tima Berqlinq doğma şəhəri olan Stokholmda dəfn edilib.

    Median.Az xəbər verir ki, bununla bağlı “Daily Mail” nəşri məlumat yayıb.

    Nəşrin məlumatlarına görə, o, YUNESKO-nun dünya irsinə daxil olan və şəhərin cənubunda yerləşən Skoqskirqodqrad qəbiristanlığında dəfn olunub. Mərasimdə yalnız Berqlinqin yaxınları iştirak edib.

    Qeyd edək ki, 28 yaşlı Avicii aprelin 20-də Omanda ölü tapılıb. Polislər musiqiçinin ölümündə heç bir cinayət izi aşkar etməyiblər. Bir müddət sonra onun ailəsi Berqlinqin intihar etdiyini açıqlayıb.

  • Abbas Bağırov bu gün “Maşın”ı tərk edəcək iştirakçının adını açıqladı

    Mənim nə bu maşında, nə də heç kimin uğurunda gözüm qalıb.

    Bu sözləri oxu.az-a açıqlamasında Abbas Bağırov deyib.

    “Bu, oyundur. Udsan da, uduzsan da olar. Realiti şou belə olur. Böyük bir adrenalindir. Yüksək bir dağa qalxıb, oradan paraşütlə aşağı ensən, belə adrenalin olmaz. Tullansam, buradakı həyəcanı orada keçirə bilmərəm. Bunu yaşamaq lazımdır”.

    Bağırov bildirib ki, növbəti hədəf reper Urandır:

    “Burada Uran təklənib, növbəti hədəf odur. Beş iştirakçının hamısı güclüdür. Bu gün Uran çıxacaq”.

    Abbas “Maşın”da iştirakından məmnunluq duyduğunu bildirib:

    “Maşın” şouya gəlməyimə çox şadam. Beşinci dəfə də təklif olunsa, gələcəyəm”.

  • Hüseyn “mama”sının istəyilə “papa”sını uzaqlaşdırdı – FOTO + VİDEO

    Altı nəfər iştirakçının mübarizə apardığı qalmaqallı “Maşın” realiti şoudan bu gün bir nəfər də ayrılıb.

    Səsvermə nəticəsində qutudan ən çox fotosu çıxan şəxs Hüseyn Əzizoğlu olub.

    Əzizoğlu bildirib ki, hədəfi aktrisa Pərvin Abıyevadır.

    Sonda Hüseyn “qalsın”a 60,30% səs toplayaraq şouda qalıb. O, verilişdən “papa” deyə müraciət etdiyi Abbas Bağırovu çıxarıb.





  • Roza Zərgərli gərginliyə tab gətirmədi, həkimlik oldu – VİDEO

    Qalmaqallı “Maşın” şouda daha bir iştirakçı gərginliyə tab gətirməyib.

    Oxu.az xəbər verir ki, bu dəfə şounun “Qara dama”sı, müğənni Roza Zərgərlinin səhhətində problem yaranıb.

    İnzibati heyət onun üçün təcili yardım çağırıb.

    Həkimlərin müdaxiləsindən sonra Zərgərlinin səhhəti normallaşıb.

    Median.Az həmin görüntüləri təqdim edir.

  • Tolik yeni “Gelandewagen”inə görə cərimələnəcək; Vaqif Əsədovdan AÇIQLAMA + FOTO

    Prodüser Tolik (Tarix Əliyev) ad günündə ona hədiyyə edilən ağ “Gelandewagen”ə görə cərimələnəcək. Belə ki, sosial şəbəkədə Tolikin avtomobilini nümayiş etdirərkən bir nüans diqqəti çəkib. Prodüserin 90-EF-300 dövlət nömrə nişanınlı avtomobilində defis işarəsinin olmaması böyük maraq yaradıb.

    Median.Az unikal.org-a istinadən xəbər verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bu addımın qanun pozuntusu olduğunu qeyd edib:

    “Bu dövlət nömrə nişanlarının standartlarına müdaxilədir. Avtomobilin dövlət nömrə nişanında defis işarəsi olmayan şəxslər 50 manat cərimələnir. Bu qanuna əməl etmək hər kəsin borcudur. Əgər o avtomobil nömrəsində defisi silibsə, bilmirəm nəyə görə belə edib. Tolik hər zaman yol hərəkəti qaydalarını pozanları aşkar etdikdə bizə dərhal məlumat verib. Biz də həmin şəxslər barəsində təsirli tədbir görmüşük. Tolik qanunları sevən oğlandır. İnanıram ki, Tolik qısa zamanda nömrəsində olan bu çatışmazlığı aradan qaldıracaq”.

  • Maşını soyulan Dilarə: Aparılan təkcə pul deyil – FOTO

    “Eurovision 2014” təmsilçimiz Dilarə Kazımovanın maşınına hücum olunub.

    Belə ki, o, “Audi” markalı avtomobilini Teymur Elçin küçəsində yaşadığı binanın qarşısında saxlayıb.

    Gecə saatlarında naməlum şəxs Kazımovanın 90 ** 527 nömrəli maşınının şüşəsini sındıraraq “bardaçok”dan 2 min manat oğurlayıb.

    Məsələ ilə bağlı Oxu.Az-a danışan Dilarə baş verən olayı təsdiqləyib.

    “Ayın 7-si gecə saat 2-də studiyadan evə gəldim. Həmişəki yerdə maşınımı saxladım. Bundan öncə də avtomobilimdə dəfələrlə pul saxlamışam. Heç bir şey olmayıb. Saat 9-da həmin 2 min manat pulu başqasına verməli idim. İnanmırdım ki, 7 saat ərzində bu pulu oğurlayarlar. Dünən saat 8-də bizə dedilər ki, avtomobilin sağ şüşəsini sındırıblar. Aparılan təkcə pul deyil. Avtomobilin içindən bahalı parfüm, üç ədəd eynək də götürüblər”.

    Dilarə bildirib ki, şikayəti bu gün səhər yox, dünən edib:

    “Dünən səhər biz şikayət etmək üçün polisə yollandıq. Orada bizə dedilər ki, analoji hal 5 gün öncə də təkrarlanıb. Bizdən öncə iki maşını da sındırıblar. Bunu bilsəydim, pulu maşında qoymazdım. Notbukumu da avtomobildə qoymaq istəyirdim, sonra fikrimi dəyişdim”.

    Kazımova məsələ ilə bağlı araşdırmanın getdiyini bildirib:

    “Cinayət işi açılıb. Dünən ekspertlər də gəlib, baxış keçirdilər. İnanıram ki, tapacaqlar”.

    Qeyd edək ki, xəbəri ilk Qafqazinfo.az saytı yayıb.