Category: Şou Biznes

  • Azərbaycan efirində biabırçılıq: Aparıcı qonaqları dalaşdırdı – VİDEO

    Bir neçə gündür efirində dava düşən “Sirdaş Rövşanə” proqramının tam versiyası yayımlanıb.

    Rəqqasələrin qonaq olduğu proqramda onlara əks fikirli olan idmançı dəvət edilib.

    Rəqqasələrə hörmət etmədiyini deyən idmançı ilə rəqqasələr arasında söz davası yaşanıb.

    Daha sonra Simona adlı rəqqasənin rəqsi zamanı idmançının qulaqcıq taxması və ona baxmaması qonağı qıcıqlandırıb.

    İdmançıya yaxınlaşan Simona onun qulaqcıqlarını dartıb.

    Qonaqların gərgin olduğunu görən Rövşanı isə aranı daha da qızışdırıb. O, Simonaya “Sənə çox hörmətsiz yanaşdı” deyərək onu idmançıya qarşı qaldırıb.

    Simonanın idmançıya “Sən tərbiyəsizsən” deməsi isə qalmaqalı daha da alovlandırıb.

    İdmançı Simonanın üstünə su töküb. Rəqqasə də eyni cavabı idmançıya verib. Sonra tərəflər əlbəyaxa olub. Studiyada qonaqların qarşısına qoyulan kiçik masa idmançının təpik zərbəsi ilə qırılıb.

    Sözügedən görüntüləri təqdim edirik.//oxu.az

  • Nazın yarıçılpaq fotoları yayıldı – FOTO

    Türkiyədə evlilik verilişinə qatılaraq məşhurlaşan Naz Milanın açıq-saçıq fotoları yayılıb.

    Naz mütəmadi olaraq sosial şəbəkələrdə açıq-saçıq fotolarını və yazışmalarını paylaşıb.

    Bu baxımdan heç bir kompleksi olmayan Nazın yeni fotoları da birmənalı qarşılanmayıb. Çoxları buna görə onu tənqid etsə də, təqdir edənlər də az olmayıb.

    Həmin fotoları təqdim edirik:



  • Əməkdar artist efirdə huşunu itirdi – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişində gərgin anlar yaşanıb.

    Əməkdar artist Nahidə Orucova huşunu itirərək yerə yıxılıb.

    Aparıcıya anında yardım göstərilib.

    İlkin etimala görə, aktrisanın nasazlığına səbəb, mədə əməliyyatı keçirdiyi üçün çox az yemək yeməsidir.

    Sözügedən görüntüləri təqdim edirik:

  • Fədayə Laçın intihara cəhd edib?

    Bir neçə aydır həbsdə olan müğənni Fədayə Laçın vəkili Türkel Süleymanlı ilə görüşüb.

    Süleymanlı bildirib ki, sosial şəbəkələrdə ifaçının intihar etməsi ilə bağlı xəbərlər yayılıb, ancaq bu xəbərlər əsassızdır:

    “Mən Fədayə xanımla görüşdüm. Özünü yaxşı hiss edir, saxlanma şəraiti isə qaydasındadır. Təəssüf ki, sosial şəbəkələrdə onunla bağlı xoşagəlməz söhbətlər yayılır. Bunlardan biri də guya Fədayənin intihara cəhd etməsidir. Yayılan bu informasiya həqiqəti əks etdirmir və yalandır. Xahiş edirəm belə xəbərlər yayanda diqqətli olsunlar. Çünki çöldə Fədayəni gözləyən qohumları, ailəsi var”.

  • Müğənni Elton “İnfiniti” ilə YPX maşınını əzdi: özü və polis yaralandı – FOTO

    Bu gün saat 10 radələrində Salyan yolun, Şıx çimərliyinin qarşısında ağır yol-nəqliyyat hadisəsi baş verib.

    Müğənni Elton Hüseynəliyev idarə etdiyi 90 DD 044 dövlət nömrə nişanlı, “İnfiniti” markalı avtomobillə Səbail rayon yol-patrul xidmətinin 99 YP 253 dövlət nömrə nişanlı xidməti maşınına çırpılıb.

    Qeyd edək ki, həmin ərazidə beynəlxalq velosiped yarışı keçirilir. Yarışlarda təhlükəsizliyi təmin etmək üçün Səbail rayon yol polisi şöbəsinin əməkdaşları bir neçə gündür həmin ərazidə gücləndirmiş iş rejimində işləyir. Hadisə də yarış başlayan ərəfədə olub. Belə ki, yol kənarında dayanan YPX avtomobilinə yüksək sürətlə hərəkət edən Eltonun avtomobili çırpılıb. Şahidlərin sözlərinə görə, müğənni ərazidə sürətin azaldılması barədə nişanlara əhəmiyyət verməyərək yüksək sürətlə hərəkət edib.

    Avtomobillərə ciddi ziyan dəyib. Həm müğənni, həm də YPX əməkdaşı xəsarət alıb. Onlar əraziyə çağırılan təcili tibbi yardım avtomobili vasitəsilə xəstəxanaya aparılıb.//avtosfer.az

  • 29 yaşlı əməkdar artistdən Xatirə və Nadirə cavab: “O adı dövlət başçımız verib, diqqətli olun”- FOTOLAR

    29 yaşında “Əməkdar artist” fəxri adına laiq görülən ifaçı Nigar Şabanova Xəbərçi.az-a müsahibə verib.

    Həmin müsahibəni təqdim edirik: 

    – Azərbaycanın əməkdar artisti Nigar Şabanova … Qulağa necə də xoş gəlir, hə ? Təbrik edirəm.

    – Var olun. Hə nə yalan deyim bu adı daşıdığım üçün fəxr edirəm. 

    – Xəbəri eşidəndə harda idiz, kim ilk zəng etdi ?

    – Evdə idim düzü … Yuxudan təzə durmuşdum, zəng gəldi. Nazirlikdən idi və dedilər ki, sizə cənab Prezidentimiz fəxri ad verib. Dedim ola bilməz. Həqiqətən inanmırdım. Hamı mənə deyir ki, yalan demə, xəbərin olub. Vallah-billah xəbərim olmayıb. Həmin günü də dövlət tədbiri var idi. Xəbəri alanda anam da yanımda idi, necə ağlayır. Deyirəm ki, ana ağlama yoxsa məndə göz yaşlarımı saxlaya bilməyəcəm. Anam ağlayır deyirəm məni də ağlatmayın.

    – Neçə ildi səhnədəsiz?

    – Profesional 2007-ci ildən “Xalq ulduzu” yarışmasından başladım. 2011-ci il muğam müsabiqəsində 3-cü yerə laiq görüldüm. Ondan sonra həyatım dəyişdi. Dövlət tədbirləri, xarici səfərlər, başqa abu-havaya düşmək, başqa insanlar, başqa aura, başqa kütlə… Həyatım muğam müsabiqəsindən sonra tam dəyişdi, min şükür !

    – Həyatınız dəyişəndən sonra özünüz də dəyişmədiz ? Ulduzluq xəstəliyi, başgicəllənmələr oldumu ?

    – Çox istəyərdim olsun. Mən çox reklama meyilli insan deyiləm, bəlkə ona görə daha az tanınıram.. Qalmaqala, piara meyilli insan deyiləm. Danışsalar, soruşsalar danışıram, yox əgər yox. 

    – Sizcə bu sizi geriyə atmır?

    – Geriyə atır. Elə ona görə sual verirlər ki, nə tez bu yaşda ad aldın, Nigar nə etdi ki, ad aldı. Bilirsiz bu mənə necə pis təsir edir ?! Amma biruzə vermirəm. Çünki taxsirkar özüməm, etdiklərimi göstərməmişəm, mediaya məlumat verməmişəm axı … Gözüm o qədər toxdur ki … 29 yaşım olsa da, həyat çox tez yorub məni. Elə olur ki, çamadanım evin ortasında qalır. Bir ayda 3-4 səfərə gedib, gəlirəm. Azərbaycanımı xaricdə təmsiledirəm. Dövlət tədbirlərində layiqincə çıxış edirəm. Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə səfərlərimiz olub. Onun həyəcanını heç nəyə dəyişmərəm. Xırda bir səhv utanc yeri ola bilər. Ona görə aylarla məşq edirəm, öz üzərimdə çalışıram, hər zaman nəysə öyrənməyə çalışıram.

    – Məsuliyyət …

    – Bəli, çox məsuliyyət tələb edir. Kənardan asan gəlir. İnstagram səhifələrində şəkil paylaşanda yazırlar ki, kefdəsiz. Amma bu mənim qürur duyduğum işimdir. mənim üçün qürurdu. Düzdü yaşım az olsa da, bu sənətə savad alaraq gəlmişəm.

    – Əslində təəssüf deməməlisən. Bu gün sən bəzilərinə nümunəsən. Deyirlər ki, başını aşağı salıb iş görsən uğur əldə etməyəcəksən. Sən sırf öz işinlə məşğul oldun və fəxri ad aldın. Bu dövlətimizin gənclərə dəstəyidir.  

    – Çox böyük bir uğurdu, fəxrdi vallah. Çox sağ olsun Prezidentimiz ki, məni bu ada laiq gördü.

    – Amma müğənnilər Nadir Qafarzadə və Xatirə İslam belə bir açıqlama verdi ki, bəzi ad alanları heç kəs tanımır. Bizim də yaxşı dostlarımız olsa ad alardıq. Təxmini belə fikirlər idi… Nə deyərdin ?

    – Ona görə təəssüf dedim ki, mən də şouya, qalmaqala meyilli olsaydım o zaman daha çox tanınardım. Amma bir yandan da düşünürəm ki, bu sanbalda olmazdım. Ad üstə dava edənlərə isə demək istəyirəm ki, əziyyət çəkmək lazımdır. Və danışıqlarına çox-çox diqqət etsinlər. Bu gün stress keçirirlər, anladım. Amma o adı nə dost, nə tanış, nə də arxanda duran kimsə sənə hədiyyə etmir. O adı bizə dövlət başçımız verir və bunun müzakirəyə heç bir ehtiyacı yoxdur. 8 ildir qar, yağış, boran bilmədən bütün dövlət tədbirlərində varam. Oxuyuram, can qoyuram, elə bayramlar olub, mən öz ailəmlə yox, tanımadığım insanlarla, başqa-başqa ölkələrdə qeyd etmişəm. 

    -Nigar müəllimin kim olub?

    -Qəzənfər Abbasovdan dərs almışam. İndiyə qədər yanına gedib gəlirəm.Başqa müəllimdən dərs almaq istəyirəm amma alınmır. Mədəniyyət və İncəsənət Universitetində müəlliməm Mələkxanım Əyyubova olub.

    – Ad aldın, bəs kim gözünü yolda qoydu ?

    -Təəssüflər olsun ki, müəlliməm Mələkxanım Əyyubova məni təbrik etmədi . Qəzənfər Abbasov, Azər Zeynallı, Mənsum İbrahimov, Gülyanaq, Gülyaz bacıları və b. Amma təəssüf ki, Mələkxanım Əyyubova gözümü yolda qoydu.

    -İncidin?

    – Əlbəttə incidim. Deyirlər uman yerdən küsərlər. Mən ona universitet vaxtından demişdim ki ,az da olsa dəstəyinizi gözləyirəm. Amma özüm ayaqüstə durdum, onun dəstəyi, köməyi olmadan, şükür Allaha !

    -Bəs kim birinci təbrik etdi?

    – Əməkdar artist Sahib Paşazadə.

    – Bundan sonra nə dəyişəcək?

    – Allah mənə o qədər sadəlik verib ki, bundan sonra çalışacam fəxri adıma laiq olum. 

    – Toylarda çıxış edirsən?

    -Əlbəttə, özüdə çox yüksək səviyyədə … Amma bəziləri deyir ki, ad aldınsa toya getməməlisən. Azərbaycanda bu sənətin gəliri başqa yerdən yoxdu.

    – Niyə sən də bahalı kliplər çəkdirmirsən ?

    – Hardan çəkdirim ? Axı mən bu gün o qədər qazanmıram. Və mən düşünürəm ki,  özüm ailə saxlayıram. Mən ailəmin boğazından kəsim 5 minə necə klip çəkdirim ? Ən aşağısı ölü klipin xərci 5 min manatdır. Halal yolla öz ayaqlarım üstə durduğum üçün özümlə fəxr edirəm. Və bu adı da mən Nigar Şabanova zəhmətimlə almışam. 

     

     

  • “Maşın” şoudan çıxarılan İlhamə HƏR ŞEYİ AÇDI: “Roza Zərgərlinin verilişdə…”

    Xəbər verdiyimiz kimi, “Maşın” şounun növbəti buraxılışında oyunu aparıcı İlhamə Bədəlova tərk edib. Lakin verilişin sonuna yaxın Bədəlova ilə müğənni Roza Zərgərli arasında mübahisə düşüb.

    İlhamə Bədəlova səhiyyə işçilərindən dəstək istəyəndə Roza Zərgərli səsini qaldıraraq İlhamənin səhiyyə işçilərindən səs istəməyə haqqı olmadığını deyib. Aparıcının çıxışına müdaxilə edən müğənni bildirib ki, İlhamə Bədəlova özü ağır xəstə olan işçini işdən qovub. Daha sonra hər iki iştirakçının mikrofonları söndürülüb.

    Milli.Az bildirir ki, İ.Bədəlova verdiyi müsahibədə bu məsələyə aydınlıq gətirib. O bildirib ki, R.Zərgərlinin ittihamları əsassızdır və onun kimisə işdən çıxartmaq səlahiyyətləri yoxdur.

    – İlhamə xanım, “Maşın” realiti-şounun dünənki buraxılışında oyunu siz tərk etdiniz. Verilişin sonuna yaxın Roza Zərgərli sizi xəstə işçinizi qovmaqda ittiham etdi və ünvanınıza çox sərt ifadələr işlətdi. Gözlənilməz çıxışın səbəbi nə idi?

    – Verilişin iştirakçıları məni az-çox tanıyır və hansı işə qulluq etdiyimi yaxşı bilirlər. Ən azından həmkarlarım İlhamə Bədəlovanı tanımalı idi. Roza xanım arxamdan müəyyən işlər görüb. Xəstə insanı işdən qovmağım haqqında məlumatları haradan əldə etdiyini bilmirəm. Halbuki, kimsə Roza xanımın xəstə işçisini qovduğunu desəydi, mənə inanmazdım. Mütləq ikinci tərəfi də dinləyərdim. Roza Zərgərli şou başlayana qədər məni kənara çəkib bu məsələ ilə bağlı sorğu-sual edə bilərdi. Amma o, sualı mənə vermədən və cavabı dəqiqləşdirmədən, olmayan hadisəni şişirdib və iştirakçılara yalan-yanlış çatdırıb. O insanların Rozanın dediklərinə inanması mənə pis təsir etdi. Çünki kimisə işdən qovacaq gücə və qüvvəyə malik deyiləm. Mən kiməm ki? Birincisi, televiziya rəhbəri deyiləm ki, işçiləri çıxartmaq səlahiyyətlərim olsun. Bunun özü yalandır.

    İkincisi, Roza xanımın haqqında danışdığı şəxs özü onu işdən qovduğumu təsdiqləsə, onda bütün sözləri qəbul edərəm. Niyə belə əminliklə danışıram? Ona görə ki, belə bir hadisə baş verməyib, heç kimi, üstəlik xəstə insanı işdən qovmamışam. Bildiyimiz kimi, illərdir sağlamlıq verilişinin aparıcısıyam və gücüm çatdığı qədər öz hesabıma xəstə insanlara köməklik göstərirəm. Müalicəyə ehtiyacı olan insanlar üçün həkimlərə ağız açıram və bunları işıqlandırmıram. Əməliyyat etdirdiyim pulu olmayan xəstəni məni tərifləməsi üçün efirə dəvət edə bilmərəm. O insanları alçaltmağı özümə sığışdırmıram. Bu, xarakterimə ziddir.

    Gördüyüm işləri heç vaxt reklam etməmişəm. Bəziləri kimi deməmişəm ki, efirə gəlin, qarşımda diz çökün, çiçək gətirin və mənə ağızdolusu təriflər yağdırın. Belə kəlmələrə ehtiyacım yoxdur. Hətta kömək etdiyim bəzi xəstələrdən “Çox sağ olun, İlhamə xanım” sözlərini eşitməmişəm, Allah böyükdür deyib keçmişəm. Onsuz da məni tanıyan, tanıyır, tanımayan da, bundam sonra tanıyacaq. Bir sözlə, Roza Zərgərlinin verilişdə ünvanıma dediyi sözləri qəbul etmirəm.

    – Hüseyn Əzizoğlu sizi oyundan çıxaranda hamı ilə, eləcə də Roza Zərgərli ilə sağollaşdınız. Buna dəyərdi?

    – O, nə vaxtsa öz səhvini başa düşəcək və məndən üzr istəyəcək. Buna əminəm. Çünki ona səhv məlumat verilib. Odur ki, Roza xanımı günahlandırmıram, yenə də öz böyüklüyümü göstərirəm. Müqəddəs Ramazan ayında Allah hamıya kömək olsun. İstərdim ki, Roza Zərgərli öz səhvini başa düşsün və bu məsələyə aydınlıq gətirsin.

    – İşçinizlə aranızda hansısa anlaşılmazlıq olmuşdu? Yoxsa, ümumiyyətlə, belə bir hadisə baş verməyib?

    – O adamın işdən qovulması məsələsinin mənə aidiyyəti yoxdur. Kanalda kimlərsə işdən çıxarılırsa, burada günahkar mən ola bilmərəm. Bəli, yanımda xəstəliyi olan insan çalışıb. Müalicə alması üçün ona yardım əlimi də uzatmışam. Hətta bir neçə həmkarıma zəng edib müalicə üçün maddi baxımdan ona dəstək olmağı təklif etdim. Bu mövzuda həmkarlarımın adlarını hallandırmaq istəmərəm, lakin yeri gəlsə, özləri də bu faktı təsdiqləyə bilər.

    Onun ən azından profilaktik müalicə ala bilməsini istəyirdim. Türkiyədə tanıdığım yaxşı həkim var idi, həmin şəxsin müalicəsi üçün ona da müraciət etmişdim. Həkimdən xahiş etmişdim ki, əməliyyatın qiymətində endirim etsin. Amma xəstə özü qəbul etmədi.

    O insan bu gün də yanımda çalışır, kanaldan üç il əvvəl uzaqlaşdırılsa da, mənə öz bacısı kimi hörmət edir, mən də ona qardaş deyirəm. Nə olsun ki, xəstədir, onunla tez-tez görüşürük, evimə gəlir, süfrəmdə oturur. O, mənim üçün tibbi süjetlər yığır, o qədər savadlı insandır ki, savadına heyranam. Ondan çox şey öyrənmişəm və işinin müqabilində də ödənişini etmişəm. Roza Zərgərli bu ittihamı mənə qarşı necə irəli sürə bilər? Şou yaratmaq üçün, Allah köməyi olsun.

    – Şou ərzində görünürdü ki, ciddi və sərt xarakterə malik xanımsınız, eyni zamanda da qürurlusunuz. Duruşunuzla seçilirdiniz. Bəlkə iştirakçılar sizin qürurunuzu kobudluq kimi qəbul etmişdilər…

    – Çoxları dedi ki, oyun ərzində iştirakçılar arasında çox seçilirdim. Onlar mənim ancaq kobudluğumu, aqressivliyimi, əsəbiliyimi qeyd edə bilərlər. Bu deyilənlərlə razıyam, təki mənim ünvanıma başqa sözlər deyilməsin! Təki bir Azərbaycan qadını kimi mərdliyimi, cəsurluğumu və qürurumu itirməyim. Həmişə dik durmuşam, heç kim haqqımda artıq-əskik danışa bilməz. Çünki heç vaxt buna imkan verməmişəm. Nüfuzuma və danışığıma hər zaman diqqət yetirmişəm.

    – Həqiqətən deyildiyi kimi aqressiv insansınız?

    – Yeganə mənfi cəhətim aqressivliyim ola bilər. İnsanıq da, bəzi məqamlarda hamımız istəmədən çox emosional danışırıq. Emosional çıxışlarım verilişlərimdə də öz əksini tapır. Amma kadrarxasında nə baş verdiyini insanlar görmür. Yaşadıqlarımı görsəniz, bəlkə ondan sonra nələr çəkdiyimi anlayarsınız. İş rejimim gərgindir, mümkün deyil ki, emosionallığımı həmişə cilovlaya bilim. Mən yenə də bacardım.

    Nə yaxşı ki, o verilişdəkilərlə nə dostam, nə də rəfiqəyəm. Qoy, onlar qruplaşsın, çünki onların sirri də, işi-gücü də birdir. Onların qazanında qaynamamışam, qaynamayacağam da.

    – Maşın əldən getdiyi üçün təəssüfləndiniz?

    – Təəssüflənmədim, o maşının yerinə fincan qoysaydılar da, uğrunda mübarizə aparacaqdım. Biz verilişə gəlməzdən əvvəl müqavilə imzalayırıq və onun şərtlərinə riayət etməliyik. Çox ağır şərtləri var. Sadəcə mərdi-mərdanə oyunumu oynamalı idim.

    Şükür Allaha ki, maşınım var. Ondan ötrü niyə heyfsilənməliyəm ki? Öz ayaqları üzərində durmağı bacaran güclü xanımam, işləyib pul qazanıram. Yenidən öz işimə qayıdacam. Heç nə itirmədim, əskinə, tamaşaçıların hörmətini qazandım.

    – Hamıya qarşı tək mübarizə aparmaq çətin deyildi ki?

    – Mərd oyunçu kimi mübarizə apardım, amma tək insanla yox, doqquz nəfərlə. Yenə də özümü qalib hesab edirəm, çünki mən bir nəfərin yox, doqquz nəfərin qərarı ilə oyundan çıxarıldım. (publika.az)

  • Azərbaycan efirində əlbəyaxa dava: idmançı və rəqqasə dalaşdı – VİDEO

    ARB-nin efirində əlbəyaxa dava olub.

    Münaqişə “Sirdaş Rövşanə” proqramında qonaqlar arasında yaşanıb.

    Rəqqasə Simona ilə idmançı Amirin mübahisəsi o həddə çatıb ki, onlar bir-birlərinə əl qaldırıblar.

    Amir “Oriyental rəqs görəndə ətim tökülür. Görmək belə istəmirəm” deyib. Verilişdə qonaq olan digər rəqqasə “Mənim də “kaçok” oğlanlardan zəhləm gedir” deyərək qarşılıq verib.

    İdmançının yanında əyləşən Simona ona xitabən “Biz belə tərbiyəsiz deyilik”, deməsi qarşı tərəfi qəzəbləndirib. O, qarşısındakı masanın üzərindəki stəkandakı suyu Smonanın üstünə su atıb.

    Bunun ardınca bir-birinin üzərinə hücum edərək əlbəyaxa dalaşıblar.
    //qaynarinfo

  • Məşhur serialın çəkilişində “cinsi istismar” qalmaqalı – FOTO

    Türkiyə “Yasak elma” serialında baş verən cinsi istismar xəbəri ilə çalxalanır.

    Serialın baş rol aktyorlarından biri olan Talat Bulutun kostyum assistenti Özge Şimşeki dodağından öpməsi qalmaqala səbəb olub.

    Belə ki, 19 yaşlı Özgenin iddiasına görə, hadisə ötən cümə axşamı günü baş verib.

    “Talat Bulutun qalstukunu düzəldirdim. Mənə “Gəl, arxa tərəfdə düzəldək” dedi və məni dodağımdan öpdü. Hadisənin şoku ilə yerimdə qaldım. Həmin an yanımda heç kim olmasa da, Talatın məni çağırdığını görən şahidlərim var”, – deyə Şimşek bildirib.

    Aktyoru məhkəməyə verəcəyini açıqlayan Özge “Maddi və mənəvi təzminat istəmirəm, cəzalanmasını tələbə edəcəm” – deyib.

    Hadisədən sonra Özgeyə dəstək duran da olub.

    Belə ki, türkiyəli aktrisa Hande Ataizi Talat Bulutla bənzər bir olay yaşadığını dilə gətirib:

    “Qadınlar artıq daha cəsurdur. Mən də 18 il öncə “Melekler evi” serialının çəkilişində belə bir hadisə yaşamışam. Bu qız qorxmayıb, məhkəməyə verəcəyini deyib. Halal olsun!”

    Bütün bu ittihamlardan sonra aktyorun vəkili açıqlama verərək Talat Buluta qarşı olan iddiaların əsassız olduğunu deyib.//oxu.az

  • ATV-nin aparıcıları arasında canlı efirdə dava düşdü – VİDEO

    “Maşın” realiti-şounun 16-cı sürətində gərginlik getdikcə artır.

    Dünən canlı yayımda ATV-nin aparıcılar İlhamə Bədəlova ilə Aytən Səfərova arasında dava düşüb.

    Belə ki, Aytən Səfərova həmkarı İlhamənin hədəf olaraq Hüseyn Əzizoğlunu seçməsinə irad bildirib və hədəfini dəyişməsini istəyib. Bir tərəfdən də, İlhamənin oyunçularla kobud rəftarına öz etirazını bildirib. Bu zaman həmkarlar arasında söz davası düşüb.

    “Aytən, hansı şərəf-ləyaqətdən danışırsınız? Burada efirdə çıxartdığınız oyunlardan, işlətdiyiniz sözlərdən sonra? Dedin ki, isti başda ağıl olmur. Mənim başımda ağıl var, sən heç narahat olma. Sən mənə heç nə deyə bilməzsən? Siz məndən nə istəyirsiniz?”- deyərək səsini ucaldıb.

    Bədəlovanın əsəbi halda verdiyi cavab Səfərovanı daha da qıcıqlandırıb və o, daha sərt danışıb:

    “İnsanların şəxsiyyətini təhqir etmək olmaz. Sən kraliçasan, Vişnunun arvadısan, kimsən? Olmaz insanlara demək ki, sən kimsən mənim qarşımda oturursan? Sənə kimsə bu sözü desə, dur, oturma, xoşuna gələr? Elə buna görə də hamının antipatiyasını qazandın. Mən şərəfsizəm, ləyaqətsizəm? Sənə istədiyimi deyə bilərəm, nazorsan kimsən? Bəsdir, İlhamə. Düş aşağı, hamı ilə eyni olmağa çalış”.

    Xatırladaq ki, dünən Hüseyn Əzizoğlu səs toplayaraq İlhamə Bədəlovanı oyundan uzaqlaşdırdı.//baku.ws