Category: Şou Biznes

  • Ülvi Qılınc Toliklə qırğına çıxdı: Səni yerinə mıxlayaram – QALMAQAL

    Ülvi Qılıncla prodüser Tolik arasında qalmaqal yaşanıb. Müğənni Toliki hədələyərək, onun barəsində danışarkən diqqətli olmağa çağırıb.

    Median.Az yenicag.az-a istinadən xəbər verir ki, Ülvi Qılınc qarşı tərəfin ünvanına kəskin fikirlər səsləndirib:

    “Verilişində adımı hallandırıb, deyib ki, Ülvi bircə dəfə “Koroğlu” oxuyub, klassiklərin heç birindən xəbəri yoxdur. Ülvi bir dəfə “Koroğlu” oxumayıb, dünya klassik musiqilərini ifa edib, Avropada konsertlər verib. Sənətimə Xuraman və Fidan Hacıyeva kimi dünya şöhrətli sənətkarlar qiymət verib. Savadsız-savadsız danışıb, insanları özünə güldürməsin. O musiqiçi deyil, ümumiyyətlə, əsl sənət sahəsindən başı çıxmayan, bilgisi olmayan biridir. Verilişində müğənnilərə sual verir ki, Rəşid Behbudov, Şövkət Ələkbərovadan nə oxumusunuz? Buna bir başa salan da yoxdur ki, ay savadsız, onlar bəstəkar deyil. Mən ona musiqidən iki sual versəm, dili topuq vuracaq. Getsin, savadsız müğənnilərini efirə çıxarıb, öz səviyyəsində suallarını versin. O vaxt qapı-pəncərə düzəldən qonşumuz vardı. Adı da Qriqoryan Tolik Aşot oğlu idi. Erməni adını özünə ləqəb götürüb, Azərbaycanda Tolik adı var? Getsin bundan danışsın. Sənətlə bağlı söhbətdə heç kim qabağımda duruş gətirə bilməz. Rəhmətlik İlhamə Qliyevanın bir sözü vardı-“yerinə mıxlayaram”. Sənətimdə Tolik səni yerinə mıxlayram. Eləcə də istənilən adamı. Adama deyərlər, bu günə qədər sən nə etmisənki?”

    Qəzəbini cilovlaya bilməyən Ü.Qılıncın ürəyi bununla da soyumayıb. O, bir müddət öncə Tolikin efirdə söyüşdolu videosunu da xatırladıb:
    “Sənin efirdə etdiklərin göz qabağındadır. Uşaqların qarşısında “Ananı belə edim…” deyib söyüş söyürsən. Mənim səviyyəmdə də deyilsən ki, sənə nəsə söz deyim. Mən dağın başında, sən isə ətəyindəsən. Elə orda da qal. Çünki dağın başına çıxa bilməzsən. Mənim ünvanıma deyib ki, gedin itiniz-pişiyinizlə oynayın. Tolik, sən özün elə saxladığın itlərlə oynayırsan. Get özün itlərinlə oyna, mən it saxlamıram”.

  • Kərimi təhqir edən kişilər polis bölməsində belə üzr istədi – VİDEO

    Sosial şəbəkədə təhqirlərə məruz qalan müğənni Kərim Abasov ünvanına təhqir yazan iki nəfəri hüquq mühafizə orqanlarının köməkliyi ilə tapıb və polis bölməsinə gətizdirib.

    Hər iki şəxs yazılan sözlərə görə, müğənnidən üzr istəyib.

    Kərim Abasov həmin şəxslərdən birinin 4-cü Polis şöbəsinə 70 yaşlı atası ilə gəldiyini deyir: “Bir bilsəniz, ata öz balasına görə nə qədər üzr istədi. Hansı ki, o Vasifin dostları məni “razborkaya” çağırırdılar. Mən nə “razborşikəm”, nə də oğru aləmindən deyiləm, müğənniyəm. Mənim dövlətimin qanunları var. Hər kəs qanun qarşısında cavab verəcək. Bu qədər!”

    Vasif və Mahir adlı şəxslərin üzr istədiyi görüntüləri izləyin:
    //baku.ws

  • Bu da “Maşın”ın iştirakçılarının bahalı avtomobilləri: 190 min dollar…. – FOTOLAR

    “Xanımlar və cənablar 2” devizi ilə start götürən “Maşın” şouda məşhurlar arasında günlərdir qızğın mübarizə gedir. 

    Ələkbər Yasamallı, Günel Hümbətova, Azər Axşam və reper Qurd avtomobil uğrunda mübarizədən kənarlaşdırılıb. Qalmaqal və gərginliklə keçən yarışmanın 14 iştirakçısı avtomobil uğrunda döyüşü davam etdirir.

    Median.Az bu məqamda şounun iştirakçılarının bahalı avtomobillərini təqdim edir:

    Qeyd edək ki, Əli Mirəliyev, Ruhəngiz Musəvi və Məcid Hüseynov avtomobili olmayan məşhurlar sırasındadır.

    Aparıcı İlhamə Bədəlova – “Mercedes-Benz G-Class” (qiyməti 70 000 – 190 000 $) 

    Aktrisa Pərvin Abıyeva – “Porsche Cayenne S” (qiyməti 60 000- 90 000 $)

    Reper Qurd – “Dodge Challanger” (qiyməti 33 000 – 50 000 $)

    Müğəni Roza Zərgərli – “Mercedes C Clas S5000” (qiyməti 40 000- 45 000 $)

    Əməkdar artist Abbas Bağırov – “AUDİ A 7” (qiyməti 60 000 $)

    Aparıcı Mətanət Əliverdiyeva – “Nissan Qashqai” (qiyməti 10 000- 15 000 $)

    Aparıcı Firuzə Cəlilova – “Changan C35” (qiyməti 11 000- 15 000 $)

    Aytən Səfərova – “Hyundai Accent” (qiyməti 12 000- 18 000 $)

    Aktyor Cavidan Novruz – “BMW X5” (qiyməti 15 000- 25 000 $)

    Müğənni Rahidə Baxış – “Mercedes-Benz G-Class” (qiyməti 70 000 – 190 000 $)

    Aparıcı Günel Hümbətova – “Range Rover” (qiyməti 55 000- 65 000 $)

    Video- bloqer Hüseyn Əzizoğlu – ” Niva Urban” (qiyməti 10 000- 15 000 $)

    //open.az

  • “Maşın”ı tərk edən Qurdun açıqlaması: Kişiliyimi qoruyub saxladım – VİDEO

    “Mənim qazancım kişiliyimi saxlayıb, oyunu açıq alınla tərk etməyim oldu. Digər oyunçulara isə uğurlar arzu edirəm”.

    Bu sözləri az səs toplayaraq “Maşın”ı tərk edən Qurd söyləyib.

    Ölkənin ən bahalı və ən reytinqli şousu – “Maşın” şounun “Xanımlar və Cənablar-2” adı altında yayımlan 16-cı sürətində davam edir.

    Gərgin keçən oyunda uduzan Qurd şounu tərk etdikdən sonra belə açıqlama verib:

    “Əziz dinləyicilərim, mənə səs göndərdiyiniz üçün təşəkkür edirəm. Özüm qəsdən ən çətin rəqimi seçdim ki, mənə yaraşan budur. Kişi kimi də uduzdum. Mənə layiq olan budur. Zəif iştirakçı da seçə bilərdim, amma mənə yaraşmazdı. İstəyirdim özümü sınayım, qalib gəlim. ATV-də gedən bir şouda həmin telekanalın aparıcısına qalib gələ bilməzdim. Çətin olardı. Hər kəsə dərin təşəkkür edirəm ki, mənimlə bərabər mücadilə apardız”.//baku.ws

  • “Mənim itim, pişiyim də ona qulaq asmaz” – Elza Seyidcahan – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı əməkdar artist Elza Seyidcahan olub.

    Əməkdar artist verlişlərin birində şəklin cırmasından danışıb:

    “Gəlmisiz musiqi təhsiliniz olmadan bu camiaya düşmüsüz. Xalq sizi çağırır toylarına. Şəxsən mənim evimdə hətta əşyaların belə o musqini eşidə bilməz. Mən efirdə demişəm ki, mənim itim, pişiyim belə qulaq asa bilməz. O gün ora gəldi, onun şəkli düşdü. O mövzuda, o stildə musiqi başqasının da şəkli olsa idi, mən onu da cıracaqdım”.

    Qeyd edək ki, Elza Seyidcahan verlişlərin birində Damlanın şəklini cırıb və barəsində bu sözləri demişdi:

    “Adı Məsumədir. Adını edib Damla, yox bir damcı. Elə damcıdır da. Bu gün var, sabah yoxdur. Birazdan dalğa qoyar adını. Olar “Dalğa”. Onunla bir vaxt efirdə oturdum. Mənə dedilər ki, yetim qızdır, qoyun otursun. Bu yaxınlarda gördüm ki, yetim deyilmiş, atası var imiş”.

  • “Maşın” şou-da Mətanətlə Roza arasında qalmaqal: “Tərbiyəsizsən…” – VİDEO

    “Maşın” şou-da ötən gecə daha bir qalmaqal baş verib.

    Bu dəfə Mətanətlə Roza arasında söz davası yaşanıb.

    Roza Mətanətin İlhamə üçün səs istəməsindən qıcıqlanıb və bunun düzgün addım olmadığını bildirib.

    Bu reaksiya Mətanətin xoşuna gəlməyib və Rozaya “Yuyulmamış çömçə” deyib. Roza isə bu sözün müqabilində ona tərbiyəsiz deyib. 

    Xanımların bu söz davası izləyiciləri mat-mətəl qoyub. /baku.ws

  • İlhamə Bədəlovadan Rahidəyə: “Qurdlarını” ayağımla əzərəm – VİDEO

    “Maşın” realiti şousunun dünənki buraxılışında müğənni Rahidə Baxışova ilə aparıcı İlhamə Bədəlova arasında qalmaqal yaşanıb.

    İştirakçılar söz savaşına çıxıblar.

    Buna səbəb İlhamənin Rahidə Baxışovaya şounun ikinci günündə “Sən niyə mənim kimi şəkil çəkdirirsən?” deməsi olub. İlhamənin ona dediyini iştirakçılarla bölüşməsi isə qarşı tərəfin xoşuna gəlməyib:

    “Ağlıma gəlməzdi ki, kimsə mənə desin, niyə mənim kimi dayanıb şəkil çəkdirdin. Şoka düşdüm. Xanımlardan biri deyir bunu. Bizim zarafatımız olmayıb. Ağlıma gəlməzdi bu şeylə rastlaşdım”.

    İlhamə isə sözü zarafatla dediyini bildirib və qarşı tərəfi tənqid edib:

    “Nə mənası var? Sən nə məntiqsiz insansan? Sənin haqqında danışmamışam, hədəfim də olmamısan. Amma birincisən bundan sonra, özünü qoru. “Qurdlarını” tökmə. Səni tanımıram, tanımaq da istəmirəm. Adım çəkiləndə “qurdlarını” tökmə. Onları bir-bir ayağımla əzərəm. Özünlə məni bir pilləyə qoyma, ola bilməzsən. Həddini aşma”./oxu.az

  • “Maşın” iştirakçısının halı pisləşdi, təcili yardım gəldi – VİDEO

    Bu gün “Maşın” realiti şousunda iştirak edən müğənni Rahidə Baxışovanın halı pisləşib

    Günorta saatlarında avtomobilin ətrafında dayanan ifaçının qəfil səhhətində problem yaranıb.

    Yarışmanın texniki heyəti sənətçiyə görə yardım çağırmaq məcburiyyətində qalıb.

    Həkimlərin müayinəsindən sonra Baxışovanın səhhəti normallaşıb.

  • “Məni “razborkaya” çağırırlar” – Kərim polisə getdi

    Müğənni Kərim Abbasov onu sosial çəbəkədə təhqir edən iki izləyicisini polisə şikayət edib.

    Sənətçi həmin oğlan izləyicilərinin fotosunu İnstaqram səhifəsində paylaşaraq bunları yazıb:

    “Məni təhqir edən Vasif bu gün atasıyla dördüncü polis bölməsinə gəlmişdi. Atasının 70 yaşı var. Ata öz balasına görə nə qədər üzr istəyib… Belə övladdansa 150 qram araq daha məntiqlidir. Deməli, bu Vasif elə bir vəziyətdə oturmuşdu ki, sadəcə pişik onun yanında yalan idi. Və siz düşünün ki, bu insan ozu başqa sosial şəbəkədə oturur və oğlanlarla danışır. Bu məlumatı bildirən insan özü də məhkəmədə iştirak edəcək. Vasifi çox yaxşı tanıyır, hakimə deyəcək. Vasif, o saxta profildən yazan dostlarına başa sal ki, sən kimsən.

    Vasifin dostları mənə yazır ki, kişisən gəl üzbəüz görüş. Məni “razborkaya” çağırırlar. “Razborşik” deyiləm, nə də oğru aləmindənəm ki, hər təhqir edən səviyyəsiznən gedim görüşüm və söhbət çürüdüm. Mən mügənniyəm.

    Vasif, dostlarına de ki, agıllı olsunlar. Yoxsa mən başa salsam pis olacaq. Vasif deyir ki, içkili olmuşam və təhqir eləmişəm. Əgər içkilisənsə, əzizlərini və ya qohumlarını təhqir elə. Dostlar, Mahir və Vasif məhkəməyə gedəcək, qanun qarşısında cavab verəcək. Azərbaycan Respublikasının qanunları hami üçün qanundur. Təhqir edənləri mən tərəfdən yalnız belə şeylər gözləyir. Heç kim heç kimi təhqir etmək həddində deyil”.//axşam.az

  • Keçmiş ANS-çilər canlı yayımda dava etdi: “Sənə görə işdən çıxmışdım mən” – VİDEO

    ATV-də yayımlanan “Maşın şou”da növbəti qalmaqal yaşanıb.

    Median.Az azxeber.com-dan aldığı məlumata görə, şounun iştirakçıları keçmiş ANS-çilər Aytən Səfərova və Mətanət Əliverdiyeva arasında söz dueli yaşanıb.

    Qalmaqal aktyor Cavidan Novruzla Aytən Səfərova arasında mübahisədən yaranıb.

    Mətanət Cavidana “Aytən kimdir ki, ona görə əsəbiləşirsən?” fikrini səsləndirib və bu da efirdə yayımlanıb. Bu zaman Mətanət söz istəyib. O, bildirib ki,bura “Maşın şoudur. Mən burda əylənir, şpakat açıram: “Hətta mən ayağımı başıma da qaldırıram. Bu gimnastikanın bir növüdür. Gimnastikada Azərbaycanda ən yüksək inkişaf etmiş idman növüdür. Mən zarafatcıl insanam və bundan sonra da belə olacaq. Bəziləri kimi mıx kimi durub yerimdə qalmayacam.”

    Aytən Səfərova isə Mətanətə cavabında bunları bildirib: “Sən məni yaxşı tanıyırsan. Sənin bu addımına görə səni müdafiə edib işdən getmişəm.”

    Şounun aparıcısı Murad Dadaşov iştirakçılara iradını bildirib və şəxsi məsələlərini müzakirə etməyin düzgün olmadığını qeyd edib.