Category: Şou Biznes

  • Məşhur müğənni fiziki qüsurlu övladından danışdı: “Nəfəs aldığına şükür edirəm” – FOTO

    Türkiyəli müğənni Safiye Soyman fiziki qüsurlu övladından danışıb.

    Median.Az türk mətbuatına istinadən xəbər verir ki, məhşur müğənni Safiye 35 yaşlı oğlu üçün həm ana, həm də ata olduğunu deyib:
    “Həkimlərə “Bu, ölümcük xəstəlikdirmi?” deyə soruşdum. Onlar isə cavabında mənə “Xərçəng, şiş deyil” dedilər. Mən də şükürlər olsun dedim. O zamanlar bir gecə klubunda işləyirdim. Bu xəstəliyi üzərimizə bir köynək kimi geyindik və daşıyırıq. Oğlum yenə də nəfəs alır, ona şükür edirəm”.

    Nicat Yunisbəyli

  • Elgiz efirdə Əli Mirəliyevi dil deyib ağladı : “Çiçəyi burnunda ölən Əli ” – VİDEO

    Aparıcılar Elgiz və Nahidə efirdə Əli Mirəliyevi öldürüb ağladılar

    Median.Az xəbər verir ki, ARB kanalında yayımlanan Səhər-Səhər verlişində aparıcılar Əli Mirəliyevə yas mərasimi keçirdiblər. Yalançı səhnə hazırlayaraq Əlini dil deyib ağlayıblar. Əli Mirəliyev isə divanda uzanaraq özünü ölü kimi aparıb.

    Efirdən olan görüntüləri sizə təqdim edirik

  • Prodüser Təranə Rəqsanənin qızına sərt ismarıc göndərdi : “Anasının və özünün elədiyi qüsurlarını çəksin paylaşsın” – FOTO


    Tanınmış prodüser Təranə Səmədovanın Median.Az-a verdiyi özəl müsahibəsini sizə təqdim edirik 

    Deyilənlərə görə şou biznesdən getməyə hazırlaşırsınız,sizi bu sahədən uzaq salan nə oldu ?

    – Şou biznes elə bir camiyədir ki, ordan nə qədər getmək istəsən də tam uzaqlaşa bilmirsən. Ancaq baxır kim ?! – naxışlı insan.Mən ilk dəfə bu sahəyə gələndə düşünməzdim ki,bu qədər məhşurluq əldə edə bilərəm. Mən yetərincə tanınmış simaya çevrildim, deməzdim sevilən simayam, amma yetərincə populyarlıq əldə etmiş insanam. Mən bu sahədən tam uzaqlaşa bilmirəm, çünki müəyyən bir gəlir hissəm buradan gəlir.

    Son vaxtlar prodüser kimi fəaliyyət göstərmirsiniz, işlədiyiniz müğənni yoxdu. Bu fasilə nə ilə əlaqədardır ?

    – Mən hər zaman səmimi danışan insanam, ona görə də açıq bir etiraf edim ki, mən hər zaman istəmişəm professional bir müğənni yetişdirim və ondan pul qazanım. Ancaq hazırki zəmanədə bayağılıq pul qazanır. Bayağı müğənnilərin yetərincə sayı artib və yetərincə də kütləvi olublar, təlabatlıdırlar. Mən də heç zaman özümə sığışdırmaram ki, bayağı müğənniyə gedim deyim ki, gəl mən səninlə işləyim.

    Düşünürsünüz ki, hal-hazırki şou biznesdə sizi qane edən,işləyə biləcəyiniz müğənni yoxdur ?

    – Mənim yeganə ürəyimcə olan,potensialını bəyənib işlədiyim müğənni Günay İbrahimli idi. O belə mənim haqqımı itirəndən sonra mən daha kimlə işləyəcəydim ki ?! Mən onla işləməyin, uğurun və pul qazanmağın yolunu tapmışdım. Ancaq o məni yarı yolda buraxıb köməkçimlə birləşərək ayrılıb,çıxıb getdı. Onun ilə oldu dost, mənim ilə oldu düşmən. Halbuki onu bu sənətdə yetişdirən və püxtələşdirən mən olmuşam. Hazırda da o müğənni var, ancaq mənim üçün yoxdur.

    Neçə illərdir şou biznesdəsiniz,bu illər ərzində qazandığınız əsl dostunuz olubmu ? Hansı ki, dar gününüzdə dost deyib onu yanınızda görə bilmisiz 

    – Bəli dar günlərimdə yanımda olan dostlarım olub,ancaq zaman keçdikcə onlarda xasiyyət dəyişikliyi baş verib. İllər öncə həddindən artıq çox güvəndiyim bir insan Günel Ələkbərova idi.Mənim dar günlərimdə o mənim yanımda olub,onun dar günlərində mən onun yanında olmuşam.Ancaq illər sonra o xanımda xasiyyət dəyişikliyi baş verdi.Ona görə də mən o insanla bir araya gələ bilmirəm. Biz düşmən deyilik,sadəcə olaraq fikirlərimiz üst-üstə düşmür.

    Prodüserlərin bəziləri digər peşə sahəsi ilə də məşğul olmağa başlayıblar. Sizində tez-tez avtomobil icarəsi şirkətini öz sosial şəbəkədəki hesabınızda paylaşdığınızı görürük. Həmin şirkət sizə məxsusdur, yoxsa reklam üçün paylaşım edirsiz?

    – Şirkətin sahibkarı var, ancaq icraçı direktoru mənəm. Baxıram ki,müğənnilərdən çox avtomobilə təlabat var imiş (red-gülür).

    Sizcə biznes ledi olmaq rahatdır yoxsa prodüser ? 

    – Bilirsiz bəzi müğənnilər müəyyən vaxtlarda prodüserlə köməkçini qarışdırırlar.Mən professional bir prodüserəm, kiminsə şəkil çəkəni, çanta gəzdirəni, disk daşıyanı deyiləm.Bir zamanlarda dörd ay ərzində işlədiyim bir müğənnini də buna görə yanımdan uzaqlaşdırmışam.Hansısa mənim atılan dırnağım olmuyan,bir balaca ciyiltili səsi olan müğənni ilə işləməkdənsə ,biznes ledi olmaq daha yaxşıdır.


    Bir neçə müddət əvvəl tez tez sizə gələn sevgi etiraflarını, adınızla bağlı gül çələnglərinin və hədiyyələrinizin şəkillərini sosial şəbəkə hesabınızda paylaşırdınız. Ancaq bir neçə vaxtdan sonra belə paylaşımlarınız olmadı.Deyilənə görə sevdiyiniz şəxsdən ayrılmısız 

    – Xeyir,hər şey qaydasındadır.Sadəcə gördüm ki, problemlər və söz-söhbətlər çox yaranır ona görə paylaşımları dayandırdım.Hədiyyələr də yerindədir, həmin şəxs də həyatımdadır, sadəcə olaraq paylaşımlar etmirəm.

    Bəs bu münasibətinizi rəsmiləşdirib yenidən ailə həyatı qurub və ikinci dəfə ana olmaq istəyərdinizmi ?

    – Bu suali gərək ona verərdiniz ,özünüz də onu gördünüz ( red-gülür ) Hər şeyı zamana həvalə etmişəm.Mən hər zaman demişəm ki, mənim sahib olduğum bir övladım və bir anam var.Başqa heç kimim yoxdur.Əgər həyatımda olan insan bunu mənə rəva bilib icazə verərsə istiyərəm daha bir övladım da olsun.


    Son günlər bütün mətbuatın gündəm mövzusu sizin bir vaxtlar böyük qalmaqal yaşadığiniz xanım müğənni Rəqsanənin qızının kimsəsiz uşaqlar evi ilə bağlı paylaşdığı ifşa xarakterli videosudur. Sizin də səhifələrin birində bu mövzu ilə bağlı atmacalı şərhiniz olmuşdu. Bu hadisə ilə bağlı daha dəqiq fikrinizi bilmək istərdik

    – Mən açığın deyim ki,ətim tökülür.Ümumiyyətlə heç kəs heç kəsi mühakimə edə bilməz.Əgər belə bir hadisə ilə qarşılaşmışdısa hüquq-mühavizə orqanlarına müraciət edə bilərdi. O paylaşım hamısı reklam xarakterli olan şeylərdir.Özünü reklam etmək istəyir.Belə şeylər mənə gülünc gəlir.Anasının və özünün elədiyi qüsurları çəksin paylaşsın.Ayıbdır,durub guya ki,kiminsə ayıbını tapırlar.Mən böyük məmnuniyyətlə uşaq evinin direktorunun onları məhkəməyə verib,qalib gəlməyini gözləyirəm.Həmin direktor xanım haqqında məlumatlar da öyrənmişəm. O xanımın heç bir maddiyata ehtiyacı yoxdur.Kimisə tanımadığımız halda mühakimə etmək çox səhfdir.Kənardan hər şey başqa cür görsənə bilər,ancaq daha dəqiqliyə getsək bəlkə də əli öpüləcək bir xanımdır o. Ancaq o xanımı ifşa edən insanın mənəviyyatına bələdəm,ona görədə gülünc gəlir mənə.

    Sizin Rəqsanə xanımla olan qalmaqalınızdan artıq uzun illər keçib,ancaq hələ də içinizdə ona qarşı kin və qəzəb var.Bəs bunun əsl səbəbi nədir ?

    – Mən kinli insan deyiləm,gətirsin mənə olan az qala yüz min manata çatan borcunu ödəsin, pullarımı qaytarsın mən də bu qədər həmin insana kinlə aqressiv yanaşmayım. Mənim üçün bu insan mövcud deyil. Onun üçün borca pullar götürmüşdum, ancaq sonda məcbur qalıb o pulları özüm ödəməli olmuşam.Anasi anamın dizindən öpüb yalvarırdi ki,qızım türkiyədə həbs olunubdu,onun işlərini həll etmək üçün pul lazımdır.Anam da müəyyən insanlardan onlara görə zamin durub pullar götürmüşdü. O pulları da ödəmədikləri üçün onların üstünə yığılan əlavə borcları da biz ödəməli oluruq. Ona görə də etdiyim bu yaxşılıqların heç birini ona halal etmirəm, nə qədər pul qazansa da heç vaxt o pullarının bərəkəti olmayacaq. Mən bu gün ki, gündə övladıma ürəyim istiyən kimi baxa bilmirəm, evimi indiyə kimi təmir etdirməmişəm. Mən buna görə ona halallıq verə bilmirəm, bilmərəm də, və mən tək deyiləm, mənim kimi respublikada neçə insanlar var ki, ona halallıq verməyiblər. Bu insanlardan halallıq almamış necə rahat yaşaya bilər ?! Bundan sonra mənə verəcəyi cavab məni maraqlandırmır. Gətirib mənim pullarımı qaytarmayınca mənim üçün o insan cildində olmayacaq.

    Son olaraq sizə bir sualımız olacaq.Yaşadığınız bu illər ərzində ən böyük peşimançılığınız nə olub və nəyi həyatınızın yaşanan dönəmindən silib təmizləmək istərdiniz ?

    – Həyatda heç birimiz ikinci və ya üçüncü dəfə yaşamırıq.Bu həyat hər kəsə bir dəfə verilir.Ona görə də səhflərimiz olmalıdır ki, sonra düzgün addımlar atmağı bacaraq. Ona görə heç vaxt heç nəyə görə peşiman olmuram. Həyatımdan sılıb atmaq istədiyim dönəm isə 2006-cı ilin sentyabr ayında anam on beş gün durmadan ağlayan zaman mənə ailə qur deyəndə, mən isə ona yalvaranda ki, mənə icazə ver mən ayaq üstdə dayanım,özüm pul qazanım,sonra ailə həyatı quracam. O dönəmlərdə kaş mənim anam,mənim anam olaydı,başqasına analıq etməyəydi. Kaş o ailə həyatı olmayaydı.Çünki bilirdim ki,ailə qurduğum adam mənlik adam deyil,çözmüşdüm o insanı artıq.Və burdan analara səslənirəm ki,qız övladlarını tez ərə verməyə tələsməsinlər.

    Nicat Yunisbəyli

  • Azərbaycanlı aparıcı xərçəng xəstəsidir

    ATV-nin “Qanunla biz” verilişinin aparıcısı Zülfiyyə Bayramova xərçəng xəstəliyinə düçar olub.

    Aparıcı cərrahiyyə əməliyyatı keçirib. Onun mədəsindəki şiş götürülüb.

    Z.Bayramova əməliyyatın uğurlu alındığını deyir: “Onkoloji xəstəlik xəbəri eşidirsən və qarşına səni o xəstəlikdən xilas edəcəyinə iddialı və gülərüz həkım çıxır. Bax onda yaşayacağına əmin olursan və ona etibar edirsən. Elə bizim onkoloq-cərrah Rasim Abdullayev kimi. Nə yaxşı ki, ölkəmizdə belə həkimlər var. Təşəkkürlər doktor! Hörmətli insanlar, heç bir xəstəlikdən qorxmayın, sadəcə həkiminizi düzgün seçin və onunla əlbir olub xəstəliyinizin üstünə gedin. Bilin ki, xəstəlik it kimidi, qorxsan üstünə gələcək, sən onun üstünə getsən qaçacaq. Allah bütün xəstələrə şəfa versin. Həkimimin məsləhətilə mən düzgün müayinə və əməliyyat oldum. Ağır onkoloji əməliyyatımda özü iştirak etdi. Mənə elə bir mənəvi dəstək oldu ki, bunu sözlə ifadə etmək olmaz. O anda yanımda olan bütün dostlarıma təşəkkür edirəm.

    Qeyd edək ki, Zülfiyyə Bayramova tanınmış aparıcı İlqar Mikayıloğlunun həyat yoldaşıdır./baku.ws

  • Rəqsanə uşaq evinin direktoruna növbəti ismarıc göndərib: “Ağzını yum, başından böyük danışma.” – FOTO


    Nəhayət Əliyevanın “Aysun evini “priton”a çevirib” deməsi müğənni Rəqsanəni daha da qəzəbləndirib

    Median.Az -ın məlumatına görə ifaçı direktoru əlində olan digər faktlarla biabır edəcəyini deyib: “Sən tərbiyədən uzaq adamsan. Ağzını yum, başından böyük danışma. Qoy, gedib həyətdə bizim haqda araşdırma aparsınlar. Ayıbdır, yekə qadınsan, zibillərin açılıb deyə, bilmirsən altından necə çıxasan. Mən susuram. Hələ əlimizdə bir neçə görüntülər var. 3, 4 ildir, sizin bu özbaşnalığınıza göz yumuruq. İndi isə övladım iyrənc oyunlarınızı, yetimlərin haqqını daşıyıb yeməyinizi ortaya çıxardı. Susun. Elə eləməyin ki, əlimizdəki sübutlarla lazımı qurumlara müraciət edək. Mənim qız uşağıma atdığın böhtan sənə baha başa gələr. Görün, uşaq evinə rəhbərlik edən hansı kəlimələri işlədir. Vay o uşaqların halına ki, sizdən tərbiyə götürür. Əcəb edir mənim qızım. özüm də gəlirəm Bakıya, əlimdə olan digər görüntüləri lazımı orqanlara təqdim edəcəm. Görüm, onda nə bəhanələr uyduracaqsan. Aysun, ürəkli ol, düz eləmisən. Çörəyim sənə halal olsun, bala.Düzgün yaşayıb, düzgün ölmək, harama əl uzadanı qusdurmaq lazımdır.”

  • “Atamızı özümüz dəfn etdik,çox ağır günlərimiz olub.” – Sevil və Sevinc göz yaşlarını saxlaya bilmədilər – VIDEO

    Bacılar atalarının qəfil ölümünü xatırlayaraq göz yaşılarını saxlaya bilməyiblər

    Median.Az xəbər verir ki,müğənni Sevil və Sevinc bacıları ARB-nin “Səhər-səhər” verilişinin qonağı olub.Onlar atalarının vəfatı ilə bağlı yaşadıqları ağır günləri xatırlayaraq kədərləniblər : “Doğrdan da bunun üçün güclü olmaq lazımdır.Biri var biləsən ki,valdeyini xəstədi buna hazır olasan,biri də var sən qəfldən dağ boyda atanı itirəsən.Bizi heç kim başa düşmür.Atamız dünyasını dəyişəndə yanımızda nə anamız vardı, nə də qardaşımız. Anam qardaşımla Murmanskda idi, dəfnə gəlib çatmadılar. Atamızı özümüz dəfn etdik. Çox ağır günlərimiz olub.”

  • Tünzalədən sərt cavab : “Özünə sayqısı olsun” – VİDEO

    Əməkdar artist Tünzalə Ağayeva son günlər həmkarlarının onunla bağlı dediklərinə münasibət bildirib.
    “ATV maqazin onlarla”da müğənnilər Natavan Həbibi və Xatun Əliyeva Ağayevanın eşq yaşadığını demişdi.
    T.Ağayeva Xatuna cavab vermək istəməyib:
    “Sağlam həmkardan danışaq. Hər kəsin dediyi sözlərə cavab vermirəm”.
    Natavanın “Havada eşq qoxusu var” sözlərinə isə müğənni belə reaksiya verib:
    “Natavanı necə çox istədiyimi özü də bilir. Qadını gözəlləşdirən təkcə paltarlar, mahnılar, yeyib-içmək yox, həm də eşqdir. Eşq çox gözəl şeydir”.
    Tünzalə Samir Piriyevin onun Bodrumdakı evini göstərməsinə isə “Samir, gələcəm ora. Bunları sadə qəhvə masasında danışarıq” sözləri ilə cavabını verib.
    Haqqında çox danışlıdığını deyən müğənni digər həmkarlarına da səslənib:
    “Mənim adım məşhur addır. Kimsə mənim adımdan piar kimi istifadə edirsə etsin. Heç olmasa özünə sayqısı olsun”.

  • Elnarə Abdullayeva: Telefonu, paltaryuyanı Allah yaradıb – VIDEO

    Sosial şəbəkələrdə Əməkdar artist Elnarə Abdullayevanın ARB TV-nin “Səhər-səhər” proqramından olan görüntüləri yayılıb.

    İfaçı veriliş zamanı ailələrin dağılmasının səbəbkarının sosial şəbəkə və telefonlar olduğunu deyib.

    Onun nitqi zamanı işlətdiyi “Telefonu Allah yaradıb” ifadəsi və fikirləri birmənalı qarşılanmayıb.

    İstifadəçilər Abdullayevanı savadsızlıqda günahlandırıb və lağa qoyub.

    Sənətçinin söylədiyi fikirləri təqdim edirik:

    “Allah paltaryuyanı yaratdı ki, xanımlar rahat olsun. 20 il bundan öncə telefonlar çıxanda dedim ki, bu telefonlar o qədər ev dağıdacaq ki, görəcəksiniz. Mənə dedilər ki, XVI əsrdən gəlmisən. Bir neçə il keçdi.

    Xəbərlərdə göstərdilər ki, ailələrin dağılmasında sosial şəbəkələr və telefonlar günahkardır. Bu telefonu Allah bizə göndərib ki, zəng edib “Ay filankəs, haradasan?” deyək”.

  • Aparıcı Azər qızının müəlliməsini ifşa etdi : “Özüm araşdırıb həmin müəlliməni tapacam” – VİDEO

    Azər Zahid qızının müəlliməsinin övladına yalnış tərbiyyə verməsi ilə bağlı video paylaşıb

    Median.Az xəbər verir ki,tanınmış aparıcı öz sosial şəbəkəsində övladı ilə birlikdə görüntülərini yayıb.Həmin video görüntüdə Azər qızı Diləyin getdiyi hazırlıq kursundakı müəllimənin onun övladına psixoloji təsir edərək,ona yalnış tərbiyyə verməkdə günahlandırıb.Aparıcının özünün yazdığı həmin mətni sizə təqdim edirik (qramatik,vergül ve s… dəyişmədən ): “Deməli Dilək məktəbə hazırlıq kursuna gedir.Orada müəllimə uşağa düzgün informasiya verməyərək ,düzgün tərbiyə vermir! Sadəcə həmin Sevinc müəlliməyə ayıb olsun! Özüm araşdırıb tapacam! Həmin müəlliməyə burada bir kəlmə buni deyəcəm : Yəqin sevinc müəllimə öz atasına hörmət etməyib? yadaki, atası ona atalıq etməyib deyə , o atalar haqqında elə fikirləşir! Uşaqlara düzgün tərbiyyə vermək lazımdı.Uşaq anasız tək dünyaya gəlmir.Uşağın anası da var,atası da var,onun üçün hər ikisini də düzgün örgətmək lazımdı.Atanın öz yeri var,anaın öz yeri.”

    Həmin video görüntüləri sizə təqdim edirik.

  • Rəqsanə qızının Uşaq Evini ifşa etməsindən danışdı: Hələ bu nə videodur ki?!

    Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun öz İnstaqram hesabında Bakının Nəsimi rayonunda yerləşən 1 saylı körpələr evi ilə bağlı qalmaqallı görüntülər yayıb. Videoda qadınla kişinin valideyn himayəsindən məhrum olan uşaqlar üçün gətirilən ərzaq məhsulları və geyimləri avtomobilə daşıyaraq başqa yerə apardığı açıq-aşkar görünür.

    Rəqsanə qızının bu hərəkətinə belə münasibət bildirib:

    “Neçə gündür mətbuatda qızım Aysunun çəkib paylaşdığı 1 saylı Körpələr Evinin görüntülərindən danışılır. Mənim övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Təşəkkür edirəm bu mediaya. Bəli, yetimin haqqı yeyilir. Azərbaycan gəncləri belə olmalıdır. Haram yeyən insanlarin basıb gözünü çıxarmalıdır. O ki qaldı kiminsə, mənim övladımın məhkəmə ilə hədələnməsinə, mən övladımın yanındayam! O insanlara demək istəyirəm ki, hələ bu nə videodur ki?! Sizin haqqsızlığınız, yetimlərin ruzisini daşıdıqlarınızla bağlı əlimizdə çox kadrlar var. Cavab verin, niyə daşıyıb aparırsız? Burnunuzdan gəlsin! Doymursuz! Uşaq bezləri, daha nə bilim nələr. Doysun da gözünüz! Gec-tezi var, burnunuzdan gələcək!”/baku.ws