Category: Şou Biznes

  • Rəqsanə qızına dəstək oldu : “Gec-tez burnunuzdan gələcək” – FOTO

    Müğənni Rəqsanə İsmayılovanın qızı Aysunla 1 saylı körpələr evinin baş həkimi Nəhayət Əliyeva arasında qalmaqal yaşanıb.

    Median.Az -ın məlumatına görə ötən gün Rəqsanə İsmayılovanın qızı Aysun uşaq evinə gələn ərzaqların və bezlərin baş həkim tərəfindən öz evinə aparılmasının yer aldığı videolar paylaşıb.Rəqsanə qızının paylaşımına münasibət bildirərək, ona dəstək olub: “Mətbuatda qızım Aysunun körpələr evi ilə bağlı çəkdiyi və paylaşdığı görüntülərdən danışılır. Övladımın etdiyi bu hərəkət alqışlanmalıdır. Yetimin haqqı yeyilir, Azərbaycan gəncləri belə olmalıdır, haram yeyənlərin basıb gözünü çıxarmalıdırlar. O ki qaldı kiminsə övladımı məhkəmə ilə hədələməsinə, qızımın yanındayam. O insanlara demək istəyirəm ki, hələ o nə videodur… Haqsızlıqlarınızın yer aldığı nə videolar var əlimizdə. Cavab verin, niyə daşıyıb aparırsınız? Gec-tez burnunuzdan gələcək. Övladıma kimin sözü varsa, məni yığsın”. Qeyd edək ki, baş həkim Aysunu məhkəməyə verməklə hədələyib.

  • Xatirə dostlarından gileyləndi : ” Hələ indiyə kimi bir nəfər də müğənni dostum…” – VİDEO

    Müğənni Xatirə İslam dostlarının diqqətsizliyindən danişib

    Median.Az xəbər verir ki, Xəzər kanalında yayımlanan “5/5” -in qonağı olan müğənniyə aparıcı Zaur bu sənətdə dostunuz varmı sualını verib. Xatirə isə öz cavabında dostlarından gileylənib : “Düzdü dostluq var, ancaq mən yeni bir mahnı oxumuşam hələ indiyə kimi bir nəfər də müğənni dostum mənə nə zəng edib, nə də bir mesaj belə yazıb xeyirli olsun deməyib.Mən bunu gözləyirəm ki,görüm hansı dostum bunu edəcək.”

  • 2018 “Eurovision” təmsilçimiz Aysel ”Ərim xərçəngdən vəfat etdi”

    “Eurovision 2018” təmsilçimiz Aysel Məmmədova (Aisel) wiwibloggs.com-a müsahibə verib. 
     
    Media.Az-ın məlumatına görə, 28 yaşlı müğənni şəxsi həyatı barədə danışıb və həyat yoldaşının xərçəngdən əziyyət çəkdiyini bildirib:

    “Bu, mənim həyatımın kədərli hekayəsidir. Həyat yoldaşım musiqiçi və pianist idi. Xərçəngdən vəfat etdi. Ancaq o, həyatıma böyük müsbət enerji gətirdi. Həyat yoldaşım məndən 12 yaş böyük idi. İş və həyat baxımından böyük təcrübəsi var idi. Həm musiqiçi, həm də dost kimi mənə çox şey verdi”. 

    Aysel həyat yoldaşının müalicəsi ilə əlaqədar uzun müddət İsraildə yaşadığını deyib:

    “Münasibətlərimizin son illərində İsraildə yaşamışıq. Ərim müalicə olunurdu, bu səbəbdən orada yaşayırdıq. İsraillə bağlı müsbət təəssüratlarım var. Mən bu ölkəni sevirəm”.

  • “Məni doğrayalar da qayınanama ana demərəm” – Efirdə şok açıqlama – VİDEO

    Zaur Kamal verilişində “Kim öz qayınanasına ana deyər?” sualı ilə tamaşaçılara və qonaqlarına müraciət edib.

    Median.Az xəbər verir ki,Əməkdar artist Zaur Kamal verilişində “Kim öz qayınanasına ana deyər?” sualı ilə tamaşaçılara və qonaqlarına müraciət edib.Babək Niftəliyev “Niyə demirəm, mən deyərəm” cavabını verib.
    Xanəndənin sözlərindən sonra aparıcı “Məni doğrayalar da qaynanama “ana” demərəm” sözləri ilə hər kəsi təəccübləndirib.
    Verilişdən həmin kadrlar videoda:

  • Əli Mirəliyev: Siz gedin gecə klublarında kişilərlə görüşən kişilərin dərdini çəkin! – FOTO

    Müğənni Əli Mirəliyev rəqqasə Simona Amir və onun rəfiqələri ilə gecə klubunda yayılan səmimi fotoları ilə gündəmə gəlib. 

    69 yaşlı ifaçının qızlarla sarmaş-dolaş görüntüləri izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

    Qınaq atəşinə tutulan müğənninin reaksiyası qalmaqala: “Mən bəyəm qocayam, qızlarla görüşə bilmərəm? Siz gedin gecə klublarında kişilərlə görüşən kişilərin dərdini çəkin!”


    /baku.ws

  • Nazilədən özünü şahzadə adlandıran Xuramana cavab : “O yalnız…” FOTO

    Məhşur şairə Nazıla Səfərli xına biznesində özünü şahzadə adlandıran Xuraman Şuşalıya cavab verib

    Median.Az xəbər verir ki,ötən gün xına aparıcıları arasında özünüzə rəqib görürsünüzmü sualına cavab verən 
    Xuraman Şuşalı bu sahədə birinci olduğunu,hətda özünü xınaların “Şahzadəsi” adlandırmışdı. Bu fikrə digər xına aparıcısı,öz sözünü bu sahədə yetərincə demiş Nazilə Səfərli münasibət bildirib : “Xuraman xanım dünayaya gətirdiyi uşaqlarının şahzadəsi ola bilər.Məncə bu adı xalq özü təyin etməlidir.Biz özümüz özümüzə belə titullar verməyimiz düz deyil.Mən neçə illərdir bu sahədəyəm.Xalqımın quluyam,bütün gəlinlərin qarşısında bir ovuc torpaq oluram.Ancaq mən heç zaman özümü tərif edib,belə titullar verməmişəm.Əsas xalqın fikridir,kənardan hər şey çox aydın görsənir.”

    Nicat Yunisbəyli

  • Məhşur aparıcı nişanlandi – FOTO

    Turkiyəli aparıcı Seren Serengil nişanlanıb

    Median.Az xəbər verir ki,məhşur aparıcı Seren Serengil Yaşar İpek adlı iş adamı ilə ötən gün nişanlanıb. Aprarıcının xoş günündə bir çox məhşurlar Demet Akalın,Alişan, Deniz Seki və başqa tanınmışlar iştirak edib.




  • “Mən dahilər görmüşəm,bunların nəyini bəyənim” – Rəmiş VİDEO


    Xalq Artisti Rafiq Hüseynov həmkarlarını bəyənmədi

    Median.Az xəbər verir ki, ARB kanalında “Səhər səhər”  verlişinin qonağı olan gitara ustadı el arasında Rəmiş kimi tanınan Rafiq Hüseynov olub. Apraıcının ona indiki gitara ifa edənləri bəyənirsizmi sualına Rəmişdən sərt cavab gəlib : “Nəyini bəyənim ? Mən Əhsən Dadaşov görmüşəm,dahilər görmüşəm.Bunların nəyini bəyənim ?! ” Eyni zamanda Rəmişin həyat yoldaşı Güllü xanım da bir çox gitara ifa edənlərdən şikayətlənərək bu sözləri deyib : ” Bu sənəti Azərbaycana ilk dəfə gətirən və ifa edən Rəmiş olub.Ondan sonra hər kəs Rəmişdən öyrənib bu sənətə gəlib.Ancaq onlar çıxdıqları efirlərdə öz ustadlarının adını çəkmirlər. Bu sənəti bu çörəyi Rəmiş verib sizə. Rəmişi danmasınlar.”

    Həmin video görüntünü sizə təqdim edirik 

  • “Damlaya söz atacaq qədər səviyyəsiz deyiləm” Şəbnəm Əsədova

    “Damla ilə gözəl münasibətimiz var. Ən son 5 gün əvvəl bir yerdə Rusiyada el şənliyində idik. Mən Damlaya niyə söz atıram? Damlaya demək istədiyimi üzünə deyə biləcək adamam. Əgər sözü Damlaya atsaydım, adını yazardım. Nə onun məndən, nə də mənim ondan çəkinəcək yerim var”.
    Median.Az shownews.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Əsədova deyib. Müğənni bildirib ki, sosial şəbəkədə “Gündüz başı şöhrətə qarışıb, ətrafı görməyənlər axşam tənhalıqdan əziyyət çəkir” sözlərinin qalmaqala səbəb olacağını ağlının ucundan belə keçirməyib:
    “Space”də çəkilişdə idim. Bir jurnalist zəng edib olanları şərh etdi. Mənim paylaşımımdan sonra Damla guya paylaşım edim və mənə söz atıb. Damla o sözü axı mənə ata bilməz. Damla bilir ki, mənim evdə yoldaşım, uşaqlarımın atası var. Uşağımın soyadı da atasınındır. Mənim isə həm nigahım, həm kəbinim var. Damla da yəqin o sözləri başqasına ünvanlayıb. Şou biznesdə o qədər uşağı olub amma atasının soyadını daşımayan qadın var. Mənim həm də Damla ilə rəqabətim yoxdur. Damladan ünvanıma nə isə bir xoşagəlməz söz eşitsəm, bir başa özünü yığaram. Paylaşım etmərəm. Damlaya söz atacaq qədər səviyyəsiz deyiləm”.
    Qeyd edək ki, müğənni Damla oğlunun şəklini paylaşıb və bu sözləri yazıb:
    “Allah bütün qadınlara Allahınhalal kəbinindən və qanuni nikahdan atasının soyadını daşıyan övladlar nəsib etsin”

  • “Mənə elə gəlir ki, köhnələr çox paxıldılar” – Röya Ayxan VİDEO

    Əməkdar artist Röya Ayxan Nail Naiboğlunun təqdimatında yayımlanan “Stop” verilişinin qonağı olub

    Median.Az xəbər verir ki, aparıcının niyə Röyadan yaşca və təcrübəcən böyük olan sənətçilər onla qalmaqal edirlər sualına Röya Ayxan belə cavab verib : “Mən balacalara ilişməmişəm heç zaman,böyüklərdə yaxşı tanımayıblar məni,düşünməyiblər heçnə haqqında. Mənə elə gəlir ki, köhnələr çox paxıldılar,hədsiz. Bizim yaşıdlar birtəhər bir birini yola verib dostluq edə bilirlər,bizdə dostluq və hörmət var.Ama bizdən sonra gələnləri başa düşmurəm.Onlarda ikiüzlülüuk,qorxaqlıq var biraz.