Category: Şou Biznes

  • Məhşur müğənni nəhayət ki,nişanlandı – FOTO

    Türkiyəli müğənni Alişan artıq toya hazırlaşır

    Median.Az xəbər verir ki,məhşur müğənninin ötən gün digər tanınmış sima olan Buse Varolla nişan mərasimi olub. Mərasimdə türkiyənin yerli məhşurları da iştirak edib. Alişan öz sosial şəbəkə hesabında nişanlısı ilə şəkilni paylaşaraq bu sözləri qeyd edib : “Hər şey çox gözəl keçdi,çox xoşbəxtəm.” 

    Nişan mərasimindən olan foto görüntüləri sizə təqdim edirik




  • Efir zamanı böyük qarşıdurma yaşanıb : “Yüz min manatlıq təzminat davası” – VİDEO

    ARB kanalında yayımlanan verliş zamanı inanılmaz qalmaqal baş verib

    Median.Az xəbər verir ki, “Sirdaş Rövşanə” verlişinin çəkim zamanı qonaqlar arasında mübahisə yaranıb.Belə ki,kulturoloq Aydın Xan Əbilovun ekstrasens Bayram Nurlunu fırıldaqçı adlandıraraq,ünvanına sərt itdihamlar səsləndirməsi onu özündən çıxardıb. Ekstrasens Bayram şərəf və ləyaqətini sığorta etdirdiyini bildirərək, A.Əbilovu məhkəməyə verəcəyini və yüz min manatlıq təzminat davası açdıracağını bəyan edib.

    Efir zamanı baş verən görüntüləri sizə təqdim edirik

    Nicat Yunisbəyli

  • Maral Tahirqızı oxudu, efirdə dava düşdü – VİDEO

    “Space” TV-də yayımlanan “El bizim, sirr bizim” verilişində maraqlı anlar yaşanıb.

    Verilişin qonaqları arasında Maral Tahirqızı da olub. O, oxumağa başlayıb, verilişin aparıcısı Elçin Əlibəyli M.Tahirqızına daha artıq oxumağa imkan verməyib.

    “Bəsdir, bizə də, hamıya da yazıqdır” deyən E.Əlibəylinin sözləri Tahirqızının xoşuna gəlməyib və o, efiri tərk edib./minval.info

  • Rəqsanə yenidənmi ana olmağa hazırlaşır ? – VİDEO

    ATV kanalında qonaq olan müğənni şübhəli açıqlamalar edib

    Median.Az xəbər verir ki “Zaurla Günaydın” verlişində qonaq olan tanınmış müğənni Rəqsanə İsmayılova ilə aparıcı Zaur Baxşaliyev arasında maraqli söhbət yaşanıb.Belə ki, Zaurun müğənniyə ana olmağına işarə verən bəzi sualları izləyicilər arasında çaşqınlıq yaradıb.

    Həmin video görüntünü sizə təqdim edirik.

    Qeyd edək ki,müğənninin iki qız övladı var.

  • Tanınmış xalq artıstı vəfat etdi – FOTO

    İncəsənət xadimi Fuad Poladov son mənzilə yola salındı

    Median.Az xəbər verir ki, onun nəşi yaşadığı evdən çıxarılaraq dəfn olunmaq üçün “Qurd qapısı” qəbristanlığına aparılıb.

  • Məşhur aktyorun qızı körpünün altında gecəliyirmiş – FOTO

    Aksiyon filimlərinin məhşur aktyoru Jackie Chan -ın qızı ağır günlər keçirdir

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Chan’ın 1999 cu ildə birlikdə yaşadığı qeyri rəsmi həyat yoldaşından dünyaya gələn qızı Etta Ng “Youtube” sosial şəbəkəsində paylaşdığı videoda,sevgilisi ilə birlikdə körpü altında yatdığını və çətin vəziyyətdə olduğunu bildirib.
    Nicat Yunisbəyli

  • Aytən Səfərova ismarıc göndərdi : ” Gedir evli kişilərin qabağında soyunub…” – FOTO

    Model Nuridə Əliyevanın Ukraynanın “XXL” dərgisi üçün çəkdirdiyi lüt fotolar sosial şəbəkədə söz-söhbətə səbəb olub.

    Median.Az-ın məlumatına görə, izləyicilər modeli təhiqr edib. Aparıcı Aytən Səfərova isə paylaşımlardan birində N.Əliyevanı müdafiə edib və onun addımını qınamadığını bildirib:
    “Başqa tip qadınlar var ki, evli kişiləri yoldan çıxarırlar. Gedir evli kişilərin qabağında soyunub, ailə dağıdırlar. Belələrinin içində müğənnilər də var. Sonra da çıxır efirə özünü sənətkar adlandırır. Bu model isə sadəcə jurnal üçün şəkil çəkdirir. Heç kəsin ailəsini dağıtmır”.

    Nicat Yunisbəyli

  • Azərbaycanlı müğənni: “Sponsor təklifi olsa, düşünərəm” -VİDEO

    “Eurovison 2016” təmsilçimiz Səmra Rəhimli sənətdə müğənnilərə maddi dəstək olan şəxslərdən söhbət açıb. 

    Median.Az-ın məlumatına görə, “APA TV”-nin “Show time” verilişinə qonaq olan ifaçı bildirib ki, gələcəkdə sponsor təklifi olsa, qəbul edəcək: 

    “Sənətdə sponsorum yoxdur. Çox şeyi anam və özüm edirəm. Elə müğənnilər var ki, sponsordan istifadə edirlər. Bu həm sosial mediada da olur. Konsertlər həyata keçirəndə sponsorlar lazım olur. Əlbəttə ki, gələcəkdə sponsora ehtiyacım olsa, niyə də yox? Müraciət edəcəm. İndi elə bir layihəm yoxdur ki, sponsora gərəyim olsun. Kimsə təklif etsə ki, yeni layihə, mahnı o zaman razı olaram. Yəni sponsorluq təklifi olsa, razı olaram”.

  • Sevil və Sevincdən şok açıqlama : “Kirayədə qalıb,onbeş manatlıq paltar geyinirik” – VİDEO

    Müğənni Sevil və Sevinc bacılari həyat tərzləri haqqında maraqlı musahibə veriblər.

    Median.Az xəbər verir ki,bacılar səmimi etiraf ediblər : “Son vaxtlar gənclər bizim haqqımızda deyirlər ki, – “bunlara bax nece qudurublar”. Axı siz bizim “qudurmağımızı” harda görmüsüz?! Mənim lüks avtomobilim var ?! – xeyir yoxdur. Mən bu gün nə qədər pul qazanıramsa, o qədər də pul ödəyib kirayədə və on il krediti olan evdə yaşayıram. Buna lüks həyat deyirsiniz ?! Mənə lüks həyat yaşayır deyən insanların evi öz evidi,ancaq mən kirayədə,kreditdə olan evdə qalıram. Heç kəs bizi qınamasın ki,bunların hər şeyi var,heç nəyimiz də yoxdur. Bu gün geyindiyim bu üst geyimi marka deyil, siz düşündüyünüz kimi. Bu on beş manatdır. (red-geyindi üst geyimini göstərir) Bunu hər kəs ala bilər. Bizim tamaşaçılarnan heç bir fərqimiz yoxdur. Geyindiyimiz və yediyimiz adi insanların geyindiyi və yediyidir. Mən bu günki gündə gedib özümə beş min manat verib əyaqqabı almaram,çünki o mənə yaraşmaz. Kənardan baxanlar deyərlər ki,sən kirayədə yaşayırsan, sənin kreditin var, ondansa o beş min manatı götürüb kreditimi bağlayaram.”

    Nicat Yunisbəyli

  • Xalq artisti qəzəbləndi : “Küçə adamları efirə çıxır” – VİDEO

    Rasim Balayev efirlərdə gördüyü nöqsanlardan danışıb

    Median.Az -ın məlumatına görə verlişlərin birinin efirdən kənar görüntüləri yayılıb.Həmin görüntülərdə xalq artisti Rasım Balayev öz emosiyalarına hakim ola bilməyib.Belə ki,o efirde özbaşınalığın fəsadlarından danışıb : ” Bizim vaxtımızda efirə nümunəvi adamlar çıxırdı.Efirə küçədən keçən adam çıxa bilmirdi,bu gün küçə adamları efirdədi.Əxlaqsız adam əxlaqdan,rüşvətxor adam rüşvətdən,ağılsız adam ağıldan danışır. Biyabırçı şəkildə geyinib efirə çıxırlar.”