Category: Şou Biznes

  • Yaxşı etmişəm boşanmışam,deməli belə lazımdır” – Məşhur aparıcıdan iddialı açıqlama

    ARB TV-nin “Boş anlar” verlişinin növbəti qonağı teleaparıcı Lətafət Ələkbərova olub

    Median.Az xəbər verir ki,aparıcı qarşısına qoyduğu məqsəddən söz açıb: “Mən bu il qarşıma məqsəd qoymuşam ki, 2018-də ailə həyatı qurmaq istəyirəm. Kriteriaları insan kimi insan olsun, qadına sahib və sadiq çıxsın. Səni anlasın. Sözssüz ki, həyatda müəyyən bir yaşa gələn insanın nəyisə olmalıdır. Yəni o demək deyil ki, sıfır da olmalıdır. Güc birlikdədir. Mən də özüm güclü qadınam”. Lətafət Ələkbərova eyni zamanda boşanmasından da danışıb: “Bir az peşman olduğum məqam oldu, amma sonra müəyyən bir vaxt oldu ki, dedim elə yaxşı etmişəm. Düz etmişəm… Çünki ailələr var, övladları da var deyə övlada görə keçirlər. Amma o övlad da şiddətlə yaşayır, sevgisiz bir ailədə yaşayır. Ondansa belə olmaq daha yaxşıdır. Qızımın 10 yaşı var. Atası ilə qəti görüşmür. Əvvəldən uşaq ata sevgisi görmədi. Sonrada da gördüm lazım deyil. Deməli belə lazımdır”.

  • Talıb Taleh nişanlandı – FOTO

    Müğənni Talıb Talehin nişanı olub

    Median.Az xəbər verir ki, ifaçı öz qohumu ilə ailə qurmağa hazırlaşır. Cütlüyün nişan mərasimi Göygöldə baş tutub. Nişandan fotoları təqdim edirik:

  • Məşhur müğənninin toyunda pul yağışı – VİDEO

    Türk müğənnisi Alişanın toyu oldu


    Median.Az xəbər verir ki, müğənni sevdiyi xanım Buse Varolla ailə həyatı qurub. Toyun nikah şahidi isə ölkənin prezidenti Rəcəb Tayyib Ərdoğan olub
    Bir çox məhşurların da,qonaq olduğu gecədə yadda qalan məqam isə bəy və gəlinin Seda Sayanla rəqsi zamanı başlarına səpilən pullar olub.
    Toyda bir zamanlar Alişanla nişanlı olan tanınmış aparıcı Ece Erken de iştirak edib.



    Nicat Yunisbəyli

  • “Bozbash pictures” -də yenidən toydur – FOTO

    Aktyor, ”Bozbash pictures” komandasının üzvü Azər Baxşəliyevin toyudur.

    Median.Az -ın Axşam.az – a istinadən verdiyi məlumata görə, toy bu həftə şəhər restoranlarından birində olacaq. Məclisə məşhur simalar da dəvət olunublar.

    Bir neçə gün əvvəl isə cütlüyün nikah mərasimi olub. Ağsaqqal obrazı ilə tanınan Azər Nigar adlı xanımla ailə qurur. 
    Qeyd edək ki, Nigar Seyidova tanınmış rəssamdır.

  • Daha bir məşhurun toy xəbəri yayıldı – VİDEO

    Müğənni Səidə Sultan toyuna hazırlaşır

    Median.Az xəbər verir k, ATV kanalında yayımlanan səhər proqramında müğənninin yaxin dostu Elnur Məmmədov bu barədə açıqlama verib.Onun sözlərinə görə bu yaxınlarda Səidənin toyu olacaq. Hətda artıq hazırlıqlar da başlayıb.
    Həmin video görüntünü sizə təqdim edirik.

    Nicat Yunisbəyli

  • Xalqın sevgisi ilə ürəyi dolu olan Röyadan : “Doldur ürəyimi” adlı möhtəşəm gecə – VİDEO

    Əməkdar artist Röya Ayxanın Bakı Konqres Mərkəzində konserti baş tutub

    Median.az -ın məlumatına görə müğənni konserti bu gün dünyasını dəyişən xalq artisti Fuad Poladova həsr etdiyini bildirib.
    Təxminən 90 dəqiqə davam edən konsertdə Röya bu dəfə səhnəyə rəqqaslarla yox, tək çıxıb. Sevilən mahnılarını canlı səsləndirən sənətçi gecəyə öz imzasını böyük həriflərlə atıb. Bakı Konqres Mərkəzində ilk dəfə keçirilən konsert proqramını 3500 nəfər izləyib. Röyanı Rəşad Haşımovun başçılıq etdiyi 21 nəfərlik musiqi heyəti müşayiət edib. Gecə boyu müğənni səmimi söhbətləri və zarafatları ilə izləyicilərinə daha da xoş anlar yaşadıb.Konsertin daha bir maraqlı məqamı isə sənətçinin oğlu Hüseyinin onunla birlikdə səhnə alması və anasına dəstək olması olub.Gecənin son mahnısı isə Röya və Miri Yusifin – “Səndən birdənədir” adlı mahnısı olub. 




    Əməkdar artist konsertdən sonra mətbuat nümayəndələri ilə görüşüb.
    “Bu məkanda konsert verməyi heç düşünmürdük. Çünki avqust ayı üçün başqa şou hazırlamışdıq. Amma dekabr ayında daha möhtəşəm şou ilə qarşınızda olacağam. Yanımda olduğunuz üçün sevindim. Çünki bir müddət öncə konsertlə bağlı aramızda anlaşılmazlıq oldu.
    Mən də bir az tərs adamam. Əyilməyi sevmirəm. Düzgünlük tərəfdarıyam. Siz yanımda olanda özümü daha güclü hiss edirəm”, – deyə ifaçı vurğulayıb.
    Müğənni bildirib ki, yaxın günlərdə mətbuat konfransı keçirəcək: 
    “Bir çox məsələlərə aydınlıq gətirəcəyəm. Bütün qalmaqallara, illərdir davam edən anlaşılmazlıqlara son qoyulacaq. Çünki mən o adam deyiləm. Bunların açıqlaması verilməlidir”.


    Nicat Yunisbəyli

  • Zamiqin toyu təxirə düşdü

    Müğənni Zamiq Hüseynovun bu aya planlaşdırılan toyu təxirə düşüb.

    Bu, sənətçinin şəxsi istəyidir.

    Belə ki, Zamiq mətbuatda evliliyi və həyat yoldaşı haqda yazıların maksimum az getməsini istəyir.

    Həm də cütlük üç ilə yaxındır davam edən münasibətlərində toya ehtiyac görmür.

    Digər iddiaya görə, cütlüyün artıq rəsmi nikahı var, Zamiqin toy etməmək fikrini sevgilisi Aydan da normal qarşılayıb və etiraz etməyib.

    Qeyd edək ki, Zamiq evlilik xəbərini təsdiqləmiş və toyun may ayında baş tutacağını demişdi./oxu.az

  • Prodüser şou-biznes əhlinə səsləndi: “Kreditlərinizi vaxtında ödəyin”

    ARB TV-nin “Günaylı Şənbə” verilişinin növbəti qonağı prodüser Anar Mədətov olub.
    O, efirdə şou-binznes əhlini qınaq atəşinə tutub:
    “Hər bir şeyin öz pik həddi var. Müğənnilər hərdən bir prodüserlərin adlarını, zəhmətlərini yaddan çıxarırlar. Anar Mədətovdan pislik gəlməyib. Ev almısan, maşın almısan, mahnılar oxumusan. Ədalətindən tutmuş Natavanı, “Qala”sı, İzzəti, Samir Priyevi…
    Bunların içlərindən 3-4 nəfərlə dost qalmışam. O biriləri ilə salam-sağ ol ünsiyyəti saxlayıram. Hamısına da arzulayıram ki, bir az ciddi olsunlar, bir-birilərinin dalınca az danışssınlar, kreditlərini vaxtında ödəsinlər. Ailələrini, maşınlarını, evlərini yox özlərini, sənətlərini reklam etsinlər. Bunu bütün Azərbaycan şou-biznesinə arzulayıram”.

  • Röyanın atası: “Ağıllı balamdır, onunla fəxr edirəm”


    Əməkdar artist Röya Ayxanın Bakı Konqres Mərkəzində solo konserti baş tutub.
    “Doldur ürəyimi” adlı konserti izləməyə gələnlər arasında onun atası Yaqub Nəcəfov da olub.
    Musavat.com saytına açıqlama verən ifaçının atası onunla fəxr etdiyini deyib.
    “Röya ilə fəxr edirəm. Ona uğurlar arzulayıram. O mənim ağıllı balamdır. Hər zaman ona dəstəyəm, arxasındayam. Konsertə də ona dəstək olmağa gəlmişəm. Konsertləri bol olsun. Daim tamaşaçı alqışı onunla olsun”.

  • Aygünü bir də belə görün -FOTO


    Xalq artisti Aygün Kazımova fərqli paylaşım edib

    Median.Az -ın məlumatına görə, müğənni idman edərkən göydən asılı vəziyyətdə olan fotosunu öz sosial şəbəkə hesabında paylaşıb.
    O, şəklinə “Mən idmanı sevirəm” şərhini yazıb.
    Kazımovanın paylaşımına 11 mindən çox bəyəni gəlib və 350-yə qədər şərh yazılıb.