Category: Şou Biznes

  • Vəfat etmiş “Avicii”nin gizli övladı ortaya çıxdı

    Mərhum isveçli dicey Tim Berqlinqin (səhnə adı “Avicii”) sevgilisi sosial şəbəkədə ona yazdığı məktubu paylaşıb.

    Məktubun mətni “Instagram”da yayılıb.

    Çexiyalı model Tereza Kaçeryova öz məktubunda Berqlinqlə şəxsi həyatlarının bəzi detallarına toxunub. Modelin sözlərinə görə, onlar qeyri-rəsmi nikahda olduqlarını ictimaiyyətdən gizlədib.

    “Berqlinqlə belə qərara gəlmişdik ki, yalnız hamilə qalacağım təqdirdə münasibətlərimizi ictimaiyyətə açıqlayaq”, – deyə yazıda qeyd olunur.

    Model bildirir ki, dicey onun azyaşlı oğlunun ögey atası olub. Kaçeryova sosial media hesabında cütlüyün övladları ilə birgə çəkdirdiyi fotoları paylaşıb.

    Qeyd edək ki, “Avicii” aprelin 20-də Omanda vəfat edib.

  • “Türkan ağlına gələni yox, ağzına gələni oxudu” – Perviz Bülbülə VİDEO

    Ötən gün Xəzər TV-də yayımlanan “5/5” verilişinin qonaqları müğənni Türkan Vəlizadə və meyxanaçı Pərviz Bülbülə olub.

    Verilişdə Türkan Vəlizadənin 10 il bundan əvvəlki kadrları efirdə nümayiş olunub. 2008-ci ildə müğənninin qatıldığı səs müsabiqəsindən olan görüntüləri hər kəsin marağına səbəb olub. Türkanın duet ortağı Pərviz Bülbülə isə Türkanın ifası haqda belə deyib :
    “Türkan ağlına gələni yox, ağzına gələni oxudu”, – deyə Pərviz bildirib

  • İmperator millət vəkilliyinə namizəd oldu

    Türk musiqi sənətinin imperatoru İbrahim Tatlısəs millət vəkili olmaq üçün öz namizədliyini irəli sürüb

    Median.Az turkiyə mətbuatına istinadən xəbər verir ki, İbrahim Tatlısəs AK Partiyasının iyun ayında keçiriləcək olan millət vəkilliyi seçimlərində namizəd olacaq. 

  • Əməkdar artistin türk vətəndaşı ilə ailə quran qızı efirə qoşuldu – VİDEO


    Əməkdar artist Bəsti Sarıyevanın türk vətəndaşı ilə ailə quran qızı ailəsilə birgə ilk dəfə olaraq efirdə görüntülənib

    Median.Az xəbər verir ki, ATV kanalında yayımlanan səhər proqramının qonağı Bəsti Sarıyeva olub.Öz doğum gününü efir vasitəsi ilə qeyd edən əməkdar artisti təbrik etmək üçün Türkiyədə yaşayan qızı ailəsi ilə birlikdə canlı efirə qoşularaq anasını təbrik ediblər.
    Efirdən olan həmin video görüntünü sizə təqdim edirik.

  • Məşhur serialın aktyoru Bakıya gəlir – FOTO

    Əməkdar artist Məlahət Abbasovanın növbəti qonağı daha bir türkiyəli məşhur qonağı olacaq.

    Median.az xəbər verir ki, bu dəfə Məlahətli söhbətlər” verlişinin qonağı  “Möhtəşəm yüz il Kösəm”in aktyoru Engin Benli olacaq. Aktyorun Bakıya səfəri mayın 4-də olacaq.

    Qeyd edək ki, Engin Benli “Kösəm”də Sinan Paşa obrazını canlandırıb

  • ​“Heyf deyildi, o vaxtkı toylar? Namus-qeyrət, var idi…” – Nadir Qafarzadə

    Müğənni Nadir Qafarzadə köhnə Bakı toylarını xatırlayıb.

    Median.Az axşam.az-a istinadən xəbər verir ki, ifaçı müasir toylarla keçmiş məclisləri müqayisə edərək bildirib:

    “Heyf deyildi, o vaxtkı toylar? Gözəl adət-ənənəmiz var idi. Xeyir-bərəkət, böyük-kiçik, namus-qeyrət, hörmət-izzət var idi. İndi də bəzilərində var, amma çox təəssüf, faiz məsələsi aşağıdır. Can Bakı və bakılılar! Allah bizə rəhm etsin!”.

  • Formula 1 Qran Prisi yarışmasına qatılan yerli məhşurlar – FOTO


    Formula 1 Qran Prisi yarışmasında yerli məhşurlarımız da iştirak edib

    Median.Az xəbər verir ki, Təqvimin 4-cü yarışı 2018 Formula 1 Azərbaycan Qran Prisi adı altında paytaxtımızda keçirilən oyunları izləmək üçün gedən bir neçə məhşurlar öz sosial şəbəkələrində şəkillərini paylaşıblar. Müğənnilər Röya Ayxan, Tünzalə Ağayeva , aparıcı Murad Dadaşov , rəqqasə Fatimə Fətəliyeva, aparıcı Hacı Nuran və idmançı Kamil Zeynallı yarışmanin izləyicilərindən olubar.

  • Məhşur aparıcı etiraf etdi ” Bunu gizlətmirəm ” FOTO


    Cavid Gül subaylığın daşını atmaq fikrindədir
    Median.Az xəbər verir ki, yenicag.az-a açıqlama verən aparıcı şəxsi həyatından danışıb.
    “Sevdiyim qız var, bunu gizlətmirəm də. O qızı görən kimi vuruldum. Amma evlilik ciddi və məsuliyyətli addımdır. Çox düşünüb götür-qoy etmək lazımdır. Bu sabah da ola bilər, bir il sonra da. Ya da heç olmaya bilər. Evlənib, bir ay, bir ildən sonra boşanmaq istəmirəm. Buna görə də tələsik addım atmıram”.
    Aparıcı qadında üstünlük verdiyi cəhətlərin sevdiyi qızda cəm olduğunu da deyib:
    “Qadında daxili və zahiri təmizliyə üstünük verirəm, bəyinə qarşı diqqətli olmalıdır. Bu xüsusiyyətlər o qızda var. Gözəllik xəstəsi deyiləm. Çünki gözəllik daimi deyil, bir müddətdən sonra bitəcək”.
    Cavidin qısqanclığa münasibətini də öyrəndik, cavabı belə oldu:
    “Qıraq-bucağa qısqanclığım yoxdur. Qısqanclıq xanımla münasibətimdə olur. Seçdiyim qadına da inanıram, amma bəzən qısqanıram. Bu da təbiidir, hesab ediərm ki, qısqanclıq sevgidən yaranan hissdir”.


  • “Qızım mənim mahnılarımı dinləmir və bəyənmir” Şəbnəm – VİDEO

    “Qızım mənim mahnılarımı dinləmir və bəyənmir. O, xarici mahnıları dinləməyi sevir” – Şəbnəm Əsədova
    Median.Az xəbər verir ki,müğənni bu sözləri ATV televiziyasında yayımlanan səhər proqramında söyləyib. Müğənni qızının onun ifa tərzini bəyənmədiyini və dinləmədiyini deyib.Onun bu sənətlə heç əlaqəsi yoxdur.Qızının dizaynerliyə və rəssamlığa həvəsi olduğunu bildirib. Ş.Əsədova eyni zamanda oğlu haqqında olan arzusunu da dilə gətirib.Onun arzusu oğlu Əlini vətənə layiqli güləşçi kimi görməkdir.
    Qeyd edək ki,müğənninin iki övladi ,bir qızı və bir oğlu var.

  • Tacirdən sərt reaksiya “Özünü idarə edə bilmir ki, efirdə çıxıb, bu məsələni danışır”


    Dünən “5/5”-ə gələn Tacir Şahmalıoğlunun dayısının iddialarını müğənni cavabsız qoymayıb.

    Aparıcı Zaur Kamal canlı yayımda Tacirlə telefon bağlantısı yarada bilib. Aparıcı müğənniyə bu məsələdən danışanda Tacir şok olub.
    O, eşitdiyi sözlər qarşısında öncə cümlə qurmaqda çətinlik çəksə də, dayısını atdığı addıma görə ciddi ittiham edib. Müğənni bu məsələni ailə daxilində həll etməyin daha uyğun olduğunu “Özünü idarə edə bilmir ki, efirdə çıxıb, bu məsələni danışır” sözləri ilə Nürəddin adlı dayısını qınayıb. Tacir dayısının 85 yaşlı bacısını (Tacirin anasını) ziyarət etmədiyini və 3 il öncə faciəvi şəkildə dünyasını dəyişən qardaşının yas mərasiminə gəlmədiyini xatırladıb.
    Qeyd edək ki, dayısı verilişdə açıqlaması zamanı “Tacirin efirdə yalan danışdığını,heç bir qohumuna dəstək olmadığını” demişdi.