Category: Şou Biznes

  • Müğənni Aynur Dadaşova yenidən qayıtdı ” Görənlər onu tanımadı ” – FOTO

    Müğənnilik sənətindən uzaqlaşan Aynur Dadaşova yeni görünüşü ilə diqqət çəkib

    Bir neçə müddətdir ki, sənətdən uzaqlaşan müğənni Aynur hər kəsi heyrətləndirib.Məclislərin birində çıxıs edən müğənni ilə stilist Samiraldo şəkil çəkdirərək öz sosial şəbəkəsində paylaşıb. Xanım müğənnini görən izləyicilər ilk əvvəl onu tanımasalar da, sonradan onun Aynur Dadaşova olduğunu biliblər.

  • Aktrisa illər sonra sevgisini etiraf etdi – VİDEO

    Əməkdar artist Nahidə Orucova bu gün “Səhər-Səhər”də maraqlı etirafı ilə diqqətləri üzərinə çəkib

    Median.Az xəbər verir ki, ARB kanalında yayımlanan ” Səhər-Səhər ” verlişi zamanı aparıcı Elgiz üzünü aktrisaya tutaraq “Mən istəyirəm sizin gənclik sevginiz olan şəxsin oğlunu dəvət edim. Bildiyim qədər indi də sevirsiniz onu” ifadəsini işlədib. Əməkdar artist ELgizin sözlərini təsdiq edib.
    Aparıcı xalq artisti Ramiz Novruzun oğlu Cavidanı efirə dəvət edib.
    Verilişdən həmin kadrları sizə təqdim edirik.

  • O elə dəyişdiki görənlər şok oldu – VİDEO



    Tanınmış stilist Pərviz Mirzəyev müğənni-meyxanaçı Samirənin imicini dəyişib

    Meyxanaçı Samirənin makiyajla inanılmaz dərəcədə dəyişməsi hər kəsi heyrətləndirib.
    Tanınmış stilist Pərviz Mirzəyev müğənni-meyxanaçı Samirənin imicini dəyişib.
    Median.Az xəbər verir ki, stilist Samirənin makiyajdan əvvəl və sonrakı görüntülərini sosial şəbəkədə paylaşıb.
    Meyxanaçı Samirənin makiyajla inanılmaz dərəcədə dəyişməsi hər kəsi heyrətə gətirib

  • Kərim əsəblərinə hakim ola bilmədi ” Sənətkar olmursan, kim olursan ol “

    Müğənni Kərim Abbasov ARB telekanalının “Səhər-səhər” verilişinin qonağı olub.

    Median.Az xəbər verir ki, Kərimlə verilişin aparıcısı, müğənni Əli Mirəliyevin sözləri düz gəlməyib. Yaranan mübahisədən əsəbləşən Kərim özünə hörmət edilməsini tələb edib:
    “Kimin nə ixtiyarı var məni təhqir etsin? Ayağımın altına qoyub, param-parça edərəm. Sənətkar olmursan, kim olursan ol. Mən hörmət qoyuramsa, mənə də hörmət edilməlidir”.
    Bundan sonra müğənni canlı efiri tərk edib.

  • Mətanət Əsədova tanınmaz halda ” Görənlər şok oldu ” – FOTO

    Hər zaman gözəlliyi ilə öyündüyünü deyən müğənni Mətanət Əsədovadan xəbər var.

    Median.Az xəbər verir ki, Xanım ifaçının arxiv fotosu yayılıb. Fotoda mərhum xalq artistimiz İlhamə Quliyeva da yer alıb.
    Çoxsaylı estetik əməliyyatlar keçirən Mətanəti fotoda tanımaq qeyri-mümkün olub.

  • Abbas Bağırov keçmişə qayıtdı ” Evlənmək belədir də “

    Ötən ilin sonunda ikinci dəfə ailə həyatı quran əməkdar artist Abbas Bağırovun yeni görkəmi görənləri təəccübləndirib.

    Median.Az – ın məlumatına görə “10-dan sonra” verilişinin aparıcısı Yusif Ağayev veriliş zamanı kadr arxasında gördüyü Abbası efirə dəvət edib. Əməkdar artist canlı yayımda bu gün doğum gününü qeyd edən Manaf Ağayevi təbrik edib.
    Studiyadan getməyə hazırlaşan Abbasın evlilikdən sonra artıq çəki alması aparıcının diqqətindən qaçmayıb.
    Manaf Abbasın kökəlməyini “Evlənəndən sonra kökəlirsən. Evlənmək belədir də” sözləri ilə ifadə edib.
    Qeyd edək ki, Abbas toyuna kimi “fit” görüntüsü ilə seçilən yerli şou-biznes nümayəndələrindən idi.
    Verilişdən həmin anın tam videosunu təqdim edirik:

  • Azərbaycan efirində ŞOK – QAYINANADAN DƏHŞƏTLİ ADDIM – ÜRƏYİ ZƏİF OLANLAR BAXMASIN – VİDEO

    Azərbaycanda dəhşətli hadisə baş verib.

    Median.Az xəbər verir ki, Ana qızının həyat yoldaşının başına kislota tökərək ona bədən xəsarətləri yetirib. Nəticədə Tərlan adlı şəxsin gözləri kor olub. Hazırda ağır dərəcəli bədən xəsarətləri alan şəxsin vəziyyəti ağırdır. Bu barədə Xəzər TV-də yayımlanan “Səni axtarıram” verilişin zərərçəkmişin anası məlumat verib. Bildirib ki, oğlunun qayınanası Tərlan yatan zaman qəfildən otağa daxil olaraq bu addımı atıb.

    Verilişdən sözügedən kadrları sizə təqdim edirik

  • Erməni pornoulduz bədəni ilə pul qazanmağın yeni üsulunu tapıb – FOTO

    Kim Kardaşyan öz bədənini əks etdirən flakon şəklində parfüm istehsal etməyə başlayıb

    Kim Kardaşyan yenidən bədənindən pul qazanmağa başlayıb. Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, Amerika realiti şousu “Kardaşyanlar ailəsi”nin iştirakçısı Kim Kardaşyan öz bədənini əks etdirən flakon şəklində parfüm istehsal etməyə başlayıb. O, bu barədə öz tvitter səhifəsində məlumat verib.

    37 yaşlı teleulduz lüt şəklini paylaşıb.

    O qeyd edib ki, ətrin flakonunun hazırlanması üçün onun bədənin izləri götürülüb. KKW Body 4.30 ətrinin qutusunun dizaynı ilə İtaliyalı rəssam Vanessa Bikroft məşğul olur.

    Parfümün “İnstagram”da 400 min abunəçisi olan səhifəsi var. Ətrin aprelin 30-da təqdim ediləcəyi gözlənilir.

    “O həqiqətən də möhtəşəmdir. Qoxusu gözəldir. Mən onunla fəxr edirəm. Mənə elə gəlir ki, qızılı rəngin qoxusu belə olmalıdır” — deyə Kardaşyan bildirib.

  • Eltondan şou biznes nümayəndələrinə sərt ismarıc ” Bilirik kim kimdir ” – FOTO

    Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb.

    Median.Az -ın məlumatına görə, bu sözləri müğənni Elton Hüseynəliyev “O başdannan” verilişində deyib.
    Sənətçi şou-biznes nümayəndələrinin əksəriyyətini ikiüzlü adlandırıb: “Kameralara işləyənlər 4 sözdən artıq danışa bilmirlər. Kameraya işləmirəm, necəyəmsə, eləyəm. Keçmişimi danmamışam. Anam tum sataraq məni böyüdüb, xoşbəxtəm. İkincisi isə kişiliyimi itirməmişəm. Heç kimin də haqqını yeyə bilmərəm. Səhvlər etmişəm, amma həddimi aşmamışam. Aşanda isə anamın və atamın qarşısında aşmışam, dövlət səviyyəsində yox. Bu gün sərbəstliklə tərbiyəsizliyi səhv salan məxluqların məni müzakirə etməsi lazım deyil. Hamı efirdə gördüyünün başına and içə bilər. Amma biz yaxşı bilirik kim kimdir”.

  • Damla və Şəbnəm arasında yenidən soyuq küləklər əsir – FOTO

    Müğənni Damla və Şəbnəm arasında soyuq münasibət olduğu hiss olunub.

    Median.Az – ın verdiyi məlumata görə ötən gün Moskva şəhərində baş tutan toyda bir çox yerli müğənnilərimiz Damla,Şəbnəm Tovuzlu,Üzeyir,Talıb Tale və başqa məhşurlar səhnə alıb. Onlar sosial şəbəkədə öz səmimi fotolarını paylaşıblar.Paylaşılan şəkillərdə diqqət çəkən məqam isə hər iki xanım müğənnilərin eyni məclisdə çıxış etməsinə baxmayaraq eyni müğənnilər ilə ayrı ayrı şəkil çəkdirmələri onların münasibətinin soyuq olmasına şübhə yaradıb.
    Qeyd edək ki, daha əvvəllərdə iki xanım müğənni arasında soyuq münasibətin olmasi hiss olunmuşdu.

    Paylaşılan həmin görüntüləri sizə təqdim edirik.