Category: Şou Biznes

  • Dayısı Tacir Şahmaloğlunu biyabır etdi ” Yalançıdır ” – VİDEO

    Tacirin dayısı efirə gəlib onu BİYABIR ETDİ 

    Median.Az xəbər verir ki, Xəzər televiziyasında yayımlanan “5/5” verlişində tamaşaçılar arasında əyləşən yaşlı şəxs Mingəçevirdən gəldiyini və məşhur müğənni Tacir Şahmaloğlunun doğma dayısı olduğunu bildirib.
    Ağsaqqal Taciri qohumlarına köməklik etməməyinə rəğmən efirlərdə bunun əksini söyləməkdə, yalan danışmaqda ittiham edib.
    Adının Nürəddin olduğunu deyən 78 yaşlı şəxs məşhur müğənninin dünyasın dəyişən övladlarının yas mərasiminə qatılmadığını da qeyd edib:
    “46 yaşında qızımı və 24 yaşında oğlumu itirdim. Onların yasına gəlmədi”.
    Verilişdən həmin anlar videoda:

  • Xalq artisti səhnədə konsert verən zaman atası dünyasını dəyişdi

    Xalq artisti Gülyanaq Məmmədova ötən ay dünyasını dəyişən 84 yaşlı atasının ölümündən danışıb.
    Median.Az xəbər verir ki, “5/5″də qonaq olan xanım sənətkar həmin ərəfədə Avstriyada konsertdə olduğunu qeyd edib. Konsert zamanı gələn zənglə atasının qəfil ölümündən xəbər tutan müğənni saat yarımlıq konsertini oxumaq məcburiyyətində qaldığını sözlərinə əlavə edib:
    “Burada atam dəfn olunurdu, mən Avstriyada tələbəmlə saat yarımlıq konsert oxuyurdum. Təşəkkür etdilər ki, heç kəs bu vəziyyətdə çıxıb oxumazdı”

  • “Eyyubu efirə çıxartdığıma görə mənə erməni deyirdilər” – Kamran


    Teleaparıcı Kamran Həsənli əməkdar artisti ilk dəfə efirə çıxarmasından danışıb.
    Median.Az – in ölkə.az-a istinadən məlumatına görə, bu barədə “Onda başladıq” verilişində danışan Həsənli hətta Yaqubovu efirə dəvət etdiyinə görə təhqir edildiyini söyləyib:
    “Eyyub Yaqubovu ilk dəfə efirə dəvət edəndən sonra qəzetlər mənim erməni olduğumu yazırdılar. Hətta iş o həddə çatdı ki, telekanaldan mənə Eyyubu bir daha efirə dəvət etməmək tapşırıldı. Rəhbərliyə dedim ki, biz onu efirə çıxartmalıyıq ki, gənclik onun ardınca düşsün. Amma yenə də qadağa qoydular”.
    K.Həsənli bildirib ki, bu qadağadan sonra Yaqubovu efirə dəvət etmək üçün fənd fikirləşib

  • Aygün ona dəstək olan şəxsin adını açıqladı – VİDEO

    Çoxdandır görünməyən xalq artisti, pop-diva Aygün Kazımova xalq artisti Mübariz Tağıyevin Heydər Əliyev adına sarayda keçirilən yubiley gecəsinə qatılıb. O, səhnəyə çıxaraq, gecəyə musiqisi ilə rəng qatıb.

    M.Tağıyev Aygünlə ilk tanışlığını xatırlayıb:

    “O vaxt mən də cavan idim. Televiziyada işləyirdim, otağa gənc, model kimi bir qız daxil oldu. Dedi ki, müğənniyəm, adım Aygündür. O vaxtdan Aygün mənim dostum, bacımdır. Heç vaxt Aygünlə aramızda intriqa olmayıb”.

    Aygün Kazımova M.Tağıyevin hər zaman ona dəstək olduğunu bildirib:

    “Mübariz müəllim hər zaman sizə minətdar olmuşam. Mənə həmişə dəstək olmusuz. O vaxt Dövlət Televiziyasında çox məhdudiyyətlər vardı. Sizin dəstəyiniz bambaşqa idi və bu günə qədər də mənə dəstəyiniz davam edir”.

    Daha sonra pop-diva sözləri Baba Vəziroğluna, musiqisi Mübariz Tağıyevə məxsus “Əleykum-salam” mahnısı ilə gecəni şərəfləndirib. O şou əhlinə söz də atıb:

    “Şou-biznesdə salam problemi var, bu mahnı lap yerinə düşdü”.
    /yenicag.az

  • Samir Bayramlı: Bakirə olmayan qızla evlənmərəm

    Tanınmış aparıcı Samir Bayramlı bakirə olmayan qızla evlənməyəcəyini bəyan edib.

    Median.Az-ın məlumatına görə, aparıcı oxu.az-ın “Bakirə olmayan qızla evlənərsiniz?” sualını belə cavablandırıb:

    “Yox, evlənmərəm. Ancaq bu seçimi edən hər bir insana hörmət edir, dəstəkləyirəm. Elə bir mövzu olanda əks fikirli olan bütün insanların qarşısında dayanıram. Ürəkdir, sevə bilər, kiminsə başına hansısa hadisə gələ bilər.

    Heç kim bilmir, başına nə gələcək. Heç kəsi qınamaq olmaz. Belə bir şey olanda hamı ilə mübahisə edib, ağzını yuman mənəm. İnsandır. Hörmətlə yanaşmaq lazımdır.

    Heç kimin həyatına qarışmaq lazım deyil. Onları müzakirə edənlərin başları özlərinə qarışsa, görərlər ki, özlərindən maraqlı adam yoxdur. Kiminsə haqqında fikir bildirə bilərsiniz, ancaq onun haqqına girə bilmərsiniz”.

  • Arvadının lüt şəkillərinə xəyanətlə qarşılıq verdi – FOTO

    Məşhur model Emili Ratakovski də xəyanətə uğrayıb.
    Median.Az – ın əldə etdiyi məlumata əsasən Fevral ayında Emili ilə ailə quran Sebastian Bir Makklard ingilis aktrisa Suki Vaterhausla səmimi halda görüntülənib.
    26 yaşlı aktrisanı qucaqlayan Sebastianın əlində üzüyün olmaması diqqətdən yayınmayıb.
    Qeyd edək ki, Emili evləndikdən 1 neçə gün sonra lüt şəkillərini yayıb. (milli.az)

  • Məhşur müğənninin özəl günündə – ” Gözlənilməz hədiyyə ” – VİDEO

    Azərbaycanın Əməkdar artisti Xumar Qədimovanın həyatında xöş gündür
    Median.Az xəbər verir ki, müğənni bu gün doğum gününü qeyd edir.Bu səbəbdən X.Qədimovanınyaxınlari ona gözlənilməz hədiyyə ediblər. Onlar Xumar xanımın xəbəri olmadan onu məkanların birinə dəvət edərək gecə saat 12 dən sonra ad günü surprizi ediblər. Qeyd edək ki, bizdə olan məlumata görə Xumar Qədimova 1966 ci il təvəllüdündəndir.
    Həmin video görüntüləri sizə təqdim edirik –

  • Məhşur müğənni xəstəxanaya yerləşdirildi – FOTO

    Türkiyənin tanınmış müğənnisi Bülənt Ərsoy xəstəxanaya yerləşdirilib.
    Median.Az xəbər verir ki, bu barədə İHA məlumat yayıb.
    Qeyd edək ki, Bülənt Ərsoy 1952-ci il iyunun 9-da İstanbulda anadan olub.

  • Xalq artistinin ürək acısı ” 8 ildir onsuzam. 8 ildir, sirdaşsızam “

    Xalq artisti Amaliya Pənahova mərhum həyat yoldaşı, tanınmış diktor Yusif Muxtarovu yad edib.
    Median.Az xəbər verir ki, həyat yoldaşının fotosunu paylaşan aktrisa bunları yazıb: 
    “Bu gün ömür-gün yoldaşım, Azərbaycan radiosunun görkəmli diktoru Yusif Mehdi oğlu Muxtarovun anım günüdür. Allah rəhmət eləsin! 8 ildir onsuzam. 8 ildir, sirdaşsızam”. 
    Qeyd edək ki, Amaliya Pənahova ilə Yusif Muxtarovun iki övladı var.

  • Tolikdən ünvanlı ismarıc ” Bəyənmədiyiniz adamın yanında sizi nə qədər ağladıblar ” – VİDEO

    Prodüser Tarix Əliyev canlı yayımdan ad çəkmədən hansısa xanım müğənniyə ismarıc göndərib. 

    Median.Az
     -ın verdiyi məlumata əsasən Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı olan prodüser Tarix canlı yayından ad çəkmədən hansısa xanım müğənniyə ismarıc göndərib. O bu sözləri qeyd deyib : ” Amma insan var ki, özünün o qədər eyibi var ki,biz bunu xalqa açıqlaya bilmirik.Amma otururlar iki bacı yan-yana gəl ay qonşunun qızı,sən məni təriflə mən səni tərifləyim. Amma sizin yadınızdan çıxıb ki,bəyənmədiyiniz adamın yanında sizi telefonda nə qədər ağladıblar.Nə tez yadınızdan çıxıb ki,sizin indi bəyənmədiyiniz xanım müğənninin yanında sizin keçmiş sevgiliniz, sizi telefonda ağladıb və siz bilmisiz ki,onun yanında filan müğənnidi və siz demisiz ki,niyə belə oldu… “
    Tolik bu sözlərin Sevil və Sevinc bacılarına aidiyyatı olmadığını da əlavə edib. 

    Həmin video görüntünü sizə təqdim edirik.