Category: Şou Biznes

  • Mehriban Xanlarova – ” Mən ana olmaq istəyirəm ” – VİDEO


    Əməkdar artist Mehriban Xanlarova ana olmaq istəyir

    Median.Az xəbər verir ki, bu sözləri aktrisa ATV kanalında yayımlanan ” Bizimləsən ” verlişində qonaq olarkən söyləyib. M.Xanlarova uşaq dünyaya gətirib ana olmaq istədiyini deyib. Aktrisa həkimlərdən kömək edib onun bu istəyinə yardimçi olmalarını xahiş edib.
    Qeyd edək ki , Mehriban Xanlarova 1967 ci ildə anadan olub.

  • Flora-Röya davasına onlar da qarışdı – FOTOLAR

    Ötən gündən etibarən xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxanın qalmaqalı şou gündəmini zəbt edib. Tərəflərin biri-birinə ağır ittihamları, sərt açıqlamaları mətbuatda dərc edilməyə başlayıb. 
    Median.AZ xəbər verir ki, əvvəlcə Röya haqqında köşə yazan F. Kərimova rəsmi instaqram səhifəsində də paylaşımlar etməyə davam edir. 
    Kərimovanın sərt statuslarını bəyənənlər arasında iki məşhur xüsusi diqqət çəkib.  Onlardan biri Nigar Camal, digəri isə İradə İbrahimovadır. 
    Müğənnilər bu addımları ilə Kərimovaya dəstək olduqlarını bildirməkdən belə çəkinməyiblər.  Onların bu addımları sosial şəbəkədə paylaşılıb və müzakirə edilib. 
    Qeyd edək ki, İ. İbrahimova və N. Camal bir müddət əvvəl R. Ayxanla böyük qalmaqal yaşamışdılar. (qafqazinfo)

  • Əməkdar artist canlı efirdə şok oldu

    Dünən “5/5”-də qonaqlardan biri əməkdar artist Elnarə Abdullayeva olub.

    Median.Az xəbər verir ki,Aparıcı Zaur Kamalın müğənniyə gözlənilməz “Həyat yoldaşına demisən ki, məni qəbiristanlıqda yox, bağımda basdır” sözləri Elnarə Abdullayevaya şok effekti yaşadıb.
    Xanəndə Zaurun bu sözlərindən təəccüblənib: “Allah səni saxlasın. Bunu da özündən çıxartdın. Bu söhbət hardan gəlib çıxıb sənə?”
    Elnarə Abdullayevanın Zaura reaksiyası tam olaraq videoda:

  • Flora Kərimovanın Röyaya cavabı – ” Tərbiyəsizliyini təsdiq etdin “

    Xalq artisti Flora Kərimova ilə əməkdar artist Röya Ayxan arasında qalmaqallı atmacaları davam edir.

    Median.Az xəbər verir ki, tərəflər bir-birlərinə İnstagram vasitəsilə təhqir dolu mesajlar göndərirlər.

    Xalq artisti Röyanın illər əvvəl çəkilmiş fotosunu paylaşaraq yazıb:

    “Röya öz biədəb cavabı ilə tərbiyəsizliyini təsdiq etdi! “Sən bizi önündə otuzdurub dövlətinə qarşı mitinqlərə hazırlayan şərəfsiz idin!” – Sadəcə gülüb bunu deyirəm: Aşığın sözü qurtaranda “dalay-dalay” deyər.

    İndi keçək sənin “Röya” jurnalına. İllər qabaq mənim ünvanıma yönəltdiyin jurnaldakı jest sənin üçün vərdişli, normal bir haldır. Oxuculardan üzr istəyərək, səhifədə olan şəkil və mətni təqdim edirəm”
     
    Qeyd edək ki,bir neçə gündür ki, iki meşhur mügənni arasında sosial şəbəkə vasitəsi ilə mübahisələr davam edir.Buna səbəb isə Roya Ayxanin digər sayitlərin birində Flora Kərimova haqqında dediyi sərt fikirləri olub.


  • Afaq Aslan münaqişəsi haqqında açıqlama etdi – ” Kamran dediklərimi qəbul edib susdu “

    Afaq Aslan Kamran Həsənli ilə olan münaqişəsi haqqında danışıb.

    Median.Az -in əldə etdiyi məlumata əsasən Afaq sosial şəbəkədə bu fikirləri səsləndirib : ” Qarşı tərəf susdu.Susmaqda mənim açıqlamalarımı qəbul etmək deməkdi,eyni zamanda razılıq əlamətidi.Çünki mən həqiqətləri söyləmişəm.Heç kim haqqında böhtan xarakterli açıqlamalar etməmişəm.Mən bu insanı tanıyanda onun yalançı,fırıldaqçı və dələduz olması haqqında eşitmişdim. O insanla məni birləşdirən heç bir şey yoxdur.Sadəcə reytinq xətrinə mənə ilişmək istədi və cavabını da aldı . “

    Qeyd edək ki,bir neçə müddət əvvəl televizya verlişlərinin birində qonaq olan müğənni Afaq Aslanla aparıcı Kamran Həsənli arasında münaqişə yaşanmışdı. Afaq Aslan efiri tərk etmişdi.

  • Damla Natavan haqqında danışdı – ” Qovuşsunlar ” – VİDEO


    Müğənni Damla Natavan Həbibinin ailəsi haqqında danışıb.

    Median.Az xəbər verir ki, bu sözləri müğənni Damla sosial şəbəkədə söyləyib. Natavan və Dadonun yenidən barışması xəbərini eşidən Damla bu fikirləri bildirib: ” Düşünürəm ki,sevgi var arada və Allah ayırmasın. Niyə ayrılıllar ,qoy qovuşsunlar. Bir dənə də usaqları olsun.

    Qeyd edək ki,müğənni Natavan Həbibi 2017 ci ilin iyul ayında reper Səid Əliyev ( Dado ) ilə ailə həyatı qurub. Məşhur cütlüyün evliliyi 6 ay cəkib.

  • Elgiz efirdə Əli Mirəliyevi tənqid etdi: “Danışdıqca özünü batıracaq…” (VİDEO)

    ARB TV-nin “Səhər-səhər” proqramının növbəti qonağı aşıq Telli Borçalı olub.

    Maraqlı müzakirələr əsnasında keçən proqramda aparıcı Elgiz Əkbər türkiyəli məşhur müğənni Kibariyyə haqqında danışıb:

    “Bu insan sənətkardır. Mən ondan müsahibə götürəndə, ağzım əyildi. Dedim bəlkə yalnışlıqla belədir. O indi oxuyanda mən ağlayıram”.

    Bu mövzuya biganə qalmayan müğənni Əli Mirəliyev, aparıcıya “Həyatda necədir?” deyə sual verib. Elgiz isə öz növbəsində “Mənim nəyimə lazımdır həyatda necədir, sənəti olsun” deyə cavab verib.

    Bundan qəzəblənən Əli Mirəliyev, proqrama qonaq olan aşıqdan danışıb:

    “Baxıram Telliyə yaşamaq istəyirəm, amma Kibariyyəyə baxanda, ölmək istəyirəm”.

  • Tanınmış aparıcı Zaur Nəbioğlu evlənib – FOTO

    Median.Az xəbər verir ki, onun toy mərasimi ötən gün paytaxt məkanlarının birindəbaş tutub.

    Aparıcının toyuna sənət adamları və bir çox məşhurlar qatılıb.
    Toyun yadda qalan hissəsi isə bəyin səhnəyə çıxaraq Azərbaycanımızı tərənnüm edən şeir deməsi olub.








  • Canlı efirdə növbəti dava – səni vurub aşırdaram (VIDEO)

    ARB TV-də yayımlanan “Sirdaş Rövşanə” verilişində qalmaqal yaşanıb.

    Median.Az xəbər verir ki, verilişin mövzusu falçılar və ekstrasenslər olub. Proqramda qonaq olan kulturoloq Aydın Xan Əbilov ilə ekstrasens Həsən Həsrətli arasında qalmaqal yaşanıb. Qalmaqala səbəb isə Aydın Xan Əbilovun ekstrasensə “ə” deyərək müraciət etməsi olub.Aydin Xan Əbilovun ekstrasenslər haqqında fırıldaqçı və yalançı deməyidə Həsəni daha da özündən çixardıb.

  • Tolikdən Röyaya dəstək – “Sənə dəyər verənlər özləri bir dəyərdi” (VIDEO)

    Məhşur prodüser Tarix Əliyev əməkdar artist Röya Ayxanin ünvanına xoş sözlər deyib.

    Median.Az– ın verdiyi məlumata əsasən Tarix bu sözləri öz “instagram” səhifəsində Röya haqqında böyük sənətkarlarımız xalq artistləri Zeynəb Xanlarova və mərhum sənətkar Habil Əliyevin onun sənəti haqqında dedikləri xoş sözləri paylaşaraq qeyd edib : ” Allah sizə can saqliqi versin Zeynəb xanim !!! Allah Habil müəllimə rəhmət eləsin.Ölkəmizi,Prezidentimizi sevən sənətkarlar. Hər zaman bir yolda olan heç vaxt əgidəsindən dönməyən Zeynəb xanim ! Sözləriniz o qədər dəyərlidir ki , Roya məncə sən çox xoşbəxtsən çünki sənə dəyər verənlər özləri bir dəyərdir.”