Category: Şou Biznes

  • Məşhur türkiyəli mügənni Hadisənin yalanı ortaya çıxıb – FOTO

    Median.Az xəbər verir ki,ötən gecə sevənlərinin qarşisinda konsert proqramı ilə çixiş edən müğənninin görünüşü hər kəsi təəccübləndirib.

    Beləki, Hadisənin artiq kilolu olmasi diqqətdən yayinmayib.Hətda konsert zamani fotoqraflara müğənninin səhnədəki şəkillərinin yaxin planda çəkilməməsi tapşirigi verilib.

    Qeyd edək ki, Hadisə ötən gün “instagram” profilindəki paylaşımı ilə hər kəsi özünə heyran etmişdi.
    Konsertdən sonra müğənninin ariqlamadiğini görənlər onun yalan danişdiğını , “photo-shop ” proqraminin qurbani olduğu bəlli olub.

  • Kamil Zeynallı od püskürdü: Marala bir gecəyə 600 manat qazandırmışam – VİDEO

    Son dövrlər sosial şəbəkələrin fenomeninə çevrilən Maral Tahirqızı son qalmaqallı videosunu yayanları məzəmmət edib.

    Baku.ws-in məlumatına görə, o, videonu yayanlara naməlum cinslər deyə xitab edib: “Sözüm mənim sənətimi qaralayan bəzi naməlum cinslərədir. Bir aktyor demek olarsa ona, naməlum cinslərdən idi (?), az qala masada baxışlarıyla gözümü çıxardırdı”.

    İnstaqram izləyiciləri onun bu sözləri Kamil Zeynallı ilə Hüseyn Əzizoğluya ünvanladığını yazır və hər ikisini tənqid atəşinə tutublar.

    Kamil Zeynallı baku.ws-ə açıqlamasında Maral Tahirqızı ilə aralarında heç bir problem olmadığını, əksinə sözügedən qadına əl tutduğunu açıqladı: “O sözü deyən qələt edir! Maral o sözləri mənim ünvanıma deyə bilməz. Çünki mən Marala bir gecəyə 600 manat qazandırmışam. Mənim çağırdığım restoranda 600 manat pul yığdı. Biri 100 manat, biri 50 manat verdi. Biz Maralla məzələnməmiş, ona müğam oxutdurmayacaqdılar ki? Qadın bacardığını oxuyub pul qazanır. O klaviatura arxasında outran boş çənələr ağızlarına gələni yazmasınlar. Marala belə ürəkləri yanır, aparıb 50 manat versinlər”.

  • İzzət müğənniləri “göbələk” adlandırdı

    “Məni ən çox qıcıqlandıran oxuya bilməyənlərin sənətə gəlməsidir. Çoxdur elə müğənnilər. Not tanımırlar. Çoxunun adını da bilmirəm”.

    Median.Az-ın məlumatına görə, bu sözləri müğənni İzzət Bağırov ARB TV-nin “Boş anlar” proqramında deyib. Sənətçi yeni çıxan müğənniləri göbələyə bənzədib:

    “Yağışdan sonra çıxan göbələklər kimi gündə 100 müğənni çıxır. Elə bayağı mahnılar var ki, bir də görürsən gəlib tutur. Baxış sayı bəlkə də ona görə artıqdır ki, kimsə deyib, filankəsin mahnısı nə gündədir, bir dənə ona bax. Bəlkə də pis olduqlarına görə baxış sayı çoxdur”.

  • Günay İbrahimli çəkilişdə çətin anlar yaşadı – VİDEO

    Müğənni Günay İbrahimli “Peşmanam” adlı klipini təqdim edib.

    Median.Az xəbər verir ki, sözləri Günelə, musiqisi Elvin Abdullayeva məxsus layihə ifaçının “Youtube” səhifəsində yayımlanıb.

    Bir neçə gündür ki, müzakirə olunan klipinin rejissoru Ali Fərhaddır, çəkilişlər Bakının Şüvəlan qəsəbəsində baş tutub.

    Bundan əlavə, Günay İbrahimli açıqlamasında çəkiliş zamanı qarşılaşdığı çətinliklərdən söz açıb:

    “Çəkilişlər gecə saatlarında, soyuq havada və dəniz kənarından baş tutdu. Sona yaxın çox çətin anlar yaşadım. Yağış səhnələri olmalı idi, yağmadığından su aparatı vasitəsilə həmin səhnəni çəkdik.

    Su çox soyuq idi, buna baxmayaraq, bu işin öhdəsindən gəldim. Klip artıq hazırdır. Düşünürəm ki, işimiz bəyəniləcək”.

  • DJ Aviciinin ölümünün təfərrüatı məlum olub

    Omanın hüquq-mühafizə orqanları Avicii kimi tanınan isveçli DJ Tim Berqlinqin öldürülməsi barədə versiyanı istisna edib.

    Median.Az CNN telekanalına istinadla xəbər verir ki, bu barədə autopsiyanın nəticələrində məlumat verilib.

    Qeyd edilib ki, Berqlinq istirahət üçün Omanın paytaxtı Maskata gəlib.

    28 yaşlı DJ-in ölüm səbəbi hələ də açıqlanmır.

    TMZ-dən verilən məlumata görə, DJ-i ölümündən bir gün əvvəl yaxtada bir neçə kişi ilə görüblər. O, əlində stəkan tutubmuş. Ancaq onun sərxoş olub-olmadığı məlum deyil.

    Berqlinqin ölümü haqqında məlumat martın 20-də yayılıb. Son bir neçə ildir ki, DJ səhhətindəki problemlərdən və içkidən şikayətlənirdi. Bir müddət öncə o verdiyi açıqlamada içkini tərgitdiyini bildirmişdi.

    Avicii karyerasını remikslərlə başlayıb. O, 2010-cu ildə “My Feelings for You”, “Seek Bromance”, “Blessed” və “Levels” mahnıları ilə məşhurlaşıb. 2013-ci ildə Forbes jurnalı onu dünyada ən çox qazanan diceylərdən biri adlandırıb.

  • Damla Xumar Qədimovanın mahnısını oxudu – VIDEO

    Müğənni Damla “10-dan sonra” verilişinin qonağı olub.

    Median.Az-ın məlumatına görə, hər zaman müsahibələrində əməkdar artist Xumar Qədimovanı dinlədiyini deyən Damladan aparıcı Yusif Ağayev bir ifa istəyib.

    Sənətçi Qədimovanın repertuarından “Yarama duz səpmə” mahnısını səsləndirib.

    Damla daha sonra “Görəsən, Xumar xanım bəyənəcəkmi” deyərək narahatlığını da söyləyib.

    Qeyd edək ki, Damla cox zaman digər müğənnilərin keçmiş ifalarını yenidən səsləndirərək həmin mahnıları öz izləyicilərinə daha cox sevdirə bilib.

  • Tünzalə Ağayevanin yeni görüntüsu Röya Ayxani heyrətləndirdi

    Əməkdar artist Tünzalə Ağayeva yeni fotosu hər kəsi təəccübləndirib.

    Median.Az-ın məlumatına görə, müğənni görünüşündə dəyişiklik edib. O, bu dəfə fərqli saç düzümü və makiyaj edib.

    Ağayeva şəklinə “Biz qadınlar böyük sevincləri balaca səbəblərdən, dəyişimlərdən yaşaya bilirik” şərhini yazıb.

    İzləyiciləri T.Ağayevanın fotosuna təriflər yağdırıblar. Onlar hər zaman düz saçda gördükləri sənətçiyə buruq saçların daha çox yaraşdığını yaziblar

    Taninmiş müğənni Roya Ayxan da öz həmkarina “instagram” vasitəsi ile xoş sözlər ünvanlayib.Müğənni Tünzalənin yeni şəklini paylaşaraq – “səni belə görmədim,başqa qiz oldun “ sozlerini yazaraq onu tərif edib.

  • Müğənni Samir Piriyevlə Nigar Camal arasındakı növbeti qalmaqal

    Median.Az-ın məlumatına görə, Samir Nigarın onun haqqında dediyi “Samiri tanımıram” sözlərinə olan qəzəbini gizlədə bilməyib.

    Piriyev “ATV maqazin onlarla” verilişində Nigarın Azərbaycanda sevilmədiyini deyib:

    “Bu qədər kanallara baxdın, bir dəfə Samir Piriyevi tanımadın? Elə oxuyanları tanıdı ki… Qeyri-səmimiliyini göstərdi. Mənim Nigar Camalı tanımamağı deməyim nə qədər səmimi olardı? Səhnədə Eldarla (müğənni Eldar Qasımov – red.) bayraqla qaçdılar, onları birinciliyə çıxardılar, sağ olsunlar. Onlardan da güclüləri Samir Cavadzadə, Elnur Hüseynov var idi. Həmin il səhnəyə başqa müğənni çıxsa da, birinci olacaqdı. Gözəldir, şarmlıdır, amma Azərbaycanda sevilmir. Azərbaycanın Cennifer Lopesi ola bilərdi. Eqolarını kənara qoysa, uçar gedər”.

  • Əməkdar artistlər Elza Seyidcahan və Mətanət İsgəndərli arasındakı qalmaqal daha da böyüyüb

    Median.Az-ın məlumatına görə, övladının toyunda Elzaya danışmağa və oxumağa imkan verməyən Mətanət müğənninin xətrinə dəyib.Elza Seyidcahan Metanet İsgenderliden öz heyifini bele cixib.

    “Gözlərim” adlı mahnısını M.İsgəndərliyə yazan Elza bəstəni onun əlindən alıb. Seyidcahan “ATV maqazin onlarla”da deyib ki, mahnını İradə İbrahimoya verib:

    “Sözlərini Ayşe Birgül Yılmaz yazıb. İnanıram ki, İradə İbrahimovanın ifasında seviləcək. Güclü bir mahnıdır”.

    Qeyd edək ki, M.İsgəndərli qızının toyunda Elzanın ondan küsüdüyü demişdi. Elza isə cavabında özünün haqlı olduğunu söyləyib. O bildirib ki, İsgəndərli övladının toyunda heç kimə oxumağa imkan verməyib.

  • Show biznesin ikinci hegamon qadını gəlir

    Müğənni Samir Piriyev “ATV maqazin onlarla” verilişinin “Hit-parad” rubrikasının qonağı olub.

    Median.Az-ın məlumatına görə, sənətçi yaxın dostu Natavan Həbibi haqda qalmaqallı açıqlama verib.

    “Buğa bürcündəndir, dəhşətdir. Natavan idarəçidir. Biz “Aypara”da işləyəndə də belə idi. Hamı onunla məsləhətləşirdi. Aləmi bir-birinə vururdu. Ağbirçəklik edib, ana obrazı yaradırdı. Deyirdi, gəlin mənlə məsləhətləşin. Natavanı kənardan müşayiət edirəm. İlhamə Quliyevanın məktəbini görüb. İkinci İlhamə Quliyeva gəlir, ehtiyatlı olun. Kiminlə işin olursa-olsun, mənimlə olmasın”. Samir Priyev Natavan Hebibinin danisiq terzinin ve baxislarinin sertliyini de Ilhame Quliyevaya benzetdiyini qeyd edib.

    Samir Priyev eyni zamanda hekmarinin unvanina xos sözlər də söyləyib. Natavan Hebibinin yeni ifa etdiyi “Sevgi bizi yola verdi” mahnisini da bəyəndiyini söyləyib.Mahnının tutmaga doğru getdiyini qeyd edib.