Category: Şou Biznes

  • Azərbaycanlı aparıcının yarıçılpaq qızlarla görüntüsü üzə çıxdı – FOTO

    Ötən həftə alt paltarı geyinməməklə müzakirə mövzusu olan Könül Yusif qızı yenə gündəmdədir.

    Aktrisa, aparıcı sosial şəbəkədə illər öncə yarıçılpaq rəqqasələrlə çəkdirdiyi fotosunu paylaşıb.

    K. Yusif qızı fotoya belə şərh verib: “Tapın məni”. İzləyicilər illərin dəyişdirdiyi aktrisanıtanımaqda çətinlik çəkiblər.
    /baku.ws

  • Röyadan küsülü olduğu Faiq Ağayevə jest – VİDEO

    Əməkdar artist Röya Ayxan küsülü olduğu həmkarı – Xalq artisti Faiq Ağayevə jest edib.

    Müğənni “Instagram Story”də Ağayevin “Uşaq kimi” mahnısını oxuyarkən çəkdiyi videonu paylaşıb.

    İfaçı həmin paylaşıma “Faiq Ağayev və mənim sevimli mahnım” sözlərini əlavə edərək ifaçıya qarşı barışıq addımı atıb.

    Qeyd edək ki, tərəflər arasındakı qalmaqalın səbəbi Faiq Ağayevin Azərbaycanda verdiyi konsertdən real gəlir və izləyici yığan müğənnilər sırasında Röyanın adını çəkməməsi olub./oxu.az

  • Kamran Həsənli Rusiyadakı azərbaycanlılarla bağlı qalmaqallı fikirlərindən danışdı – VİDEO

    Son zamanlar adı tez-tez qalmaqallarda hallanan Kamran Həsənlinin dünən “Onda başaldıq” verilişində Rusiyada yaşayan bəzi azərbaycanlıların musiqi zövqü barədə söylədiyi fikirlər birmənalı qarşılanmayıb.

    Aparıcı Baku.ws-ə açıqlamasında, fikirlərinin düzgün anlaşılmadığını, verilişdə Rusiyadakı azərbaycanlıları deyil, zövqsüz musiqinin Azərbaycanın özündə yüksəlməsini müzakirə etdiyini bildirdi:

    “Yəni, oxuya bilməyən insanlar dəbdədir və bu ifaçıların da çoxu Rusiyaya böyük pullarla dəvət olunur. Musiqini yönəldirlər pis zövqlü insanlara, bu da fəsadlar verir. Biz millətimizi sevdiyimiz üçün bu problemi qabardırıq. Rusiyada da müxtəlif təbəqələr var, ziyalılar, tacirlər, biznesmenlər var. Rusiyadakı həmvətənlərimizə aşağılaya bilmərik, onlar bizim qardaşlarımızdır. Mən özüm də ora toylara gedirəm. Mənim dediyim budur ki, burada zövqsüz müğənni kimi qəbul etdiklərimiz ora daha çox dəbdədirlər. Biz müxtəlif təbəqələrin musiqi zövqündən danışmışıq, qətiyyən onların xasiyyətini, insani keyfiyyətlərini müzakirəyə çıxarmamışıq. Biz oradakı vətəndaşlarımızı çox istəyirik, onlar bizim şərəfimizdir, orada böyük uğurlar əldə ediblər.

    Diasporaların hamısı ilə dostluq edirəm. Amma çox vaxt diaspora rəhbərləri əksər hallarda tədbirlərin çoxunu, konsertləri bazarlarda təşkil edirlər. Böyük zalları icarəyə götürmürlər. Hamısını demirəm, əksər hallarda. Təbii ki, səviyyəli məkanlarda konsert təşkil edənlər də az deyil. Məsələ burasındadır ki, buradan daha çox Eyyubu, Tünzaləni, Abbası deyil, müsiqi zövqü, musiqi dəyəri aşağı olan, zövqsüz insanların qiymət verdiyi ifaçıları dəvət edirlər. Belə musiqiçilər Azərbaycanda çoxdur. Rusiya bizi Rəşid Behbudovla, Müslüm Maqomayevlə , Arif Məlikovla yüksək musiqi mədəniyyətli millət kimi tanıyıb. Mən sevinərdim ki, Rusiya bizi daha yüksək, daha zövqlü, daha dəyərli, daha peşəkar musiqiçilərimizi tez-tez dəvət etsinlər.

    Biz o verilişdə Rusiyada yaşayan soydaşlarımıza güldən ağır söz deməmişik və deyə də bilmərik. Aravuranlar istəyirlər olay yaratsınlar. Ara qatanlara ayıb olsun!”

  • Damla göz yaşlarını saxlaya bilmədi: “Gərək efirlərə çıxmazdım” – VİDEO

    ARB TV-nin “Səhər-Səhər” verlişinin növbəti qonağı son zamanların ulduzu hesab edilən müğəni Damla olub.

    Müğənni efirdə göz yaşları içərisində atasının ölümündən sonra konsert verməsindən danışıb:

    “İçimdə qəribə bir fəryad var idi ki, hər şey siz düşündüyünüz kimi deyil. Mənim sahəm kənardan bəxtəvər sahəsi kimi görünür. Deyirsən, gülürsən, şənlənirsən… Amma insanlara onu izah edə bilmirdim ki, mən şənlənməyə getmirəm. Proqramda beh məsəli oldu. O məsələni o qədər böyütdülər ki, məni sanki xalq düşməninə çıxardılar. Bu addımı atmasaydım, mən, mənə verilən o əmanət behlərin, öncədən planlanmış konsert salonlarının haqqını ödəməsəydim, gərək bundan sonra efirlərə çıxmazdım. Təzminatların da altından qalxa bilməzdim. Atam ürək çatızmamazlığından əziyyət çəkirdi. Bütün ruhumuzla biz onun sağ qalması üçün çabaladıq. Yetərki 10 gün, 1 il artıq yaşasın. Amma təbii ki, qədəri yazan Allahdır”.

    Damlanın bu sözlərindən kədərlənən Əli Mirəliyev də göz yaşlarına boğulub:

    “Ata hamımız üçün atadır. Mənim də atam görmədi mənim oxumağımı. Mənim atam əziyyət çəkib, zəhmətkeş olub. 3 oğlu var idi. Məndən nəsə gözləyirdi. 14 yaşımda atam rəhmətə getdi. Mən məcbur oldum oxuyum. Çünki anamı qoymamışdı işləməyə. Mən xaricə birinci dəfə gedəndə orda ingliscə deyilir filankəs oxuyur. Aparıcı deyir. Mən də deyirəm ata adını, soyadını filan yerdə çəkdirirəm. Bu böyük fəxrdir”.

  • Bu sözlər Kamran Həsənlinin başına dərd olacaq: Rusiyadakı azərbaycanlılar… – VİDEO

    Aparıcı Kamran Həsənli başını dərdə salacaq sözlərə yol verib.

    “Onda başladıq” verilişində telejurnalist növbəti dəfə bayağı musiqi mövzusunda söhbət açıb.

    Xatırladaq ki, bununla proqramda növbəti dəfə eyni mövzu ətrafında fikir mübadiləsi aparılır. Görünür, Kamran Həsənli bayağı musiqini özünə əməlli-başlı dərd edib. Baxmayaraq ki, ötən dəfə proqrama dəvət etdiyi müğənnilərdən biri ilə arasında sözügedən mövzu ilə bağlı gərginlik yaşanıb.

    Bu gün isə aparıcı bayağı musiqiçi hesab etdiyi müğənnilərin Rusiyada konsert verməsindən danışarkən qalmaqallı sözlər deyib.

    O bildirib ki, qonşu ölkədə də bu cür ifaçıların elə özü kimi dinləyici kütləsi olur.

    Kamran Həsənli bir az da irəli gedərək onların təfəkkür, düşüncə, zövq problemi olduğunu dilə gətirib./minval.info

  • Aparıcı efirdə müğənnini qucağına alıb divana apardı – VİDEO

    Sərxan Kərəmoğlu efirdə müğənni Aysel Əlizadəni qucağına alıb.

    Aparıcı verilişinə əlidolu gələn ifaçını qucağına aldığı səhnəni internetdə yayıb.

    O, verilişinə əlidoğu gələnləri belə mükafatlandırdığını deyib:

    “Bəli, kim əlidolu gəlirsə, əlimin üstündə gəzdirirəm. Bir az bahalı hədiyyə, məsələn, zinət əşyası gətirəni lap başımın üstündə gəzdirərəm”.
    /baku.ws

  • Tolikin 18+ görüntüsünü yayan kanal işçiləri qovuldu – Qalmaqal

    Prodüser Tarix Əliyevin (Tolik) əməkdar artist Röyanı söyməsi, eyni zamanda çəkiliş meydanında səsləndirdiyi təhqiramiz ifadələrin sosial şəbəkədə yayılması cəmiyyətdə müzakirə mövzusu olub.

    Median.Az Yenicag.az-a istinadən məlumat verir ki, yayılan söyüşdolu video telekanalda da narazılıqla qarşılanıb. Videogörüntülərin yayımından sonra müəyyən olunub ki, görüntülər telefonla deyil, fotokamera ilə lentə alınıb. Özü də konkret olaraq bir neçə deyil, bir proqramda çəkildiyi aşkarlanıb.

    Hadisədə şübhəli bilinən “Hər şey daxil” verilişinin montajçısı və redaktoru işdən qovulub.

    Mənbənin saytımıza verdiyi məlumata görə, əvvəlcə həmin şəxslərdən görüntüləri sosial şəbəkələrə ötürən şəxsin kimliyini açıqlamaqları tələb edilib. Onlar bu barədə məlumatsız olduqlarını deyiblər. Nəticədə sözügedən şəxslər işdən qovulub. Gecə montajçısı isə sonradan işə qaytarılıb. Telekanal hələ də görüntünü yayan işçinin kimliyini araşdırır.

  • Röya Tolikin söyüşlərinə cavab verdi (FOTO-VİDEO)

    Müğənni Röya Ayxan prodüser Tolikin (Tarix Əliyev) dünən yayılmış pərdəarxası görüntülərə fikir bildirib.

    Əməkdar artist videoda adının hallanmasını, daha doğrusu Tolikin onu söyməsini normal qarşıladığını bildirib:

    “Dünəndən telefonum dağılır. Bu video ilə bağlı hamiya buradan cavab verirəm. Pərdə arxasında hər şey ola bilər. Ən əzizinə belə hər şey deyə bilər. Bir sözlə, o videonu yayan nə qədər tərbiyədən, əxlaqdan uzaq adamdır, artıq aydındır. Unutmayın, insanlar var ki, siz onu ədəb-ərkanlı tanıyırısız, amma pərdə arxasında mən belə toya getməliyəm.”

    Tolik Röyanın bu paylaşımına belə cavab verib: “Kef elə! Hər yerdə diqqətli ol. Hər zaman sənə dedim, amma qulaq asmadın. İndi çatdı yəqin, niyə deyirdim”.

    Xatırladaq ki, sözügedən videoda Tolikin aparıcısı olduğu Xəzər TV-də yayımlanan “Hər şey daxil” verlişinin kadr arxası görüntüləri göstərilib. Aparıcının uşaqların yanında necə tərbiyədən kənar ifadələr işlətdiyi açıq aydın görünür./baku.ws

  • Amaliya Pənahova görüntüsü ilə təəccübləndirdi – FOTO

    Xalq artisti, Bakı Bələdiyyə Teatrının direktoru Amaliya Pənahova görüntüsü ilə yenə diqqət çəkib.

    Tez-tez imicini dəyişən sənətçi bu dəfə saçlarını qısaldıb və sarı rəngə boyayıb.

    Görənləri təəccübləndirən 72 yaşlı Pənahovanın fotosu sosial şəbəkələrdə müzakirə obyektinə çevrilib.